Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edib YENİLƏNİB VİDEO

Bakı, 3 mart, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Razanın başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edib.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyətini salamlayan Prezident İlham Əliyev dedi:

-Azərbaycana xoş gəlmisiniz. Sizi görməyə çox şadam. Əminəm ki, sizin səfəriniz hərbi sahədə ölkələrimiz arasında əməkdaşlığı gücləndirəcək. Bu günə qədər bu əməkdaşlıq çox səmərəli olmuşdur və biz tərəfdaşlığımızı genişləndirmək arzusundayıq.

Əvvəlcə, müharibə zamanı nümayiş etdirilən həmrəyliyə və dəstəyə görə qardaş Pakistana təşəkkürümü ifadə etmək istəyirəm. Torpaqlarımızın azadlığı uğrunda apardığımız müharibə 44 gün çəkdi və Azərbaycanın Ermənistan üzərində qələbəsi ilə başa çatdı. Biz 30 ilə yaxın işğal altında olan ərazilərimizi azad etdik.

Müharibənin ilk günündən Pakistan Azərbaycana həmrəylik və dəstək nümayiş etdirdi. Pakistan Azərbaycanın işğal olunmuş ərazilərindən qoşunların dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasının tərəfdarı kimi çıxış etdi və Ermənistanın təcavüzünü pislədi. Bu, həqiqi qardaşlıq və dostluğun nümunəsi idi. Yəqin bilirsiniz ki, Azərbaycanda insanlar Pakistan xalqı ilə, ölkənizlə bağlı öz hisslərini nümayiş etdirdilər, müharibə zamanı Pakistan bayraqlarını dalğalandırdılar. Bu, bir daha bizim birlik və qardaşlığımızı nümayiş etdirir.

Ölkələrimiz arasında əlaqələrin uzun tarixi var. Pakistan dünyanın Ermənistanla diplomatik münasibətlər qurmayan azsaylı dövlətlərindən biridir və Azərbaycanın torpaqlarının işğalı səbəbindən Ermənistanı rəsmi olaraq tanımayıb. Xalqımız bundan xəbərdardır və biz bunu çox yüksək qiymətləndiririk. Azərbaycan da öz növbəsində, hər zaman Kəşmir məsələsi daxil olmaqla, bütün digər məsələlərdə Pakistanı dəstəkləyir. Bu dəstək tərəfimizdən BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təsisatlarda verilir. Sabah İqtisadi Əməkdaşlıq Təşkilatının videokonfrans formatında Zirvə toplantısı keçiriləcək və biz ölkələrimiz arasında iqtisadi əməkdaşlığı müzakirə edəcəyik. İkitərəfli münasibətlərimizə bir daha toxunaraq qeyd etmək istəyirəm ki, biz diqqətimizi iqtisadiyyat sahəsində cəmləşdirəcəyik. Buraya energetika və nəqliyyat sahəsi aiddir. Biz ümid edirik ki, Pakistan ölkəmizin ərazisindən keçən mövcud və yeni yaranmaqda olan nəqliyyat marşrutlarına qoşulacaq. Beləliklə də biz əməkdaşlığımızı bu sahədə də genişləndirmiş olacağıq.

Əlbəttə, hərbi sahədə əməkdaşlığımızın böyük potensialı var və əminəm ki, bu gün siz həmkarlarınızla gələcək planlarımızı müzakirə edəcəksiniz. Biz artıq Pakistan müdafiə sənayesinin məhsulları ilə tanışıq. Bildiyiniz kimi, biz Pakistandan hərbi avadanlıq almışıq və bu prosesi davam etdirmək arzusundayıq. Bununla yanaşı, biz birgə hərbi təlimlər üzərində düşünürük. Hesab edirik ki, artıq bunun vaxtı çatıb.

Biz artıq Azərbaycan, Türkiyə və Pakistan arasında siyasi və digər sahələrdə, o cümlədən müdafiə sahəsində üçtərəfli əməkdaşlıq formatının yaxşı nəticələrinin şahidi olduq. Hesab edirəm ki, biz səylərimizi birləşdirərək mövqelərimizi gücləndirəcəyik və sülhə töhfə verəcəyik. Çünki ölkələrimiz regionda sülh və ədalətin tərəfdarıdır. Biz beynəlxalq hüququn işləmədiyini, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin 27 il ərzində icra edilmədiyini, beynəlxalq ictimaiyyət tərəfindən Ermənistana qarşı sanksiyaların tətbiq olunmadığını, Ermənistanın cəzalandırılmadığını və sonsuz danışıqların dalana dirəndiyini görəndə ədaləti özümüz bərpa etməli olduq. Yəni, beynəlxalq hüquq işləmədiyi halda, o, güc vasitəsilə həyata keçirilməlidir. Biz buna nail olduq və bunu bütün dünyaya nümayiş etdirdik.

Ancaq biz sülh istəyirik və bu gün sülhü təbliğ edirik. Beləliklə, bizim hərbi sahədə əməkdaşlığımız dünyada sülhün bərqərar olunması işinə töhfə verəcək. Bir daha xoş gəlmisiniz. Sizə ölkəmizdə yaxşı vaxt keçirməyi və həmkarlarınızla səmərəli iş aparmağı arzulayıram.

XXX

Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Raza dedi:

-Çox sağ olun cənab Prezident. Əvvəlcə, Sizinlə görüşməkdən böyük şərəf hissi duyuram və bu cür yerinə düşən görüş fürsətinə görə Sizə olduqca minnətdaram. Sizin və Azərbaycan xalqının 44 günlük müharibədə tam Qələbəsi münasibətilə Sizi öz adımdan, Pakistanın bütün Silahlı Qüvvələri və Pakistan xalqı adından təbrik etmək istərdim. Deməliyəm ki, Zəfəriniz eyni istəklə Pakistanda qeyd olundu. Buna görə, Zati-aliləri, cənab səfir hadisələrin gedişatı haqqında bizi daim məlumatlandırırdı. Müharibənin istənilən anında Azərbaycan Silahlı Qüvvələrinin əməliyyatları bizim kütləvi informasiya vasitələrində əsas başlıqla gedirdi. Bir daha tam Qələbəniz münasibətilə Sizi təbrik edirəm.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edib YENİLƏNİB VİDEO

Naxçıvandan xaricə məhsul ixracı 16 faiz artıb

Qlobal istilik dalğası süd qiymətlərinin yüksəlməsinə gətirib çıxarır

Almaniyada pandemiya dövründəki fəaliyyətin araşdırılması üçün xüsusi komissiya yaradılıb

Araşdırma: Dünyanın ən nadir qan qrupu aşkarlanıb

Özbəkistan istixana qazı emissiyalarının azaldılmasına töhfəsini artıracaq

Cənubi Koreyada rekord sayda pasiyent istivurma səbəbindən xəstəxanaya müraciət edib

Türkiyənin Qars şəhərində zəlzələ ilə əlaqədar təlimlər keçirilib

Naxçıvanda əsas kapitala 106 milyon manatdan çox vəsait yönəldilib

Roma Papası: Süni intellekt yeni bərabərlik üfüqləri aça bilər

Çirkli havaya uzun müddət məruz qalmaq beyin şişi riskini artıra bilər - TƏDQİQAT

Avropa İttifaqına qanunsuz miqrant axını 20 faiz azalıb

Şirvanda “Qərbi Azərbaycan İrsi” kitabının birinci cildinin təqdimatı olub

Keşikçidağda 3800 il yaşı olan döyüşçü kurqanı aşkarlanıb

Dövlət Departamenti: Birləşmiş Ştatlar Cənubi Qafqazda sülhün və sabitliyin təşviqi üçün səyləri dəstəkləyir

Serbiyada meşə yanğınları davam edir

“Sabah”ın baş məşqçisi: Son ötürmələr dəqiq olmurdu

Albert Riera: “Sabah”la cavab görüşünə arxayın çıxmayacağıq

Əbu-Dabidəki görüş Azərbaycanın liderliyinin ifadəsi, həm də milli maraqlarının irəli aparılmasıdır - ŞƏRH

Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini işğal etməsi zamanı əsirlikdə və girovluqda dəhşətli işgəncələrə məruz qalmış şəxslər məhkəmədə ifadə veriblər

UEFA Avropa Liqası: "Sabah" doğma meydanda Sloveniya klubuna məğlub olub

Professor Mirzə Qurbanov vəfat edib

Birinci yarımildə Naxçıvanda pərakəndə ticarət dövriyyəsi 677 milyon manatdan çox təşkil edib

“Qarabağ” Redon Cica ilə yollarını ayırıb

İtaliyada dənizkənarı kurort bölgədə yanğın olub, 600 nəfər təxliyə edilib

Türk Mədəniyyəti və İrsi Fondunda “Azərbaycan-Gürcüstan münasibətləri (1918–1922-ci illər)” kitabının təqdimatı keçirilib

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb

Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya işgüzar səfərə gəlib

Bakıda Opera Günlərinin bağlanış mərasimi keçirilib VİDEO

Bakıda Opera Günlərinin bağlanış mərasimi keçirilib VİDEO

Naxçıvanda sənaye məhsullarının istehsalı artıb

Muxtar Babayev: Enerji siyasətində dayanıqlılıq və diversifikasiya Azərbaycanın əsas prioritetlərindəndir

Naxçıvanda ümumi daxili məhsul istehsalı 760 milyon manata yaxın olub

ADNSU-da bir neçə yeni ixtisas və ixtisaslaşma üzrə ilk dəfə qəbul aparılır

Azərbaycanın mövqeyi bölgədə dayanıqlı sülhün əldə olunması üçün ciddi zəmin yaradır – ŞƏRH

AQTA yanında Məşvərət Şurasının növbəti iclası keçirilib

Fransada doğum səviyyəsi aşağı düşüb

Naxçıvanda 38 dönərxanada nöqsanlar aşkarlanıb

Ukraynadan olan daha 30 uşaq reabilitasiya xidmətləri ilə təmin edilmək üçün Azərbaycana gətirilib

Ukraynadan olan daha 30 uşaq reabilitasiya xidmətləri ilə təmin edilmək üçün Azərbaycana gətirilib

Azərbaycanın siyasi partiyaları sədrlərinin Qarabağa növbəti səfəri Ağdam şəhərinə təşkil olunub

“Ulu Öndər Heydər Əliyev Qərbi Azərbaycanın mədəni irsi haqqında” mövzusunda tədbir keçirilib VİDEO

“Ulu Öndər Heydər Əliyev Qərbi Azərbaycanın mədəni irsi haqqında” mövzusunda tədbir keçirilib VİDEO

Əbu-Dabidə keçirilən görüş Azərbaycanın diplomatik fəallığının və liderliyinin növbəti nümunəsidir – RƏY

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə 65 mindən çox namizəd dəvət edilib

“DOST Müfəttiş” layihəsi çərçivəsində görüş keçirilib

Belaruslu səyyah: Azad olunmuş ərazilər beynəlxalq turizm üçün çox cəlbedicidir VİDEO

Belaruslu səyyah: Azad olunmuş ərazilər beynəlxalq turizm üçün çox cəlbedicidir VİDEO

DİN-də antinarkotik tədbirlərinin gücləndirilməsi və reabilitasiya mərkəzlərinin fəaliyyəti müzakirə olunub

Əbu-Dabi görüşü normallaşma istiqamətində mühüm addım kimi qiymətləndirilir VİDEO

Əbu-Dabi görüşü normallaşma istiqamətində mühüm addım kimi qiymətləndirilir VİDEO

Azərbaycan klubu portuqaliyalı futbolçunu transfer edib

Əbu-Dabi görüşünün ikitərəfli formatda, vasitəçisiz keçirilməsi Azərbaycanın növbəti diplomatik nailiyyətidir - Ekspert

"Turan Tovuz" yeni futbolçu transfer edib

Şərqi Zəngəzur və Qarabağın torpaq və su resursları müzakirə olunub

“Tərlan - 2025” PUA təlimi yekunlaşıb

FHN-in təşkilatçılığı ilə “Bakı 2025” əməliyyat-taktiki təlimi keçirilib VİDEO

FHN-in təşkilatçılığı ilə “Bakı 2025” əməliyyat-taktiki təlimi keçirilib VİDEO

Azərbaycanla Pakistan arasında hüquqi sahədə əməkdaşlıq genişləndiriləcək

Günəş enerjisi ilk dəfə Aİ-də ən böyük elektrik enerjisi mənbəyinə çevrilib

Dünya səyyahları Ağdamda  YENİLƏNİB - FOTO  VİDEO

Dünya səyyahları Ağdamda YENİLƏNİB - FOTO VİDEO

Qeyri-formal və informal təhsilin qiymətləndirilməsi və tanınması istiqamətində tədbirlər davam etdirilir

Azərbaycan ilə Özbəkistan arasında birgə mədəni tərəfdaşlıq

Azərbaycan-Koreya elmi əməkdaşlığı çərçivəsində arxeologiya üzrə beynəlxalq konfrans keçirilib

"Sumqayıt" klubunun yeni baş məşqçisinin köməkçiləri müəyyənləşib

DİN: Peşəkar kadr potensialının formalaşdırılması strateji prioritetlərdəndir

Professor Mahirə Hüseynova: Ziyarətgahların dağıdılması vəhşiliyin bariz nümunəsidir

Komitə rəsmisi: Qarabağa səfər etmək üçün tələb olunan icazələrin müddəti daha da artırılacaq

Azərbaycanın 4 parataekvondoçusu Cənubi Koreyadakı turnirdə çıxış edəcək

Ötən ilin ədəbi yekunları – özümüzə və dünyaya deyəcək sözümüz

Son bir ayda özünüməşğulluq proqramı üzrə 1200-dək şəxs üçün kiçik təsərrüfatlar yaradılıb

Babək rayonunun bir sıra yaşayış məntəqələrinə qaz təchizatı müvəqqəti dayandırılacaq

Ukrayna “Starlink” mobil internet xidmətini istifadəyə verən ilk Avropa ölkəsi olacaq

Günay Əfəndiyeva: Biz öz mədəni irsimizə sahib çıxmalıyıq

Böyük Britaniya Ukraynaya HHM raketləri göndərəcək

Nazir: İlin ilk yarısında 305 kriminal qrup zərərsizləşdirilib

Abu-Dabi görüşü Azərbaycanın sülh gündəliyində təşəbbüskar tərəf olduğunu bir daha nümayiş etdirdi- ŞƏRH

Qahirədə diaspor mərkəzində milli mətbəximizin təbliği məqsədilə dərs keçirilib

DİN: Ötən ilin altı ayı ilə müqayisədə ağır və xüsusilə ağır cinayətlər 18,9 faiz azalıb

İrlandiyalı səyyah: Dostlarıma göndərdiyim poçt kartlarında möhtəşəm Şuşa qalası əks olunub VİDEO

İrlandiyalı səyyah: Dostlarıma göndərdiyim poçt kartlarında möhtəşəm Şuşa qalası əks olunub VİDEO

Ayasofyanın yenidən məscid kimi fəaliyyətə başlamasından beş il ötür

Daxili İşlər Nazirliyində altı ayın yekunları müzakirə olunub

BMU ilə Lanzhou Maliyyə və İqtisadiyyat Universiteti arasında memorandum imzalanıb

Lavrov və Rubio Kuala-Lumpurda görüşüblər

Azərbaycanlı alimin monoqrafiyası gürcü dilində çap olunub

Qarabağda sahibkarlığın inkişafına yeni təkan - ŞƏRH

ABŞ-da aqrar proqramlarda irq və cinsiyyət amilləri artıq nəzərə alınmayacaq

Hacı Əliyev: Çalışıram ki, Azərbaycan güləşi daim zirvələrdə olsun - AÇIQLAMA

Azərbaycan iqlim diplomatiyasını fəal şəkildə davam etdirir

Almaniya Futbol Federasiyasının üzvlərinin sayı 8 milyonu ötüb

“İnter”dən ayrılan futbolçu ölkəsinə qayıdacaq

bp-dən Azərbaycan milli mətbuatının 150 illiyinə töhfə

Əbu-Dabi görüşü normallaşma gündəliyinin ən tarixi görüşlərindən biridir - Politoloq

Milli Aviasiya Akademiyasında “Süni İntellekt Texnologiyaları və Aerokosmik Problemlər” III Beynəlxalq Elmi-Praktik Konfrans keçirilib

Əbu-Dabidə Körfəz regionunda ilk dəfə robotla ağciyər nəqli əməliyyatı keçirilib

Media nümayəndələri üçün təlim keçirilib

İmaməddin Xəlilov beynəlxalq təlim-məşq toplanışının ən fəal kişi parataekvondoçusu seçilib

Romada Ukraynanın Bərpası Konfransı başlayıb

OECD-nin ekspertləri Azərbaycanda korrupsiyaya qarşı mübarizə tədbirlərini yüksək qiymətləndiriblər

Elektron dövlət platformasında Azərbaycan dili ekosisteminin formalaşdırılmasına dair konseptual yanaşmalar işlənilib

OPEC-in beynəlxalq seminarında Azərbaycanın enerji strategiyasından danışılıb

Süni intellektin universitetlər və elmi-tədqiqat institutları üçün yaratdığı imkanlar müzakirə olunub

Azərbaycanı həndbol üzrə Avropa Kubokunda təmsil edəcək klublar müəyyənləşib

Dünya səyyahları Xankəndi şəhərinə səfər ediblər FOTO

Bu ilin ilk altı ayında Türkiyənin hava nəqliyyatından 108,8 milyon sərnişin istifadə edib

Azərbaycan Ordusunda “Ən yaxşı IT mütəxəssisi” adı uğrunda yarış keçirilib

Amerika və Azərbaycan postmodernist şairlərinin yaradıcılığı müqayisəli tədqiq edilib