Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

PREZİDENT İLHAM ƏLİYEV İSLAM KONFRANSI TƏŞKİLATININ ÜZVÜ OLAN DÖVLƏTLƏRİN MƏDƏNİYYƏT NAZİRLƏRİNİN VI KONFRANSININ NÜMAYƏNDƏLƏRİNİ QƏBUL ETMİŞDİR

PREZİDENT İLHAM ƏLİYEV İSLAM KONFRANSI TƏŞKİLATININ ÜZVÜ OLAN DÖVLƏTLƏRİN MƏDƏNİYYƏT NAZİRLƏRİNİN VI KONFRANSININ NÜMAYƏNDƏLƏRİNİ QƏBUL ETMİŞDİR
Bakı, 14 oktyabr (AZƏRTAC). Oktyabrın 14-də Prezident İlham Əliyev “Bakı -İslam Mədəniyyətinin Paytaxtı-2009” mədəniyyət ili çərçivəsində Bakıda keçirilən İslam Konfransı Təşkilatının üzvü olan dövlətlərin Mədəniyyət Nazirlərinin VI Konfransının nümayəndələrini qəbul etmişdir.

Prezident İLHAM ƏLİYEV qonaqları salamlayaraq dedi:

-Əziz qonaqlar!

Hörmətli nazirlər!

Sizi Azərbaycanda ürəkdən salamlayıram. Azərbaycana xoş gəlmisiniz!

İslam Konfransı Təşkilatına üzv olan ölkələrin mədəniyyət nazirlərinin dünən və bu gün Bakıda keçirilən konfransı çox böyük əhəmiyyətə malik olan bir hadisədir. Əminəm ki, dünən və bu gün aparılan müzakirələr, qəbul edilən qərarlar ölkələrimiz arasında birliyi daha da möhkəmləndirəcək və İslam həmrəyliyinin gücləndirilməsi üçün çox önəmli bir addım olacaqdır. Təmsil etdiyiniz ölkələrlə Azərbaycan arasında münasibətlər çox yüksək səviyyədədir. Biz bu münasibətlərin inkişafına öz tərəfimizdən töhfəmizi veririk. Mən tam əminəm ki, müsəlman ölkələri arasında olan dostluq, qardaşlıq münasibətləri hər bir ölkənin beynəlxalq mövqelərini də gücləndirir.

Biz İslam Konfransı Təşkilatının xətti ilə Bakıda keçirilən çoxsaylı tədbirlərə böyük önəm veririk və son illər ərzində Bakıda müxtəlif səviyyəli tədbirlər keçirilmişdir. Bu tədbirlərin hər biri bizim aramızda olan birliyi daha da gücləndirmişdir. Bir tərəfdən bu, praktik cəhətdən çox böyük əhəmiyyətə malikdir. Digər tərəfdən qardaş, dost ölkələrdən gəlmiş qonaqlar Azərbaycanda olarkən, bizim tariximizlə, mədəniyyətimizlə tanış olarkən və bir-biriləri ilə şəxsi münasibətləri daha da möhkəmləndirərkən, təbii ki, ölkələr arasında əlaqələr də bundan ancaq fayda götürür.

Azərbaycan təmsil etdiyiniz ölkələrlə, eyni zamanda, beynəlxalq arenada çox uğurlu əməkdaşlıq edir. Biz bir-birimizi beynəlxalq təşkilatlarda da dəstəkləyirik və bu dəstəyin çox böyük əhəmiyyəti vardır. Xüsusilə keçən il Birləşmiş Millətlər Təşkilatının Baş Məclisində Azərbaycanın təşəbbüsü ilə müzakirə edilən Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyətlə bağlı məsələlərdə biz müsəlman ölkələrindən böyük dəstək aldıq. Bu dəstək bizim marağımızı təmin edən və ədaləti özündə əks etdirən qətnamənin qəbul edilməsində həlledici rol oynamışdır. Bu, dostluğun, qardaşlığın nümunəsidir. Bu, bir daha onu göstərir ki, biz birlikdə olanda, bütün məsələlərə vahid ailə kimi yanaşanda və xüsusilə beynəlxalq müstəvidə bir-birimizə dəstək verəndə bizim mövqelərimiz daha da güclənir. Mən əminəm ki, həm İslam Konfransı Təşkilatı çərçivəsində, həm Birləşmiş Millətlər Təşkilatında və digər beynəlxalq təşkilatlarda biz qarşılıqlı dəstəyi bundan sonra da verəcəyik. Bu dəstək bizi daha da möhkəmləndirəcək və eyni zamanda, bizim aramızda münasibətlərin dərinləşməsinə xidmət göstərəcəkdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi uzun illərdir ki, həll olunmamış qalır. Mən bilirəm ki, konfrans zamanı bu məsələ də müzakirə edildi. Çox geniş, ətraflı müzakirələr aparıldı və çox vacib bəyanatlar verildi, qərarlar qəbul edildi. Buna görə mən bütün konfrans iştirakçılarına öz minnətdarlığımı bildirmək istəyirəm.

Uzun illərdir ki, bizim torpaqlarımız işğal altındadır. Bu işğal və etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma torpaqlarından didərgin düşüb. Bizim işğal edilmiş ərazilərimizdə bütün tarixi abidələrimiz dağıdılıbdır.

Azərbaycan xalqının istedadı və zəhməti hesabına yaradılmış bütün infrastruktur, bütün binalar yerlə-yeksan edilib. Bizim dini abidələrimiz, məscidlərimiz, əcdadlarımızın qəbirləri dağıdılıb. Bu ədalətsizlik artıq 20 ilə yaxındır ki, davam edir. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmasına dair dörd qətnamə qəbul etmişdir. Əfsuslar olsun ki, Ermənistan bunlara məhəl qoymur və bu qətnamələr icra olunmur.

Bayaq qeyd etdiyim kimi, BMT Baş Məclisində buna oxşar qətnamələr qəbul edilmişdir. İslam Konfransı Təşkilatı, ATƏT, Avropa Şurası, GUAM və digər təşkilatlar Azərbaycanın işğal edilmiş torpaqlarından Ermənistan qoşunlarının çıxarılmasına dair çoxsaylı qətnamələr və qərarlar qəbul etmişlər. Ancaq əfsuslar olsun ki, onlara məhəl qoyulmur. Biz bu vəziyyətlə barışa bilmərik. Çünki Azərbaycanın beynəlxalq birlik tərəfindən qəbul edilmiş ərazi bütövlüyü pozulub.

Qeyd etdiyim kimi, bu işğaldan əziyyət çəkən bir milyondan artıq Azərbaycan vətəndaşı bu günə qədər də öz doğma torpaqlarına qayıda bilmir. Bizim mövqeyimiz ondan ibarətdir və beynəlxalq hüquq normaları da bunu təsdiq edir ki, bu məsələ ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər. İşğal edilmiş bütün torpaqlardan Ermənistanın işğalçı qüvvələri çıxarılmalıdır. Azərbaycan vətəndaşları öz doğma torpaqlarına qayıtmalıdırlar. Ondan sonra bölgədə sülh təmin oluna bilər. Ondan sonra bölgədə tammiqyaslı əməkdaşlıq yarana bilər. Ancaq ondan sonra bölgədə irəli sürülmüş yeni təşəbbüslər reallaşa bilər. Dağlıq Qarabağ münaqişəsinin həlli bölgədə sülhün təmin edilməsi üçün birinci və başlıca şərtdir. Bu məsələ həll olunmadan bölgədə heç bir başqa məsələ öz həllini tapa bilməz.

Bir daha bu fürsətdən istifadə edib bütün müsəlman ölkələrində yaşayan bacı-qardaşlarımıza bizə daim dəstək verdiklərinə görə öz dərin minnətdarlığımı bildirmək istəyirəm.

Azərbaycanın çox zəngin tarixi, çox zəngin mədəniyyəti vardır. Biz 18 ildir ki, müstəqil ölkə kimi yaşayırıq. Ancaq müxtəlif dövrlərdə başqa ölkələrin tərkibində yaşamağımıza baxmayaraq, öz mədəni irsimizi, tarixi irsimizi saxlaya bilmişik, qoruya bilmişik. Abidələri qoruya bilmişik, ana dilimizi qoruya bilmişik, milli və dini adət-ənənələri qoruya bilmişik. Bu gün Azərbaycanın uğurlu inkişafı üçün bizim milli-mənəvi dəyərlərimiz çox böyük rol oynayır.

Müstəqilliyimizin ilk illərindən biz müstəqil ölkə kimi dünya birliyinə inteqrasiya etməklə, eyni zamanda, bizim üçün dost, qardaş olan müsəlman ölkələri ilə də çox sıx əlaqələr qurduq. Bu əlaqələrin müxtəlif istiqamətləri vardır və bu günlərdə Bakıda keçirilən konfrans bir daha onu vurğulayır.

Azərbaycanda mədəniyyət sahəsində çox böyük işlər görülür. Bütün mədəniyyət ocaqları təmir olunur, bərpa edilir. Yeni muzeylər, teatrlar tikilir, əvvəllər tikilmiş mədəniyyət infrastrukturu yeniləşir, müasirləşir.

Bildiyiniz kimi, Bakı bu il İslam mədəniyyətinin paytaxtı şəhəri seçilmişdir. Bu, bizim üçün böyük şərəfdir. Biz bu şərəfli adı çox böyük qürur hissi ilə daşıyırıq. Bu il Bakı İslam mədəniyyətinin paytaxtı olmaqla bərabər, ölkəmizdə müxtəlif beynəlxalq tədbirlər də keçirilir.

Azərbaycan sivilizasiyalararası dialoqun gücləndirilməsinə öz töhfəsini verir. Çünki bizim coğrafi vəziyyətimiz və eyni zamanda, Avropa təşkilatlarına üzv olmağımız bu unikal imkanları yaradır. Biz çalışacağıq öz səylərimizi bundan sonra da qoyaq ki, mədəniyyətlərarası dialoqun gücləndirilməsinə daha da böyük töhfə verək.

Mən bir daha sizi Bakıda ürəkdən salamlayıram. Mən çox şadam ki, siz ölkəmizə səfər edirsiniz. Xahiş edirəm ki, mənim salamlarımı və ən xoş arzularımı təmsil etdiyiniz ölkələrin dövlət və hökumət başçılarına çatdırasınız. Eyni zamanda, mən konfransda iştirak etmiş bütün beynəlxalq təşkilatların nümayəndələrini də salamlayıram. Mən Azərbaycanın böyük dostu cənab əl-Tüveycrini xüsusilə salamlayıram. İSESKO ilə Azərbaycan arasında çox uğurlu əməkdaşlıq aparılır və bu əməkdaşlığın çox praktiki gözəl nəticələri vardır.

Mən sizi bir daha salamlayıram və sizə ən xoş arzularımı bildirmək istəyirəm.

X X X

İslam Ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İSESKO) baş direktoru ƏBDÜLƏZİZ BİN OSMAN ƏL-TÜVEYCRİ konfrans nümayəndələrinə göstərilən böyük diqqətə və bütövlükdə İKT-nin və İSESKO-nun fəaliyyətinə verdiyi dəstəyə görə Azərbaycan dövlətinin başçısına görüş iştirakçıları adından minnətdarlığını bildirərək dedi:

-İSESKO bu gözəl ölkə ilə çox yaxşı münasibətlər qurmuşdur. Son bir neçə il ərzində sizin rəhbərliyiniz, dəstəyiniz və qayğınız sayəsində bu gözəl ölkənin bir neçə təşkilatı ilə İSESKO çox yaxşı əməkdaşlıq etmişdir, faydalı tədbirlər və konfranslar keçirmişdir.

Bu il İslam mədəniyyətinin paytaxtı elan olunduqdan sonra Bakı özünü nümunəvi şəhər kimi göstərmişdir. Burada bir çox tədbirlər, konfranslar keçirilmişdir. Mədəniyyət Nazirlərinin Konfransı bu proseslərə əlavə töhfə verir və bir daha onu göstərir ki, Sizin gözəl ölkə və bu ölkənin gözəl milləti öz mədəniyyəti və irsi ilə fəxr edir ki, bu mədəniyyətləri, bütün müsəlman ölkələrini birləşdirir.

Sizə və Azərbaycanın birinci xanımı, bizim xoşməramlı səfirimiz Mehriban Əliyevaya bizə göstərdiyiniz dəstəyə görə minnətdarlığımı bildirmək istəyirəm. Mən ümid edirəm ki, biz hamımız öz işimizi, xoşməramlı fəaliyyətimizi rəhbərlərimizin, prezidentlərimizin, baş nazirlərimizin, krallarımızın rəhbərliyi altında davam etdirəcəyik. Biz İsrail hərbi qüvvələrinin təcavüzü altında olan məscidlərimizi yadımızdan çıxarmayacağıq. Biz Dağlıq Qarabağı yadımızdan çıxarmayacağıq. Biz Azərbaycan üçün, onun ərazi bütövlüyünün bərpası üçün dəstəyimizi göstərməkdə davam edəcəyik ki, Sizin ölkənin bu gözəl ərazisinə sülh gəlsin.

Cənab Prezident, bizi qəbul etdiyinizə görə çox sağ olun. Ölkənizə Sizin rəhbərliyiniz altında inkişaf arzulayırıq.

X X X

Səudiyyə Ərəbistanı Krallığının mədəniyyət və informasiya naziri ƏBDÜLƏZİZ XOCA MÜHİDDİN Səudiyyə Ərəbistanının Kralı, İki Müqəddəs ocağın xadiminin salamlarını Azərbaycanın dövlət başçısına çatdırdı. O, Bakıda keçirilən konfransın yüksək səviyyədə təşkili ilə bağlı görüş iştirakçılarının təəssüratlarını bildirərək dedi:

-Mən bu səfəri böyük tarixi bir səfər hesab edirəm. Təbii ki, biz bu səfərimizlə nümayiş etdiririk ki, İslam necə böyük dindir, necə əzəmətli bir dindir. Bu dində milli ayrı-seçkilik, heç bir fərqlilik yoxdur. Ola bilsin ki, mədəniyyətlər arasında fərqlər vardır. Lakin bütün mədəniyyətlər, eyni zamanda, bir-biri ilə əlaqələrə əsaslanır.

Cənab Prezident, biz Azərbaycanın ərazi bütövlüyünü, onun suverenliyini dəstəkləyirik, onun tərəfindəyik. İslam Konfransı Təşkilatının bütün üzvləri kimi, Azərbaycanın suverenliyini və onun tarixi ərazilərinin bütövlüyünü dəstəkləyir və Sizə bütün iştirakçıların adından minnətdarlığımızı bildirmək istərdik. Cənab Prezident, çox sağ olun.

X X X

Əlcəzairin mədəniyyət naziri xanım XALİDA TOUMİ də konfransın yüksək səviyyədə təşkilinə görə İslam Konfransı Təşkilatının və tədbirdə iştirak edən digər beynəlxalq təşkilatların nümayəndələri adından Azərbaycan Prezidentinə təşəkkürünü bildirdi:

- Cənab Prezident, Sizin Vətəniniz, Sizin camaatınız bizim üçün bir fəxrdir. Çünki onlar bu gün qüdrətli bir xalq olduğunu sübut etmişdir. Bu xalq öz mədəniyyətini qorumaq, İslam mədəniyyətini inkişaf etdirmək üçün böyük qüdrəti, imkanları olduğunu sübut etmişdir. Mən burada demək istərdim və biz şübhə etmirik ki, Sizin probleminiz, Sizin ərazi problemi ilə bağlı olan məsələniz ədalətli həllini tapacaq və İslam ölkələri tərəfindən dəstəklənəcəkdir. Təbii ki, bu problem öz ədalətli həllini tapmalıdır.

X X X

Suriyanın mədəniyyət naziri RİYAD NAASSAN AĞA bir neçə il əvvəl Bakıda olduğunu xatırlatdı və ötən dövrdə paytaxtımızda çox böyük dəyişikliklərin baş verdiyini diqqətə çatdıraraq dedi:

- Bakıda böyük dəyişikliklər baş vermişdir və Siz burada böyük işlər, böyük tikinti işləri görmüsüz. Təbii ki, Bakı dünyanın qədim, gözəl paytaxtlarındandır, İslam dünyasının ən qədim mədəniyyətə malik olan paytaxtlarındandır. Bu şəhər İslam mədəniyyətinin Şərqdən Qərbə doğru getməsində sanki böyük bir dayanacaq, körpü rolunu oynamışdır.

Təbii ki, bu qısa müddət ərzində Sizin həyata keçirdiyiniz və xüsusən mənim qeyd etdiyim bu iki il ərzində həyata keçirdiyiniz nəhəng, əzəmətli planlar diqqəti cəlb edir. Bu məsələlər sübut edir ki, Sizin həyata keçirdiyiniz tədbirlər məhz ölkənizin dünya birliyində möhkəm, qüdrətli yer tutmasına səbəb olmuşdur.

Bakı təkcə Xəzər neftindən gələn zənginliyə malik deyildir. Bakı böyük, qədim mədəniyyətə malik bir şəhərdir. Bu şəhərin insanlığın inkişafında, İslam mədəniyyətinin inkişafında böyük rolu vardır. Təbii ki, burada İslam ədəbiyyatının, ərəb ədəbiyyatının öyrənilməsi ilə bağlı məsələlər də öz əksini tapmışdır. Bütün bunların hamısı İslam aləmində xoş hisslər oyadır ki, Azərbaycan öz tarixinə sadiq bir ölkədir və bu ölkənin böyük və qədim bir tarixi vardır.

Qonaq Bakıda tez-tez mühüm tədbirlərin keçirilməsini Azərbaycanın dünya birliyində layiqli yer tutması ilə əlaqələndirdi.

Nazir Suriya Prezidenti Bəşşar əl-Əsədin salamlarını Azərbaycan dövlətinin başçısına çatdırdı.

X X X

 
Prezident İLHAM ƏLİYEV görüşə yekun vuraraq dedi:

-Çox sağ olun, əziz dostlar. Azərbaycan haqqında, Bakı haqqında dediyiniz bütün xoş sözlərə görə mən sizə öz minnətdarlığımı bildirmək istəyirəm.

Bu günlər həqiqətən bir dostluq günləridir, qardaşlıq günləridir. Mən təəssüf edirəm ki, konfransın açılışında iştirak edə bilməmişəm. Mən çox istəyirdim ki, açılışda sizinlə görüşüm. Amma bunun səbəbi də ondan ibarətdir ki, mən xaricdə idim, rəsmi səfərdə idim. Bizim üçün dost, qardaş ölkə olan İordaniyaya səfər edirdim. Bu, bir daha onu göstərir ki, Azərbaycan müstəqil ölkə kimi İslam ölkələri ilə, müsəlman ölkələri ilə münasibətlərin qurulmasında çox fəaldır və bizim xarici siyasətimizin bu istiqaməti deyə bilərəm ki, prioritet xarakter daşıyır. Çünki bizi bir-birimizlə bağlayan ancaq ortaq maraqlar deyildir. Bizi bağlayan bizim müştərək tariximizdir, mədəniyyətimizdir, aramızda olan tarixi bağlardır. Azərbaycan müstəqilliyinin ilk illərindən başlayaraq bu günə qədər öz xarici siyasətində İslam həmrəyliyi prinsiplərini həmişə uca tutmuşdur.

Qeyd etdiyim kimi, biz çox zəngin mədəniyyətə malikik. Ancaq 18 ildir müstəqil ölkə kimi yaşayırıq. Biz müxtəlif dövrlərdə başqa ölkələrin tərkibində yaşamışıq. Ancaq buna baxmayaraq, öz milli mənliyimizi saxlaya bilmişik, öz tariximizi qoruya bilmişik və bu gün müstəqil ölkə kimi uğurla inkişaf edirik. Bunun səbəblərindən biri də ondan ibarətdir ki, biz tarixi köklərimizə, dəyərlərimizə, müqəddəs İslam dininə həmişə sadiq olmuşuq.

Bildiyiniz kimi, Sovet İttifaqı zamanında ümumiyyətlə dinə qadağa qoyulmuşdu. Azərbaycanda məscidlər dağıdılmışdı və Azərbaycan vətəndaşları öz vicdan azadlığını ifadə edə bilmirdilər. Azərbaycanda bir neçə məscid qalmışdı. Onlar da sadəcə olaraq bir tarixi abidə kimi saxlanılmışdı. Müstəqillik dövründə, Azərbaycanın taleyi öz xalqının əlində cəmləşdiyi bir zamanda Azərbaycanda mindən artıq məscid tikilmişdir. Bu, bizim mənəvi dəyərlərimizdir. Bu, bizim keçmişimizdir və bizim gələcəyimizdir.

Azərbaycan xalqı indi öz taleyini özü həll edir. Bu, bizim üçün tarixi əhəmiyyətdir. Biz bu gün dünya birliyində öz müstəqil siyasətimizi aparırıq. Bizim üçün dost, qardaş ölkələrlə qarşılıqlı surətdə faydalı əlaqələr qururuq və biz görürük beynəlxalq təşkilatlarda kimlər bizi dəstəkləyir. Bu, çox önəmlidir. Əlbəttə, biz çalışırıq ki, bütün ölkələrlə yaxşı münasibətlər quraq və buna nail oluruq. Ancaq ölkəmiz üçün həlledici məqamlarda bizim yanımızda olan ölkələr müsəlman ölkələri olmuşdur. Beynəlxalq təşkilatlarda bizə ən çox dəstək verən ölkələr müsəlman ölkələridir. Biz də öz növbəmizdə, bütün beynəlxalq təşkilatlarda həmişə müsəlman ölkələrinin təşəbbüslərini dəstəkləyirik.

Ölkələr arasında həm iqtisadi, həm də siyasi əlaqələr daha da sürətlə inkişaf etməlidir. Mədəni əlaqələrin inkişafı üçün böyük imkanlar vardır. Biz öz imkanlarımızı paylaşmalıyıq və elə etməliyik ki, İslam dünyasında həmrəylik daha da yüksək səviyyəyə qalxsın, biz bütün tədbirlərdə vahid bir ailə kimi çıxış edək.

Yenə də demək istəyirəm ki, Azərbaycan gənc müstəqil dövlətdir və İslam Konfransı Təşkilatında bizim üzvlük müddətimiz o qədər də böyük deyildir. Ancaq bu qısa müddət ərzində biz çalışmışıq və çalışırıq ki, İslam həmrəyliyinin gücləndirilməsinə öz töhfəmizi verək.

Mən bayaq qeyd etdim ki, Azərbaycanda nazirlər - xarici işlər, təhsil, turizm nazirləri səviyyəsində çoxsaylı tədbirlər keçirilmişdir. Bu gün isə Bakıda mədəniyyət nazirlərinin konfransı keçirilir. Bir neçə gün bundan əvvəl Bakıda böyük elmi-praktiki konfrans keçirilmişdir. Bir neçə gün ərzində ərəb ədəbiyyatının öyrənilməsi və tədqiqi üçün çox önəmli beynəlxalq konfrans keçirilmişdir. Yəni bu, bir daha onu göstərir ki, bizim niyyətimiz nədən ibarətdir.

Mən bugünkü görüşə çox böyük əhəmiyyət verirəm. Mən sizi ürəkdən salamlayıram və bir daha xahiş edirəm ki, mənim səmimi salamlarımı ölkələrinizin rəhbərlərinə çatdırasınız. Biz istəyirik ki, belə tədbirlər Bakıda tez-tez keçirilsin. Biz çox şadıq ki, Azərbaycanın paytaxtı Bakı şəhəri İslam mədəniyyətinin paytaxtı seçilmişdir. Bu, bizim üçün böyük şərəfdir. Bu, İslam dünyasının Azərbaycana verdiyi qiymətdir. Biz bundan sonra da çalışacağıq ki, bu həmrəyliyi praktiki işlərimizlə daha da gücləndirək.

Mən bir daha sizə öz təşəkkürümü bildirmək istəyirəm ki, siz Azərbaycana gəlmisiniz, bu konfransda yüksək səviyyədə iştirak edirsiniz. Əminəm ki, Bakıda keçirdiyiniz günlər sizin üçün xoşdur və burada müzakirə olunan məsələlər, aparılan söhbətlər, danışıqlar gələcəkdə bizim birliyimizi daha da gücləndirəcəkdir.

Sağ olun.

X X X

Azərbaycan Prezidentinə İKT və İSESKO adından xatirə hədiyyəsi təqdim edildi.

Sonda Prezident İlham Əliyev görüş iştirakçıları ilə xatirə şəkli çəkdirdi.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şahzadə Harri Londona qayıdıb

30 ildən sonra nəşi tapılan şəhid Qəbələnin Qəmərvan kəndində dəfn edilib

Dünyaşöhrətli alim "Yeni çağırışlar"da

Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 25 faizdən çox artıb

Heydər Əliyev xatirələrdə - BDU və Sosial Xidmətlər Agentliyinin birgə tədbiri

“Caspian Agro 2024” sərgisi çərçivəsində “GreenAgroHack” hakaton yarışması keçiriləcək

FIFA prezidenti COP29-a dəvət olunub

Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb

BƏT: Azərbaycanda atalıq məzuniyyəti ilə bağlı vəziyyəti yaxşılaşdırmağa ehtiyac var

AMEA-nın yeni loqotipinin - embleminin hazırlanması üçün təqdim edilən layihələrə yekun baxış keçirilib

Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib

“Qaçqınkom”da vətəndaşların müraciətləri dinlənilib

Ötən ay miqrasiya qanunvericiliyini pozan 202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb

® “Moody’s” beynəlxalq reytinq agentliyi “Kapital Bank”ın reytinq qiymətləndirməsini açıqlayıb

“Azərbaycanda audiovizual yayımın hüquqi tənzimlənməsi” mövzusunda seminar təşkil edilib

Baş nazir Əli Əsədov Ankarada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib

Qida Təhlükəsizliyi Agentliyi: Monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar aşkarlanıb

“Böyük Qayıdışın başlanğıcı” - Hərbi bilik yarışı

“Azərbaycan ədəbiyyatında Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” - elmi sessiya

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Beynəlxalq Muğam Mərkəzində Ulu Öndərin 101 iliyinə həsr edilmiş tədbir təşkil olunub

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Elektrik quraşdırıcısının iş yerində aldığı xəsarətlərdən ölməsi ilə bağlı cinayət işi başlanılıb

“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib

Şamaxıda Heydər Əliyev mərkəzlərinin Ulu Öndərin 101 illiyinə həsr edilən ümumrespublika toplantısı olub

Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Rektor BMU-nun beynəlxalq yarışda qalib gələn komandalarının üzvləri ilə görüşüb

® “Azercell” “Premium” tarifi və “Premium+” loyallıq proqramını istifadəyə verib

“Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycanın inkişaf perspektivləri” - dəyirmi masa

Baş nazir Əli Əsədov Ankarada Anıtqəbri ziyarət edib

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub

Xidmət rəisi: Qadınların peşə hüquqlarının pozulması daha çox əmək müqavilələri ilə bağlıdır

Bakıda “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib

Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

Azərbaycan Özbəkistanla xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq edəcək

Suraxanıda narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanılıblar VİDEO

Ankarada simpozium iştirakçıları Qərbi Azərbaycanda tarixi ədalətin bərpasına çağırıblar VİDEO

Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib

Sumqayıtdakı təhsil müəssisəsində 250 min manatlıq pulun mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb

Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib

Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir

Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub

Bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır

Universitet tələbələri “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar

Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər

Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib VİDEO

AzMİU əməkdaşları bu dəfə Sumqayıt məktəbliləri ilə görüşüblər

Rusiya hökuməti istefaya göndərilib

Naxçıvan şəhərində “Sağlam həyat” layihəsi həyata keçirilib

Bakıda iaşə obyektində iki nəfərin ölməsi, iki nəfərin xəstəxanaya yerləşdirilməsi ilə bağlı araşdırma aparılır

15 ölkənin elm adamları beynəlxalq elmi-praktik konfransda bir araya gəliblər

Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək

Misirdə keçirilən Beynəlxalq Kollegial Proqramlaşdırma müsabiqəsinin finalında Azərbaycanı ADA Universiteti təmsil edib

Sabirabadda narkotik vasitənin təsiri altında avtomobil idarə edən iki sürücü aşkarlanıb

Paşinyan: Ermənistanın Azərbaycan və Türkiyə ilə düşmənçiliyinə son qoyulmalıdır

Baş nazir Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə aparılan tikinti işlərinin gedişi ilə tanış olub

Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-3 VİDEO

Birinci Qarabağ müharibəsi şəhidi Elşad Qayımov Xaçmazda dəfn olunub VİDEO

Azərbaycan millisinin baş məşqçisi: Bütün karateçilərimiz Avropa çempionatında qızıl medal qazana bilərlər

2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub

BƏƏ-nin İqlim Dəyişikliyi Şurası COP29 üçün iqlim ambisiyalarını artırmaq niyyətindədir

BDU tələbələri informasiya təhlükəsizliyi haqqında məlumatlandırılıblar

Paşinyan AİB sammitində iştirak etmək üçün Moskvaya gedəcək

Qırx milyon filippinlinin içməli suya çıxışı yoxdur

FHN-in Gəncə Regional Mərkəzi “Yaz-yay fəsillərində sel təhlükəsi” mövzusunda tədbir keçirib

Robert Fitso: Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir VİDEO

Respublika fənn olimpiadalarının riyaziyyat üzrə final turu keçirilib

Dərinsulu Günəşli platformasının profilaktik işlər proqramı başa çatıb

Sumqayıtda aramsız yağan yağışın fəsadları aradan qaldırılır

Bu gün dəfn olunan şəhidin anası: 31 ilə yaxındır gözüm yollarda qalmışdı

Qarabağ müharibəsi şəhidlərinin bir qrup ailə üzvü Türkiyənin Çanaqqala əyalətində olublar

Bakı-Quba yolunda piyada keçidinin inşası başa çatıb

Slovakiyanın Baş naziri: Azərbaycan ilə Avropa İttifaqı arasında körpü olmağa hazırıq VİDEO

Türkiyənin ikinci astronavtı gələn ay kosmosa yola salınacaq

Azərbaycan millisinin voleybolçusu: Özümüzə inanırıq, çünki güclü məşqçimiz var

Prezident İlham Əliyev: Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir VİDEO