Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev Rumıniyanın, Avstriyanın, Litvanın xarici işlər nazirlərini və Avropa İttifaqının nümayəndə heyətini qəbul edib YENİLƏNİB VİDEO

Bakı, 25 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 25-də Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozef Borelin mandatı əsasında Azərbaycana səfər edən Rumıniyanın xarici işlər naziri Boqdan Aureskunu, Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberqi, Litvanın xarici işlər naziri Qabrielius Landsbergisi və Avropa İttifaqının nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, qonaqları salamlayan Prezident İlham Əliyev dedi:

-Xoş gəlmisiniz. Avropa İttifaqından belə böyük nümayəndə heyətini görməyə şadam. Bu, bizim əməkdaşlığımızın, Avropa İttifaqı və onun üzvlərinin regional məsələlərə cəlb olunmasının yaxşı göstəricisidir. Bilirsiniz ki, bizim Avropa İttifaqı ilə əməkdaşlığımız çox uğurludur. Azərbaycan bir çox ölkə ilə, 9 üzv ölkə ilə strateji tərəfdaşlığa dair sənəd və sazişlər imzalayıb və qəbul edib. Düşünürəm ki, bu, bizim ölkəmizin çox böyük nailiyyətidir. Çünki bu, üzv ölkələrin üçdəbirini təşkil edir və onu göstərir ki, əməkdaşlığın çərçivəsi həqiqətən çox genişdir, qarşılıqlı maraq, qarşılıqlı əhəmiyyət kəsb edən çox sahələri əhatə edir.

Biz üç il əvvəl Avropa İttifaqı ilə Azərbaycan arasında Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığını dəstəkləyən tərəfdaşlıq prioritetlərinə dair sənədi parafladıq. Bu, yeni hərtərəfli sazişin razılaşdırılması istiqamətində çox mühüm addım oldu. Mən başa düşdüyüm qədərilə sizin regiona səfəriniz Ermənistanla Azərbaycan arasında münaqişədən sonra yaranmış hazırkı vəziyyətə həsr olunub. Başqa sözlə desək, postmünaqişə vəziyyəti əhəmiyyət kəsb edir, çünki düşünürəm ki, indi - bu il və gələn il ərzində postmünaqişə vəziyyəti ilə bağlı əsas fundamental yanaşmalar işlənib hazırlanacaq. Azərbaycanın mövqeyi çox açıq və aydındır.

Mən artıq dəfələrlə bu barədə danışmışam ki, biz postmünaqişə vəziyyətindən Cənubi Qafqazda sülhməramlı inkişafa və əməkdaşlığa keçmək istəyirik. Əfsuslar olsun ki, biz indiyədək Ermənistan hökumətindən buna bənzər nə isə eşitməmişik. Ermənistan hökuməti bizim Ermənistanla sülh sazişinə dair danışıqlara başlamaqla bağlı heç bir bəyanatımıza məhəl qoymur. Lakin ola bilsin ki, seçkiqabağı vəziyyət bu cür bəyanatlar vermək üçün çox əlverişli olmayıb. Amma indi Ermənistanda seçkilər başa çatandan sonra ümid edirik ki, müsbət cavab olacaq. Əlbəttə, düşünürəm ki, sizin Ermənistanda təmaslarınız zamanı bu məsələ də müzakirə ediləcək. Çünki əgər bizim Ermənistanla sülh sazişimiz olmasa, bu, o deməkdir ki, sülh də yoxdur. Təkcə iki ölkə arasında deyil, həm də Cənubi Qafqazda sülh yoxdur. Bizə sülh və dayanıqlı inkişaf, proqnozlaşdırılma, sıfır müharibə riski lazımdır, bizə müharibə lazım deyil. Bizə əvvəl də müharibə lazım deyildi.

Beləliklə, düşünürəm ki, bu, bizim fəal əməkdaşlıq edə biləcəyimiz sahələrdir. Şadam ki, Avropa İttifaqı regional məsələlərdə öz iştirakını nümayiş etdirir və sizin səfəriniz bunun aydın göstəricisidir. Biz Cənubi Qafqazda sülh, barışıq, inkişaf və əməkdaşlıq işinə xidmət edən istənilən iştirakı qiymətləndiririk.

Müharibədən əvvəlki vəziyyətə gəlincə, mən, sadəcə olaraq, bir daha öz mövqeyimizi ifadə etmək istəyirəm. Azərbaycan hər zaman Ermənistanla münaqişənin sülh yolu ilə həllinə sadiq olub və bizim 28 il ərzində Minsk qrupu yaradılandan etibarən danışıqlar prosesində olmağımız faktının özü bunun aşkar göstəricisidir. Biz məsələni sülh yolu ilə həll etmək istəyirdik və danışıqlar prosesinin müxtəlif dövrlərində ümidlərimiz var idi.

Mən 2003-cü ildən danışıqlar prosesində iştirak etmişəm. Ermənistanın 3 lideri ilə danışıqlar aparmışam və sizə deyə bilərəm ki, bu, dünyada aparılmış istənilən növ danışıqlarda çox mənfi təcrübə idi. Çünki uzun illər davam edən bu mənasız danışıqlardan sonra biz açıq-aydın dərk etdik ki, Ermənistan sülh istəmir. Onlar status-kvonu dəyişməz saxlamaq istəyirdilər. Onlar bizim torpaqlarımızı əbədi işğal altında saxlamaq istəyirdilər və onların danışıqlarda iştirakı bir növ danışıqlar prosesinin imitasiyası idi. Onlar beynəlxalq və Avropa təşkilatlarını çaşdırmağa çalışırdılar ki, onlar həll istəyirlər, Azərbaycan isə konstruktiv deyil. Son vaxtlar baş verənlər isə çox sayda təxribatçı addımlar atmış, əməllər törətmiş və müharibəyə təhrik etmiş Ermənistan hökumətinin məsuliyyətidir. Mənim mövqeyimi sübut edə bilən çox sayda dəlil var. Mən sizə cəmi bir neçə nümunə göstərəcəyəm. Ermənistanın müdafiə naziri ictimai şəkildə bəyan etdi ki, Ermənistan yeni ərazilər uğrunda yeni müharibəyə hazırlaşır. Bu, Azərbaycana qarşı açıq təhdid idi. Ermənistanın baş naziri bildirdi ki, Dağlıq Qarabağın qondarma rəhbərliyi danışıqlarda iştirak etməlidir. Bu, əslində, təkcə bizim maraqlarımıza qarşı deyildi, həm də ATƏT-in Minsk qrupu və onun həmsədrlərinin işləyib hazırladığı formata qarşı idi. Bu səbəbdən də bu mövqe ATƏT-in Minsk qrupunun həmsədr ölkələrini də, yumşaq desək, bir qədər təəccübləndirmişdi. Onlar obyektiv olaraq bunu danışıqlar prosesindən çıxmaq cəhdi hesab etmişdilər. Çünki danışıqların formatı iki ölkə və ATƏT tərəfindən yaradılmışdı: Ermənistanla Azərbaycan arasında olan münaqişə.

Ermənistan rəhbərliyinin daha bir təxribatçı bəyanatı o idi ki, “Qarabağ Ermənistandır və nöqtə”. Bu da faktiki olaraq istənilən danışıqlara son qoydu. Birincisi, bu, çox ziddiyyətli bəyanat idi, çünki bir tərəfdən Ermənistan rəhbərliyi deyirdi ki, Qarabağ müstəqil ölkədir və Azərbaycan onunla danışıqlar aparmalıdır. Sonra da deyirdilər ki, Qarabağ Ermənistandır. Biz onlardan bunlardan hansının həqiqət olduğunu soruşduq. Əslində, onlar hər iki halda yalan danışırdılar. Lakin bu, istənilən danışıqları lazımsız və mənasız edən çox təxribatçı bəyanat idi. Minsk qrupu ölkələrinin səfirləri ilə görüşlərimdə mən görürdüm ki, bu mövqe onları da bir qədər çaşdırır və təəccübləndirir və əslində, onlar nə edəcəklərini bilmirlər. Əgər Qarabağ Ermənistandırsa, onda bu barədə nə danışmaq olar? Bu, danışıqlar prosesini tamamilə məhv etmək və torpaqları əbədi işğal altında saxlamaq üçün Ermənistan rəhbərliyinin məqsədli cəhdi idi.

Lakin bu, hələ hamısı deyil. Ötən il onlar təmas xəttində və bizim dövlət sərhədində üç təxribatçı hərbi əməl törədərək mülki şəxsləri qətlə yetirdilər, kəndlərimizi bombaladılar və bizi təhrik etdilər. Beləliklə, İkinci Qarabağ müharibəsi qaçılmaz idi və bu, hər kəs üçün aydın idi.

Hazırda biz münaqişədən sonrakı inkişaf vəziyyətindəyik. Dağlıq Qarabağ münaqişəsi həll olunub. Bununla bağlı danışıqlar aparası heç nə yoxdur. Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat bəzi beynəlxalq siyasətçilərin təqdim etməyə çalışdığı kimi, təkcə atəşkəs razılaşması deyil. Bu sənədə baxan hər kəs görəcək ki, o, təkcə atəşkəslə bağlı deyil, bir çox başqa məsələlərlə bağlıdır. Biz postmünaqişə vəziyyəti barədə düşünməliyik. Çıxışımın əvvəlində qeyd etdiyim kimi, biz səhifəni çevirməyə, irəli getməyə və regional sabitliyə töhfə verməyə hazırıq.

Bir daha səfərə görə minnətdarlığımı bildirmək istərdim. Ümidvaram ki, səfər çox uğurlu, səmərəli olacaq. Sizin regiona səfərinizdən sonra gələcək planları müzakirə etmək üçün biz Brüsseldəki səfirliyimiz, Xarici İşlər Nazirliyimiz vasitəsilə mütləq əlaqə saxlayacağıq. Bir daha xoş gəlmisiniz.

Rumıniyanın xarici işlər naziri Boqdan Auresku dedi:

-Cənab Prezident, əvvəla, bu görüşdə olmaq və müzakirə aparmaq bizim üçün böyük şərəfdir, bu təklifi qəbul etdiyiniz üçün təşəkkür edirik. Üç nazir, xüsusi nümayəndə və Avropa İttifaqının xarici əlaqələr xidmətindən olan həmkarlarımızın ölkənizə səfərə gəlməsi cari ilin may ayında Lissabon şəhərində keçirilmiş Avropa İttifaqı xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü zamanı aparılmış müzakirələrin nəticəsidir. Həmin görüş Rumıniyanın təşəbbüsü ilə keçirilib və bizim təşəbbüsümüzlə gündəliyə regional münaqişələr mövzusu da daxil olunub. Sözügedən görüşün sonunda biz qərara gəldik ki, Avropa İttifaqı regionla daha yaxından məşğul olmaq, münaqişələrin həllində iştirak etmək, Dağlıq Qarabağ münaqişəsinə gəldikdə isə tərəflərin razılığı olduğu təqdirdə postmünaqişə dövründə inkişaf proseslərinə cəlb olunmaq istiqamətində səylərini artırmaq niyyətindədir.

Bizim burada olmağımızın məqsədi regionun sabitliyi və təhlükəsizliyinə güclü dəstək mesajını vermək, habelə Sizin də qeyd etdiyiniz kimi, münaqişədən sonrakı dövr üçün qarşıda duran bütün məsələlərin müfəssəl həlli istiqamətində nə kimi dəstəyin göstərilə biləcəyini nəzərdən keçirməkdir.

Eyni zamanda, bu səfər cari ilin sonunda keçirilməsi nəzərdə tutulan Şərq Tərəfdaşlığı Zirvə toplantısına hazırlıq məqsədi daşıyır. Avropa İttifaqı üçün Azərbaycan mühüm rola malikdir, enerji sahəsində strateji tərəfdaşdır, regionda Avropa İttifaqının ən iri ticarət tərəfdaşıdır və Avropa İttifaqının ən çox sərmayə yatırdığı ölkədir. Bizim üçün Azərbaycan Cənubi Qafqazın sabitliyi və firavanlığı baxımından böyük əhəmiyyət kəsb edir. Biz Azərbaycanı tolerantlığın, multikulturalizmin və dinlərarası dialoqun nümunəsi kimi yüksək qiymətləndiririk. Mən bilirəm ki Siz prezidentlik dövrünüzdə bütün bunlara nail olmaq üçün böyük işlər görmüsünüz.

Ölkəniz regional bağlılıq baxımından da vacib rol oynayır. Bu sahədə də müzakirələrin aparılması və gələcək əməkdaşlıq üçün geniş imkanlar var. Münaqişədən sonrakı dövr üçün proseslərdən danışarkən Sizin fikirlərinizi öyrənmək istərdik. Bildiyiniz kimi, biz buradan Ermənistana, oradan isə Tbilisiyə səfər edəcəyik. Yəni, etimad quruculuğu, yenidənqurma, vəziyyətin sabitləşdirilməsi kimi sahələrdə biz nə edə bilərik? Bu yaxınlarda müəyyən addımlar atılıb, saxlanılan bəzi şəxslər qarşı tərəfə verilib, minaların xəritələri təqdim olunub. Biz belə prosesləri gələcəkdə dəstəkləməkdə maraqlıyıq və hesab edirik ki, etimad quruculuğu baxımından bu, olduqca vacibdir.

Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq regionun postmünaqişə dövrünü yaşadığını vurğulayaraq, bundan sonra sülh dövrünə və dayanıqlı dinc həll mərhələsinə keçilməsinin önəmini qeyd etdi. Bildirdi ki, Avropa İttifaqının regiona, o cümlədən bölgənin iqtisadi sahəsinə böyük marağı var. Aleksandr Şallenberq dedi ki, Avropa İttifaqı regionda bir çox məsələlər üzrə ATƏT ilə əlaqəli şəkildə fəaliyyət göstərir.

Litvanın xarici işlər naziri Qabrielius Landsbergis bir neçə ay əvvəl Azərbaycana səfərini məmnunluqla xatırladı. Həmin səfər zamanı bir sıra məsələlər ətrafında fikir mübadiləsinin aparıldığını qeyd edərək, budəfəki səfərin müzakirələrin davamı üçün imkan yaratdığını vurğuladı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev Rumıniyanın, Avstriyanın, Litvanın xarici işlər nazirlərini və Avropa İttifaqının nümayəndə heyətini qəbul edib YENİLƏNİB VİDEO

Ağdərədə mina hadisəsi zamanı bir nəfər xəsarət alıb

Beynəlxalq səyyahlar Füzuliyə gəliblər

Əbu-Dabidə Prezident İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü başlayıb YENİLƏNƏCƏK

Dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb

BMT: Dünyada hər il 12 milyon qız uşağı erkən evliliyə məcbur edilir

İsveçin miqrasiya naziri ifrat sağçılarla əlaqəsi olan qohumuna görə təzyiq altındadır

Aİ gələcək böhranlara hazır olmaq üçün vacib tibbi ləvazimatların ehtiyatını yaratmağı planlaşdırır

Konfutsinin vətənində sivilizasiyalar forumu keçirilir

Avropa Mərkəzi Bankı: İqlim böhranları avrozonada ÜDM-in 5 faizi həcmində ziyan vuracaq

Az miqdarda qəbul edildikdə belə, emal olunmuş qidalar xroniki xəstəlik riskini artırır - ARAŞDIRMA

Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinə yeni rəhbər təyin edilib

Vyanada OPEC Beynəlxalq Seminarı çərçivəsində rəsmi ziyafət verilib

Klublararası dünya çempionatı: PSJ finalda "Çelsi" ilə qarşılaşacaq

Muxtar Babayev: OPEC ölkələrinin dekarbonizasiya və yaşıl enerji yanaşmaları maraq doğurur

Avropa Komissiyası: Çexiyada korrupsiya cinayətlərinin araşdırılmasındakı problemlər hələ də aradan qaldırılmayıb

UEFA Çempionlar Liqası: “Qarabağ”ın potensial rəqibləri qarşılaşıb

Rusiya Azərbaycandan iki şirkətin süd məhsullarının idxalını qadağan edib

“UTair” aviaşirkətinin Gəncə–Moskva reysi təxirə salınıb

2025-ci ilin ilk yarısında Türkiyədə 18 mindən çox zəlzələ olub

Gürcüstanda İkinci Qarabağ müharibəsindən bəhs edən “İstiqamət Şuşadır” kitabı təqdim edilib

Şuşa Dövlət Musiqili Dram Teatrında “Ümid işığı” tamaşasının premyerası keçirilib

“Zirə” yoxlama matçında Türkiyə klubuna qalib gəlib

Ukraynalı uşaqlardan ibarət növbəti qrup reabilitasiya üçün Azərbaycana yola salınıb

Babək Quliyevə UEFA-dan növbəti təyinat

Çindən Orta Dəhliz vasitəsilə Avropaya daha bir qatar marşrutu açılıb

Qazaxda Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlməsinin 56 illiyinə həsr olunmuş tədbir keçirilib - FOTO

Rejissor: “Söz” filminin kadrları birdəfəyə çəkilib VİDEO

Rejissor: “Söz” filminin kadrları birdəfəyə çəkilib VİDEO

Baku TV-nin “Söz” filminin təqdimatı keçirilib VİDEO

Baku TV-nin “Söz” filminin təqdimatı keçirilib VİDEO

Pərviz Şahbazov: Azərbaycan ilk gündən OPEC+ formatında fəal iştirak edir VİDEO

Pərviz Şahbazov: Azərbaycan ilk gündən OPEC+ formatında fəal iştirak edir VİDEO

Baş katib: Azərbaycan effektiv, loyal və etibarlı tərəfdaşdır VİDEO

Baş katib: Azərbaycan effektiv, loyal və etibarlı tərəfdaşdır VİDEO

Volodimir Zelenski Romada italiyalı həmkarı və Papa Leo ilə görüşüb

OPEC-in Baş katibi: AZƏRTAC xəbər agentliyinə media tərəfdaşlığına görə təşəkkür edirəm VİDEO

OPEC-in Baş katibi: AZƏRTAC xəbər agentliyinə media tərəfdaşlığına görə təşəkkür edirəm VİDEO

Almaniya müdafiə xərclərini bir neçə il ərzində iki dəfədən çox artıracaq

Rəşad Nəbiyev “WSIS+20 Yüksək Səviyyəli Tədbir 2025” çərçivəsində nazirlərin dəyirmi masasında iştirak edib

“DOST Müfəttiş” layihəsi çərçivəsində ATİB üzvü olan şirkətlərlə görüş keçirilib

Albert Riera: "Sabah" klubuna hörmət edirik

Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır

Pərviz Şahbazov Vyanada OPEC, GECF-in Baş katibləri və misirli həmkarı ilə görüşlər keçirib

Diplomatik xidmət orqanlarının rəhbərləri Şuşa şəhəri ilə tanış olublar VİDEO

Diplomatik xidmət orqanlarının rəhbərləri Şuşa şəhəri ilə tanış olublar VİDEO

Azərbaycanda plastik boru kəmərləri sahəsində yeni dövlət standartları qəbul edilib

Almaniyanın Silahlı Qüvvələrin büdcəsi 86 milyard avroya yüksəlib

Sosial xidmət sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Tofiq Bəhramov adına Respublika Stadionu beynəlxalq assosiasiyaya üzv qəbul edilib

Saatlıda “Qərbi Azərbaycan irsi” kitabının təqdimat mərasimi keçirilib

DMA-nın həmtəşkilatçılığı ilə Malayziyada beynəlxalq tədbir keçirilib

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri ÜƏMT-nin Baş Assambleyasında onlayn rejimdə çıxış edib

NİİM moped, motosiklet və skuter sürücülərinə müraciət edib

“Lion”un Fransa Liqa 1-də qalacağı dəqiqləşib

Abşeron rayonunda “Qərbi Azərbaycan irsi” kitabının təqdimatı olub

Azərbaycan Prezidenti İlham Əliyevin Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşü olub VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşü olub VİDEO

“Araz-Naxçıvan”ın baş məşqçisi: Yoxlama oyunlarında nəticə önəmli deyil

BƏƏ kapitallı şirkətə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidentliyi statusu verilib

“Roma”nın futbolçusu İstanbul klubuna keçib

AZSTAND nümayəndəsi Çex Respublikasının Texniki Komitənin iclasında iştirak edib

Azərbaycan ilə Tacikistan arasında tekstil sektorunda Anlaşma Memorandumu imzalanıb

Fransada ifrat sağçı Milli Birlik partiyasının mənzil-qərargahında axtarış aparılıb

BMMT-yə üzv ölkələrin müvafiq qurumları arasında əlaqələrin perspektivləri müzakirə edilib

Vətəndaşlar Qarabağda beş gün qala biləcəklər VİDEO

Vətəndaşlar Qarabağda beş gün qala biləcəklər VİDEO

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin inzibati təsnifatı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

AYB katibi: Ədəbi tənqid yaradıcı prosesi tamamlayan əsas halqadır

Polşanın milli müdafiə naziri: Baltik dənizi NATO-nun daxili dənizidir

“Daşınmaz abidələrin pasportlaşdırılması Qaydaları”nın və “Daşınmaz abidələrin pasportunun nümunəvi forması”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

"YAŞAT" düşərgəsinin 4-cü həftəsi başlayıb

Avropa Liqası: Sloveniya klubu “Sabah”la oyun üçün Bakıya gəlib

Ukraynada «Neptun» raket kompleksi barədə gizli sənədləri oğurlamağa cəhd edən casuslar həbs edilib

Rəşad Məcid: “Ədəbi proses” müşavirələri ədəbi hərəkata çevrilib

AMEA-da “Ədəbi proses – 2024” mövzusunda elmi-yaradıcılıq müşavirəsi keçirilib

“İki sahil” qəzeti 34 yaşını qeyd edir

Polis motosiklet, velosiped və skuter sürücüləri ilə profilaktik tədbirləri davam etdirir

“Araz-Naxçıvan” Türkiyə klubuna darmadağınla qalib gəlib

İspaniyalı futbolçu ikinci dəfə xərçəng xəstəliyinə qalib gəlib

Yay mövsümündə Mərakeşin sahilyanı kəndləri böyük turizm mərkəzlərinə çevrilir

DİM-in iyun ayında keçirdiyi imtahanlarda 51 mindən çox şəxs iştirak edib

“Azərreyl” serbiyalı voleybolçunu transfer edib

Tələbələrin köçürülməsi prosesinə start verilir

“Qarabağ”ın bir neçə futbolçusu İspaniya klubunun düşərgəsinə yollanacaq

İntellektual qabiliyyətli bölmələrdən tərxis edilən gənclərlə görüş olub

Akademik İsa Həbibbəyli: “Ədəbi proses” müşavirələri 2020-ci ildən “Zəfər diskursu dövrü” kimi mühüm əhəmiyyət daşıyır

UNESCO gəncləri “İpək yolu gənclərin gözü ilə” 7-ci fotomüsabiqədə iştirak etməyə dəvət edir

Ermənilərin “Gorus” toponimini öz mənşəylərinə uyğunlaşdırmaq istəyi tam mənasız bir təbliğatdır – Araşdırma

Azad olunmuş ərazilərə giriş prosedurlarının sadələşdirilməsi vətəndaşların təhlükəsizliyi nəzərə alınmaqla həyata keçirilir ŞƏRH

Suriyada meşə yanğınlarının söndürülməsinə dəstək üçün “Copernicus” proqramı aktivləşdirilib

Cəbrayıla köçürülən 686 sakin məşğulluq tədbirlərinə cəlb olunub

ADPU ilə Türkiyənin Çağ Universiteti əməkdaşlığa başlayıb

Azərbaycan klubu futbolçusu ilə yollarını ayırıb

Düzayaqlılıq, onun səbəbləri və aradan qaldırılması yolları

Azərbaycan və Çin arasında dəmiryol sahəsində anlaşma memorandumu imzalanıb

“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanuna dair kommentariyanın təqdimatı keçirilib

QDF-in təşəbbüsü ilə növbəti “Qarabağ gecəsi” xeyriyyə konserti təşkil olunub

Şəki-Oğuz yolunda qəza baş verib, ana və övladı xəsarət alıb

Bu ilin birinci yarısında büdcəyə Dövlət Vergi Xidmətindən daxil olan vəsaitin həcmi açıqlanıb

Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu zamanı prioritet hüququ tətbiq edilən məktəblərin siyahısı açıqlanıb

Nizami rayonunda oğurluq edən şəxs saxlanılıb

Çin dünyada yüksəksürətli qatarların inkişafına mühüm töhfə verəcək

Sumqayıtda fiziki zor tətbiq edərək qadının 6 min manatını götürən şəxs saxlanılıb

Qusarda biçin kampaniyasına 70-ə yaxın kombayn cəlb olunub VİDEO

Qusarda biçin kampaniyasına 70-ə yaxın kombayn cəlb olunub VİDEO

Energetika naziri: Davamlı enerji təchizatı sərmayə olmadan mümkün deyil

“Qalatasaray” Kuba millisinin voleybolçusunu transfer edib

Bakı və Sumqayıtda oğurluq edən şəxslər saxlanılıblar

İşğaldan azad edilmiş ərazilərə səfərin müddətinin uzadılması vətəndaşlara yeni imkanlar yaradır-ŞƏRH