SİYASƏT
Prezident İlham Əliyev: Qoşulmama Hərəkatı son bir neçə ildə beynəlxalq münasibətlərdə mühüm aktorlardan biri olub
Bakı, 2 mart, AZƏRTAC
Qürurla deyə bilərəm ki, Qoşulmama Hərəkatı son bir neçə ildə beynəlxalq münasibətlərdə mühüm aktorlardan biri olub.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev martın 2-də Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündə çıxışında söyləyib.