Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Prezident İlham Əliyevin son bir ildəki fəaliyyəti ilə bağlı sorğunun nəticələri xalq-iqtidar birliyinin təcəssümüdür

Prezident İlham Əliyevin son bir ildəki fəaliyyəti ilə bağlı sorğunun nəticələri xalq-iqtidar birliyinin təcəssümüdür

Bakı, 11 aprel, AZƏRTAC

Ölkəmizin ictimai-siyasi həyatında əhəmiyyətli rol oynayan 2018-ci ilin 11 aprel seçkilərindən bir il ötür. Seçkilərdə İlham Əliyev seçici səslərinin 86,03 faizini qazanaraq yenidən ölkə rəhbəri seçildi. Bu seçim “Güclü dövlət, yüksək rifah” tezisini fəaliyyətinin əsas prinsipi kimi qəbul edən Prezidentimizə milyonların sevgisinin, dəstəyinin növbəti təzahürü oldu.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri Cavid Osmanov deyib.

Onun sözlərinə görə, bu qələbə son 15 ilin uğurlarına söykənir: “Hələ 2003-cü ilin prezident seçkilərindən sonra keçirilən andiçmə mərasimində qarşıdakı illərdə görüləcək işləri açıqlayan dövlətimizin başçısı demişdir ki, “Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm”. Dövlətimizin başçısının verdiyi vədləri yerinə yetirməsi Azərbaycanın davamlı inkişafını təmin edib, eyni zamanda, 2008-ci, 2013-cü və 2018-ci illərdə keçirilən prezident seçkilərindəki qələbəsini də şərtləndirib”.

Bir il ərzində bütün sahələrdə əldə olunan uğurların son 15 ildə görülən işlərin davamı olduğunu vurğulayan C.Osmanov bildirib ki, bu, hər bir Azərbaycan vətəndaşında böyük qürur hissi yaradır.

Milli Məclisin deputatı deyib: “Son bir ilə nəzər salsaq görərik ki, bu ilin hər ayı, hər günü mühüm hadisə ilə tarixə yazılıb. Belə ki, 11 aprel prezident seçkilərindən sonrakı növbəti ayda Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasiminin keçirilməsi Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında artan rolundan xəbər verir. Həmçinin bu dəhliz ölkəmizə əlavə siyasi, iqtisadi, maliyyə imkanları yaradacaq, eləcə də zəngin təbii qaz resurslarımızın dünya bazarlarına bundan sonra onilliklər ərzində ixracını təmin edəcək, valyuta axını artacaq, dayanıqlı inkişafımız daha da möhkəmlənəcəkdir. Bu mühüm hadisənin ardınca iyun ayında Cənub Qaz Dəhlizinin əsas seqmentlərindən olan TANAP-ın Türkiyənin Əskişəhər şəhərində açılış mərasimi keçirildi. TANAP-ın istismara verilməsi Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürü oldu. Bu uğurların davamı olaraq ötən ilin oktyabrında SOCAR-ın həyata keçirdiyi investisiya layihələrindən olan “Star” neft emalı zavodu istifadəyə verildi. Son 30 ildə həyata keçirilən ən böyük real sektor sərmayəsi olan “Star” neft emalı zavodu Avropa, Yaxın Şərq və Şimali Afrika bölgələrində ən böyük neft müəssisələrindən biri olaraq uğurla fəaliyyət göstərir. Enerji sektorunda uğurlarımız davamlıdır və davam edəcəkdir”.

Cavid Osmanovun sözlərinə görə, neft siyasətinin uğurlu nəticəsidir ki, bu gün iqtisadiyyatın şaxələndirilməsi istiqamətində ölkəmizdə davamlı addımlar atılır. “Son bir ilin mühüm addımlarından biri kimi də Prezident İlham Əliyevin Fərmanı ilə təsdiqlənmiş sayca dördüncü “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın qəbulunu qeyd etməliyik. 2018-ci ildən bəri bölgələrə 28 səfər edən Prezident İlham Əliyev bu səfərlər zamanı həm görülən işlərə nəzarət edir, həm də yerlərdə vətəndaşlarla görüşür, onları narahat edən problemlərin həlli istiqamətində göstərişlər verir. Rayonların sosial-iqtisadi durumunun yaxşılaşdırılması, həmçinin infrastruktur layihələri ilə əlaqədar biri-birindən önəmli sərəncamlar imzalanıb. Hər bir rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün əlavə tədbirlər planının təsdiqlənməsi və Prezidentin Ehtiyat Fondundan vəsaitlərin ayrılması da qeyri-neft sektorunun inkişafının prioritet olmasından xəbər verir”, - deyə deputat qeyd edib.

Bu ilin ötən aylarında dövlətimizin başçısı tərəfindən imzalanan fərman və sərəncamların əhəmiyyətinə də toxunan C.Osmanov bildirib ki, bu sənədlərin mütləq əksəriyyəti əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir və ölkəmizdə vətəndaş amilinə nə qədər böyük dəyər verildiyinə bariz nümunədir. İqtisadi göstəricilərin yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmasının vacibliyini bildirən Prezident İlham Əliyev həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşının dayandığını dəfələrlə bildirib. Bu ilin əvvəlindən əməkhaqqı və pensiyaların, təqaüdlərin, qaçqın və məcburi köçkünlər, aztəminatlı ailələr üçün nəzərdə tutulan güzəşt və müavinətlərin artırılması, problemli kreditlərlə, çoxmənzilli binaların sənədləşdirilməsi ilə bağlı sərəncamların imzalanması ölkə vətəndaşlarının sosial müdafiəsinin təminatı istiqamətində aparılan siyasətin ən bariz nümunələridir. Bu il minimum əməkhaqqı 130 manatdan 180 manata, minimum pensiyaların məbləği 116 manatdan 160 manata çatdırıldı.

Prezident İlham Əliyev şəhid ailələrinə, müharibə veteranlarına və əlillərə davamlı olaraq diqqət və qayğı göstərir. Ötən ilin prezident seçkilərindən sonra dövlətimizin başçısı tərəfindən imzalanan ilk Fərman da şəhid ailələri ilə bağlı oldu - şəhid ailələrinə birdəfəlik 11 min manat məbləğində kompensasiyanın verilməsi. Növbəti Fərmanla şəhid ailələrinə verilən müavinət 242 manatdan 300 manata, Əfqanıstanda həlak olanların ailələri üçün nəzərdə tutulan müavinət 220 manatdan 300 manata çatdırıldı. Keçən il şəhid ailələrinə 626 mənzil verilib. Bu il isə daha 800 şəhid ailəsi mənzillə təmin olunacaq. Aprelin 5-də Prezident İlham Əliyev Bakının Kürdəxanı qəsəbəsində məcburi köçkün ailələri üçün istifadəyə verilən yeni yaşayış kompleksinin açılışında iştirak etdi. Açılış mərasimində İlham Əliyev bu günə qədər bu kateqoriyadan olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlara diqqət yönəldilərək söylədi ki, bu, ölkə üzrə məcburi köçkünlər üçün salınan sayca 103-cü müasir yaşayış kompleksidir.

Deputat qeyd edib ki, dövlətimizin başçısının atdığı hər addım onun ölkə vətəndaşının yanında olduğunu bir daha təsdiqləyir. Prezident İlham Əliyevin bu il Şamaxı, Ağsu və İsmayıllıda baş verən zəlzələnin fəsadları ilə şəxsən tanış olması, əhaliyə lazımi kömək göstərilməsi üçün aidiyyəti qurumlara tapşırıqlarını verməsi, vurulan ziyanın dövlət tərəfindən ödənilməsi ilə bağlı imzaladığı sərəncamlar çox təqdirəlayiqdir və bu, ölkə rəhbərinin hər bir Azərbaycan vətəndaşının Prezidenti olmasına bariz nümunədir. Həmçinin Prezidentin zəlzələ bölgəsində aparılan işlərin gedişi ilə dəfələrlə maraqlanması yerli sakinlər, eləcə də ölkə ictimaiyyəti tərəfindən böyük rəğbət hissi ilə qarşılandı. Eyni addımlar Bakının Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğın zamanı da diqqəti çəkdi. Hər zaman ölkə vətəndaşının yanında olan İlham Əliyev yanğından dərhal sonra müşavirə keçirərək aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi, imzaladığı Sərəncamla zərərçəkmiş sahibkarlara maddi yardım göstərilməsi məqsədilə 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan İqtisadiyyat Nazirliyinə ilkin olaraq 3 milyon manat vəsait ayrıldı.

Cavid Osmanov deyib ki, “Fransanın "Opinion Way" şirkətinin Azərbaycan Prezidenti İlham Əliyevin son bir ildəki fəaliyyəti ilə bağlı açıqladığı geniş rəy sorğusunun nəticələri xalq-iqtidar birliyinin təcəssümüdür. Sorğunun nəticələri bir daha göstərdi ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin son bir ildəki fəaliyyətini, həyata keçirdiyi islahat kursunu, ölkəmizdəki mövcud ictimai-siyasi vəziyyəti, hökumətin daxili və xarici siyasətini yüksək qiymətləndirir. Rəyi soruşulanların 80 faizdən çoxunun Azərbaycandakı möhkəm və davamlı sabitliyi Prezidentin fəaliyyətinin birbaşa nəticəsi hesab etməsi isə sübut edir ki, ölkəmizdəki sabitliyin dayağı həqiqətən də xalq-iqtidar birliyidir.

“Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, iqtisadi uğurları artan, maliyyə imkanları möhkəmlənən ölkəmizdə əhalinin maddi rifah halının yüksəlməsi naminə hazırlanan “sosial paket”də daha ciddi islahatlar nəzərdə tutulur. Məhz bu addımlara söykənərək, əminliklə deyə bilərik ki, 2019-cu il bütövlükdə ölkəmiz üçün uğurlu il olacaq, - deyə Milli Məclisin deputatı vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub VİDEO

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər VİDEO

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir

Milli Xalça Festivalının açılış mərasimi olub

Növbəti rəqəmsal SAT imtahanı keçirilib

Kamila Vaden: Ərazilərin minalardan təmizlənməsinə şahidlik etmək bizi çox sevindirir VİDEO

Bəzi yerlərdə intensiv yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanında 189 nəfər müvəffəqiyyət qazanıb

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Dialoq Forumunun gündəliyindəki məsələlər Azərbaycanın yeni çağırışların qarşısının alınmasına hərtərəfli töhfəsindən xəbər verir - ŞƏRH

Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub

Ekspert: Elektrik və qazpaylayıcı şəbəkələrdə yeni tənzimləmələr xərclərin optimallaşdırılmasına təsirini göstərəcək

DİN: Keyfiyyətsiz yuyucu vasitələr hazırlayan gizli sex aşkarlanıb VİDEO

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun ilk qalibləri mükafatlandırılıblar

Avropa Komissiyası fermerlərə yardımı davam etdirəcək

Mingəçevirdə Ümummilli Liderə həsr olunan respublika elmi konfransı keçirilib

Tramp seçkiqabağı sorğularda Baydendən 10 faiz önə çıxıb

Təhsil proqramının məzmunu dəyişdirilmədən ixtisasın adı dəyişdirilə bilərmi?

Gənc bioloqlardan “Biz irəlidəyik” adlı ekoloji aksiya təşəbbüsü

HƏMAS nümayəndələri atəşkəs danışıqları üçün Qahirəyə gedib

BMT-nin Baş katibi: Ekoloji böhran jurnalistlərin ən prioritet sahəsi olmalıdır

Yeni ixtisasların açılmasına dair ümumi tələblər müəyyən edilib

Rusiyalı ekspert: Azərbaycanın böyük yaşıl enerji potensialı var – MÜSAHİBƏ

“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

FIFA futbolda inqilabi dəyişikliyə hazırlaşır

“Yeni təhsil proqramlarının açılması Qaydaları” təsdiq edilib

ABŞ-da aprel ayında işsizlik səviyyəsi 3,9 faizə yüksəlib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Ekspertlər: Stresə qalib gəlməyin pulsuz və sadə üsulu tapılıb

Azərbaycanın qrup hərəkətləri komandası Avropa Kubokunda bürünc medal qazanıb

Ötən müddətdə “Könüllü DOST” proqramına 4,8 min nəfərdən çox şəxs cəlb edilib

Xarici səyyahlar Cəbrayılda minatəmizləmə əməliyyatları barədə məlumatlandırılıb VİDEO

Nigeriyada kəndlərə hücum edən silahlılar 25 nəfəri öldürüb

Norveçli səyyah: Qarabağ və Şərqi Zəngəzur gözəl təbiətə malikdir

Bakıdakı Rus evində “Rus dilinin elçiləri” maarifləndirici tədbirlər keçiriləcək

Faktiki hava: Bəzi yerlərə arabir yağış, Şahdağa isə qar yağıb

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Boeing” kosmosa ilk astronavtlarını göndərir

“Samsung” kompaniyası İsrail bazarını tərk edir

Futzal üzrə Azərbaycan Tələbə Liqasına yekun vurulub, qaliblər mükafatlandırılıb

Səttar Bəhlulzadənin 115 illiyi ilə əlaqədar uşaqlar arasında rəsm sərgisi başa çatıb

Avropa Cüdo Birliyinin rəsmisi: Azərbaycan dünyada böyük yarışlara ev sahibliyi etməklə məşhurdur

“Circus Sea Breeze” arenasında beynəlxalq sirk proqramı təqdim ediləcək

Fernando Lottenberq: Azərbaycanda antisemitizmin baş verməməsi tolerantlığın parlaq nümunələrindəndir

Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində

“ANİMAFİLM festivalı regionlarda” layihəsi davam edir

Rəhman Hacıyev: “Qarabağın rəngləri” layihəsi Qarabağın yalnız mədəni dirçəlişinə deyil, həm də fiziki olaraq bərpasına töhfə verir

DİN: Ötən gün 33,8 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

Blinken: Vaşinqton HƏMAS-dan müsbət cavab gözləyir

Azərbaycanlı qida mütəxəssisi Mərakeşdə keçirilən festivalda iştirak edib

Argentinanın etiqad işləri üzrə katibi Azərbaycanda tolerantlığın qorunub saxlanılmasını yüksək qiymətləndirib

Dövlət Xidməti: Bir sıra bank və müəssisələrə aid çoxsaylı konfidensial məlumatlar ödənişsiz platformalarda dərc olunur

Nigeriyada qızılca xəstəliyindən bir həftədə 42 nəfər ölüb

Berlində “Diehl” müdafiə konserninin binası yanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Premyer Liqa: Bu gün “Qarabağ” – “Neftçi” oyunu keçiriləcək

Rusiyalı deputat: “Bakı Prosesi” özünü qlobal platforma kimi tanıtdı

Xankəndidə bir həftə ərzində xeyli sayda silah-sursat və partlayıcı maddələr aşkarlanıb

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 6 nəfər xilas edilib

Milli Kitabxanada Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş sərgi açılıb

Norveçli səyyahlar qrupu Xudafərin körpüsü ilə tanış olublar VİDEO

Dünya birjalarında neft ucuzlaşıb

DYP atmosferin çirklənməsinin qarşısının alınması ilə bağlı sürücülərə müraciət edib

Bakıdakı bədii gimnastika üzrə Avropa Kubokunda ilk qaliblər müəyyənləşəcək

“Azeri Light” markalı neft ucuzlaşıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb

Hərbi İdarəetmə İnstitutunda təkmilləşdirmə kursunun buraxılış mərasimi keçirilib

Tümen vilayətində çayların daşması ağır fəsadlara səbəb olub

İsraildə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Qaxda mağaza sahibinin pulunu oğurlayan şəxs saxlanılıb

Beyləqanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər keçirilib