Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda “TEKNOFEST” festivalında iştirak ediblər YENİLƏNİB - 2 VİDEO

İstanbul, 29 aprel, AZƏRTAC

Aprelin 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qardaş ölkənin texnoloji inkişafının daha bir göstəricisi olan “Togg” avtomobili ilə festivalın keçirildiyi məkana gəldilər.

Yolboyu düzülən festival iştirakçıları prezidentləri, birinci xanımları gül-çiçək dəstələri və sürəkli alqışlarla qarşıladılar.

Sonra xatirə şəkli çəkdirildi.

Liviyanın Baş naziri Əbdülhəmid Dibeybe çıxışında “TEKNOFEST”ə dəvət edilməsini və bu tədbirdə iştirakını Türkiyə ilə Liviya arasında dərin tarixi əlaqələrin və iki xalqın birliyinin göstəricisi olduğunu dedi.

Müasir Türkiyənin inkişafında Rəcəb Tayyib Ərdoğanın rolunu vurğulayan Liviyanın Baş naziri bildirdi ki, Türkiyə bu gün uğurlu dövlət modelinin ən gözəl nümunəsidir. Bu gün biz xalqına, millətinə və Vətəninə sözün həqiqi mənasında xidmət edən bir Türkiyə modelini görürük.

Akkuyu Atom Elektrik Stansiyasının inşasının Türkiyənin imkanlarını daha da genişləndirəcəyini vurğulayan Əbdülhəmid Dibeybe diqqətə çatdırdı ki, bu gün Türkiyə dövləti müdrik rəhbərliyi, sahib olduğu böyük imkanları sayəsində bütün maneələrə qarşı sarsılmaz mövqe nümayiş etdirir.

Fevralın 6-da baş vermiş zəlzələnin fəsadlarının Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi və türk xalqının əzmkarlığı sayəsində sürətlə aradan qaldırıldığını deyən Baş nazir bərpa işlərinin uğurla həyata keçirildiyini vurğuladı.

Əbdülhəmid Dibeybe bildirdi ki, əhatə coğrafiyasını ildən-ilə genişləndirən “TEKNOFEST” Türkiyənin kosmos, aviasiya və texnologiya sahələrində necə sürətlə inkişaf etdiyini göstərir. O, Liviyanın hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsinə verdiyi töhfələrə görə Türkiyə dövlətinə və “Baykar” şirkətinə təşəkkürünü bildirdi.

x x x

Sonra Azərbaycan Prezidenti İlham Əliyev çıxış etdi.

Prezident İlham Əliyevin
çıxışı

- Hörmətli Cümhurbaşqanı, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan, hörmətli Əminə xanım, hörmətli və əziz dostlar.

Qardaş ölkədə yenidən olmağımdan çox məmnunam. Sizə Azərbaycan xalqının səmimi salamlarını gətirmişəm. Bir il öncə “TEKNOFEST” festivalı Bakıda keçirilmişdir və əziz qardaşımla bərabər biz “TEKNOFEST”də iştirak etmişdik. Bu gün mən buradayam. Bu, bir daha onu göstərir ki, Türkiyə və Azərbaycan hər zaman bir yerdədir. Türkiyə və Azərbaycan dost, qardaş ölkələrdir.

Eyni zamanda, iki il bundan öncə Şuşa Bəyannaməsinin imzalanması ilə Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldular. O tarixi Bəyannamənin Qarabağın tacı olan Şuşada imzalanmasının xüsusi önəmi var. Şuşa Azərbaycan xalqının əziz şəhəridir, Türk dünyasının əziz şəhəridir. Şuşanın işğaldan azad edilməsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmişdir. Türkiyə, onun Cümhurbaşqanı, qardaş türk xalqı daim bizim yanımızda idi.

İkinci Qarabağ savaşının ilk dəqiqələrindən son dəqiqələrinə qədər əziz qardaşım Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan bizim yanımızda idi. Onun açıqlamaları, onun mesajları Azərbaycanı birmənalı dəstəkləmişdi. O söyləmişdir ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır və bu, bizə əlavə güc verdi, əlavə ruh verdi.

Türkiyə son 20 il ərzində böyük və şərəfli yol keçmişdir. Hörmətli Cümhurbaşqanının liderliyi ilə Türkiyə dünya çapında söz sahibinə çevrilmiş, bizim bölgəmizdə sülhün, sabitliyin, təhlükəsizliyin qarantıdır. Türkiyə böyük Türk dünyasının birləşməsi işində çox böyük rol oynadı. Ötən ay türk dövlətlərinin Ankarada keçirilmiş Zirvə toplantısında da bütün türk dövlətləri əziz qardaşıma öz dəstəyini, öz hörmətini və bizim ümumi həmrəyliyimizi bildirmişdir. Türk dünyasının böyük coğrafiyası, böyük potensialı, böyük təbii qaynaqları, böyük hərbi gücü var. Türk dünyasının birləşməsində Rəcəb Tayyib Ərdoğanın Türk dünyası qarşısında tarixi xidmətləri vardır.

Bu gün Türkiyə Avrasiyanın ticarət, enerji, nəqliyyat, siyasi mərkəzidir. Gündən-günə Türkiyənin önəmi, rolu artır. Türkiyənin güclü sənayesi həm Türkiyəni gücləndirir, həm də Türkiyənin müttəfiqlərini gücləndirir. Türk Ordusu bu gün dünya çapında ən öndə olan orduların sırasındadır. Türkiyənin müdafiə sənayesi bu gün bütün dünya tərəfindən qəbul edilir. Ən inkişaf etmiş, ən çağdaş, ən modern müdafiə sənayesi həm Türkiyəni, həm bizi gücləndirir və uzun illər bundan sonra Türkiyənin təhlükəsizliyini təmin edəcəkdir.

Bu gün “TEKNOFEST”də iştirak edərkən “TEKNOFEST”in qurucusu, əziz qardaşımız Selçuk Bayraktarın xidmətlərini də qeyd etmək istərdim. Selçuk bəy Azərbaycanda dəfələrlə olmuş, o cümlədən azad edilmiş torpaqlarda, Şuşada. Son gəlişində - aprelin 3-də Azərbaycanda olarkən biz gələcək işbirliyi haqqında danışdıq və Azərbaycanda “Bayraktar” mərkəzinin yaradılması haqqında razılığa gəldik. İnşallah, yaxın gələcəkdə Azərbaycanda “Bayraktar” mərkəzi yaradılacaq, orada təhsil, xidmət, istehsal da olacaqdır. Selçuk bəy Bakıda olarkən “Kızılelma”nın bir maketini hədiyyə etdi. Mən fürsətdən istifadə edərək “Kızılelma” ilə bağlı bütün qardaşlarımızı təbrik etmək istəyirəm və ümid edirəm ki, yaxın gələcəkdə “Kızılelma” Azərbaycanın səmasında da olacaqdır. “Kızılelma” havada, “Altay” və “Togg” quruda, “Anadolu” dənizdə - bugünkü Türkiyə budur.

Bir neçə gündən sonra Azərbaycan xalqı çağdaş Azərbaycan dövlətinin banisi, qurucusu Heydər Əliyevin 100 illiyini qeyd edəcək. Heydər Əliyev demişdir: “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. Bu gün biz bunu sübut edirik. Bu gün bütün atalarımızın, əcdadlarımızın ruhu şaddır. Çünki Türkiyə və Azərbaycan bir yerdədir. Atam demişkən, “Bir millət, iki dövlət”, əlavə də etmək istəyirəm, “Bir yumruq!”.

Mən bu il üçüncü dəfə qardaş ölkəyə səfər edirəm. Fevral ayında olmuşam, mart ayında olmuşam, bu gün buradayam. Əziz qardaşım, növbə Sizindir. Biz Sizi gözləyirik, bütün Azərbaycan xalqı Sizi gözləyir, Sizi öpür, qucaqlayır, Sizə öz hörmət və sevgisini çatdırır. Türkiyə-Azərbaycan birliyi əbədidir!

x x x

“TEKNOFEST” çərçivəsində Azərbaycan dövlətinin zəlzələnin baş verdiyi Kahramanmaraş vilayətində inşa edəcəyi min ev, məktəb, məscid və digər infrastruktur obyektlərindən ibarət yaşayış kompleksinin onlayn rejimdə təməlinin qoyulması mərasimi oldu.

Azərbaycanın Türkiyəyə bu qardaşlıq köməyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dedi:

- Əziz xalqım, xanımlar və cənablar.

Əziz qardaşım İlham Əliyev lap əvvəldən mərkəzi Pazarcık olan zəlzələdə bizi heç vaxt yalnız qoymadı. İlk andan etibarən axtarış-xilasetmə heyətləri Kahramanmaraşda bizimlə birlikdə oldu. Onunla da kifayətlənmədi, daha sonra İlham qardaşım Kahramanmaraşda min evin inşa ediləcəyinə söz verdi. Təbii ki, orada məktəbi, məscidi, yataqxanası və yaşayış binaları olan bir Azərbaycan şəhəri inşa etməyi qərara aldı. Bu gün fürsətdən istifadə edərək, indi onun təməlini qoyacağıq. Vahid Kirişçi bəy qarşımızdadır.

Türkiyənin kənd təsərrüfatı və meşə naziri Vahid Kirişçi: Ehtiramımızı ifadə edirəm, cənab Prezidentim. Buradakı iştirakçılar adından Zati-alinizi, möhtərəm Prezidenti, hörmətli xanımları dərin ehtiramla salamlayıram.

Prezident Rəcəb Tayyib Ərdoğan: İndi ətrafı yaxından göstərin, harada nə var görək. Layihə möhtəşəmdir. Bu layihəni, İnşallah, qısa müddətdə haqqı çatanlara Azərbaycanın əli ilə təqdim edəcəyik.

x x x

Sonra yaşayış kompleksinin təməli qoyuldu.

Prezident Rəcəb Tayyib Ərdoğan: İlham qardaşım deyir ki, bir ildə başa çatdırılmalıdır, xeyirli olsun.

Prezident İlham Əliyev: Xeyirli olsun.

x x x

Daha sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə Türk dünyasının böyük oğlu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə hazırlanmış xatirə əsginasını təqdim etdi.

x x x

Festivalda çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dedi:

- Azərbaycan Prezidenti əziz qardaşım İlham Əliyev.

Liviyanın Baş naziri qardaşım Əbdülhəmid Dibeybe.

Əziz istanbullular, xanımlar və cənablar, “TEKNOFEST”in hörmətli iştirakçıları, əziz gənclər.

Sizi ən səmimi hisslərimlə, sevgi və məhəbbətlə salamlayıram.

Maşallah, bu il də İstanbulda “TEKNOFEST” başqa cür gözəldir. Burada sizin vasitənizlə ölkəmizin 81 vilayətindəki bütün gənc ürəklərə salamlarımı göndərirəm. Könül coğrafiyamızın hər tərəfindəki gənclərimizi, gənc qardaşlarımızın hamısını buradan bir daha sevgi ilə salamlayıram.

Dünyanın bir nömrəli aviasiya, kosmik və texnoloji festivalı “TEKNOFEST”də sizlərlə bərabər olmaqdan böyük məmnunluq duyuram. İstanbulumuzdan və Türkiyənin müxtəlif şəhərlərindən “TEKNOFEST”ə təşrif buyuran gənclərimizə “İstanbulumuza xoş gəldiniz!” deyirəm.

Azərbaycan Prezidenti, hörmətli qardaşım və dostum İlham Əliyevə xanımı ilə birlikdə bilavasitə iştirak etdiyi üçün təşəkkür edirəm.

Eyni qaydada Liviyanın Baş naziri Dibeybe qardaşıma da təşəkkür edirəm.

Şöhrəti ölkəmizin sərhədlərini də aşan altıncı “TEKNOFEST”də sizlərlə birlikdəyik. Birincisini 2018-ci ildə keçirdiyimiz “TEKNOFEST”, şükür olsun, artıq öz sahəsində bir markaya çevrilib. Keçən il Bakıda can azərbaycanlı gənclərimizlə “TEKNOFEST” sevincini yaşadıq. Samsundan Qaziantepə qədər ölkəmizin müxtəlif vilayətlərində texnologiyaya, müdafiə sənayesinə, elmə marağı olan gənclərimizlə bir araya gəldik. Builki texnologiya bayramımızı indi İstanbulda keçiririk, daha sonra İnşallah, Ankarada təşkil edəcəyik.

Milli texnoloji həmləmizin konkret nümunələrinin nümayiş etdirildiyi “TEKNOFEST”in ölkəmizə, millətimizə və siz gənclərimizə xeyirli olmasını diləyirəm. Bizlərə bu qürur mənzərəsini yaşadan T3 Vəqfinə, nazirliklərimizə, bütün tərəfdaş qurum və təşkilatlarımıza təşəkkür edirəm. Müsabiqəyə qatılan, yer tutan, layihələri və fikirləri ilə qarşıda yeni üfüqlər açan bütün qardaşlarımızı səmimi-qəlbdən təbrik edirəm.

“TEKNOFEST”də iştirak üçün müraciət edən komandaların sayının ildən-ilə dəfələrlə artdığını vurğulayan Türkiyə Prezidenti dedi: “Bu festivala 2018-ci ildə 4333 komanda ilə Bismillah demişdik. Bu il 81 vilayət və 96 ölkədən 333 min komanda, 1 milyon iştirakçı müraciət edib. Yarışların kateqoriyası da 14-dən 41 əsas və 102 alt kateqoriyaya çatıb. İştirakçıların sayının artması ilə birlikdə mükafatlarımızın məbləği də yüksəlib. Cəmi 4 milyon mükafat və dəstək məbləği ilə başlayan proses 44 milyon lirəyə çatıb. Rekordların və ilklərin festivalı olan “TEKNOFEST”in qarşıdakı dövrdə uğur səviyyəsinin daha da yüksələcəyinə inanıram”.

Fevralın 6-da baş verən zəlzələlərdən sonra əhalinin harayına çatan T3 Vəqfini və “Baykar” şirkətini təbrik edən Rəcəb Tayyib Ərdoğan vurğuladı ki, “Baykar” şirkəti “Əsrin fəlakəti” qarşısında nümayiş etdirdiyi nümunəvi mövqe ilə bu millətin doğma övladı olduğunu bir daha ortaya qoydu. Dövlət başçısı T3 Vəqfinin və “TEKNOFEST” könüllülərinin dəfələrlə bölgəyə gedib zəlzələdən zərər çəkənlərin çətin günlərində yanlarında olduqlarını xatırladaraq onlara minnətdarlığını ifadə etdi.

Kahramanmaraşda təməli qoyulan evlərə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirən Türkiyə Prezidenti dedi: “Kahramanmaraşda təməlini bir az əvvəl birlikdə qoyduğumuz evlər üçün İlham qardaşıma da çox təşəkkür edirəm. Azərbaycan dövləti və xalqı bu müddətdə dostluğun və qardaşlığın nə demək olduğunu göstərdi”.

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin yüksək texnologiyalara əsaslanan layihələr həyata keçirdiyini qeyd edərək vurğuladı: “Təkcə son aylarda yaşadığımız inkişafı sizlər də gördünüz. Bir az əvvəl əziz qardaşım İlham Əliyev də dedi: “Kızılelma” havaya qalxdı, “Togg” satışa çıxarıldı. Budur, “Kızılelma”, “Akıncı” qarşımızdadır, “TCG Anadolu” gəmisi Dəniz Qüvvələrinə təqdim edildi”.

İndiyədək “TCG Anadolu” gəmisini 100 minə yaxın vətəndaşın ziyarət etdiyini diqqətə çatdıran Türkiyə Prezidenti Qara dənizdə çıxarılan təbii qazın istismarına başlanılmasını, milli döyüş təyyarəsinin, “Gökbey” helikopterinin, “Hürjet” və “ATAK-2” qırıcılarının, “Altay” tankının istifadəyə verilməsini Türkiyənin son illərdə böyük uğurlarının göstəricisi kimi dəyərləndirərək, “TEKNOFEST”in bütün bu nailiyyətlərin rəmzi olduğunu qeyd etdi.

Türkiyənin son illərdə kosmik sahədə də böyük uğurlar qazandığını qeyd edən Prezident Rəcəb Tayyib Ərdoğan İMECE peykinin kosmosa göndərilməsinin əhəmiyyətini vurğulayaraq, Beynəlxalq Kosmik Stansiyaya yola düşəcək türk pilotlar Alper Gezeravcıya və Tuva Cihangir Ataseverə uğurlar arzuladı.

x x x

Çıxışlardan sonra “TEKNOFEST” çərçivəsində keçirilmiş müsabiqələrin qaliblərinin mükafatlandırılması mərasimi oldu.

Müsabiqənin qalibləri ilə xatirə şəkilləri çəkdirildi.

“Kızılelma” pilotsuz uçuş aparatının səmada manevrləri izlənildi.

“Baykar” şirkətinin İdarə Heyətinin sədri Selçuk Bayraktar Azərbaycan Prezidenti İlham Əliyevə, Liviyanın Baş naziri Əbdülhəmid Dibeybeyə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana xatirə hədiyyələri təqdim etdi.

x x x

Qeyd edək ki, milli texnoloji həmlə konsepsiyası ilə texnologiya sahəsində sürətlə inkişaf edən Türkiyənin altıncı ildir təşkil etdiyi builki “TEKNOFEST” festivalı aprelin 27-də start götürüb. Mayın 1-dək davam edəcək festival Türkiyə Texnologiya Komandası Vəqfinin (T3 Vəqfi), Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı, qardaş ölkənin milli texnoloji sistemində mühüm rol oynayan dövlət, özəl, elm və media qurumlarından ibarət 120-dək qurumun tərəfdaşlığı ilə keçirilir. İldən-ilə genişlənən “TEKNOFEST”də beş gün ərzində texnologiya, elm, aviasiya-pilotaj nümayişləri, sərgilər, konfranslar, texnoloji yarışlar, mükafatlandırma mərasimləri və digər tədbirlər təşkil olunacaq.

Festival çərçivəsində keçirilən texnoloji yarışlar öz arzularını reallığa çevirmək istəyən gənclərin layihələrinin təqdimatı üçün ideal platforma təklif edir. Məhz bunun nəticəsidir ki, bu möhtəşəm festivalın iştirakçılarının sayı ildən-ilə sürətlə artmaqdadır. Belə ki, “TEKNOFEST”in ilk dəfə təşkil olunduğu 2018-ci ildə tədbirə 4333 komanda və 20 min iştirakçı qatılmışdısa, bu il komandaların sayı 333 mindən, iştirakçıların sayı isə 1 milyondan çoxdur. Builki “Texnoloji yarışlar”da 102 müxtəlif kateqoriya üzrə 41 yarış keçirilir.

Xatırladaq ki, 2022-ci il mayın 26-29-da “TEKNOFEST” ilk dəfə Türkiyədən kənarda - Azərbaycanda keçirilib. “TEKNOFEST Azərbaycan”ın açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, birinci xanımlar Mehriban Əliyeva və Əminə Ərdoğan, eləcə də Nobel mükafatı laureatı Əziz Səncər iştirak ediblər.

“TEKNOFEST Azərbaycan” festivalını 300 minə yaxın insan ziyarət edib. Festival çərçivəsində üç beynəlxalq tədbir və səkkiz texnoloji müsabiqə təşkil olunub. Həmin müsabiqələrdə 5 mindən çox gəncin formalaşdırdığı 1000-dən çox komanda yarışıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda “TEKNOFEST” festivalında iştirak ediblər YENİLƏNİB - 2 VİDEO

Avroliqa: “Fənərbağça” “Partizan”a qalib gəlib

Almaniya Bundesliqası: Son çempion doğma meydanda xal itirib

Bir ayaqda tarazlıq sinir-əzələ yaşlanmasından xəbər verir - TƏDQİQAT

BDU və ARB 24-ün birgə layihəsi olan növbəti “NewsLab” təlim proqramı yekunlaşıb

Rusiya Bankı: Moskva Asiya tərəfdaşları ilə yaxınlaşmaq üçün COP29 platformasından istifadə edə bilər

Əhməd Cavad İnstitutunun direktoru: “Xarı Bülbül” bütün türk dünyasının rəmzidir

Qarabağ Zəfərinin ildönümü münasibətilə İstanbulda təhsil alan tələbələrimiz arasında futbol turniri keçirilir

Moldovanın Baş naziri: Ölkə vətəndaşları səsvermə öncəsi ölüm təhdidləri alırlar

Azərbaycan “Şum” Ümumrusiya Gənclər Təhsil Forumunda təmsil olunub

Misli Premyer Liqası: “Qarabağ” və “Neftçi” xal itirib

Saatlıda ətraf mühiti çirkləndirənlər məsuliyyətə cəlb edilib

Ombudsman Aparatında türkiyəli professor İlber Ortaylı ilə görüş keçirilib

Akkan Suver: Azərbaycan COP29-a ev sahibliyi etməklə bəşəriyyətə böyük ehtiramını nümayiş etdirir

COP29 çərçivəsində dəmir yollarında yeniliklər tətbiq olunur

® Jurnalistlər üçün “COP29 və media” mövzusunda təlim keçirilib

Namidan Piriyev: COP29 zamanı bölgələrdən Bakıya gələn avtomobillərə məhdudiyyət tətbiq olunmayacaq

DTX-nin Mədəniyyət Mərkəzində “Zəfərin Səsi” musiqili bədii proqram keçirilib

Serbiyada dəmiryolu stansiyası binasının tavanı çöküb: 8 nəfər ölüb

“Koroğlu” NMM-ə hərəkət edən avtobusların istiqaməti COP29 zamanı digər metrolara yönəldiləcək

® “Azercell”dən qadınların ictimai həyatda fəallığının artırılması ilə bağlı dörd layihəyə dəstək

COP29-un ilk 4 günündə 10-dan çox marşrut xətti üzrə avtobusların hərəkəti dayandırılacaq

Sumqayıt Kimya Sənaye Parkına 546 milyon manat investisiya yatırılması nəzərdə tutulur

Anar Rzayev: COP29 zolaqlarından xüsusi taksilər də istifadə edə biləcək

Türk Dövlətləri Təşkilatının Bişkek Zirvə görüşündə quruma sədrlik Qırğızıstana keçəcək

® “AccessBank” EBRD-nin dəstəyi ilə üçüncü dəfə “Access2Success” layihəsinə başlayır

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti test imtahanının vaxtı açıqlanıb

Füzuli şəhəri və Zəngilan rayonunun sakinləri üçün tibbi aksiya keçirilib

“COP29 çərçivəsində elmin davamlı inkişafı üçün süni intellekt” mövzusunda tədbir keçirilib

“Konq-rey” qasırğası Tayvanda 3 nəfərin ölümünə səbəb olub VİDEO

Coğrafiya İnstitutu ilə Rusiyanın Qroznı Dövlət Neft Texniki Universiteti arasında memorandum imzalanıb

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası və Medianın İnkişafı Agentliyi birgə açıqlama yayıb VİDEO

Qarabağ Universitetinin tələbələri regional intellektual yarışda qalib olublar

ADPU-nun Quba filialında Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

Cəbrayılda keçirilən idman yarışlarının qalibləri məlum olub VİDEO

Çin rəsmisi: COP29 iqlim dəyişikliyi ilə mübarizədə əməkdaşlığın əvəzolunmazlığını nümayiş etdirəcək VİDEO

Voleybol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib

Naxçıvanda kənd təsərrüfatı işçilərinin peşə bayramı qeyd olunub

Azərbaycanla Belarus arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

“COP29 və Dayanıqlı Media Təcrübələri” mövzusunda ingilisdilli jurnalistlər üçün keçirilən növbəti təlimlər yekunlaşıb

İraqın Baş naziri Türkiyədə səfərdədir

“Məktəblərdə ekologiya ayı” layihəsi yekunlaşıb

AQTA sədri Sumqayıtda vətəndaşların müraciətlərini dinləyib

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi bəlli olub

Əmanətlərin Sığortalanması Fondu Qarabağ Universitetində təlim keçirib

COP29 tədqiqatçısı: Azərbaycan bərpaolunan elektrik enerjisinin əsas ixracatçısı olmaq üçün potensiala malikdir – MÜSAHİBƏ

İndoneziyada “Google Pixel” smartfonlarının satışı bloklanıb

Milli Məclisin plenar iclasında 9 məsələ müzakirə olunub YENİLƏNİB

Güzgülər onun üçün təmizlik və dürüstlük simvoludur FOTO

ABŞ mətbuatında Niderland parlamentinin Ermənistana dəstək xarakterli qətnamələri qərəzli hesab edilib

“Məşğulluğa dəstək” layihəsi çərçivəsində Cəlilabad rayonunda ictimai dinləmə keçirilib

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın onuncu görüşünün yekunları üzrə mətbuat açıqlaması

Qazaxıstan alimləri Dilçilik İnstitutunda olublar

Fransalı üzgüçü dünya rekorduna imza atıb

Azərbaycan təmsilçisi Çempionlar Liqasının oyununa təyinat alıb

ANAMA minatəmizləmə əməliyyatlarına dair aylıq məlumatı açıqlayıb

31 il əvvəl itkin düşən Hidayət Qarayevin nəşinin qalıqları Şuşada torpağa tapşırılıb

Xaricdəki azərbaycanlılar cari ilin 9 ayı ərzində beynəlxalq qurumlara 107 müraciət ünvanlayıblar

Leyla Əliyevanın iştirakı ilə Sabunçu rayonunda ağacəkmə aksiyası keçirilib

Gəncədə “Qlobal iqlim dəyişmələrinin canlı aləmə təsiri və onların aradan qaldırılması yolları” mövzusunda elmi konfrans keçirilib

Toronto şəhərində Kanada Azərbaycanlı Gənclər Birliyi yaradılıb

NİİM: COP29 zamanı müəyyən yollarda məhdudiyyətlər tətbiq ediləcək VİDEO

® ABB “Mastercard”la birgə dayanıqlılıq mövzusunda hakatona start verir!

BDU tələbəsi “Azercell”in Tələbə Təqaüdü Proqramının qalibidir

AYNA: COP29 zamanı yeni marşrut xətləri fəaliyyət göstərəcək, xüsusi avtobus xətləri təşkil ediləcək

Rusiya oktyabrda Ukraynaya rekord sayda dron buraxıb

ABŞ-da “Halloween” zamanı atışma olub, 2 nəfər ölüb

Azərbaycan və Belarus arasında kənd təsərrüfatı sahəsində əlaqələr müzakirə olunub

Azərbaycan beynəlxalq aləmdə məsuliyyətli dövlət kimi nüfuz qazanıb ŞƏRH

Ağdam Sənaye Parkında istehsal edilən məhsulların istifadəsinə başlanılıb

Elm və Təhsil Nazirliyi COP29 çərçivəsində dəyirmi masalar təşkil edəcək

Departament rəhbəri: COP29 çərçivəsində Bakının nəqliyyat infrastrukturu beynəlxalq standartlara uyğun şəkildə təkmilləşdirilməkdədir

UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə dair dəyirmi masa təşkil olunub

Bakıda yorğa atların ölkə çempionatı keçiriləcək

COP29 zamanı iştirakçıların rahat hərəkəti üçün şəhərdə 16 nəqliyyat qovşağı yaradılıb VİDEO

Anatoliy Lis: COP29-un Azərbaycanda keçirilməsi Prezident İlham Əliyevin xidmətlərinin nəticəsidir

® “AccessBank” “Elastic 3 x Platinum Subscription per node 12 months” üçün tender elan edir

Hava şəraiti kəskin dəyişəcək, temperatur 7-10 dərəcə enəcək - XƏBƏRDARLIQ

Dövlət Turizm Agentliyi ekoturizmin inkişafı məqsədilə növbəti infotur təşkil edib

Basketbol millisinin baş məşqçisi: Azərbaycanı layiqincə təmsil etmək istəyirik

Binəqədi rayonunda yerləşən məscidlərdə din xadimləri ilə görüş olub

Vəkillər Kollegiyasının sədri vətəndaşların keyfiyyətli hüquqi yardımla bağlı müraciətlərini dinləyib

Azərbaycan Olimpiya Komitələri Assosiasiyasının 27-ci Baş Assambleyasında təmsil olunub

Dram Teatrının noyabr repertuarı məlum olub

Xocalı şəhərində Böyük Qayıdışa dair fləş-mob təşkil olunub VİDEO

“Köhnə çamadanlar” filmi Türkiyədə nümayiş olunacaq

İqtisadi Şuranın növbəti iclası keçirilib

O.R.Hüseynzadənin Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Yaşıl gələcək Bizimlə gələcək” - BMU-da COP29-la bağlı konfrans

Dövlət İmtahan Mərkəzi “20 variant sınaq imtahanı” kitablarını çapa hazırlayıb

30 ildən sonra nəşi tapılan şəhid Ramiz Mahmudov doğma kəndində torpağa tapşırılıb VİDEO

Xaçmazda qəsdən adam öldürmə faktına görə cinayət işi başlanıb

“COP29-a doğru: QHT-lərin Yaşıl Hərəkatı” yürüşü təşkil edilib VİDEO

“Qarabağ”ın legioneri: Hazırda mənim üçün əsas problem az oynamağımdır

Səbail rayonunda dönərxanada nöqsanlar aşkarlanıb

Tərtərdə şəhid Möhübbət Mustafayevlə vida mərasimi keçirilib VİDEO

Qarabağ Universitetinin tələbələri ilk dəfə beynəlxalq proqramlaşdırma müsabiqəsində iştirak ediblər

Şəhid Şahid Məmmədov Şəkinin Orta Zəyzid kəndində dəfn olunub VİDEO

COP29-a hazırlıq üzrə iaşə obyektlərinin işçiləri üçün keçirilən təlimlər yekunlaşıb

“Mançester Yunayted” yeni baş məşqçisinin adını açıqlayıb

ABŞ prezidentliyinə namizədlərin seçki kampaniyasına 14,7 milyard dollar xərclənib