Azərbaycan Dövlət İnformasiya Agentliyi

PREZİDENT İLHAM ƏLİYEVİN GİRİŞ NİTQİ

PREZİDENT İLHAM ƏLİYEVİN GİRİŞ NİTQİ

-Bu il Azərbaycanda “Ekologiya ili” elan edilib. Biz bütün il

ərzində və ondan sonrakı illərdə ekoloji məsələlərin həllinə böyük diqqət göstərməliyik. Artıq uzun illərdir ki, Azərbaycanda bu istiqamətdə işlər görülür. Bir müddət bundan əvvəl geniş ekoloji proqram qəbul edilmişdir. Proqram çoxşaxəlidir, çox müfəssəl proqramdır. Proqramda həllini gözləyən, vacib olan bütün məsələlər öz əksini tapıb, eyni zamanda, konkret icra mexanizmləri də müəyyən edilibdir. Maliyyə resursları haqqında orada kifayət qədər istiqamətlər vardır. Bir sözlə, biz ekoloji vəziyyətin sağlamlaşdırılması istiqamətində daha da ciddi addımlar atmalıyıq.

Ümumiyyətlə, Azərbaycan iqtisadiyyatı son illər ərzində dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatdır. Bunu həm iqtisadi göstəricilər əyani şəkildə sübut edir, eyni zamanda, Azərbaycanda görülən işlər göz qabağındadır. Bizim iqtisadiyyat 6 il ərzində təxminən 3 dəfə artıbdır. Bu, dünyada analoqu olmayan inkişafdır. Hətta bütün dünya üçün ağır olan 2009-cu ildə bizim iqtisadiyyatımız 9,3 faiz artıb. Ümumi daxili məhsulun artması onu göstərir ki, Azərbaycan iqtisadiyyatı dayanıqlıdır, çoxşaxəlidir və uğurludur.

Bütün bu işlərin təməlində apardığımız islahatlar, ölkəmizin hərtərəfli inkişafı, regionların sosial-iqtisadi inkişafının icrası ilə bağlı görülən tədbirlər, regional proqramın birinci mərhələsinin uğurla başa çatdırılması və Azərbaycanda gözəl investisiya iqliminin yaradılması dayanır. Bu gün Azərbaycanda investisiyalar həm xaricdən daxil edilir, həm də ancaq son bir neçə il ərzində daxili investisiyalar xarici investisiyaları üstələyir. Bu onu göstərir ki, artıq Azərbaycan dövləti və Azərbaycan şirkətləri öz ölkəsinə böyük sərmayə qoyulması istiqamətində önəmli addımlar atırlar.

Azərbaycanda investisiya iqlimi gələcəkdə də müsbət olacaqdır. 2009-cu ildə həm beynəlxalq maliyyə qurumları, həm kommersiya bankları, yəni dünyada fəaliyyət göstərən kommersiya bankları müəyyən dərəcədə maliyyə sıxıntıları içində idilər. Buna baxmayaraq, Azərbaycana ayrılan kreditlər, onların məbləği artır. Xarici şirkətlər hətta 2009-cu ildə Azərbaycan iqtisadiyyatına böyük sərmayənin qoyulması istiqamətində vacib addımlar atmışlar. 2009-cu ildə ölkə iqtisadiyyatının şaxələndirilməsi üçün çox vacib sənaye obyektlərinin açılışında iştirak etmişik, eyni zamanda, çox vacib müəssisələrin təməl daşı qoyulmuşdur.

Görülən bütün bu işlər, yenə də deyirəm ki, çox konseptual xarakter daşıyır. Biz çox ciddi proqram üzərində işləyirik. Proqram çoxşaxəlidir. Proqramın əsas vəzifəsi Azərbaycan iqtisadiyyatını gücləndirmək, şaxələndirmək, Azərbaycanın bütün problemlərini həll etmək, insanların sosial problemlərinin həlli üçün vacib addımlar atmaq və beləliklə, ölkəmizin müstəqilliyini, iqtisadi azadlığını, iqtisadi müstəqilliyini gücləndirməkdir. Azərbaycanda sahibkarlığın inkişafı üçün çox gözəl şəraitin yaradılması, əlbəttə, həmişə olduğu kimi, prioritet məsələlərdən biridir.

Əlbəttə ki, son illərdə ölkə qarşısında duran əsas vəzifələr diqqət mərkəzindədir. Çünki biz çalışırdıq və çalışırıq ki, ölkəmiz uğurla inkişaf etsin. İlk növbədə ölkə üçün ən vacib problemlərin həllinə diqqət göstərilmişdir. İnfrastruktur layihələri, iqtisadi islahatlar, investisiyalar, sosial məsələlərin həlli. Energetika sektorunda böyük sərmayələr qoyulubdur. Həm neft-qaz istehsalı bir neçə dəfə artıbdır, eyni zamanda, Azərbaycan öz ixrac imkanlarını böyük dərəcədə genişləndirə bilibdir. Bizim neft-qaz sahəsindəki uğurlar bütün dünya tərəfindən tanınır. Azərbaycan özünü etibarlı tərəfdaş kimi artıq dünyada təsdiq edibdir. Bu gün çoxşaxəli ixrac marşrutlarımız imkan verir ki, təkcə bir marşrutdan asılı olmayaq. Beləliklə, həm iqtisadi, həm siyasi imkanlarımız daha da genişlənir.

Elektrik enerjisinin istehsalı üçün əlavə güclərin yaradılması istiqamətində də çox vacib, konkret addımlar atılmışdır. Bu gün Azərbaycan öz enerji təhlükəsizliyini tam şəkildə təmin edir. Bununla bərabər, ərzaq təhlükəsizliyinin təmin edilməsi işində vacib addımlar atılmışdır, böyük investisiyalar qoyulmuşdur. Bu gün biz özümüzü əsas ərzaq məhsulları ilə demək olar ki, təmin edirik. Çalışmalıyıq ki, yerli istehsalı daha da artıraq və kənd təsərrüfatı məhsullarının ixracı ilə bağlı bütün məsələləri həll edək, yeni bazarlar əldə edək. Beləliklə, kənd təsərrüfatının inkişafını da gələcəkdə təmin etmək üçün lazımi tədbirlər görüləcəkdir.

Mən bütün bu məsələləri ona görə deyirəm ki, ölkə qarşısında duran əsas iqtisadi və sosial məsələlər öz həllini tapmalı idi, onların böyük əksəriyyəti öz həllini tapıbdır. Gələcək illərdə, xüsusilə regionların və ümumiyyətlə, ölkəmizin sosial-iqtisadi inkişafı Dövlət Proqramının ikinci mərhələsinin uğurla başa çatdırılması üçün 2013-cü ilə qədər bütün əsas məsələlər öz həllini tapmalıdır.

Ekologiya məsələlərinə gəldikdə, sirr deyil ki, əsrlər boyu bizim regionda bu məsələlərə ciddi diqqət verilmirdi. Ekoloji tarazlığın bərpa edilməsi, ekoloji tədbirlərin görülməsi, ətraf mühitin qorunması sanki beşinci, onuncu dərəcəli məsələ kimi gündəlikdə dayanırdı. Yəni, hətta ekologiya sözü, əvvəlki illərdə o qədər də çox işlədilmirdi. Beləliklə, Abşeron yarımadasının torpaqlarının müəyyən hissəsi çirklənibdir. Neft tullantıları ilə çirklənmiş gölməçələr bu gün də bizi narahat edir. Məişət tullantılarının utilizasiyası məsələləri ilə demək olar ki, ciddi məşğul olmamışıq. Azərbaycanda içməli su problemi həmişə, bütün dövrlərdə ən ciddi, ən böyük problemlərdən biri idi. Bu gün də bu problem deyə bilərəm ki, həllini gözləyən əsas problemlərdən biridir. Yəni ki, bütövlükdə ekologiya məsələlərinə bir az ögey münasibət bəslənilirdi. Deyə bilərəm ki, bütün sovet məkanında, postsovet məkanında, Sovet İttifaqı zamanında daha çox planın icrası məsələləri nəzərdə tutulurdu. Ancaq ekoloji tədbirlər ya yarımçıq görülürdü, ya görülmürdü.

Sovet İttifaqına xas olan bütün bu ümumi meyillərə baxmayaraq, Azərbaycanda ekoloji məsələlərin həlli işinə 1970-80-ci illərdə böyük diqqət göstərilirdi. Bu gün Bakının ətrafında gördüyümüz ağaclar, meşəliklər, yaşıllıq zolaqları ulu öndər Heydər Əliyevin təşəbbüsü, onun şəxsi iştirakı ilə salınmışdır. O illərdə Bakının kanalizasiya probleminin həlli istiqamətində vacib addımlar atılmışdır. Yəni, bütün bu məsələlər o vaxt imkan daxilində görülürdü. Ancaq əlbəttə ki, Azərbaycan müstəqil dövlət deyildi və bu sahədə müstəqil siyasət apara bilmirdi.

Bu gün ekoloji məsələlərin həlli vacib məsələlərdən biridir. Ona görə yox ki, bütün dünyada bu məsələlərə böyük diqqət göstərilir. Ona görə ki, bu gün Azərbaycan qarşısında həllini gözləyən əsas məsələlərdən biri ekoloji vəziyyətin yaxşılaşdırılmasıdır. Qeyd etdiyim kimi, bu istiqamətdə vacib addımlar atılıbdır, konkret proqram qəbul edilibdir. Bu gün isə mən hesab edirəm ki, biz əlavə tədbirlər haqqında danışmalıyıq. Təsadüfi deyil ki, mənim təşəbbüsümlə 2010-cu il Azərbaycanda “Ekologiya ili” elan edilmişdir. Artıq bütün cəmiyyətdə bu təşəbbüs müsbət qarşılanır və görülən tədbirlər əhali tərəfindən, ictimaiyyət tərəfindən dəstəklənir, ağacəkmə kampaniyası və digər vacib məsələlər xalqın iştirakı ilə həyata keçirilir.

Mən hesab edirəm ki, ekologiya tədbirlərinin görülməsi ancaq 2010-cu illə məhdudlaşmamalıdır. Biz bundan sonrakı illərdə bu məsələlərə ciddi diqqət göstərməliyik. Həllini gözləyən əsas məsələlər aydındır. Bu gün biz bu barədə danışacağıq. Ətraf mühitin qorunması, əhalinin içməli su ilə təmin edilməsi - bu istiqamətdə də kompleks tədbirlər görülür. Hansısa bir istiqamətdən söhbət getmir. Burada həm də Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi nəzərdə tutulur. Ümid edirəm ki, bu il bu su kəməri - Bakıya hava-su kimi lazım olan bu kəmər istifadəyə veriləcək və beləliklə, Bakı əhalisi təmiz içməli su ilə təmin ediləcəkdir. Samur-Abşeron kanalının tikintisi, - bu da çox böyük vəsait tələb edən layihədir, - uğurla davam edir. Artıq 122 kənddə kiçik təmizləyici modul qurğular quraşdırılıbdır və 220 mindən çox vətəndaş - əvvəllər çay sularından, bulanıq sulardan istifadə edən vətəndaşlar bu gün təmiz içməli su ilə təmin edilir. Hazırda 60-dan yuxarı kənddə işlər gedir və hesab edirəm ki, bu il, ümumiyyətlə, bu proqram çərçivəsində 350 mindən çox vətəndaş təmiz içməli su ilə təmin ediləcəkdir. Bu proqram bundan sonrakı illərdə davam etdirilməlidir.

İçməli su ilə bərabər, əlbəttə ki, biz həm Bakının, həm ölkəmizin bütün şəhər və rayonlarının kanalizasiya məsələlərini həll etməliyik. Keçən ilin sonunda biz Bakıda Hövsan aerasiya stansiyasının açılışında iştirak etmişik. Bu, çox vacib layihədir. Bu, demək olar ki, Bakının kanalizasiya problemlərinin böyük hissəsini həll edir. Ancaq tam həll etmir. Əlavə tədbirlər planı vardır. Biz bu il və gələn illərdə bu məsələlərə böyük diqqət göstərməliyik ki, Bakının bütün kanalizasiya sistemi yeniləşsin, müasirləşsin, ən yüksək standartlara cavab versin. Beləliklə, şəhərimiz üçün bütün dövrlərdə çox ciddi olan bu problem öz həllini tapacaqdır.

Bu gün Azərbaycanda yaşıllaşdırma istiqamətində vacib addımlar atılır, ağacəkmə kampaniyası uğurla davam edir. Qeyd etdiyim kimi, Azərbaycan vətəndaşları bu gözəl təşəbbüsə çox fəal şəkildə qoşulmuşlar. Qarşıya vəzifə qoyulmuşdu ki, qısa müddət ərzində Bakıda və Abşeron yarımadasında ən azı 3 milyon ağac əkilsin, bütün suvarma işləri təmin edilsin və bu istiqamətdə vacib addımlar atılır. Biz artıq nəticələri görürük. Bakının müxtəlif yerlərində artıq bu çox gözəl mənzərə göz qabağındadır. Əvvəlki illərdə antisanitariya mənbəyi olan aeroport yarmarkası köçürüldü və o boşalan ərazidə böyük meşə zolaqları yaradılır. Yəni, bu istiqamətdə işlər görülür və biz bu gün bu barədə eşidəcəyik.

Havanın çirklənməsi məsələlərinə böyük diqqət göstərilməlidir. Mən bir müddət bundan əvvəl müvafiq göstərişlər vermişəm ki, biz Azərbaycanda bu istiqamətdə bütün məsələləri Avropa standartlarına uyğunlaşdırmalıyıq. Mənə verilən məlumata görə, havanın çirklənməsinin 70 faizi avtonəqliyyatın payına düşür. Hesab edirəm ki, nəzərdə tutulmuş tədbirlərin icrası nəticəsində biz bu sahədə də Avropa standartlarına çatacağıq.

Əlbəttə ki, bu, asan proses deyildir. Çox böyük tədbirlərin görülməsi nəzərdə tutulur. Ancaq biz bunu etməliyik.

Bir sözlə, ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində çox işlər görülməlidir. Əsas məsələ ondan ibarətdir ki, Azərbaycan dövlətinin bu işlərin görülməsi üçün ciddi və güclü iradəsi vardır. Konkret fəaliyyət proqramı tərtib edilibdir. Bu gün biz bir daha bütün bu məsələləri təhlil edib, əlavə tədbirlərin görülməsi haqqında qərarlar verəcəyik ki, 2010-cu ildə və ondan sonrakı illərdə bu istiqamətdə ən ciddi addımlar atılsın.

Mən şübhə etmirəm ki, görülən və görüləcək tədbirlər nəticəsində bir neçə ildən sonra görəcəyik ki, Azərbaycan vətəndaşlarının sağlamlığı daha da möhkəmlənib. Çünki insan sağlamlığına ən ciddi zərbə vuran amil ekoloji vəziyyətin lazımi səviyyədə olmamasıdır. Hava, su, ətraf mühit - bütün bu amillər insanın sağlamlığına ən böyük təsir edən amillərdir. Əgər biz bu istiqamətdə işlərimizi ən qabaqcıl Avropa ölkələrinin standartlarına uyğunlaşdırsaq, görəcəyik ki, müəyyən müddətdən sonra həm insanların sağlamlığı, həm onların fiziki qabiliyyəti, həm ümumiyyətlə, Azərbaycanda yaşamaq üçün ən lazımi şərait yaradılmışdır. Bu istiqamətdə görülmüş işlər sayəsində xalqımız daha da yaxşı yaşayacaq, sağlam olacaq və Azərbaycan hərtərəfli inkişafını bundan sonra daha da uğurla irəliyə aparacaqdır.

İndi isə söz verilir ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırova.

X X X

Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu BAĞIROV müşavirədə çıxış edərək dedi:

-Zati-aliləri cənab Prezident!

Sizin, ölkəmizin iqtisadi, sosial, mədəni və digər sahələrin inkişafına, yeni iş yerlərinin yaradılmasına, eləcə də ətraf mühitin sağlamlaşdırılması, xalqımızın rifahının yaxşılaşdırılması naminə təbii sərvətlərdən istifadə məsələlərinə göstərdiyiniz iradə, qətiyyət gündəlik diqqət və qayğının, həyata keçirilən ardıcıl tədbirlərin nəticəsində qazanılmış uğurlar əhalinin ekoloji şüurunda da müsbət dəyişikliklərə gətirib çıxarmış, ekoloji durumun yaxşılaşdırılmasına yönəldilmiş tədbirlər ölkə vətəndaşlarının fəal iştirakına zəmin yaratmışdır.

Hüseynqulu Bağırov dövlətimizin başçısı tərəfindən 2010-cu ilin “Ekologiya ili” elan olunmasının həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda böyük rəğbətlə qarşılandığını bildirdi. Nazir “Ekologiya ili” və Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş ətraf mühit sahəsində strateji proqramların icrası vəziyyəti barədə dövlətimizin başçısına məlumat verərək dedi:

-Hörmətli cənab Prezident, tərəfinizdən təsdiq edilmiş ətraf mühit sahəsində strateji proqramlar müvəffəqiyyətlə icra olunur. “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün kompleks Tədbirlər Planı” mövcud problemlərin həllinə, xüsusilə Bakı şəhəri və Abşeron yarımadasında ətraf mühitin yaxşılaşdırılması istiqamətində aparılan işlərə böyük təkan vermiş, bu istiqamətdə iri layihələr uğurla həyata keçirilmiş və hazırda davam etdirilir. Ətraf mühitə təsirlər iqtisadiyyatın müxtəlif sahələri ilə bağlıdır və bir sıra dövlət qurumları ekoloji problemlərin həlli istiqamətində tədbirlər görürlər. İqtisadi İnkişaf Nazirliyi, “Azərsu” Səhmdar Cəmiyyəti, Dövlət Neft Şirkəti və digər təşkilatlar tərəfindən tullantıların və çirkab suların idarə olunmasının təskmilləşdirilməsi, neftlə çirklənmiş ərazilərin, Bakı buxtasının ekoloji vəziyyətinin yaxşılaşdırılması və sair istiqamətlərdə layihələr həyata keçirilir.

Möhtərəm Prezident, icazə verin bütün bunlarla bərabər, nazirlik tərəfindən ətraf mühitin sağlamlaşdırılması istiqamətində Sizin tapşırığınız əsasında görülmüş və hazırda həyata keçirilən işlər barədə qısa məlumat verim. Təşəbbüsünüzlə həyata keçirilən, qısa zamanda geniş əraziləri əhatə edən və səmərəli nəticələr verən “Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması proqramı” üzrə fəaliyyət davam etdirilir. Sizin də bildirdiyiniz kimi, artıq 12 rayonun 122-dən çox kəndində yekunlaşdırılmış işlər nəticəsində 224 min əhali Dünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su ilə təmin olunmuşdur. Bunun üçün həm də 1300-ə qədər bulaqbölüşdürücü məntəqə, 600 kilometrdən çox su xətti inşa edilmişdir.

Tapşırığınızla reallaşdırılan Xəzər dənizinin çirklənmədən qorunması ilə bağlı digər uğurlu proqram çərçivəsində Abşeron yarımadasında modul tipli çirkab su təmizləyici qurğulardan ibarət 16 stansiya qurularaq “Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sistemi” yaradılmışdır. “Azərsu” SC-nin sərəncamında olan iri təmizləyici qurğularla bərabər, bu sistemin fəaliyyəti nəticəsində Pirallahıdan Novxanıyadək 86 kilometr məsafədə sahilboyu ərazilərdən gün ərzində təkcə bu stansiyaların gücü ilə 6 min kubmetrdən çox çirkab suyun təmizlənmədən dənizə axıdılmasının qarşısı alınmış, həmin ərazilərdə ekoloji tarazlığın bərpası istiqamətində mühüm nailiyyətlər əldə olunmuşdur.

Lakin istər yaşayış məntəqələrində, istərsə də Xəzər akvatoriyasında quraşdırılaraq müvafiq bələdiyyələrin istifadəsinə verilmiş modul təmizləyici qurğuların istismarı ilə bağlı əlavə tədbirlər labüddür. Abşeron yarımadasının təhlükəli tullantılardan təmizlənməsi sahəsində də işlər uğurla aparılır. Bakı və Sumqayıt şəhərlərindən müxtəlif tərkibli təhlükəli istehsalat tullantıları təhlükəli tullantıların idarə olunması üzrə Milli Mərkəzə daşınaraq basdırılır. O cümlədən Sumqayıtda ətraf mühitin ciddi çirklənməsinə səbəb olan 287 min ton civə tərkibli toksiki tullantıların bir neçə il ərzində təhlükəli tullantılar poliqonuna daşınaraq zərərsizləşdirilməsi prosesi 2009-cu ildə başa çatdırılmışdır.

Bu işlərin səmərəliliyini artırmaq məqsədi ilə poliqonun infrastrukturu inkişaf etdirilmiş, qaz, su və elektriklə tam təmin edilmişdir. Bu da təhlükəli tullantıları emal yolu ilə zərərsizləşdirmək imkanı yaratmışdır. Hazırda poliqonda 250 min kubmetr tutumunda yeni hücrənin inşası tamamlanır. Regionların yüksək sürətli inkişafı respublikanın digər bölgələrində də təhlükəli tullantıların idarə olunması problemini aktuallaşdırmışdır. Bu baxımdan Gəncədə və yaxın rayonlarda formalaşan təhlükəli tullantıların zərərsizləşdirilməsi üçün ilk regional təhlükəli tullantılar poliqonunun yaradılması məqsədəuyğun hesab edilir.

Hörmətli cənab Prezident, meşələrin mühafizəsi, bərpası, yeni meşəliklərin salınması sahəsindəki göstəricilər durmadan artır. Təkcə son üç ildə 32 min 211 hektar ərazidə meşəbərpa tədbirləri aparılmışdır. Sevindirici haldır ki, son 15 ildə meşə ilə örtülü sahələr 989 min hektardan 1 milyon 21 min hektara qaldırılmışdır ki, bu da respublikada meşə ilə örtülü ərazilərin 11,4 faizdən 11,8 faizə qədər artması deməkdir. Bu göstəricilər beynəlxalq peykdən müşahidə təşkilatlarının təhlillərində də təsdiqini tapmışdır.

Sizin tapşırığınıza əsasən paytaxtda və respublikamızın bölgələrində yaşıllaşdırma işləri geniş vüsət almışdır. 2008-ci ilin əvvəlindən başlayaraq Bakı-Qazax magistral avtomobil yolunun Atbulaq yaşayış məntəqəsindən Hacıqabul rayon mərkəzinədək olan 28 kilometrlik hissəsində 172 min ağac və kol əkilmişdir. Ərazidə ümumi tutumu 35 min kubmetr olan su anbarı yaradılmış, müasir damcılı suvarma sistemi ilk dəfə yaşıllaşdırma proqramlarında istifadə edilmişdir. Həyata keçirilən aqrotexniki tədbirlər nəticəsində ərazidə 90 faizdən yuxarı bitişə nail olunmuşdur.

Oxşar nəticələr digər yaşıllaşdırma işləri aparılan sahələrdə də əldə edilmişdir. Zığ-Heydər Əliyev adına Beynəlxalq hava limanı yolunun ətrafında 144 hektar ərazidə 140 mindən çox ting əkilmişdir. Günəşli yamacında 52 hektar ərazidə 69 min üzüm tingləri və ümumi yaşıllığı yaradaraq landşaftı nəcibləşdirən başqa bitkilər əkilmişdir. Əzizbəyov dairəsi - Heydər Əliyev adına Beynəlxalq hava limanı yolu ətrafında landşaftın bərpa edilməsi üçün 109 min kubmetr torpaq işləri aparılmış, 56 hektar sahədə 61,6 min ağac və kol əkilmiş, 63,5 min kvadratmetr sahəyə yaşıl çəmən salınmışdır.

Yaşıllaşdırılmış ərazilərin suvarılması üçün əlavə olaraq 2009-cu ilin sonunda 13 artezian quyusu qazılmış və su tutumu 10 min kubmetrdən çox olan su anbarı inşa edilmiş, uzunluğu 88 kilometr olan suvarma şəbəkəsi yaradılmışdır.

Bundan əlavə, Abşeron yarımadasında 3 milyon ağac əkilməsi ilə bağlı tapşırığınızın icrası ilə əlaqədar yaşıllaşdırılacaq ərazilər seçilmiş, həmin ərazilərdə, keçmiş Binə ticarət mərkəzinin ərazisi də daxil olmaqla, nazirliyin daxili imkanları hesabına 472 min kubmetr torpaq işləri görülmüş, hamarlanmış əraziyə 6 min 400 kubmetr münbit torpaq, 2 min 160 kubmetr üzvi gübrə daşınmış, 9 artezian quyusu qazılmış, 10,5 kilometr uzunluğunda suvarma sistemi yaradılmışdır. Son iki ayda təkcə Bakı, Sumqayıt şəhərlərinin ərazilərində və yarımadanın digər sahələrində 204 mini Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən olmaqla, Bakı və Sumqayıt İcra Hakimiyyəti orqanlarının iştirakı ilə cəmi 573 min ağac və kol əkilmişdir. 2009-cu ilin dekabrında Sizin iştirakınızla keçirilmiş iməcilikdən sonrakı dövrdə respublikada ümumilikdə 2 milyondan çox ağac əkilmişdir. Ümumiyyətlə isə, son payız mövsümündə - sentyabr ayından bəri respublika ərazisində cəmi 3 milyon 12 min ağac və kol əkilmişdir ki, bunlardan da 668,96 mini müvafiq icra hakimiyyəti orqanlarının iştirakı ilə həyata keçirilmişdir.

Bioloji müxtəlifliyin qorunub saxlanılması nazirliyin fəaliyyətində əsas istiqamətlərdən biri olaraq qalır. Aparılmış tədbirlər nəticəsində xüsusi mühafizə olunan təbiət əraziləri inkişaf etdirilmiş, onların sahəsi 2003-cü ildən etibarən 478 min hektardan 876 min hektaradək artırılmışdır. Hazırda 8 milli park, 11 qoruq və 24 yasaqlıqdan ibarət bu şəbəkə ölkənin ərazisinin 10,1 faizini əhatə edir. Başlanğıcda isə bu, 5 faizdən aşağı idi. Xüsusən, Cənubi Qafqazda sahəsi 115 min 895 hektar olan ən böyük Şahdağ Milli Parkının yaradılması ilə bağlı Sərəncamınız biomüxtəlifliyin qorunması işinə böyük töhfə vermişdir.

Möhtərəm cənab Prezident, Sizin qabaqcıl dünya təcrübəsinə və yeni texnologiyaların tətbiqinə diqqətiniz nəticəsində ölkədə müasir ekoloji monitorinq sistemi yaradılmışdır. Ətraf mühit komponentlərinin dəqiq analizi və qiymətləndirilməsi məqsədi ilə respublikanın müxtəlif bölgələrində, o cümlədən ölkəyə daxil olan transsərhəd çayların üzərində ən müasir cihazlarla təmin olunmuş analitik tədqiqat laboratoriyaları təşkil edilmişdir. Çoxfunksiyalı və avtomatik rejimdə işləyən müasir cihazlar havada, suda və torpaqda 3 mindən artıq çirkləndiricini təyin etməyə imkan verir. Nüvə texnologiyalarından istifadə edən ölkələrlə sərhəd rayonlarda və Pirallahı adasında radiasiya fonu üzərində avtomatlaşdırılmış monitorinq nəzarəti sistemi quraşdırılmışdır ki, həmin şəbəkədən artıq avtomatik rejimdə məlumatlar həm Ekologiya və Təbii Sərvətlər Nazirliyinin monitorinq xidmətinə, bilavasitə mərkəzinə, həm də Fövqəladə Hallar Nazirliyinə ötürülür.

Milli hidrometeorologiya xidmətinin müasir tələblərə uyğun inkişafı üçün hidrometeoroloji müşahidə şəbəkəsi modernləşdirilmış, proqnoz sistemi müasir telekommunikasiya və informasiya texnologiyaları ilə təmin olunmuşdur. Əslində, bu iş bundan sonra da davam etdirilməlidir. Çünki rayonlarda olan stansiyalarımızda bütün sistemlər bərpa olunsa da, köhnə avadanlıqdan hələ də istifadə edilir. Ancaq hazırda həmin stansiyaların Finlandiya istehsalı olan və Azərbaycanda texniki imkanları nəzərdən keçirilən avtomatik meteostansiyalarla təchiz edilməsi prosesi gedir.

Meteoroloji şəraitin və buzlaqların dəqiq, təkmil müşahidəsi, flora və faunanın dərindən öyrənilməsi məqsədi ilə Azərbaycan Respublikasının yüksək dağlıq ərazilərində Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elmi Mərkəzi yaradılmışdır. Kompleks Elmi Mərkəzin bazasında və Şahdağın zirvəsində 2 avtomat meteoroloji stansiya quraşdırılmış və alternativ enerji hesabına onların fasiləsiz fəaliyyəti təmin edilmişdir.

Möhtərəm cənab Prezident, tərəfinizdən 2010-cu ilin “Ekologiya ili” elan edilməsi ilə bağlı cari ilin prioritet istiqamətləri üzrə müvafiq layihələr hazırlanmışdır. Həyata keçirdiyiniz uğurlu siyasətə söykənərək Abşeron yarımadasında neft tullantıları və digər zərərli maddələrlə çirklənmiş torpaqların və göllərin bərpası əsas prioritet istiqamət seçilmişdir. Burada göllərin və ətrafının təmizlənməsi, torpaqların rekultivasiyası hesabına ərazilərin reabilitasiyası nəzərdə tutulmuşdur. Bununla bağlı hərtərəfli araşdırmalar aparılmış, müvafiq layihə təklifləri hazırlanmışdır. Bu işlərin ilkin olaraq Zığ gölünün ətrafında aparılması məqsədi ilə hazırlanmış “Zığ gölünün və ətraf ərazilərin neft tullantılarından təmizlənməsi və torpaqların reabilitasiyası” layihə-smeta sənədləri aidiyyəti dövlət qurumları ilə razılaşdırılır.

Müvafiq qərar veriləcəyi təqdirdə növbəti mərhələdə bu işlər Çuxurdərə, Bülbülə, Hacıhəsən, Qırmızıgöl, Masazır və digər göllərin yerləşdiyi ərazilərdə aparıla bilər. Eyni zamanda, Neft Şirkətinin nümayəndələri layihədə iştirak edirlər. Şirkət balansında olan neftlə çirklənmiş geniş ərazilərdə öz vəsaitləri hesabına təmizləmə işlərini çox sürətlə aparır.

Digər prioritet - təşəbbüsünüzlə geniş vüsət almış yaşıllaşdırma tədbirləridir. Bu tədbirlərin iki istiqamətdə həyata keçirilməsi təklif olunur. Birinci istiqamət Abşeron yarımadasında yaşıllaşdırma işləridir. Bu tədbirlərin Zığ gölü və Heydər Əliyev adına Beynəlxalq hava limanı, Əzizbəyov-Sabunçu dairələri, Bakı yamacı - 20-ci Sahəarası ərazilərdə və digər yerlərdə həyata keçirilməsi üçün hazırlanmış layihə-smeta sənədləri aidiyyəti dövlət orqanları ilə razılaşdırılmadadır. Eyni zamanda, genişmiqyaslı yaşıllaşdırma tədbirlərinin kifayət qədər suvarma suyu ilə təmin edilməsi üçün təmizlənmiş tullantı sulardan təkrar istifadə məsələsi araşdırılmış, Hövsan, Binə, Lökbatan, Səngəçal və Qobustan qəsəbələri ətrafında təmizlənmiş tullantı sularının texniki bitkilərin suvarılmasına yönəldilməsi üzrə ilkin layihə hazırlanmışdır. Misal üçün, Hövsanda aerasiya stansiyası tamamilə yeniləşdirilərək Sizin iştirakınızla istifadəyə verilmişdir. Çirkab suları burada təmizləndikdən sonra Xəzər dənizinə axıdılır. Nəzərə alsaq ki, dəniz suyunun şirinləşdirilməsinə nisbətən çirkli suların təmizlənməsi 8-10 dəfə daha ucuz başa gəlir, bu suların əlavə təmizlənərək o ərazidəki 3 min hektaradək sahənin yaşıllaşdırılmasında istifadə olunması mümkündür. Bunun nəticəsində həmin suların dənizə atılması ehtiyacı da kəskin surətdə azalacaqdır.

İkinci istiqamət - avtomobil yolları boyu ətraf ərazilərin yaşıllaşdırılması ilə bağlıdır ki, bu da Abşeron yarımadasından kənara çıxır. Bu məqsədlə birinci mərhələdə Bakı-Ələt, Ələt-Salyan və Ələt-Atbulaq istiqamətində həyata keçirilən işlərin davam etdirilməsi nəzərdə tutulur.

Möhtərəm cənab Prezident, çıxışlarınızda səsləndirilmiş digər prioritet istiqamət “Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması proqramı”nın davamlı icrasıdır. Bu məqsədlə modul tipli sutəmizləyici qurğular quraşdırılmış 122 kəndə əlavə, hazırda 18 rayonun 63 kəndində də həmin istiqamətdə işlər gedir. Nəticədə daha 125 min insan təmiz içməli su ilə təmin olunacaqdır. Eyni zamanda, daha 132 yaşayış məntəqəsində sutəmizləyici qurğuların quraşdırılması üçün hazırlanmış layihə-smeta sənədləri aidiyyəti dövlət orqanları ilə razılaşdırılır. Burada iki məqama diqqət yetirmək istəyirdim. Birincisi, Sizin tapşırığınıza əsasən, artıq bu layihəyə təkcə Kür və Araz çaylarının, kanalların suyundan istifadə edən yaşayış məntəqələri yox, həmçinin daha kiçik çayların, çirklənmiş sulardan istifadə etmək ehtiyacında olan başqa rayonların da kəndləri daxil edilmişdir.

İkinci məqam isə, ilk dəfədir ki, Abşeron yarımadasında Zirə və Qala kəndlərində şoranlaşmış quyu sularını şirinləşdirəcək pilot layihələrin həyata keçirilməsidir. Bu, həmin kəndlərin su probleminin səhiyyə standartlarına cavab verən səviyyədə həllini təmin edəcəkdir.

Növbəti prioritet istiqamət Xəzər dənizinin çirklənmədən qorunmasıdır. Bu məsələdə məqsəd Sizin tapşırığınızla Abşeron yarımadasının şimal sahilboyu ərazilərində qurulmuş modul tipli çirkab sutəmizləyici qurğulardan ibarət “Xəzər dənizinin ekoloji mühitinin mühafizə sistemi”nin cənub istiqamətində davam etdirilməsidir. Hazırda deyə bilərəm ki, mövcud 6 stansiyanın fəaliyyəti diqqət mərkəzindədir və səmərəli işini davam etdirir. Onun nəticəsidir ki, hazırda Mərdəkan-Şüvəlan ərazisindəki bataqlıqlar istifadəyə yararlı vəziyyətə gətirilmişdir. İş adamları, yerli icra hakimiyyətinin nümayəndələri orada müvafiq işlər aparırlar.

Prioritet istiqamətlərdən biri də atmosfer havasının mühafizəsidir. Siz bunu bugünkü müşavirədə də xüsusi qeyd etdiniz. Burada əsas çirklənmə avtonəqliyyat vasitələri ilə bağlıdır. Əgər sovet dövründə Azərbaycan Respublikası atmosferə çirkləndiricilər və karbon birləşmələrini 70 milyon ton çərçivəsində atırdısa, o dövrdən qalan iqtisadiyatın əsaslı surətdə yenidən qurulması və bir neçə dəfə böyüməsi nəticəsində bu dəqiqə atmosferə atdığımız karbon birləşmələri və çirkləndiricilərin həcmi 38 milyon tona enmişdir. Lakin əgər 70 milyon tonun içində nəqliyyatın payı 4,5 milyon ton idisə, bu gün artıq 38 milyon tonun haradasa 14-15 milyon tonu təkcə nəqliyyatın payına düşür. Problemin həlli istiqamətində tapşırığınıza əsasən hazırlanmış və yaxın vaxtlarda qüvvəyə minəcək avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblərin Avropa standartlarına uyğunlaşdırılması üzrə tədbirlər planında artıq bu il Avro-2 standartlarına keçid nəzərdə tutulmuşdur. Şəhərdən kənarda yeni neft-qaz emalı kompleksinin tikilməsi nəticəsində Azərbaycanda istehsal olunacaq yanacaq-sürtkü materialları Avro-5 standartlarına cavab verəcəkdir ki, bu da artıq Avropada olduğu kimi, Avro-3 və Avro-4 mərhələlərini adlayaraq birdəfəlik Avro-5 standartlarına keçməyə imkan yaradacaqdır.

Eyni zamanda, atmosfer havasının monitorinqinin təkmilləşdirilməsi məqsədi ilə Bakıda və digər iri şəhərlərdə müasir avtomatlaşdırılmış monitorinq sisteminin qurulması məqsədəmüvafiq olardı.

Sizin əsas prioritetlərdən biri kimi tövsiyə etdiyiniz daha bir istiqamət tullantıların idarə olunması ilə bağlıdır.

Ölkənin yaşayış məntəqələrinin ərazilərindəki qanunsuz zibilliklərin ləğv edilməsi və torpaqların reabilitasiyası məqsədi ilə ilkin olaraq Şamaxı və Hacıqabulda ətraf mühitə minimum təsir göstərən və istismarı daha ucuz başa gələn müasir regional poliqonların tikintisi üçün layihə-smeta sənədləri hazırlanmış və aidiyyəti dövlət orqanları ilə razılaşdırılmışdır. Bu məqsədlə ayrılmış torpaq sahələrinin sənədləşdirilməsi ilə bağlı problemlərin həlli nəticəsində həmin işlərə başlamaq mümkün olacaqdır. Həmin ərazilərdə 6-8 rayon üçün bir poliqonun yaradılması tullantıların uzaq məsafələrdən Bakıya gətirilərək emal edilməsindən ucuz başa gələcəkdir. Belə poliqonların yerlərdə inşa olunması yaxın 15-20 il üçün problemin həllinə gətirib çıxaracaqdır. İndi müəyyən yaşayış məntəqələrinin ətrafında təbiəti çirkləndirən amillər aradan qaldırılacaqdır.

Bioloji müxtəlifliyin qorunub saxlanılması da prioritetlərimiz sırasındadır. Daimi diqqət və qayğınız sayəsində qısa müddət ərzində böyük inkişaf yolu keçmiş xüsusi mühafizə olunan təbiət ərazilərində müasir infrastrukturun yaradılması son dərəcə aktualdır. Bütün milli parklarda ən müasir ofislərin, turistləri qəbul etmək üçün imkanların yaradılması artıq faktdır. Bu sırada, Azərbaycanda ən böyük, Qafqazda ikinci olan Şahdağ Milli Parkının zəruri infrastrukturunun yaradılması gündəlikdə durur.

Möhtərəm cənab Prezident, Sizin ətraf mühitin mühafizəsinə gündəlik diqqət və qayğınız, həmçinin rəhbərliyiniz altında həyata keçirilən qətiyyətli və məqsədyönlü tədbirlər nəticəsində yaxın müddətdə ölkədə mövcud ekoloji problemlərin tam olaraq aradan qaldırılmasına nail olunacaqdır.

Çıxışımı yekunlaşdıraraq Sizi bir daha əmin etmək istərdim ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi Sizin əzm və iradə ilə həyata keçirdiyiniz müasir dövlət quruculuğu istiqamətində fəaliyyətinizə bundan sonra da tam dəstək olacaqdır və bu istiqamətdə Sizin bütün tapşırıqlarınızı layiqincə yerinə yetirəcəkdir.

X X X

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala ABUTALIBOV ölkənin hər yerində olduğu kimi, paytaxtda da ekoloji mühitin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə Prezident İlham Əliyevə məlumat verərək dedi:

-Zati-aliləri, hörmətli Prezident!

Hörmətli müşavirə iştirakçıları!

Ölkəmizin sosial-iqtisadi, mədəni və digər sahələrini əhatə edən sürətli inkişafı müasir dünyanın mühüm problemlərindən olan ekologiya probleminə də xüsusi diqqət artırmaq zərurətini ortaya çıxarmışdır. Əlbəttə, məhz ekologiya problemlərinin həllinə yüksək dövlət qayğısı və bu işin dövlət siyasətinə çevrilməsi, möhtərəm Prezident, Sizin Sərəncamınız ilə “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün kompleks tədbirlər planı”nın təsdiq edilməsi və bu Sərəncamın icrası ilə əlaqədar olaraq ölkəmizin hər yerində olduğu kimi, Bakı şəhərində də ekoloji mühitin yaxşılaşdırılması üçün çoxşaxəli tədbirlər həyata keçirilməsinin özü artıq yüksək inkişafın, dövlətin vətəndaşına qayğısının və Azərbaycanda beynəlxalq standartların mövcudluğunun göstəricisidir.

Artıq heç kimə sirr deyil ki, bu gün dünyanın müxtəlif şəhərlərində atmosfer çirklənməsinin çoxu məhz avtomobil nəqliyyatının payına düşür. Hazırda Bakı şəhərində 549 min 511 avtomobil qeydiyyatdadır ki, bunların da çoxu, başqa sözlə, 80 faizi Avro-3 və Avro-4 standartlarına uyğun deyildir. Həmin avtomobillərdən atmosferə normadan artıq zəhərli maddələr ixrac olunur. Xaricdən Avrostandartlara uyğun olmayan avtonəqliyyat vasitələrinin ölkəyə gətirilməsinin qarşısının alınması və 10-15 il əvvəl istehsal olunmuş köhnə, yararsız, ekoloji standarta cavab verməyən, istismar müddətini başa vurmuş avtonəqliyyat vasitələrinin tədricən istismardan çıxarılması və eyni zamanda, yeni Avrostandarta uyğun yanacağın istehsalının artırılması Bakı şəhərinin ekologiyasının qorunmasına gətirib çıxara bilər.

Yüz ildən çox bir zamanı əhatə edən neft sənayesi və ümumiyyətlə sənaye müəssisələrinin Bakı şəhərində xüsusilə üstünlük təşkil etməsi, bu zaman kəsiyində keyfiyyətə yox, kəmiyyətə üstünlük verilməsi və uzun illər ərzində lay sularının idarə olunmaması səbəbindən neftlə çirklənmiş torpaqların, eyni zamanda, süni göllərin və gölməçələrin əmələ gəlməsi, neft emalı zamanı yaranan tullantıların ərazilərdə toplanması ekoloji vəziyyətə mənfi təsir göstərən mühüm amillər sırasındadır.

Bakı şəhərinin ekoloji vəziyyətinə təsir edən bu amilin aradan qaldırılması üçün, möhtərəm Prezident, Sizin göstərişinizə əsasən neftlə çirklənmiş torpaqların təmizlənməsi, sənaye müəssisələrinin şəhərətrafı ərazilərə köçürülməsi və yeni dünya standartlarına uyğun sənaye müəssisələrinin yaradılması prosesi gedir ki, artıq bu da öz müsbət nəticəsini verməkdədir. Eyni zamanda, bu gün fəaliyyət göstərən sənaye müəssisələrində quraşdırılmış qaz-toz tutucu qurğuların səmərəli fəaliyyəti nəticəsində Bakı şəhərində stasionar mənbələrdən atmosferə atılan zərərli maddələrin miqdarının xeyli dərəcədə azalması müşahidə edilir.

İstismar müddətini başa vurmuş, uzun illərdən bəri həllini gözləyən və süni çirkab göllərinin yaranmasına, Xəzər dənizinin çirklənməsinə səbəb olan məsələlərdən biri də kanalizasiya problemidir. Ekologiyaya mənfi təsir göstərən bu problemin həllində də vəziyyətin yaxşılaşdırılması istiqamətində, möhtərəm Prezident, Sizin müvafiq Sərəncamınızla yerinə yetirilən “Hövsan çirkab sularını təmizləmə qurğusu, 2 saylı Zığ nasos stansiyası və əsas ötürücü kanalizasiya xətlərinin yenidən qurulması və genişləndirilməsi” layihəsi əsasında 2007-ci ilin aprel ayından etibarən tikinti-quraşdırma işlərinə başlanılmış və gücü 160 min kubmetr olan yeni 3-cü texnoloji xətt artıq istifadəyə verilmişdir. Bununla da mövcud stansiyanın iş qabiliyyəti sutkada 480 min kubmetrdən 640 min kubmetrə çatdırılmışdır.

Həmçinin bu sahədə vəziyyətin daha da yaxşılaşdırılması məqsədi ilə, möhtərəm Prezident, Sizin tərəfinizdən 2007-ci il iyunun 20-də imzalanmış “Xəzər dənizinin çirklənmədən qorunması üzrə bəzi tədbirlər haqqında” Sərəncamın icrası ilə əlaqədar xeyli iş görülmüş, beynəlxalq standartlara cavab verən modul tipli lokal çirkab sutəmizləyici qurğular quraşdırılmışdır ki, bu da ümumilikdə gün ərzində təxminən 4 min kubmetrdən artıq çirkab suyun təmizlənməsinə şərait yaratmışdır.

Möhtərəm cənab Prezident!

Uzun illər ərzində Bakı şəhərinin ekoloji vəziyyətinə mənfi təsir göstərən məişət tullantılarının utilizasiyası ilə əlaqədar olaraq son vaxtlar böyük işlər görülməkdədir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 avqust tarixli “Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” Sərəncamı ilə “Təmiz şəhər” SC-nin yaradılması və Sabunçu rayonunun Balaxanı poliqonu ərazisində tikilməkdə olan məişət tullantıları emalı zavodunun istifadəyə verilməsi məişət tullantılarının şəhərin ekoloji vəziyyətinə mənfi təsirinin aradan qaldırılmasında böyük rol oynayacaqdır.

Azərbaycan Prezidentinin 2006-cı il 28 sentyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün kompleks tədbirlər planı”na və həmçinin möhtərəm Prezident, Sizin sədrliyinizlə 2009-cu il aprelin 20-də keçirdiyiniz müşavirədə xüsusilə Bakı şəhəri ərazisində yaşıllıqların və uzunömürlü ağacların əkilməsi, təbiətin faunasının qorunması ilə əlaqədar verdiyiniz tapşırığa uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq qurumları tərəfindən paytaxtda ekoloji vəziyyətin sağlamlaşdırılması üçün yaşıllaşdırmanın inkişafı ilə bağlı müəyyən işlər görülmüşdür. Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq qurumları tərəfindən şəhər ərazisində 200 mindən çox ağac, 500 mindən çox gül və bəzək kolu əkilmiş, çoxlu çəmənliklər salınmış, bağ və park sahələri bərpa edilmişdir. Eyni zamanda, Bakı şəhərinin rayon icra hakimiyyətlərinin təqdim etdiyi arayışa əsasən bu illər ərzində Bakı şəhəri rayonlarının ərazisində 1 milyon 90 min 300 ağac, gül və bəzək kolları əkilmiş, 2010-cu il - “Ekologiya ili” çərçivəsində isə təxminən 431 min ağac və gül kolunun əkilməsi və çoxlu çəmənliklərin salınması nəzərdə tutulmuşdur.

Möhtərəm cənab Prezident!

2010-cu ili “Ekologiya ili” elan etməyinizlə ekoloji vəziyyətin yaxşılaşdırılması işinə böyük önəm verməyinizi nəzərə alaraq Sizi əmin edirik ki, bu müqəddəs işdə öz bacarıq və təcrübəmizi əsirgəmədən doğma Bakımızın daha təmiz, müasir ekoloji standartlara cavab verən dünyəvi şəhər olması üçün əlimizdən gələni edəcəyik.

Diqqətinizə görə təşəkkür edirəm.

X X X

ARDNŞ-in prezidenti Rövnəq ABDULLAYEV müşavirədə çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident!

Zati-alinizin rəhbərliyi altında son illər Azərbaycanda ekoloji problemlərin həlli dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Bu, nadir təbii şəraitə, zəngin sərvətlərə və inkişaf etmiş sənaye sahələrinə malik ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi məsələlərinə daim xüsusi diqqət və qayğı göstərmiş Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş davamlı inkişaf və tərəqqi strategiyasına sədaqətinizin bariz nümunəsidir.

Möhtərəm Prezident, Sizin tərəfinizdən 2010-cu ilin “Ekologiya ili” elan edilməsi də Zati-alinizin 2006-cı il 28 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”na uyğun olaraq ölkəmizdə görülmüş misilsiz işlərin məntiqi davamıdır.

Rövnəq Abdullayev qeyd etmişdir ki, həmin Proqramda vaxtilə neft sənayesində yaranmış nöqsanların aradan qaldırılması prioritet vəzifə kimi qarşıya qoyulub və neftçilər ekoloji hərəkata ürəkdən qoşulublar. Dövlət Neft Şirkətinin prezidenti neft-qaz əməliyyatları prosesində ətraf mühitə texnogen təsiri azaltmaq məqsədi ilə həyata keçirilən proqramlar barədə də məlumat verərək bildirdi:

-Bu proqramlarda cari çirklənmə mənbələrinin ləğvi, çirkli torpaqların təmizlənməsi və yaşıllaşdırılması ilə yanaşı, yeni tikilən və yenidən qurulan obyektlərdə ekoloji təhlükəsizliklə bağlı beynəlxalq təcrübənin tətbiqinə üstünlük verilir.

2006-cı ildə Sizin Sərəncamınızla şirkətin tərkibində Ekologiya İdarəsi təsis olunmuşdur. Şirkətin bütün əsas struktur vahidlərində ekoloji məsələlərə nəzarət edən müvafiq şöbələr, ekoloji layihələrin həyata keçirilməsində ixtisaslaşmış təcrübəli xarici şirkətlərlə “EKOL Mühəndislik Xidmətləri” və “SOCAR-ASM” birgə müəssisələri yaradılmışdır. Bu tədbirlər ekoloji layihələrin uğurla həyata keçirilməsi üçün imkanlarımızı genişləndirmişdir.

Ətraf mühitin qorunması istiqamətində qarşıda duran vəzifələri həyata keçirmək və ekologiya sahəsində idarəetmə strukturunu təkmilləşdirmək məqsədi ilə “Dövlət Neft Şirkətinin Ekoloji Siyasəti” təsdiq olunmuşdur. Bu siyasətin əsas məqsədi yeni fəaliyyət sahələrində müvafiq vəziyyətin qiymətləndirilməsi və ona mənfi təsirlərin minimuma endirilməsini təmin etməkdir. Əsas ekoloji prinsipimiz “Sıfır tullantı” prinsipidir. Bütün neft-qaz əməliyyatları zamanı bu prinsipə əməl edilməsi ilə yanaşı, keçmişdən miras qalmış ekoloji problemlərin, xüsusən yararsız hala salınmış torpaqların bərpası da nəzərdə tutulmuşdur.

Şirkətin ekoloji tədbirləri, əsasən aşağıdakı fəaliyyət sahələrini əhatə edir: lay sularının utilizasiyası, neftlə çirklənmiş torpaqların təmizlənməsi, atmosferə atılmaların azaldılması, istehsalat tullantılarının idarə olunması, enerjiyə qənaət texnologiyalarının tətbiqi, Bakı buxtasının təmizlənməsi, yaşıllaşdırma işləri, ekoloji təbliğat və maarifləndirmə məsələləri.

Neft yataqlarının əksəriyyəti uzun illər istismar olunduğundan quyularda sulaşma əmsalı 95 faizdən yuxarıdır. Odur ki, böyük miqdarda lay sularının təkrar emalı çox vacibdir. Bunun üçün istifadə olunan ən optimal üsul lay sularının quyular vasitəsilə yenidən yerin altına vurulmasıdır.

Möhtərəm cənab Prezident, Siz neft və neft məhsulları ilə çirklənmiş mədən torpaqlarının təmizlənməsi məsələsini şəxsən nəzarətdə saxlayırsınız. Bu, bir tərəfdən məsuliyyətimizi artırır, digər tərəfdən bizə xüsusi stimul verir. Hasilatın uzun müddət bəsit texnika və texnologiyalarla aparılması, qazma, istismar və təmir zamanı baş verən çoxsaylı qəzalar, açıq neft, qaz, su fontanları nəticəsində mədən əraziləri həddən artıq çirklənməyə məruz qalmışdır. Xüsusən Abşeron yarımadasının torpaqlarına daha çox ziyan vurulmuşdur. Burada 10 min hektara yaxın torpaq sahəsi yararsız hala düşmüşdür.

Sizin tapşırığınıza əsasən, Dövlət Neft Şirkəti 2006-cı ildən başlayaraq, bu torpaqların bərpası üzrə irimiqyaslı işlərin həyata keçirilməsinə başlamışdır. Bu günədək Bibiheybət, Balaxanı, Siyəzən, Kürovdağ, Qarabağlı və digər yataqlarda təxminən 300 hektara yaxın çirklənmiş torpaq sahəsi təmizlənmiş və abadlaşdırılmışdır. Bibiheybətdə təmizlənmiş ərazidə 80 minə yaxın ağac əkilmiş və orada Sizin Sərəncamınız əsasında Neft Muzeyinin və təhsil kompleksinin tikintisinə hazırlaşırıq.

Bu il isə biz ümumilikdə, 400 hektara qədər mədən ərazisində torpaqların təmizlənməsini nəzərdə tuturuq. Bu işlərə başlamazdan əvvəl, həmin sahələrdə süni gölməçələr qurudulmalı, çirkab suları axan kanallar qapalı beton kollektorlara salınmalıdır. Bundan başqa, möhtərəm Prezidentin tapşırığı ilə Böyükşor gölü ilə Heydər Əliyev adına Beynəlxalq hava limanına gedən avtomobil magistralı arasındakı 50 hektarlıq ərazidə yerləşən köhnə nefttutucu anbarları ləğv edilmiş, torpaq artıq təmizlənir və həmin ərazidə Bakı Olimpiya stadionunun tikilməsi üçün ilkin hazırlıq işlərinə başlamışıq.

Cənab Prezident, Sizin artıq dillər əzbəri olmuş “Sağlam ekoloji mühit, sağlam hava, təmiz su” çağırışınızı neftçilər ekoloji layihələrdə konseptual əsas kimi rəhbər tuturlar. Neftçilər torpaqların təmizlənməsi və yaşıllaşdırılması proseslərinin bir-birini tamamladığını yaxşı dərk edirlər. Odur ki, neftlə çirklənmədən təmizlənmiş bütün mədən torpaqlarında ağaclar əkilir, yaşıllıqlar salınır. Şirkətimizdə ağacəkmə kampaniyalarının, iməciliklərin keçirilməsi artıq xoş bir ənənəyə çevrilmişdir. Ötən üç il ərzində neft mədənlərinin təmizlənmiş ərazilərində 120 mindən çox ağac əkilmişdir və onlara mütəmadi olaraq aqrotexniki qulluq göstərilir. “Ekologiya ili” elan olunmuş 2010-cu ildə isə 150 min ağac və 16 min gül tinginin əkilməsini nəzərdə tuturuq. Bununla da neftçilər ölkəmizdə kütləvi miqyas almış, əsl ümummilli səciyyə kəsb edən, gündən-günə genişlənən yaşıllaşdırma hərəkatında daha fəal iştirak edəcəklər.

Ötən il Qalada - Tağıyev adına Neft və Qazçıxarma İdarəsinin mədən ərazisində neftlə çirklənmədən təmizlənmiş 10 hektarlıq sahədə Ekoloji parkın yaradılmasına başlamışıq. Artıq parkda gərgin iş gedir. Məlumat üçün bildirim ki, Ekoloji parkın tərkibində müasir tipli şitilxananın salınması, burada bioseleksiya işlərinin aparılması və Abşeron yarımadasının nadir, nəsli kəsilməkdə olan kol və ağac bitkilərinin çoxaldılması nəzərdə tutulur. Becərilən ağac və kol bitkilərinin rekultivasiya olunmuş mədən torpaqlarına uyğunlaşmış şəraitdə yetişdirilməsi və neftlə çirklənmədən təmizlənmiş ərazilərdə əkilməsi, möhtərəm Prezident, Sizin Bakı və şəhərətrafı qəsəbələrdə 3 milyon ağac əkilməsi tapşırığınızın icrası baxımından mühüm əhəmiyyət kəsb edəcəkdir. Ekoparkda kiçik bir tədris mərkəzinin yaradılması da nəzərdə tutulur. Burada gənc nəslin ekoloji maarifləndirilməsi məqsədi ilə müxtəlif proqramlar həyata keçiriləcəkdir. Parkın daha bir özəlliyi isə bundan ibarətdir ki, orada enerji təchizatı tədricən alternativ mənbələrdən - 20 kVt gücündə günəş batareyaları və ümumi gücü 40 kVt olan 4 ədəd külək generatoru vasitəsilə əldə ediləcəkdir.

Hazırda bütün dünyada iqlim dəyişiklikləri məsələsi bəşəri bir problem olaraq fəal müzakirə edilir. Azərbaycan da bu prosesdən kənarda qalmır. Məlumdur ki, ölkəmizdə atmosferə atılan tullantıların başlıca mənbələrindən biri də neft-qaz sənayesidir. Dövlət Neft Şirkəti bir neçə ildir ki, Kioto protokolu üzrə Təmiz İnkişaf Mexanizmi çərçivəsində həyata keçirilən layihələrə qoşulmuşdur və hər il öz müəssisələrində atmosferə atılan zərərli qazların mənbələrini invertarlaşdırır.

2008-ci ildən etibarən şirkətimiz Dünya Bankının Qlobal qaz yandırılmalarının azaldılması üzrə Əməkdaşlıq Təşkilatının fəal tərəfdaşlarından biridir. 2006-2009-cu illər ərzində bu istiqamətdə görülən tədbirlər nəticəsində şirkətimiz üzrə atmosferə atılmaların miqdarı təxminən 860 min ton CO2 ekvivalentində azaldılmışdır ki, bu da əlavə olaraq 420 milyon kubmetr səmt qazının yığılıb sistemə verilməsi deməkdir. 2010-cu ildə və qarşıdakı illərdə biz bu istiqamətdə fəaliyyətimizi daha da genişləndirəcəyik. Belə ki, bu il “Günəşli” yatağında sıxıcı kompressor stansiyalarının gücünün artırılması, yeni boru kəmərlərinin çəkilməsi və başqa tədbirlər nəticəsində havaya atılan aşağı təzyiqli qazın bütünlüklə yığılıb sistemə təhvil verilməsi təmin olunacaqdır. Bu da havaya atılan 1 milyard kubmetr qazın yığılması deməkdir. Eyni zamanda, Dövlət Neft Şirkəti tərəfindən avtomobil nəqliyyatı vasitələrindən atmosferə atılmalara nəzarət məqsədi ilə Bakı şəhərinin Səbail, Sabunçu və Suraxanı rayonları ərazisində 3 ekoloji ölçmə məntəqəsi yaradılmışdır.

Möhtərəm cənab Prezident, Bakı buxtasının təmizlənməsi daim Sizin diqqət mərkəzində saxladığınız ən vacib məsələlərdəndir. 2007-ci ildən başlayaraq, şirkətimizdə dənizin dibinin və səthinin təmizlənməsi istiqamətində də bir çox işlər görülmüşdür. Dəniz mədənlərində balansdan silinmiş, istismara yararsız qurğuların və boru xətlərinin sökülməsi, batmış gəmilərin kəsilərək çıxarılması, ərazilərin metal tullantılardan təmizlənməsi işləri geniş vüsət almışdır. Hesablamalara görə dənizin təkcə Azərbaycan sektorunda belə metal konstruksiyalar 500 min tondan artıqdır. Ötən müddət ərzində Xəzərin Azərbaycan sektoru 32 min ton həcmində metal tullantıdan təmizlənmişdir. Onu da qeyd etmək istərdim ki, quruda aparılmış analoji tədbirlər nəticəsində daha 42 min ton metal tullantı təhvil verilmişdir. 2010-cu ildə bu işlərin həcmini artıraraq, dəniz və qurudakı mədən sahələrindən ümumilikdə 82 min ton metal, taxta və beton tullantılarının təmizlənməsini planlaşdırırıq. Eyni zamanda, Bakı buxtası akvatoriyasına yeni, xüsusi qurğularla təchiz olunmuş ekoloji təyinatlı gəmilər gətiriləcəkdir. Bunlar suyun üzündən neftli təbəqələrin və digər tullantıların yığılması üzrə ixtisaslaşdırılmış gəmilərdir.

Möhtərəm cənab Prezident, Sizin qeyd etdiyiniz kimi, ekologiya elə bir sahədir ki, onunla davamlı olaraq məşğul olmaq, yaranan problemləri vaxtı-vaxtında aradan qaldırmaq lazımdır. Bu baxımdan əmin ola bilərsiniz ki, Abşeron yarımadasında ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində görüləcək tədbirlər təkcə 2010-cu ili əhatə etməyəcək, sonrakı illərdə də davam etdiriləcəkdir. Neftçilər ətraf mühitin mühafizəsi, ekoloji vəziyyətin sağlamlaşdırılması ilə bağlı daim cəmiyyətimiz qarşısında böyük məsuliyyət daşıdıqlarını yaxşı bilirlər. Çoxminli neftçilər ordusu həmişə olduğu kimi, bundan sonra da qarşımızda qoyduğunuz bütün vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün var gücü ilə çalışacaq, Vətənimizin daha da çiçəklənməsi naminə əllərindən gələni əsirgəməyəcəkdir.

Diqqətinizə görə çox sağ olun.

######

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

DİN: Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“Avropa Siyasi Birliyi”nin Dublin sammiti Azərbaycanın Avropa ilə siyasi dialoqunda yeni imkanlar açır- ŞƏRH

Azərbaycan nefti 102 dollara satılır

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb

Yəməndə gedən döyüşlər səbəbindən 340 mindən çox insan qaçqın vəziyyətinə düşüb

Hörmüz boğazında gəmiçilik trafiki müharibədən əvvəlki səviyyədən 65 faiz azdır

Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək

Husilər Ər-Riyad hava limanına növbəti zərbə endirdiklərini bildiriblər

ABŞ Ukrayna pilotlarının F-16 qırıcılarını idarə etməsi üzrə təlimləri davam etdirir

“Sky News”: Böyük Britaniyadakı ABŞ aviabazası üzərində naməlum dronlar aşkarlanıb

ABŞ-də dörd saatdan çox davam edən uçuş məhdudiyyəti aradan qaldırılıb

İraq ABŞ-nin himayəsi altında Hörmüz boğazından neft ixracını bərpa edib

Yeni Orlean limanı yaxınlığında gəmi qəzası nəticəsində 32 nəfər xəsarət alıb

“Bloomberg”: FTB ABŞ-də uçuşların dayandırılmasını kiberhücumla əlaqələndirmir

UEFA Millətlər Liqası: Niderland Yunanıstan yığmasını böyük hesabla məğlub edib

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteynə qalib gəlib

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub

ABŞ-də bütün hava limanlarında uçuşların dayandırılması barədə qərar verilib

Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb

Fon der Lyayen: Aİ Ukrayna ilə bağlı danışıqlarda atəşkəs və təhlükəsizlik zəmanətlərini prioritet sayır

Tusk: Polşa Ukrayna üçün silah alınmasını maliyyələşdirməyəcək

Avropa Xəbər Agentlikləri Alyansı TASS-ı üzvlükdən çıxarıb

Balakəndə tədbir: “Uşaq hüquqları – sağlam və təhlükəsiz gələcəyin təminatı”

Polşanın Suriyadakı səfirliyi 15 ildən sonra yenidən açılacaq

Aİ Rusiya ilə danışıqlar aparmaq üçün nümayəndə heyətinin tərkibini təsdiqləyib

Antonio Quterreşin COP31-də vida nitqi: Yanan planetdə sülh qura bilməzsiniz

DİN yeraltı keçiddən istifadə etməyən piyadalara müraciət edib

Azərbaycanda Geoloji parkın yaradılması istiqamətində işlər davam etdirilir

İraq boru kəmərlərinin mühafizəsi üzrə ixtisaslaşmış təhlükəsizlik qüvvələri yaradıb

Maliyyə Nazirliyinin kollegiyasında dövlət müəssisələri ilə işin təşkili nəzərdən keçirilib

BEA: Qlobal elektrikləşdirmə hədəfinin investorların marağını artıracağı gözlənilir

Aİ liderləri: Avropanın təhlükəsizliyi Ukrayna ilə bağlı sülh danışıqlarının bir hissəsi ola bilməz

® ABB istiqrazlarına investor marağı davam edir: iki buraxılış üzrə sifarişlər 22 milyon manatı keçdi

Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib

NDU-da “Əcəmi 900: İpək Yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb VİDEO

NDU-da “Əcəmi 900: İpək Yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb VİDEO

Almaniya gələn həftə Ukraynanın müttəfiqlərinin sammitini keçirəcək

“Evklid” missiyası 900 milyondan çox qalaktikanı müşahidə edib

Bundestaq Almaniyanın NATO-nun “Sea Guardian” missiyasında iştirakının müddətini uzadıb

İğdırda Zəfər Gününə həsr olunmuş müsabiqələrin qalibləri mükafatlandırılıb VİDEO

İğdırda Zəfər Gününə həsr olunmuş müsabiqələrin qalibləri mükafatlandırılıb VİDEO

Qazaxıstan Prezidenti ölkənin nəqliyyat sektorundakı vəziyyəti tənqid edib

“Sky”: Britaniyada “Microsoft” servislərində problemlər parlamentin və təcili xidmətlərin işinə təsir edib

Azərbaycanla Vyetnam arasında qarşılıqlı investisiyaların təşviqi imkanları nəzərdən keçirilib

Paris küçələrinə 60 minə yaxın etirazçının çıxacağı gözlənilir

Dövlət Komitəsinin sədri COP31 iştirakçılarına Azərbaycanın milli inkişaf prioritetləri haqqında məlumat verib

Dublin Sammiti: Prezident İlham Əliyevin diplomatiyası ölkənin mövqeyini gücləndirir

Bu saata olan əsas xəbərlər

Dublində diplomatik gündəm: Azərbaycan faktoru VİDEO

Dublində diplomatik gündəm: Azərbaycan faktoru VİDEO

Gənclərə şəhərsalma sahəsində mövcud çağırışlara müasir texnologiyalar vasitəsilə həllər hazırlaması təşviq edilir

KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı VİDEO

KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı VİDEO

Qazaxıstanlı politoloq Prezident İlham Əliyevin diplomatiya kursu, Azərbaycanın beynəlxalq nüfuzu barədə danışıb

Professor: Dublin Sammiti Azərbaycanın Avropa siyasi məkanında artan çəkisini göstərir

Kimya İnstitutunun tədqiqatları Çexiyada beynəlxalq konfransda təqdim olunub

“Kür” komandasının baş məşqçisi: Cavab oyununda qalib gələrək mübarizəni davam etdirmək lazımdır VİDEO

“Kür” komandasının baş məşqçisi: Cavab oyununda qalib gələrək mübarizəni davam etdirmək lazımdır VİDEO

Avropa Kuboku: "Kür" həndbol komandası ilk matçda Şimali Makedoniya təmsilçisinə uduzub VİDEO

Avropa Kuboku: "Kür" həndbol komandası ilk matçda Şimali Makedoniya təmsilçisinə uduzub VİDEO

“NVIDIA Inception” proqramına seçilmiş Azərbaycan startapının süni intellekti 10 min kameranın görüntüsünü eyni vaxtda təhlil edir

Azərbaycan–Britaniya münasibətlərində yeni mərhələ: Strateji tərəfdaşlıq və Bakının artan geosiyasi gücü - TƏHLİL

Avropa İttifaqı karbon emissiyası kvotalarının artırılması barədə qərar qəbul edib

Gələn ilin dövlət büdcəsinin layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib VİDEO

Gələn ilin dövlət büdcəsinin layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib VİDEO

İpoteka və Kredit Zəmanət Fondu, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və “AzInTelecom” birgə məlumat yayıb

Biləsuvarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

İqlim dəyişmələrinə uyğunlaşma həlləri üzrə bazarın həcmi 1 trilyon dolları ötür - Hesabat

Azərbaycan səfiri FAO yanında daimi nümayəndə kimi etimadnaməsini təqdim edib

Bəxtiyar Aslanbəyli: Süni intellektin tətbiqində hüquqi və etik məsuliyyət mexanizmləri müəyyənləşdirilməlidir

Gənclər Fondu: Əsas məqsədimiz gənclərin insanyönümlü şəhər ideyasına yaxınlaşmalarıdır

Zülfiyyə Nuriyeva: Qarabağ və Şərqi Zəngəzurda quruculuq işləri sürətlə davam etdirilir