Azərbaycan Dövlət İnformasiya Agentliyi

PREZİDENT İLHAM ƏLİYEVİN ÇIXIŞI

PREZİDENT İLHAM ƏLİYEVİN ÇIXIŞI

- Hörmətli şeyx həzrətləri,

Hörmətli qonaqlar,

Xanımlar və cənablar!

Mən sizin hamınızı ürəkdən salamlayıram. Bütün qonaqlara Azərbaycana xoş gəlmisiniz deyirəm.

Bu gün Bakıda çox əlamətdar hadisə baş verir, dinlərarası dialoq mövzusunda çox önəmli və mötəbər konfrans öz işinə başlayır. Bu, çox əlamətdar hadisədir. İlk növbədə ona görə ki, bu hadisə Bakıda baş verir. Bakı və Azərbaycan dinlərarası dialoqun inkişafı üçün həmişə çox fəal işləyir, öz fəal rolunu oynayır. Ölkəmizdə bu mövzu ilə əlaqədar keçirilən müxtəlif beynəlxalq konfranslar dinlərarası dialoqun inkişafına çox böyük töhfələr verir.

Digər tərəfdən, bu konfransın özəlliyi və önəmi ondan ibarətdir ki, qonaqlarımızın arasında dünya miqyaslı şəxsiyyətlər vardır. Dünyada çox böyük nüfuza malik olan şəxsiyyətlər bizim qonaqlarımızdır. Eyni zamanda, konfrans hörmətli şeyx həzrətlərinin 60 illik yubileyinə həsr edilir. Yəni, bütün bu amillər konfransın önəmini böyük dərəcədə artırır. Əminəm ki, Bakıda bu gün və sabah aparılan müzakirələr, fikir mübadiləsi, qəbul ediləcək qərarlar dünyada dinlərarası dialoqun inkişafına çox böyük töhfə verəcəkdir.

Azərbaycan əsrlər boyu dinlərarası münasibətlərin inkişafında öz rolunu oynamışdır. İctimai-siyasi quruluşundan asılı olmayaraq bütün dövrlərdə Azərbaycanda dini və milli dözümlülük, tolerantlıq çox yüksək səviyyədə olub. Bu, Azərbaycan xalqının duyğularıdır, eyni zamanda, müstəqil Azərbaycan dövlətinin siyasətidir və Azərbaycanda fəaliyyət göstərən dini qurumların əməyinin praktiki nəticəsidir.

Bu, doğrudan da hesab edirəm ki, dünyada çox nadir hallarda rast gəlinən bir fenomendir. Azərbaycanda bütün millətlər bir ailə kimi yaşayır. Heç vaxt Azərbaycanda nə milli, nə dini zəmində heç bir münaqişə və qarşıdurma olmamışdır və əminəm ki, olmayacaqdır. Azərbaycanda bütün xalqlar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar, Azərbaycanın inkişafı üçün fəal çalışırlar. Onlar Azərbaycanın layiqli və dəyərli vətəndaşları kimi ölkəmizin hərtərəfli inkişafına öz töhfələrini verirlər.

Coğrafi vəziyyəti, tarixi, bugünkü inkişaf templəri və xüsusilə sivilizasiyalararası münasibətlərə verdiyimiz önəm Azərbaycanı bu mövzu ilə əlaqədar keçirilən və keçiriləcək tədbirlərin qeyri-rəsmi paytaxtı elan edir. Azərbaycan İslam dünyasının bir parçasıdır. Azərbaycan xalqı öz dini və milli ənənələrinə çox sadiqdir. Biz İslamın bir parçası olaraq İslam Konfransı Təşkilatının üzvüyük. Eyni zamanda, Azərbaycan coğrafi vəziyyətinə görə bəzi Avropa təşkilatlarının da üzvüdür. Yəni, dünyada çox nadir hallarda biz bu mənzərə ilə üzləşirik ki, bir ölkə öz dini və milli ənənələrinə sadiq olmaqla bərabər, bölgədə bütün millətlərin nümayəndələrinin yaşaması, normal fəaliyyəti üçün əlindən gələni edir.

Biz hamımız bu nadir imkanlardan səmərəli şəkildə istifadə etməliyik. Çünki bugünkü zamanda dünyada sülhün, əmin-amanlığın təmin edilməsi, asayişin qorunması üçün mütləq dinlərarası dialoq gücləndirilməlidir.

Sivilizasiyalararası dialoqla bağlı müxtəlif tədbirlər keçirilir, müxtəlif bəyanatlar verilir. Bunların hamısı çox vacib məsələlərdir. Ancaq biz çalışmalıyıq ki, bu dialoqun gözəl nəticələrini real həyatda görək, nəinki görək, bu nəticələri əldə edək. Biz birgə fəaliyyətimiz nəticəsində buna nail ola bilərik. Əgər biz buna nail olsaq, onda dünyada sülhün bərqərar olması daha da sürətli templərlə gedəcəkdir. Buna həm dünyada, həm yaşadığımız bölgədə, həm də Qafqazda böyük ehtiyac vardır. Mən həmişə demişəm ki, Qafqaz vahid bir orqanizmdir. Şimali Qafqazda baş verən proseslər, Cənubi Qafqazda baş verən proseslərlə sıx bağlıdır. Biz hamımız çalışmalıyıq ki, bölgəmizdə, bu gözəl Qafqaz bölgəsində sülh, əmin-amanlıq, tərəqqi təmin edilsin, insanlar sülh, rifah şəraitində yaşasınlar və ölkələrimiz inkişaf etsin, çiçəklənsin. Biz buna ancaq birlikdə nail ola bilərik. Birgə səylərimizlə, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında, bir-birimizə kömək etməklə biz buna nail ola bilərik. Azərbaycan öz tərəfindən bu istiqamətdə üzərinə düşən vəzifələrini, hesab edirəm ki, ləyaqətlə icra edir.

Biz çalışmalıyıq ki, bütün dünyada dinlərarası münasibətlər yeni müstəviyə qalxsın. Bu gün buna böyük ehtiyac vardır. Bunu reallaşdırmaq üçün bizdə bütün imkanlar vardır. Bu gün Azərbaycanda bu gözəl tədbirin keçirilməsi, müxtəlif dinlərin nümayəndələrinin bu tədbirdə iştirakı və birgə fəaliyyəti, qarşılıqlı anlaşma, hətta qeyri-formal və qeyri-rəsmi təmaslar əminəm ki, bu amala çatmaq üçün bizə yaxşı imkanlar yaradacaqdır.

Mən əminəm ki, növbəti illərdə də Azərbaycan dinlərarası dialoqun gücləndirilməsi üçün öz rolunu oynayacaq. Bu il Azərbaycanın paytaxtı Bakı şəhəri İslam mədəniyyətinin paytaxtı elan edilmişdir. Bu, bizim üçün böyük şərəfdir. Mən ümid edirəm ki, gələcək illərdə Bakı, eyni zamanda, Avropa mədəniyyətinin paytaxtı elan ediləcəkdir.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə bütün azadlıqlar yaradıldı, o cümlədən vicdan azadlığı, dini azadlıqlar. Müstəqillik dövründə ölkəmizdə mindən çox məscid tikildi, yüzlərlə tarixi, dini abidələrimiz bərpa edildi. Bununla bərabər, Azərbaycanda pravoslav və katolik kilsələri, sinaqoqlar tikilir və təmir edilir. Bu, bizim siyasətimizin çox vacib bir hissəsidir. Düzdür, ölkəmizdə gedən iqtisadi inkişaf qarşıda duran əsas iqtisadi və sosial problemlərin həlli üçün bizə gözəl şərait yaradır. Ancaq əgər ölkəmizdə inkişaf yalnız iqtisadi göstəricilərlə ölçüləcəksə, hesab edirəm ki, biz bu vəziyyətlə kifayətlənə bilmərik.

Eyni zamanda, bütün siyasi proseslərdə, dinlərarası, millətlərarası münasibətlərdə daim dövlət dəstəyi olmalıdır. Azərbaycan dövlətinin bu məsələlərlə əlaqədar çox düşünülmüş siyasəti vardır və ölkəmizin hərtərəfli inkişafı məhz bu şəkildə mümkün olacaqdır. Hər bir vətəndaş eyni hüquqlara malikdir. Biz bunu təkcə rəsmi qanunlarla yox, Konstitusiya ilə yox, gündəlik fəaliyyətlə hər gün təsdiq etməliyik. Elə etməliyik ki, ölkələrimizdə yaşayan bütün vətəndaşlar dini və milli mənsubiyyətindən asılı olmayaraq özlərini tamhüquqlu vətəndaşlar kimi hiss etsinlər. Ölkələrimizin ictimai, siyasi, iqtisadi həyatında fəal rol oynasınlar.

Azərbaycan çoxmillətli ölkədir və biz bu amillə fəxr edə bilərik. Əsrlər boyu ölkəmizdə, Azərbaycanda müxtəlif xalqların nümayəndələri yaşayıblar, yaradıblar. Azərbaycanın bu gün müstəqil ölkə kimi inkişafında ölkəmizdə yaşayan bütün xalqların nümayəndələrinin çox böyük rolu vardır. Biz çalışırıq ki, Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri üçün öz praktiki işlərimizlə, konkret proqramlarımızla çox gözəl şərait yaradaq. Bütün bölgələrdə olduğu kimi, milli azlıqların yaşadığı bölgələrdə də sürətli inkişaf gedir, sosial və iqtisadi problemlər uğurla həll edilir. Bunun nəticəsində Azərbaycan hətta 2009-cu ilin böhran ili olmasına baxmayaraq, iqtisadi artım templərini saxlayır.

Bizim iqtisadi inkişafımız, eyni zamanda, ölkənin müstəqil siyasətini də şərtləndirir. Çünki müstəqil siyasətə malik olmayan ölkələr bəzi hallarda asılı vəziyyətə düşürlər. Siyasi müstəqilliyi təmin etmək üçün mütləq iqtisadi müstəqillik də lazımdır. Azərbaycanın iqtisadi göstəriciləri, son 5 il ərzindəki göstəricilər dünya miqyasında seçilir. Son beş ildə iqtisadiyyatımız 2,6 dəfə artmışdır. Sənaye istehsalı 2,5 dəfə artmışdır. Ölkə qarşısında duran əsas iqtisadi vəzifələr icra edilib.

Bununla bərabər, vətəndaş cəmiyyətinin formalaşması, ölkəmizdə sabitliyin bərqərar olunması, millətlərarası münasibətlərin yüksək səviyyədə təşkil olunması və dövlət tərəfindən bu məsələyə daim diqqətin göstərilməsi, dini qurumların fəaliyyəti bütün bu uğurlu inkişaf dinamikasını təmin edir.

Bu münasibətlə mən bu gün hörmətli şeyx həzrətlərinin fəaliyyətini bir daha yüksək qiymətləndirmək istəyirəm. Çünki şeyx həzrətləri uzun illər öz praktiki işləri ilə, Azərbaycan xalqı qarşısında gördüyü işlərlə, çəkdiyi zəhmətlə ölkəmizin inkişafına dəyərli töhfəsini verir. Ağsaqqal sözü, dini rəhbərlərin sözləri hər zaman çox böyük əhəmiyyətə malik olubdur. Bu gün xüsusilə əhəmiyyətlidir. Çünki bugünkü dünyada görürük ki, bəzi bölgələrdə dini zəmində qarşıdurmalar baş verir. Dinlərarası dialoqun gücləndirilməsi əvəzinə, əksinə, dinlərarası qarşıdurmaya təkan olan hadisələr baş verir. Hətta bəzi hallarda bir dinin içində xoşagəlməz proseslər müşahidə olunur. Din rəhbərlərinin müdrikliyi, onların qətiyyəti, cəsarəti, əlbəttə ki, ölkə daxilindəki nüfuzu bütün xoşagəlməz halların aradan qaldırılmasında çox mühüm rol oynayır. Mən çox şadam ki, biz Azərbaycanda məhz bu mənzərəni yaşayırıq. Əminəm ki, bundan sonra uzun illər ərzində Azərbaycanda dini və milli dözümlülük yüksək səviyyədə olacaqdır. Hörmətli şeyx həzrətlərinin bu işlərdə fəaliyyəti Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir. Mən Prezident kimi bir daha bu məsələyə öz münasibətimi bildirmək istəyirəm.

Şeyx həzrətləri otuz ildir ki, bu böyük vəzifədə Azərbaycan naminə çalışır, həm Sovet İttifaqı zamanında, həm müstəqil Azərbaycanda. Əlbəttə ki, bu dövrlərin arasında çox böyük fərq vardır. Amma buna baxmayaraq, şeyx həzrətləri hətta çox çətin ideoloji çərçivələr içində həmişə öz ədalətli sözünü demişdir. Ölkəmiz üçün ən çətin anlarda o, birinci sıralarda idi. Müstəqilliyimizin ərəfəsində Azərbaycanda yaşanan çox ağır hadisələr zamanı şeyx həzrətlərinin müdrik sözü, onun vətəndaş mövqeyi Azərbaycanı daha da böyük bəlalardan qurtara bilmişdir. Müstəqillik dövründə, Azərbaycan gənc müstəqil dövlət kimi inkişaf etməyə başlayanda bizim vəziyyətimiz çox ağır idi. Həm iqtisadi, həm siyasi böhran, iqtisadiyyatın çökməsi, sənaye sahəsində ümumiyyətlə tamamilə durğunluq yaranmışdı. İqtisadi inkişafla, islahatlarla, siyasi islahatlarla bərabər dini sahədə də aparılan islahatlar və atılan addımlar Azərbaycanı hərtərəfli inkişaf etdirməyə imkan yaratdı.

Şeyx həzrətləri, eyni zamanda, dünyada çox böyük nüfuza malik olan bir şəxsiyyətdir. Bu gün şeyx həzrətlərinin dəvəti ilə Bakıya gəlmiş yüksək vəzifəli şəxslərin, din xadimlərinin burada bizimlə bərabər iştirakı bunu bir daha göstərir. Onun dəvətini qəbul edib bu gün bizə dünya miqyaslı şəxsiyyətlər təşrif buyurublar.

Şeyx həzrətləri, eyni zamanda, Azərbaycan xalqının ümummilli lideri, mənim atam Heydər Əliyevlə də çox yaxın dostluq əlaqələri saxlamışdır. Bu səmimi dostluq münasibətləri Azərbaycanda dini məsələlərin düzgün istiqamətdə həlli üçün çox mühüm rol oynamışdır. Mən həmişə deyirdim ki, bu şəxsi dostluq ölkəmiz üçün, ölkə əhalisi üçün də çox vacibdir. Mən çox şadam ki, Azərbaycanda bu gözəl ənənələr hər sahədə olduğu kimi, bu sahədə də davam edir. Bu gün mənimlə hörmətli şeyx həzrətləri arasında münasibətlər çox səmimidir, dostluq münasibətləridir. Biz bu dostluqdan çox məmnunuq. Bu dostluq həm bizim üçün, həm də, eyni zamanda, ölkəmiz üçün lazımdır.

Azərbaycanda din ilə dövlət ayrıdır. Azərbaycan dünyəvi dövlətdir. Ancaq bununla bərabər din ilə dövlət birdir. Bu birlik bizi qarşımızda duran amallar ətrafında birləşdirir. O da Azərbaycanın dövlət müstəqilliyini daha da möhkəmləndirmək, Azərbaycanda sabitliyi daim yüksək səviyyədə saxlamaq, Azərbaycan xalqının rifah halının yaxşılaşdırılması üçün əməli tədbirlər görmək, Azərbaycanda dinlərarası münasibətlərin həmişə müsbət istiqamətdə inkişaf etməsini təmin etmək, Azərbaycanda yaşayan bütün xalqların hüquqlarını qorumaq amallarıdır. Baxmayaraq rəsmi qaydada dövlət dindən ayrıdır, mən hesab edirəm ki, bu məsələlərlə bağlı din ilə dövlət birdir.

Necə ki, bizim hörmətli şeyx həzrətləri ilə dostluğumuz sarsılmazdır, elə də Azərbaycanda din ilə dövlət arasında münasibətlər də sarsılmazdır. Mən bir daha əziz dostum hörmətli şeyx həzrətlərini bu gözəl yubiley münasibətilə təbrik etmək istəyirəm. Bir müddət bundan əvvəl şeyx həzrətləri Azərbaycan dövlətinin yüksək mükafatı ilə təltif edilmişdi. Bundan əvvəlki illərdə də şeyx həzrətləri Azərbaycan dövlətinin yüksək ordenləri ilə təltif edilmişdi. Bu gün isə mən əziz dostumu, hörmətli şeyx həzrətlərini nisbətən bu yaxınlarda təsis edilmiş “Şərəf” ordeni ilə təltif etmək istəyirəm. Bu ordeni ona təqdim etmək istəyirəm və ona öz nəcib fəaliyyətində yeni-yeni uğurlar, cansağlığı arzulayıram.

X   X   X

Azərbaycan Prezidenti İlham Əliyev “Şərəf” ordenini şeyxülislam Allahşükür Paşazadəyə təqdim etdi.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BDU-da professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

Azərbaycan Almatıdakı inklüziv və dayanıqlı iqtisadi artımın təşviqi ilə bağlı seminarda təmsil olunub

Azərbaycan və Laos arasında münasibətlərin ən güclü tərəfləri qarşılıqlı siyasi etimaddır ŞƏRH

® "Bir”dən sahibkarlar üçün güzəştlər: “Biznesdə birlikdə” proqramına müraciət üçün tələsin

Əlilliyi olan şəxslərin bank xidmətlərindən istifadəsi imkanları diqqətdədir

Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq

Milli-mənəvi dəyərlər, tolerantlıq və dünyəvilik - Azərbaycanın davamlı inkişafının əsası

Yunanıstanda fırtına və leysan daşqınlara səbəb olub

Sərdar Fərəcov: Uşaqların dünyəvi təhsili və hərtərəfli inkişafı əsas prioritet olmalıdır

BSU-da “Dil və mədəniyyət” forumu: iki ölkə arasında akademik əlaqələr diqqət mərkəzində

İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub

“Eyni səma altında: astronomiya təhsili görüşləri” - Azərbaycan, Türkiyə və Özbəkistan məktəbliləri bir arada

Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edilib

Güllü Eldar Tomarlı: Kəlağayı keçmişlə gələcək arasında ipək körpüdür

“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq

Şəkidə keçirilən müşavirədə YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrdən danışılıb

Azərbaycanlı akademik beynəlxalq konfransda Türk dünyasının inteqrasiyası ilə bağlı təkliflər irəli sürüb

Zülfiyyə Nuriyeva: “Kəlağayı yürüşü”nün əsas məqsədi milli irsimizi gənclərə daha yaxından tanıtmaqdır

Trampın Qrenlandiya ilə bağlı bəyanatı Danimarka ilə razılaşmanın şərtlərinə əməl olunması məsələsini gündəmə gətirib

Müdafiə Nazirliyinin Tibb İdarəsi ilə “Vərəmsiz Gələcəyə Doğru” İB arasında memorandum imzalanıb

İstanbul-Bakı aviareysi ilə gələn sərnişində külli miqdarda dərman vasitələri aşkar olunub

Tərtərdə Toxum Sərgi-Satış Yarmarkası təşkil olunub

İnha Universitetinin azərbaycanlı tələbələri bir araya gəlib

Gürcüstanda xristianlığın dövlət dini elan edilməsinin 1700 illiyi qeyd olunur

Azərbaycan alimləri beynəlxalq “Top 2% Scientists” siyahısında yer alıblar

Mərkəzi Bank: Ani Ödənişlər Sistemi üzrə yeni xidmət haqqı tarifləri vətəndaşlara şamil olunmur

Dilçilik İnstitutunun əməkdaşları Bişkekdə keçirilən beynəlxalq simpoziumda iştirak ediblər

Uşaqların gələcəyi hər cür manipulyasiyadan müdafiə olunmalıdır – RƏY

Dini ideologiyaların gənclərin həyatına və dövlətin qanunlarına sirayət etməsi qəbulolunmazdır - ŞƏRH

İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib

Məktəbli forması: təhsil mühitində bərabərlik, intizam və sosial məsuliyyət amili

Professor: Süni intellektin yaratdığı çağırışlara vaxtında cavablar tapılmalıdır VİDEO

Professor: Süni intellektin yaratdığı çağırışlara vaxtında cavablar tapılmalıdır VİDEO

İndoneziyada meşə yanğınları havanın kəskin çirklənməsinə və regionda məktəblərin bağlanmasına səbəb olub

Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub

Hüseyn Atakan Varol: Bütün türk dillərini əhatə edəcək vahid süni intellekt modeli yaradıla bilər VİDEO

Hüseyn Atakan Varol: Bütün türk dillərini əhatə edəcək vahid süni intellekt modeli yaradıla bilər VİDEO

® “DigiTravel” ilə aviabiletləri də indi alıb sonra ödəyin!

Yasin Xəlilov: Yeni tikinti materiallarının yaradılmasında ekoloji tələblərə uyğunluq əsas şərtlərdəndir

Baba Vəziroğlu: Məktəbdə hər kəs müəyyən edilmiş qaydalara hörmətlə yanaşmalıdır

Buxarada qardaşlıq nəğmələri: İki ölkə sənətçilərindən möhtəşəm konsert

Gədəbəydə avtomobili aşıran sürücünün həyat yoldaşı ölüb, oğlu yaralanıb VİDEO

Gədəbəydə avtomobili aşıran sürücünün həyat yoldaşı ölüb, oğlu yaralanıb VİDEO

DİM: Dövlət qulluğu imtahanında 171 namizəd müvəffəqiyyət əldə edib

Binaların enerji effektivliyi üzrə pasportlaşdırmanın rəqəmsallaşdırılması üçün platformanın hazırlanması yekunlaşmaq üzrədir

Azərbaycan və Pakistan qadın sahibkarlığı sahəsində əməkdaşlığı genişləndirir

Dövlət qulluğu üzrə 876 vakant vəzifə müsahibəyə çıxarılıb

Risklərin idarə edilməsi üzrə qərar qəbuletmə mexanizmləri nəzərdən keçirilib

Ekspert: Tikinti layihələrində ekoloji standartların qorunması genişləndirilməlidir VİDEO

Ekspert: Tikinti layihələrində ekoloji standartların qorunması genişləndirilməlidir VİDEO

Aİ strateji minerallar üzrə Çindən asılılığı azaltmaq üçün Vyetnamla əməkdaşlığı genişləndirmək istəyir

Laos AQEM-ə üzv olmaq üçün təsisedici sənədləri imzalayıb

Pekində terrorizmlə mübarizəyə dair beynəlxalq forum keçirilir

Bolqarıstan NATO-nun dronlara qarşı müdafiə təşəbbüsünə qoşulmağa hazırlaşır

Çinin xarici ticarəti 19 faizə yaxın artıb

Ekspert: Azərbaycanın dünyəvi təhsil ənənələri milli maarifçilik tariximizin ayrılmaz hissəsidir

ADA Universitetində AICT2026 beynəlxalq konfransı təşkil olunub - YENİLƏNİB VİDEO

ADA Universitetində AICT2026 beynəlxalq konfransı təşkil olunub - YENİLƏNİB VİDEO

İsrail ordusu Livanda partlayıcı qurğu və silahlar aşkarlayıb

Cənubi Koreya və ABŞ müdafiə danışıqları keçirmək barədə razılığa gəlib

Çingiz Abdullayev: Əminəm ki, “Sabah” “Barselona”ya qarşı da çəkinmədən oynayacaq

Astanada Azərbaycanın Orta Dəhlizin inkişafında rolu müzakirə olunub

Akademik Rasim Əliquliyev: Milli süni intellekt rəqəmsal suverenliyin əsas şərtidir VİDEO

Akademik Rasim Əliquliyev: Milli süni intellekt rəqəmsal suverenliyin əsas şərtidir VİDEO

Azərbaycan qonaqpərvərlik sahəsində beynəlxalq əməkdaşlığı inkişaf etdirir

Vədiyə Ələkbərzadə: Akkreditasiya özəl tibb müəssisələri üçün bir çox prosesin obyektiv qiymətləndirilməsini təmin edən mexanizmdir

Saleh Sultansoy: “Elm şəhərləri” TDT-nin inkişafına güclü təkan verə bilər

QHT-lərin təşəbbüsü ilə Bakıda kəlağayının təbliğinə həsr edilən yürüş keçirilib

Futzal üzrə Azərbaycan millisinin oyununa hakim təyinatları açıqlanıb

Henning Sasse: Tikintidə ekoloji təmiz xammalın və alternativ yanacaqların istifadəsi vacibdir

AzTU-nun müəllimi Türkiyədə beynəlxalq simpoziumda məruzə ilə çıxış edib

Laos Prezidenti “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunu ziyarət edib

BDU-nun 14 tələbəsi “Əlaçı” təqaüd proqramının qalibi olub

Milli Hidrometeorologiya Xidməti: Hazırda keçid dövrünə xas hava şəraiti müşahidə edilir

Rasim Əliquliyev: Gəncləri kibermanipulyasiyadan qorumaq prioritet vəzifədir VİDEO

Rasim Əliquliyev: Gəncləri kibermanipulyasiyadan qorumaq prioritet vəzifədir VİDEO

Avstraliyada demensiyanın erkən əlamətlərini aşkarlayan göz testləri hazırlanıb

Ukrayna ordusu üç yaşayış məntəqəsini azad edib

Azərbaycanla Mərkəzi Asiya ölkələrinin əməkdaşlığının genişlənməsi yeni imkanlar yaradır ŞƏRH

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində qiymətləndirmə təlimi təşkil olunub

Naftalanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqət mərkəzindədir

Zumerlər əməkhaqqı səbəbindən iş yerlərini dəyişdirmək istəyirlər

SEPAH Hörmüz boğazında konteyner daşıyan gəminin batdığını bildirib

Kamboca Krallığının Baş naziri Milli Məclisdə olub

Vahid geyim şagirdlərə ortaq qaydaların mövcudluğunu öyrədən vasitələrdən biri kimi qəbul oluna bilər – ŞƏRH

Baş nazir Əli Əsədov Laosun Prezidenti Thonqlun Sisulitlə görüşüb

Azərbaycanlı Formula 4 pilotu "Slovakia Ring" trasında növbəti testlərini uğurla başa vurub

Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir ŞƏRH

Beynəlxalq Enerji Agentliyi: Dizel yanacağı çatışmazlığı 2027-ci ilədək davam edə bilər

ADAU-da YAP-ın VIII Qurultayının qərarlarından irəli gələn vəzifələr önə çəkilib

XİN: Fransanı Azərbaycanla bağlı əsassız iddialara son qoymağa çağırırıq VİDEO

XİN: Fransanı Azərbaycanla bağlı əsassız iddialara son qoymağa çağırırıq VİDEO

Bu il qlobal neft tələbatının gündəlik 2,6 milyon barel azalacağı gözlənilir

Qazaxıstanın Manqistau vilayətinin rəhbəri və Türkiyə diplomatı Orta Dəhlizi müzakirə ediblər

Azərbaycan Astanada beynəlxalq nəqliyyat-logistika sərgisində təmsil olunur

Sergey Lavrov Bakıda AQEM-in sammitində iştirak edəcək

Yusif Vəliyev: Laçın və Zəngilanda “Səyyar Gənclər Xidməti” layihəsi reallaşdırılacaq VİDEO

Yusif Vəliyev: Laçın və Zəngilanda “Səyyar Gənclər Xidməti” layihəsi reallaşdırılacaq VİDEO

AMADA sumo üzrə dünya çempionatı ərəfəsində antidopinq vebinarları təşkil edib

Səudiyyə Ərəbistanından olan yazıçı Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət edib

Pərviz Şahbazov: Gələn ilin sonunadək ümumi gücü 2 giqavat olan 11 stansiya istismara veriləcək

Vyetnamın Vitse-prezidenti Azərbaycana səfərə gəlib

Zibeydə Hacıyeva: Qarabağdakı bərpa və yenidənqurma prosesində özəl sektor yaxından iştirak edir VİDEO

Zibeydə Hacıyeva: Qarabağdakı bərpa və yenidənqurma prosesində özəl sektor yaxından iştirak edir VİDEO

Sentyabrda Körfəz istehsalçılarının neft təchizatı bərpa olunub

Gənc Tamaşaçılar Teatrında “Pullu komediya” tamaşasının premyerası olacaq

Ani Ödənişlər Sistemi ilə gündəlik əməliyyat sayı ilk dəfə 1 milyonu, aylıq dövriyyə isə 2 milyard manatı ötüb

BBC Trampın məhkəmədə ifadə verməyə məcbur edilməsini tələb edir

"Ərzurumspor" Nəriman Axundzadənin komandadan ayrılacağı ilə bağlı iddialara son qoyub - EKSKLÜZİV

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil edilir