Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Prezidentə yazırlar: Fəxr edirik ki, Azərbaycanın güclü Ordusu və Sizin kimi müdrik rəhbəri var

Prezidentə yazırlar: Fəxr edirik ki, Azərbaycanın güclü Ordusu və Sizin kimi müdrik rəhbəri var

Bakı, 18 oktyabr, AZƏRTAC

Azərbaycan Ordusunun cəbhədə həyata keçirdiyi uğurlu əməliyyatlar, torpaqlarımızın ard-arda düşmən işğalından azad edilməsi vətəndaşlarımız, xaricdə yaşayan soydaşlarımız, eləcə də qardaş Türkiyənin vətəndaşları tərəfindən böyük sevinclə qarşılanır. Onlar sevinc hisslərini Prezident, Ali Baş Komandan İlham Əliyevə ünvanladıqları məktublarda ifadə edirlər.

AZƏRTAC Prezidentin saytına istinadla həmin məktubların bir neçəsini təqdim edir.

Türkiyənin İstanbul şəhərindən Uğur Ceylan yazır: “Hörmətli cənab Prezident, Azərbaycanda baş verən hadisələri narahatlıqla və eyni zamanda, qürurla izləyirik. Xalqın yenilməz lideri olaraq torpaqlarınızı azad etməyinizə və erməni terrorçularına qarşı qətiyyətli mövqe göstərdiyinizə görə Sizinlə şərəf duyuruq. Türk milləti olaraq daim Sizinləyik, dualarımız Sizinlədir. Bununla yanaşı, cəbhədə də Sizinlə çiyin-çiyinə döyüşməyə hazırıq. Allah qəhrəman şəhidlərimizə rəhmət eləsin. Allahdan əziz Azərbaycan xalqına cansağlığı diləyirəm”.

Ankara şəhərindən Onur Gündüz: “Hörmətli cənab Prezident, Türkiyədə yaşayan qardaşlarınız olaraq qəlblərimizin Sizin ürəklərinizlə birlikdə döyündüyünü bildirmək istəyirəm. Mən Sakaryada doğulmuşam. Amma mənim üçün Qarabağın Sakaryadan heç fərqi yoxdur. Allah Vətən yolunda Sizə və ordunuza, xalqınıza kömək olsun. Oğuz tayfalarının davamçıları daim zülmə qarşı vuruşub və qalib gəlib. Dualarımız Sizinlədir”.

Niderlandda yaşayan soydaşlarımız Elvin Hulşer və Tariyel Mirzəyev yazırlar: “Möhtərəm cənab Prezident, Azərbaycan-Niderland Biznes Qovşağının heyəti adından Azərbaycan xalqına öz dəstəyimizi ifadə etmək istəyirik. Ürəyimiz hərbi əməliyyatlar nəticəsində zərər çəkmiş insanların yanındadır. Arzu edirik ki, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri dərhal icra edilsin və beləliklə, sülh və davamlı rifah geri qayıtsın”.

Bakı şəhər sakini Xanağa Əhədli: “Əziz Prezidentimiz, Sizi salamlayan 86 saylı orta məktəbin 5ç sinif şagirdidir. Mən Sizə təşəkkür etmək üçün məktub yazıram. Hər gün torpaqlarımızın düşməndən azad edilməsi barədə verdiyiniz xəbərləri dinləyən anamın gözündəki sevinc göz yaşlarını görmək məni də sevindirir. Biz də ailəliklə daim cəbhədəki vəziyyəti düşünürük və deyirik ki, Qarabağ Azərbaycandır!”.

Masallı rayon sakini Tofiq Canaliyev: “Hörmətli Prezident, cənab Ali Baş Komandan, Sizin komandanlığınız altında Azərbaycan Ordusunun Qarabağ torpaqlarının işğaldan azad olunması uğrunda göstərdiyi şücaət bu gün dillər əzbəridir. Bu uğurların şəninə şeirlər qoşulur, nəğmələr oxunur. Xalqımızda çox yüksək əhval-ruhiyyə müşahidə olunur. Cənab Prezident, bu qətiyyətli və şücaətli işlərinizə görə Masallı rayonunun Xəlfələr kəndinin sakinləri adından Sizə böyük minnətdarlığımızı bildiririk. Sizə uzun ömür, cansağlığı və gələcək işlərinizdə müvəffəqiyyətlər arzu edirik. İnanırıq ki, tezliklə Azərbaycan ərazisinin bütövlüyünü bərpa edəcəksiniz. Yaşasın Azərbaycan xalqı, onun şanlı Ordusu və Ali Baş Komandanı!”.

Şəki sakini Ömər Mirzəyev: “Hörmətli Prezidentimiz, bu gün ulu öndərimiz Heydər Əliyevin hər bir azərbaycanlının ömürlük yaddaşında həkk olunmuş şüarını xatırlatmaq istərdim: “Hər bir insanın milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən fəxr edirəm ki, azərbaycanlıyam!”. Elə bu şüar altında da Şəki rayonunun Kiş kənd sakini olan xalam oğlu Vüsal Rzayev könüllü olaraq 31 yaşında Şəki Hərbi Komissarlığından Vətənə xidmət etmək üçün yola düşüb. Cənab Ali Baş Komandan, Ulu Tanrı Sizə və əsgərlərimizə yar olsun. Hər zaman Sizdən qələbə xəbərləri eşidək. Qarabağ Azərbaycanındır! Qarabağ Azərbaycandır!”.

Quba sakini Tofiq Məmmədovun məktubunda deyilir: “Hörmətli Prezident, cənab Ali Baş Komandan, sentyabrın 27-dən, Vətən Müharibəsi başlayan gündən bu günədək hər bir vətəndaş kimi mən də televiziya kanallarından verilən xəbərləri, Sizin çıxışlarınızı, verdiyiniz müsahibələri həvəslə və diqqətlə dinləyirəm. Sizin rus, ingilis və türk dillərində sərbəst danışığınız, çox yüksək intellektual biliyə malik olmağınızdan qürur hissi duyuram. Sizin kimi dəyanətli, qətiyyətli dövlət başçımız, Prezidentimiz olduğu üçün özümü çox xoşbəxt hiss edirəm. Sizin uzaqgörən siyasətiniz sayəsində artıq bütün dünya Azərbaycanın necə güclü dövlət olduğunu bilir. Əziz Prezidentimiz, bu gün xalq Sizin ətrafınızda səfərbərdir, Sizin əmrinizə hazırdır. Bunu Siz öz bacarığınız və xalqımızda yaratdığınız inam hissi ilə qazanmısınız. Sizin və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın hərbi hospitalda yaralı əsgərlərlə necə səmimi görüşdüyünüzün, qayğınızın şahidi oldum. Cənab Prezident, artıq bıçaq sümüyə dirənib, səbir kasamız dolub, hamı istəyir ki, torpaqlarımız erməni tapdağından azad olunsun və üçrəngli bayrağımız milli musiqimizin beşiyi olan Şuşamızda, Qarabağımızda dalğalansın. Bununla da şəhidlərimizin qanı yerdə qalmasın. Bu məktubu Ordumuzun dünən qazandığı şanlı zəfərdən ruhlanaraq yazdım. 67 yaşım olmasına baxmayaraq, torpaqlarımızın azad olunması üçün mən də ölməyə hazıram, böyük xalq şairimiz Səməd Vurğun demişkən: “Müsəlləh əsgərəm mən də bu gündən”. Siz atanızın yolunu, arzularını şərəflə yerinə yetirirsiniz. Bu gün Sizin xalqımız üçün gördüyünüz işlərdən, xüsusən şəhid ailələrinə göstərdiyiniz diqqət və qayğıdan çox danışmaq olar. Mən fəxr edirəm ki, ulu öndər Heydər Əliyevin imzası olan partiya biletini daşıyıram. Tez bir zamanda şanlı komandan kimi işğaldan azad edilmiş torpaqlarımıza zəfər bayrağımızı sancasınız! Bu yolda Tanrıdan Sizə uğurlar diləyir, yeni-yeni qələbələr nəsib etməsini arzulayıram. Allah Sizi və müzəffər Ordumuzu qorusun! Qoy haqq-ədalət zəfər çalsın! Qarabağ Azərbaycandır!”.

İmişlidən Osman İbrahimov yazır: “Hörmətli cənab Prezident, biz Sizinlə qürur duyuruq. Allah Sizi var eləsin. Sizin Azərbaycanımıza olan sevginiz biz gənclərə ruh yüksəkliyi verir. Allah Sizə yar olsun. Biz gənclər əminik ki, üçrəngli müqəddəs bayrağımız Sizin və Ordumuzun sayəsində tezliklə Qarabağda, Şuşada dalğalanacaqdır. Sizə inanır və işlərinizdə uğurlar arzulayırıq”.

Bərdə sakini Musa Quliyev: “Hörmətli cənab Prezident, bu məktubu sevinc içərisində yazıram. Otuz ildən bəri gözlədiyimiz bu günlər – Sizin rəhbərliyiniz altında qəhrəmanlıq tarixi yazan Azərbaycan Ordusunun Qarabağ torpaqlarını qarış-qarış azad etdiyi zəfər günləri hamımızı sevindirir. Mənfur ermənilərə qarşı apardığınız haqlı mübarizədə Sizinləyik, həmişə Sizin arxanızdayıq və yanınızdayıq. Möhtərəm Prezidentimiz, əminliklə deyə bilərəm ki, bu gün hər bir Azərbaycan vətəndaşı qüdrətli, güclü dövləti ilə və öz sözünü, xalqın istəyini dünyaya çatdıran müdrik, cürətli Prezidenti ilə fəxr edir. Sizə bu haqq mübarizənizdə yeni-yeni uğurlar diləyir, Ulu Tanrıdan cansağlığı, uzun ömür arzulayıram. Arzum budur ki, doğma torpaqlarımız uğrunda canından keçməyə hazır olan mərd, igid oğullarımız Azərbaycanın üçrəngli bayrağını Şuşada dalğalandırsın. Qoy Allah-Təala yolunuzu açıq eləsin, məğlubedilməz Ordumuzu mənfur düşməndən qorusun. Allah Sizinlə və Ordumuzla olsun”.

Şamaxı sakini Ruslan Əmrahov: “Hörmətli cənab Prezident, sentyabrın 27-dən xalqımız şərəfli, həyəcanlı, qürurlu günlər yaşayır. İlk qələbə xəbərlərindən sonra isə sevincimizin həddi-hüdudu yox idi. Mən döyüşə getmək üçün könüllü kimi ilk qeydə alınanlardan biriyəm. Çağırılacağım günü səbirsizliklə gözləyirəm. Ətrafımda isə minlərlə məni kimi qərarlı gənc var. Kimin üzünə baxsan məğrurdur, Sizin səlis, dəqiq, dürüst nitqinizdən razıdır. Açığı, bütün hislərimi, sevincimi sözlə ifadə etməkdə çətinlik çəkirəm. Amma şükür edirəm ki, düşmənləri doğma torpaqlardan qorumaq vaxtı çatıb. Hamımız Sizə minnətdarıq, hörmətli Prezident, Sizə və ailənizə ən xoş arzularımızı bildirir, Sizinlə fəxr edirik. Belə bir liderimiz olduğu üçün qürur duyuram. Biz həmişə Sizinləyik. Allah Sizi və Ordumuzu qorusun. Amin”.

Bakı şəhər sakini Namiq Şavruqov: “Hörmətli Prezident, cənab Ali Baş Komandan, işğal olunmuş bəzi ərazilərimizi vəhşi erməni qəsbkarlardan Sizin rəhbərliyiniz altında müzəffər Ordumuz azad etmişdir. Ermənilərə dediyiniz kimi, elə bilirdiniz ki, Azərbaycan sizin işğal və təhqirlərinizlə barışacaq? Təbii ki, barışmayacaq. Buna görə Silahlı Qüvvələrimizin şəxsi heyətinə və Ali Baş Komandan kimi şəxsən Sizə sonsuz təşəkkürümü bildirirəm. Allahdan bütün şəhidlərimizə rəhmət, yaralılarımıza şəfa diləyirəm. Amin. Mən əminəm ki, apardığınız bu uğurlu hərbi əməliyyatlara görə şəhidlərimizin və Azərbaycanı parçalanmaqdan qurtaran ulu öndər Heydər Əliyevin ruhları şaddır. İndi Siz bir oğul kimi atanızın müqəddəs missiyasını davam etdirirsiniz. Lakin çox təəssüf ki, bəzi güclər işğalçı və başqasına güvənən Ermənistanı yenə də himayə edir. Bu çətin və müqəddəs mübarizədə Sizə və Ordumuza Uca Allahdan sağlamlıq, möhkəm dəyanət və sarsılmaz qətiyyət arzulayıram”.

Şirvan sakini Asiman Nadirli: “Hörmətli Prezident, Cənab Ali Baş komandan, Sizin uğurla apardığınız siyasət nəticəsində bu gün ordumuzdan qələbə xəbərləri alırıq. Nəhayət ki, 27 ildir həsrətində olduğumuz torpaqlarımızı Sizin qətiyyətiniz sayəsində işğalçılardan geri alırıq. Biz fəxr edirik ki, Azərbaycan xalqının güclü ordusu və Sizin kimi müdrik rəhbəri var! Qələbə bizimdir! Qarabağ Azərbaycandır!”.

Lerik sakini Gülbala Kamilov: “Hörmətli cənab Prezident, Sizin yürütdüyünüz daxili və xarici siyasət nəticəsində şanlı, qüdrətli və qorxmaz Ordumuz formalaşdırılmışdır. Bu Ordu Azərbaycanın mərd və igid oğullarını özündə cəmləşdirərək düşmən üzərində Qələbəni təmin etməkdədir. Cənab Ali Baş Komandan, erməni işğalçıları ilə cəbhədə hər zaman vuruşmağa hazırıq. Qələbə bizimlədir, Qarabağ Azərbaycandır! Allah Sizləri, Ordumuzu, xalqımızı qorusun!”.

Tərtər sakini Məhəmməd Orucov: “Hörmətli cənab Prezident, nəhayət ki, 27 il düşmən torpağı altında qalan torpaqlarımızın alınacağı gün gəldi. Bu yolda atdığınız hər bir addımı bütün azərbaycanlılar kimi mən də bir Tərtər oğlu olaraq dəstəkləyir, Sizə və döyüş meydanındakı əsgərlərimizə möhkəm iradə, cansağlığı, qələbə sevinci arzulayıram. 9-cu sinif şagirdi olsam da, mən də silaha sarılıb Vətənimizi qorumağa, düşməndən azad etməyə getmək istəyirəm. Bilirik ki, bu bir döyüş meydanıdır, müharibədir. Əlbəttə, şəhidlərimiz olacaq, evlər dağılacaq. Təki tökülən şəhid qanı erməni tapdağı altında qalmasın. Cənab Ali Baş Komandan, Ulu Tanrıdan arzu edirəm ki, qara buludlar başımızın üstündən götürülsün, şəhidlərimizin qanı yerdə qalmasın, Azərbaycan xalqının üzü gülsün. Azərbaycan Ordusu üçrəngli Bayrağımızı Şuşada, Laçında, Kəlbəcərdə və bütün işğal olunmuş ərazilərimizdə dalğalandırsın. Bu yol bizim haqq yolumuzdur! Mən və ailəmiz hər gün dua edirik ki, başda Ali Baş Komandan olmaqla bütün əsgərləri Allah qorusun, gözlərinə işıq, qollarına qüvvət, dizlərinə təpər versin, hər biri sevinclə ailəsinin yanına qayıtsın. Amin!”.

Ağdam sakini Səlim Əzimov: “Möhtərəm cənab Prezident, mənim 90 yaşım var. Əməkdar müəlliməm və 65 illik müəllimlik stajımın 56 ilini məktəb direktoru işləmişəm. Həmişə Sizin işlərinizin fəal təbliğatçısı olmuşam. Siz Ulu Öndərin layiqli davamçısı, əbədi yaddaşlarda qalan müdrik, uzaqgörən, xalqını və millətini sevən, onun qayğıları ilə yaşayan bir Prezidentsiniz. Hər gün şanlı Ordumuz tərəfindən əhəmiyyətli yüksəkliklərin, müqəddəs yurd yerlərimizin işğaldan azad olunması bizi çox sevindirir. Biz ziyalılar hər gün gedən prosesləri izləyir, Ulu Tanrıdan Sizə və Ordumuza cansağlığı, uğurlar arzulayırıq. Sizin apardığınız məqsədyönlü siyasət nəticəsində şanlı Ordumuzun əks-hücum əməliyyatları ilə müqəddəs torpaqlarımız işğaldan azad olunur. Düşmənin çoxsaylı qüvvəsinin və döyüş texnikalarının məhv edilməsindən qürur duyuruq. Cənab Prezident, Sizə bütün ağdamlılar adından Ulu Tanrıdan ən şirin nemət olan cansağlığı, apardığınız müqəddəs işlərdə uğurlar diləyir, yaxın günlərdə Sizin rəhbərliyinizlə işğaldan azad olunacaq Ağdamda, Şuşada, Xankəndidə və digər Qarabağ torpaqlarında şanlı Azərbaycan bayrağının dalğalanmasını arzulayırıq. Allah qoysa, Sizin və Mehriban xanımın gəlişi münasibətilə qurbanlar kəsərik. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.

Şirvan sakini Həsən Hüseynov: “Hörmətli cənab Prezident, ulu öndər Heydər Əliyev siyasi irsinin uğurlu və layiqli davamçısı kimi Azərbaycan xalqı Sizinlə qürur duyur, fəxr edir. Cənab Ali Baş Komandan, bu gün rəşadətli Azərbaycan Ordusu öz xalqını sevindirir, uzun müddətdir düşmən tapdağı altında qalmış əzəli və əbədi Azərbaycan torpaqlarını işğaldan azad edir, əsl sahiblərinə geri qaytarır. Bu mütərəqqi hadisələr əslində tarixin özüdür və bu tarixi qızıl hərflərlə dünya salnaməsinə Siz Azərbaycan xalqı ilə birlikdə yazırsınız. Qəlbi Vətən sevgisi ilə çırpınan xalqımızın dilində əzbər, dünyaya isə qəti mesaj olan ifadənizi hər birimiz böyük rəğbətlə vurğulayırıq: Qarabağ Azərbaycandır!”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Parisdə dəmir yolu işçiləri tətilə hazırlaşırlar

Sudanda Qızıl Xaç Komitəsinin əməkdaşları öldürülüb

Karla Bruni şübhəli şəxs qismində dindirilib

Konfrans Liqası: İngiltərədə sensasiya, "Fiorentina"dan çətin qələbə

Avropa Liqası: "Bayer"dən səfər qələbəsi, “Marsel”dən heç-heçə

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəlirində ciddi artım müşahidə edilir

İsveçli rejissor Naxçıvanda film çəkəcək

ABŞ-də aksiyalarda həbs olunanların sayı 2 min nəfəri keçib

Macarıstanda şərab sammiti keçirilib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" "Neftçi"ni məğlub edərək yarımfinala yüksəlib

“Xalqa bağışlanmış ömürdən anlar” kitabı Bişkekdə qırğız dilində işıq üzü görüb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar VİDEO

XTNS-də Azərbaycanın faşizm üzərində qələbəyə verdiyi töhfəyə həsr olunmuş tədbirlər keçiriləcək

SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb

Karmen Romero: Azərbaycanda COP29-un keçirilməsini səbirsizliklə gözləyirəm

Heydər Əliyev Sarayında "Əbədi məşəl" adlı konsert təşkil olunub

Ceyhun Bayramov BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri ilə görüşüb

Dünya mətbuatı VI Mədəniyyətlərarası Dialoq Forumunu diqqət mərkəzində saxlamaqda davam edir

Azərbaycan və Tacikistan xarici işlər nazirlikləri arasında məsləhətləşmələr aparılıb

Türkiyə mediası Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki açıqlamalarına geniş yer verib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ukraynanın nümayəndə heyəti ilə görüş keçirilib

® “Bakcell” çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi

“Əlyazmaların mühafizəsi, invertarlaşdırılması və pasportlaşdırılması” - mühazirə

Film Fondunda Cəfər Cabbarlının 125 illik yubileyi qeyd edilib

Martinq Kruminq: Dialoq Forumu müxtəlif mədəniyyətlərə malik insanları bir araya gətirməyə şərait yaradır

Azərbaycan Asiya İnkişaf Bankının illik toplantısında təmsil olunur

Norveçli səyahətçi: Dağıdılmış mənzərələrə şahidlik etmək həddən artıq dəhşətlidir

Azərbaycan və Türkiyə ombudsmanları arasında görüş keçirilib

Monitorinqlər davam etdirilir: 145 müəssisədə nöqsanlar aşkarlanıb

Azərbaycan-İspaniya əməkdaşlığının dərinləşdirilməsi barədə fikir mübadiləsi aparılıb

Rusiya Federal Məclisinin Federasiya Şurasının nümayəndə heyəti Milli Məclisdə olub

Növbəti "Təhsildə yeni çağırışlar” konfransı Xaçmazda keçiriləcək

ANAMA sədrinin birinci müavini: Mülki təyinatlı ərazilərin qəsdən minalanması insanlıq əleyhinə cinayətdir

ADNSU-nun tələbələri Fizika İnstitutunda aparılan tədqiqatlar barədə məlumatlandırılıb

Natali Minaçi: Müstəmləkəçi ölkələr yerli xalqların mədəniyyətlərini məhv etməyə çalışır

Tayeb Mansuri: Mədəniyyətlərarası dialoq ziddiyyətlərin aradan qaldırılması üçün çox gözəl vasitədir

Milli Məclislə Beynəlxalq Parlamentarilər Konqresi arasında əməkdaşlığa dair müzakirələr aparılıb

"Prezident Kuboku-2024": Azərbaycan avarçəkənləri günü 1 dəst medalla başa vurublar

Zeki Aktürk: Azərbaycanın antiterror tədbirləri nəticəsində sabitliyin bərqərar olması ilə Birgə Monitorinq Mərkəzinin fəaliyyəti başa çatıb

Milli Məclis ilə AIPA arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Slovakiya nümayəndə heyəti Forumda gündəmə gətirilən məsələlərin aktuallığını qeyd edib

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 7 mart tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar təyin edilir

“Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Yaz semestrində 5 mindən çox tələbə təhsil krediti alıb

Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramin Ələmşah oğlu Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Hövsan, Mərdəkan və Şüvəlandan ekspres avtobus marşrutları fəaliyyətə başlayacaq

Norveçli səyyahlar Ağdam şəhərinə səfər ediblər VİDEO

Klublar Komitəsinin son iclasında müzakirə olunan məsələlər açıqlanıb

Mərakeş Krallığı 2024-2025-ci tədris ili üçün təqaüd proqramı elan edir

Lük Fransis Karol: Assimilyasiya siyasəti mədəniyyətlər arasında dinc qarşıdurma deyil, tam müharibədir

Gürcüstan ABŞ-la strateji tərəfdaşlıq danışıqlarından imtina edib

Milli Məclisin sədri İtaliya Parlamenti Deputatlar Palatasının vitse-prezidenti ilə görüşüb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində uqandalı nazirlə görüş keçirilib

Azərbaycan Texniki Universitetində MBA proqramı çərçivəsində müəllimlər işə qəbul edilir

Həsən Əliyev küçəsindən metronun “Koroğlu” stansiyasına qədər yeni yolun tikintisinə başlanılıb

QS-nin regional direktoru ADNSU-da olub

® Naxçıvan Baş Gömrük İdarəsində işlə bağlı stress və onun qarşısının alınmasına həsr olunan təlim keçirilib

Yeni domen adlarında Azərbaycan əlifbasında olan hərflərdən istifadə nəzərdə tutulur

Mərakeş parlamentarisi Bakı Forumunun beynəlxalq əməkdaşlığa töhfələrini yüksək dəyərləndirib

Küveytin UNESCO-dakı nümayəndəsi: Bakı Forumu çox maraqlı mövzuları əhatə etdi

“Metodist hazırlığı” müsabiqəsinə qoşulmaq istəyənlərin nəzərinə

Nur Jazlan Bin Məhəmməd: Azərbaycanın bütün dünyaya nümunə olmaq istiqamətində gördüyü işləri dəstəkləyirəm

Azərbaycan məktəbliləri 41-ci Balkan Riyaziyyat Olimpiadasında uğur qazanıblar

İkinci Dünya müharibəsi iştirakçılarına xüsusi qayğının növbəti təzahürü

Monitorinqlər zamanı 71 ticarət və 74 ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlanıb

Tələbə Elmi Cəmiyyətinin VI elmi-praktik konfransı keçirilib

Karbonsuz istehsal, dayanıqlı inkişaf, innovativ texnologiyalar - konfrans

Azərbaycan və Belarus qida təhlükəsizliyi sahəsində əməkdaşlığı genişləndirəcək

Akkan Suver: Qalib Prezident İlham Əliyevin dialoqun önəmini vurğulaması dünyada sülhün dialoqla qurula biləcəyini bir daha göstərdi

Respublika fənn olimpiadalarının final turunun biologiya və coğrafiya üzrə ilkin nəticələri elan edilib

AIPA-nın baş katibi COP29-a hazırlıq işləri barədə məlumatlandırılıb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi olub

Adil Kərimli: Əsas məqsəd mədəniyyətin iqlim dəyişikliyi məsələlərinin həll olunmasında önəmli yer tutmasıdır

Azərbaycan və Rusiya arasında cari regional vəziyyət müzakirə olunub

“Müxtəlifliyin qorunması: multikultural dünyada çağırışlar və qlobal əməkdaşlığın təşviq edilməsi” mövzusunda müzakirələr aparılıb

ICESCO-nun Baş direktoru: Biz tolerantlığı və dinc yaşamağı təşviq etməliyik

Müsəlman din xadimləri Yuxarı Gövhər Ağa məscidində namaz qılıblar

Fransız Polineziyasında və Yeni Kaledoniyada müstəqillik mübarizəsi istiqamətində atılan addımlar genişlənir

Polineziya, Korsika, Melaneziya, Karib dənizi və Antil adalarında kolonializmin fəsadları ilə bağlı ATƏT DTİHB-nin direktoruna məktub ünvanlanıb

Sivilizasiyalar Alyansının direktoru: Forumda müzakirə edilən mövzular aktuallığı ilə yadda qaldı

Bakı Forumu çərçivəsində “Keçmiş və gələcəyin mühafizəsi: iqlim dəyişikliyi fonunda mədəni irs” adlı plenar sessiya keçirilib

Alternativ məktəbəqədər sinfə mediatur təşkil edilib

Səbinə Hacıyeva: Mina səbəbindən arxeoloji baxımdan çox dəyərli məkanlara daxil ola bilmirik

"Prezident Kuboku-2024": Azərbaycanın daha bir avarçəkəni medal qazanıb

Tank bölmələri ilə intensiv döyüş hazırlığı məşğələləri keçirilir VİDEO

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib VİDEO

Afrika Ümumdünya İrs Fondunun icraçı direktoru Azərbaycan Hökumətinə təşəkkür edib

İcraçı direktor: Bakı Təşəbbüs Qrupunun fəaliyyətinə Fransa tərəfindən müəyyən reaksiyalar var VİDEO

Mədəni liderlərin konsultativ görüşü: “Mədəni diplomatiya təcrübədə: mədəniyyətlərarası anlaşmanın inkişafı"

Leysan yağışlar səbəbindən Dubayda 13 aviareys ləğv edilib

Bakı Təşəbbüs Qrupunun rəhbəri: Fransanın dənizaşırı ərazilərinin və Korsikanın müstəqillik mübarizəsinə dəstək göstəririk VİDEO

ICESCO Baş katibinin müşaviri: Qeyri-maddi və maddi mədəni irs abidələri təhlükə altındadır

Baş katibin müavini: Azərbaycanın tətbiq etdiyi “ASAN Viza” sistemi turistlər üçün olduqca əlverişlidir

Heydər Əliyev Fondunun Rusiyadakı layihələri müzakirə olunub

Ərdoğan: Bəzi Avropa ölkələrində ifrat irqçiliyin dəstəkləməsi Qərb demokratiyası üçün fəlakətdir

Keniyadan olan din xadimi: Gördüyümüz mənzərə, törədilən vəhşiliklər çox ürəkağrıdıcıdır

Abbas Abbasov: Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi təsisatın əsas prinsiplərinə uyğun həyata keçirilib