PREZİDENT İLHAM ƏLİYEVİN ŞAHZADƏ ENDRYU İLƏ GÖRÜŞÜ
Davos, 28 yanvar (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, yanvarın 28-də Azərbaycan Prezidenti İlham Əliyev Davosda Böyük Britaniyanın York hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında iqtisadi əlaqələrin uğurla inkişaf etdiyi qeyd olundu. Bu sahədə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə edildi.
######
