Azərbaycan Dövlət İnformasiya Agentliyi

PREZİDENT İLHAM ƏLİYEVİN ÇIXIŞI

PREZİDENT İLHAM ƏLİYEVİN ÇIXIŞI

- Hörmətli xanımlar və cənablar!

Hörmətli qonaqlar!

Əziz dostlar!

Mən sizin hamınızı Bakı Dövlət Universitetinin 90 illik yubileyi münasibətilə ürəkdən təbrik etmək istəyirəm, universitetin bütün kollektivinə xoşbəxtlik və yeni-yeni uğurlar arzulayıram.

Bakı Dövlət Universitetinin çox gözəl və böyük tarixi vardır. 1919-cu ildə təsis edilmiş universitet 90 il ərzində Azərbaycanın hərtərəfli inkişafında çox mühüm rol oynamışdır. Bakı Dövlət Universiteti Azərbaycan müstəqilliyini əldə edəndən bir il sonra Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti tərəfindən təsis edilmişdir. Bu çox düşünülmüş və uzaqgörən bir addım idi. O vaxt ölkəmiz çox gənc idi. Buna baxmayaraq, əhalinin maarifləndirilməsi, Azərbaycanda savadsızlığın aradan qaldırılması və intellektual potensialın gücləndirilməsi üçün universitetin yaradılması çox mühüm hadisə olmuşdur. Bildiyiniz kimi, Azərbaycan Xalq Cümhuriyyəti iki il yaşadı, onun ömrü uzun olmadı, iki ildən sonra süqut etdi. Ancaq Bakı Dövlət Universiteti yaşadı. Düzdür, o zamanın müəyyən ideoloji çərçivələri daxilində fəaliyyət göstərmişdir. Ancaq buna baxmayaraq, Bakı Dövlət Universiteti Azərbaycanın inkişafı, Azərbaycanda təhsilin inkişafı, elmi potensialın gücləndirilməsi üçün çox mühüm rol oynamışdır. Bu rol bu gün də davam edir. Çox sevindirici haldır ki, Bakı Dövlət Universiteti bütün bu illər ərzində Azərbaycanda təhsil sahəsində öz aparıcı rolunu qoruyub saxlaya bilmişdir və bu gün bu rol daha da güclənir. Bu, bir daha onu göstərir ki, universitetin çox zəngin ənənələri, çox böyük potensialı, professor-müəllim heyətinin təcrübəsi, tələbələrin oxuması və təhsilə verdikləri önəm vardır. Xüsusilə indiki şəraitdə hər şey təhsilin səviyyəsi ilə ölçülür. Hər bir insanın gələcəyi, hər bir gəncin taleyi onun biliyindən, təcrübəsindən, savadından asılıdır.

Biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq və bazar iqtisadiyyatının öz qanunları vardır. Hər bir insan qarşısında eyni imkanlar, bərabər imkanlar yaradılır. O imkanlardan faydalanmaq, xüsusilə Azərbaycanın indiki inkişaf dövrünü yaşadığı bir vaxtda yaradılan bu imkanlardan faydalanmaq üçün ilk növbədə gənclər bilikli, savadlı olmalıdırlar.

Bakı Dövlət Universiteti müxtəlif dövrlərdə Azərbaycanın hərtərəfli inkişafı üçün öz dəyərli töhfəsini vermişdir. Bakı Dövlət Universitetinin məzunları öz fəaliyyəti ilə ölkəmizin çiçəklənməsinə dəyərli töhfələrini vermişlər. Ulu öndər Heydər Əliyev də Bakı Dövlət Universitetinin məzunu idi və bütün dövrlərdə - 1970-80-ci illərdə və müstəqil Azərbaycanın Prezidenti kimi Bakı Dövlət Universitetinin inkişafı üçün çox böyük səylər göstərmişdir. Həmişə universitetə çox böyük diqqət göstərmişdir, universitetin tədbirlərində iştirak etmişdir və Bakı Dövlət Universitetinin belə yüksək səviyyəyə qalxması üçün əməli işlər görmüşdür.

1970-80-ci illərin əvvəllərində və 1990-cı illərdə ulu öndər Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan çox böyük və uğurlu yol keçmişdir. 1970-ci ildə Azərbaycan müttəfiq respublikalar arasında ən axırıncı yer tuturdu. Ancaq 1982-ci ildə Azərbaycan müttəfiq respublikalar arasında birinci sıralarda idi. O illər ərzində sənaye potensialının, intellektual potensialın inkişaf etdirilməsi, gənc nəslin maarifləndirilməsi və Sovet İttifaqının aparıcı ali məktəblərinə onların imtahansız qəbulu sayəsində Azərbaycanın elmi potensialı böyük dərəcədə gücləndirilmişdir. Azərbaycanın ali məktəblərində aparılan islahatlar və görülən işlər bu gün ölkənin intellektual potensialını müəyyən edir.

Müstəqilliyin ilk dövründə - 1993-cü ildə Azərbaycanın qarşısında duran çağırışlar demək olar ki, müstəqilliyimizi sınağa çəkirdi, çox ciddi böhran - həm iqtisadi, həm siyasi böhran yaşanırdı. Buna baxmayaraq, 1993-cü ildən başlayaraq 2003-cü ilə qədər Azərbaycanda təhsilin inkişafı üçün köklü islahatlar aparıldı, lazımi qərarlar verildi. Azərbaycan təhsilinin maddi-texniki bazasının gücləndirilməsi işində çox vacib addımlar atılmışdır. Bu siyasət bu gün davam etdirilir. Bu gün Azərbaycanın demək olar ki, bütün ali məktəblərinin maddi-texniki bazası ən yüksək standartlara cavab verir. Demək olar ki, bütün dövlət ali məktəblərində əsaslı təmir işləri aparılmışdır. Ali məktəblərin maddi-texniki bazası böyük dərəcədə gücləndirilmişdir. Bu onu göstərir ki, Azərbaycan dövləti həmişə olduğu kimi, təhsilin inkişafına çox böyük əhəmiyyət verir. Bu, həqiqətən də belədir. Bunu görmək üçün ancaq Azərbaycanın dövlət büdcəsinə baxmaq kifayətdir.

Təhsil xərcləri ordu xərclərindən sonra dövlət xərclərimizdə ikinci yerdədir. Bu da təbiidir. Çünki biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib və biz hər an hazır olmalıyıq ki, öz doğma torpaqlarımızı işğalçılardan hərbi yolla azad edək.

Ancaq hərbi xərclərdən sonra ikinci yerdə təhsilə ayrılan xərclərdir. Bu, Azərbaycan dövlətinin prioritetlərini göstərir və bizim siyasətimizin ən bariz nümunəsidir. Çünki hər bir ölkənin inkişafı üçün ən başlıca şərt o ölkənin təhsilinin səviyyəsidir. Əgər inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq görərik ki, İkinci Dünya müharibəsindən sonra və bəzi ölkələrdə ondan əvvəl, elmi-texniki tərəqqi olan yerlərdə ölkələr inkişaf edib və bu gün dünyanın inkişaf etmiş ölkələri kimi tanınır. Nə təbii resurslar, nə coğrafi vəziyyət, - halbuki bu amillər də çox önəmlidir, - bu şərti təmin etmir. Ancaq təhsilin səviyyəsi, elmi-texniki tərəqqi, təhsilə verilən önəm və təhsil sahəsində aparılan islahatlar əsas şərtlərdir. Biz də bu yolu seçmişik. Biz də təhsildə islahatlaın aparılması ilə bərabər, bizim üçün ənənəvi olan təhsil formalarını saxlayırıq, öz ənənələrimizi qoruyuruq, bütün mütərəqqi təcrübələrə qoşuluruq və ali məktəblərimiz beynəlxalq müstəvidə çox fəal iştirak edirlər.

Bir sözlə, təhsil sisteminin təkmilləşdirilməsi, təhsilin səviyyəsinin qaldırılması üçün bundan sonra da lazımi tədbirlər görüləcəkdir. Son altı il ərzində Azərbaycanda 1800 yeni məktəb tikilibdir. Yüzlərlə məktəbdə yeni korpuslar tikilib, təmir aparılıbdır. Bu nəyi göstərir?! Bu onu göstərir ki, bu sahə prioritet sahədir. Bütün orta məktəblərdə kompyuter sinifləri yaradılır, informasiya-kommunikasiya texnologiyaları tətbiq edilir. Bütün məktəblərin internetə qoşulması prosesi uğurla davam edir. Belə olan halda gənclərimiz, uşaqlarımız, yeniyetmələrimiz bilikli və savadlı olacaqlar, həyatda özlərinə layiq yeri tutacaq, eyni zamanda, gələcəkdə - 10 ildən, 20 ildən, 50 ildən sonra Azərbaycanın uğurlu inkişafını təmin edəcəklər. Çünki bir daha demək istəyirəm ki, təbii sərvətlər tükənən dəyərdir, ancaq təhsil, bilik, elm əbədi, hər bir ölkənin gücləndirilməsinə töhfə verən amillərdir.

Son illər ərzində təhsilin səviyyəsinin qaldırılması işində vacib addımlar atılır, “Təhsil haqqında” qanun uzun müzakirələrdən sonra qəbul edilibdir. Ancaq bu sahədə inkişaf üçün hələ çox iş görülməlidir. Bir daha demək istəyirəm ki, dünyanın ən mütərəqqi təcrübəsi öyrənilməlidir, eyni zamanda, Azərbaycan gəncləri milli ruhda tərbiyə olunmalıdır. Biz əsrlər boyu başqa ölkələrin, imperiyaların tərkibində yaşamışıq. Ancaq öz milli dəyərlərimizi, ənənələrimizi qoruya bilmişik, saxlaya bilmişik. Öz ana dilimizi saxlaya bilmişik. Nəyin hesabına?! Ona görə ki, Azərbaycan xalqında milli ruh həmişə çox yüksək səviyyədə olmuşdur.

Bu gün qloballaşan dünyada, bəlkə də buna daha da çox diqqət verilməlidir. Qloballaşma təbii prosesdir və yəqin ki, bu proses müəyyən düzəlişlərlə davam edəcəkdir. Xüsusilə belə olan halda milli dəyərlərə önəm vermək, gənc nəsli milli dəyərlər əsasında tərbiyə etmək xüsusi əhəmiyyət daşıyır. Mən çox şadam ki, Azərbaycanda milli ənənələr güclənir, möhkəmlənir və bu prosesləri daha da sürətləndirmək üçün kompleks tədbirlər görülməlidir. Əlbəttə, təhsil bu işlərdə ən prioritet məsələdir. Eyni zamanda, bizim mədəni irsimizin öyrənilməsi, ədəbiyyatımızın təbliği, xalq musiqimizin təbliği və öyrənilməsi böyük əhəmiyyət daşıyan məsələlərdir. Azərbaycanda bütün bu sahələrə çox böyük əhəmiyyət verilir.

Biz öz iqtisadiyyatımızı inkişaf etdiririk. Azərbaycan iqtisadi cəhətdən artıq oturuşmuş dövlət kimi tanınır. Mən hesab edirəm ki, biz artıq iqtisadi sahədə keçid dövrünü başa vurmuşuq. Nəzərə alsaq ki, dünyanın aparıcı maliyyə qurumları Azərbaycanda aparılan islahatları çox yüksək qiymətləndirir. Müxtəlif hesablamalara görə Azərbaycan postsovet məkanında iqtisadi islahatlar və iqtisadi inkişaf baxımından birinci yerdədir. Mən hesab edirəm ki, artıq bu sahədə keçid dövrü başa çatıbdır. Dünya İqtisadi Forumu - dünyanın ən mötəbər qurumlarından biri olan bu təşkilat rəqabət qabiliyyətliliyinə görə Azərbaycanı dünya miqyasında 51-ci yerdə görür və bütün MDB məkanında biz bu sahədə birinci yerdəyik. Dünya Bankı 2008-ci ilin hesablamalarına görə Azərbaycanı bir nömrəli islahatçı ölkə kimi tanıdı. Bu, bir daha onu göstərir ki, bizim uğurlarımızın əsas səbəbi ölkədə aparılan siyasi və iqtisadi islahatlardır. Hasilat sənayesi sahələrində şəffaflığın təmin edilməsi ilə əlaqədar Azərbaycan təcrübəsi dünya miqyasında öyrənilir. Birləşmiş Millətlər Təşkilatı Azərbaycanı bu sahə üzrə mükafatlandırıbdır.

Ona görə biz gələcəyə bu prizmadan yanaşmalıyıq. Azərbaycan üçün ən ağır, ən çətin dövr artıq arxada qaldı. Sabitlik dövrü tam bərqərar olundu və biz irəliyə baxmalıyıq. Azərbaycan 20 ildən, 50 ildən sonra necə inkişaf edəcək, hansı resurslar bunu təmin edəcək?! Əlbəttə ki, təbii resurslarımızın mövcudluğu bizə əlavə güc verir. Xüsusilə müstəqilliyimizin ilk illərində və bu gün müstəqil siyasət aparmaq üçün, öz taleyimizin özümüz tərəfindən həll edilməsi üçün çox mühüm rol oynayır. Əlbəttə ki, uzun illər bundan sonra bu amillər nəinki ölkəmizin inkişafına, eyni zamanda regional vəziyyətə mühüm təsirini göstərəcəkdir.

Ancaq biz elə etməliyik ki, Azərbaycan uzun illər, onilliklər bundan sonra, əsrlər boyu müstəqil ölkə kimi yaşasın və nəinki yaşasın, yaxşı yaşasın.

Dünyada müstəqil sayılan ölkələr çoxdur. Ancaq əgər biz bir az dərinə baxsaq görərik ki, onların heç də hər biri müstəqil siyasət aparmaq iqtidarında deyildir. Bunun müxtəlif səbəbləri vardır və bu, təkcə bugünkü siyasi mənzərə deyil, bu, əsrlər boyu belə olubdur. O ölkələr dünyada özünə layiq yeri tutar ki, o ölkələr öz hesabına yaşaya bilsinlər, başqa ölkələrin yardımına onların ehtiyacı olmasın - nə siyasi, nə iqtisadi cəhətdən, nə də ölkələrin ehtiyaclarının ödənilməsi baxımından. Azərbaycan bu ölkələrdəndir. Baxmayaraq ki, biz müstəqilliyi əldə edəndə, bəlkə də Azərbaycan ən ağır vəziyyətdə idi. Çünki ölkə iqtisadiyyatı dağılmışdı, ölkədə siyasi proseslər, faktik olaraq ölkəni uçurum kənarına qoymuşdu. 1990-cı illərin əvvəllərində yaşanan siyasi, iqtisadi, hərbi böhran faktik olaraq müstəqilliyimizi təhlükə altına qoymuşdu. Ancaq buna baxmayaraq, Azərbaycan o dövrdən, xüsusilə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra uğurla çıxa bilmişdir və bu gün uğurla inkişaf edir. Yəni, bu tarix hamımızın yadındadır və biz elə etməliyik ki, uzun illər bundan sonra da Azərbaycan öz müstəqil siyasətini apara bilsin. Bunu etmək üçün müxtəlif amillər lazımdır. İlk növbədə, siyasi iradə lazımdır. Digər tərəfdən xalqla iqtidar arasında birlik, sabitlik, əmin-amanlıq, inkişaf, iqtisadi canlanma, siyasi islahatların, demokratiya proseslərinin sürətləndirilməsi lazımdır. Bütün bu amillər Azərbaycanda vardır.

Bu il bütün dünya böhran içindədir və biz dünyada gedən proseslərə bələdik. Azərbaycan iqtisadiyyatı doqquz ayda 6,1 faiz artıbdır. Bütün bu nəticələr onu göstərir ki, biz sözün əsl mənasında, müstəqil dövlətik, müstəqilliyimizi hər şeydən uca tuturuq, müstəqilliyimizin möhkəmləndirilməsi üçün əlimizdən gələni edirik. Bu müstəqilliyi əbədi, dönməz etmək üçün mən bir daha vurğulamaq istəyirəm, hesab edirəm ki, təhsilin səviyyəsi ən vacib rollardan birini oynayır. Azərbaycanda bu istiqamətdə çox vacib işlər görülüb. Bütövlükdə təhsil sahəsində görülən işlər müsbət qiymətləndirilə bilər. Çatışmayan cəhətlər vardır. Biz də onları bilirik. Onları aradan qaldırmaq üçün biz daha da fəal işləməliyik.

Azərbaycanı irəliyə aparan çox gözəl və milli ruhda böyüyən gənc nəsil yetişir. Müəllimlərin əlbəttə ki, bu işdə rolu, bəlkə də ən önəmli roldur. Çünki müəllimlər həm tələbələrə öz biliyini çatdırırlar. Eyni zamanda, gənc nəslin hansı formada böyüməsinə də müəllimlərin böyük təsiri vardır. Mən bu fürsətdən istifadə edərək Bakı Dövlət Universitetinin bütün professor-müəllim heyətinə uzun illər çox vacib funksiya daşıdıqlarına görə öz minnətdarlığımı bildirmək istəyirəm. Onlara gələcəkdə yeni uğurlar arzulamaq istəyirəm. Tələbələrə isə yaxşı oxumağı, yaxşı biliyə malik olmağı və gələcəkdə Azərbaycanın dövlət müstəqilliyinə öz töhfəsini verməyi arzulayıram. Əziz dostlar, bu gözəl yubiley münasibətilə sizi bir daha ürəkdən təbrik edirəm, sizə cansağlığı və yeni-yeni uğurlar arzulayıram. Sağ olun.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dublin sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

DİN: Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“Avropa Siyasi Birliyi”nin Dublin sammiti Azərbaycanın Avropa ilə siyasi dialoqunda yeni imkanlar açır- ŞƏRH

Azərbaycan nefti 102 dollara satılır

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb

Yəməndə gedən döyüşlər səbəbindən 340 mindən çox insan qaçqın vəziyyətinə düşüb

Hörmüz boğazında gəmiçilik trafiki müharibədən əvvəlki səviyyədən 65 faiz azdır

Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək

Husilər Ər-Riyad hava limanına növbəti zərbə endirdiklərini bildiriblər

ABŞ Ukrayna pilotlarının F-16 qırıcılarını idarə etməsi üzrə təlimləri davam etdirir

“Sky News”: Böyük Britaniyadakı ABŞ aviabazası üzərində naməlum dronlar aşkarlanıb

ABŞ-də dörd saatdan çox davam edən uçuş məhdudiyyəti aradan qaldırılıb

İraq ABŞ-nin himayəsi altında Hörmüz boğazından neft ixracını bərpa edib

Yeni Orlean limanı yaxınlığında gəmi qəzası nəticəsində 32 nəfər xəsarət alıb

“Bloomberg”: FTB ABŞ-də uçuşların dayandırılmasını kiberhücumla əlaqələndirmir

UEFA Millətlər Liqası: Niderland Yunanıstan yığmasını böyük hesabla məğlub edib

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteynə qalib gəlib

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub

ABŞ-də bütün hava limanlarında uçuşların dayandırılması barədə qərar verilib

Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb

Fon der Lyayen: Aİ Ukrayna ilə bağlı danışıqlarda atəşkəs və təhlükəsizlik zəmanətlərini prioritet sayır

Tusk: Polşa Ukrayna üçün silah alınmasını maliyyələşdirməyəcək

Avropa Xəbər Agentlikləri Alyansı TASS-ı üzvlükdən çıxarıb

Balakəndə tədbir: “Uşaq hüquqları – sağlam və təhlükəsiz gələcəyin təminatı”

Polşanın Suriyadakı səfirliyi 15 ildən sonra yenidən açılacaq

Aİ Rusiya ilə danışıqlar aparmaq üçün nümayəndə heyətinin tərkibini təsdiqləyib

Antonio Quterreşin COP31-də vida nitqi: Yanan planetdə sülh qura bilməzsiniz

DİN yeraltı keçiddən istifadə etməyən piyadalara müraciət edib

Azərbaycanda Geoloji parkın yaradılması istiqamətində işlər davam etdirilir

İraq boru kəmərlərinin mühafizəsi üzrə ixtisaslaşmış təhlükəsizlik qüvvələri yaradıb

Maliyyə Nazirliyinin kollegiyasında dövlət müəssisələri ilə işin təşkili nəzərdən keçirilib

BEA: Qlobal elektrikləşdirmə hədəfinin investorların marağını artıracağı gözlənilir

Aİ liderləri: Avropanın təhlükəsizliyi Ukrayna ilə bağlı sülh danışıqlarının bir hissəsi ola bilməz

® ABB istiqrazlarına investor marağı davam edir: iki buraxılış üzrə sifarişlər 22 milyon manatı keçdi

Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib

NDU-da “Əcəmi 900: İpək Yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb VİDEO

NDU-da “Əcəmi 900: İpək Yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb VİDEO

Almaniya gələn həftə Ukraynanın müttəfiqlərinin sammitini keçirəcək

“Evklid” missiyası 900 milyondan çox qalaktikanı müşahidə edib

Bundestaq Almaniyanın NATO-nun “Sea Guardian” missiyasında iştirakının müddətini uzadıb

İğdırda Zəfər Gününə həsr olunmuş müsabiqələrin qalibləri mükafatlandırılıb VİDEO

İğdırda Zəfər Gününə həsr olunmuş müsabiqələrin qalibləri mükafatlandırılıb VİDEO

Qazaxıstan Prezidenti ölkənin nəqliyyat sektorundakı vəziyyəti tənqid edib

“Sky”: Britaniyada “Microsoft” servislərində problemlər parlamentin və təcili xidmətlərin işinə təsir edib

Azərbaycanla Vyetnam arasında qarşılıqlı investisiyaların təşviqi imkanları nəzərdən keçirilib

Paris küçələrinə 60 minə yaxın etirazçının çıxacağı gözlənilir

Dövlət Komitəsinin sədri COP31 iştirakçılarına Azərbaycanın milli inkişaf prioritetləri haqqında məlumat verib

Dublin Sammiti: Prezident İlham Əliyevin diplomatiyası ölkənin mövqeyini gücləndirir

Bu saata olan əsas xəbərlər

Dublində diplomatik gündəm: Azərbaycan faktoru VİDEO

Dublində diplomatik gündəm: Azərbaycan faktoru VİDEO

Gənclərə şəhərsalma sahəsində mövcud çağırışlara müasir texnologiyalar vasitəsilə həllər hazırlaması təşviq edilir

KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı VİDEO

KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı VİDEO

Qazaxıstanlı politoloq Prezident İlham Əliyevin diplomatiya kursu, Azərbaycanın beynəlxalq nüfuzu barədə danışıb

Professor: Dublin Sammiti Azərbaycanın Avropa siyasi məkanında artan çəkisini göstərir

Kimya İnstitutunun tədqiqatları Çexiyada beynəlxalq konfransda təqdim olunub

“Kür” komandasının baş məşqçisi: Cavab oyununda qalib gələrək mübarizəni davam etdirmək lazımdır VİDEO

“Kür” komandasının baş məşqçisi: Cavab oyununda qalib gələrək mübarizəni davam etdirmək lazımdır VİDEO

Avropa Kuboku: "Kür" həndbol komandası ilk matçda Şimali Makedoniya təmsilçisinə uduzub VİDEO

Avropa Kuboku: "Kür" həndbol komandası ilk matçda Şimali Makedoniya təmsilçisinə uduzub VİDEO

“NVIDIA Inception” proqramına seçilmiş Azərbaycan startapının süni intellekti 10 min kameranın görüntüsünü eyni vaxtda təhlil edir