SİYASƏT
Prezident İlham Əliyevin Zəfər Qurultayındakı nitqi ərəb KİV-nin diqqət mərkəzində olub
Qahirə, 24 aprel, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının V Qurultayındakı nitqində 44 günlük müharibədən sonra regionda yaranmış yeni vəziyyət və Qalib dövlətimizin sülhsevər siyasəti ilə bağlı fikirləri ərəb KİV-lərinin diqqət mərkəzində olub. Bununla bağlı xəbərlər AZƏRTAC, Reuters və İntefaks agentliklərinə istinadla yayımlanıb.
AZƏRTAC xəbər verir ki, Misirin “Cairo24” portalı və “Asiaelyom” agentliyi dövlətimizin başçısının çıxışından əsas məqamları işıqlandırıb. Qeyd olunub ki, Azərbaycan xalqının müzəffər xalq olduğunu vurğulayan Prezident İlham Əliyev müharibədə məğlub olmuş Ermənistanı ölkəmizin ərazi bütövlüyünü rəsmən tanımağa, sülh müqaviləsinin imzalanmasına çox yubatmamağa və son şansından istifadə etməyə çağırıb. O, həmçinin Ermənistandakı revanşist dairələrə də xəbərdarlıq edib.
Prezident İlham Əliyevin qurultaydakı çıxışından əsas məqamlar Birləşmiş Ərəb Əmirliklərinin “Əl İttihad”, Küveytin “Bobian” qəzetlərində, həmçinin Livanın “IMLebanon”, “SouBeyrut” və “Əl Nasra” portallarında yayımlanan xəbərlərdə də geniş əks olunub.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə