SİYASƏT
Prezident İlham Əliyevin AZƏRTAC-a müsahibəsi Gürcüstan KİV-in diqqət mərkəzində olub
Tbilisi, 11 fevral, AZƏRTAC
Prezident İlham Əliyevin “Qobu” Enerji Qovşağının - yükötürmə gücü 1000 meqavat olan 330/220/110 kilovoltluq “Qobu” yarımstansiyasının və 385 meqavatlıq “Qobu” Elektrik Stansiyasının açılışında iştirakı və AZƏRTAC-a müsahibəsi Gürcüstan KİV-in diqqət mərkəzində olub.
Bu ölkənin 24news.ge, interpress.ge və aktual.ge informasiya portalları AZƏRTAC-a istinadən Azərbaycan Prezidentinin çıxışından materiallar yayıblar.
Azərbaycan və gürcü dillərində yayımlanan materiallarda dövlətimizin başçısının Zəngəzur dəhlizi, Naxçıvana, Türkiyəyə və İrana yeni elektrik xətlərinin çəkiləcəyi barədə fikirləri xüsusi qeyd edilib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi