Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezidentə yazırlar: Fəxr edirik ki, Sizin kimi müdrik, uzaqgörən, Vətənini və xalqını sevən Prezidentimiz var

Prezidentə yazırlar: Fəxr edirik ki, Sizin kimi müdrik, uzaqgörən, Vətənini və xalqını sevən Prezidentimiz var

Bakı, 30 noyabr, AZƏRTAC

Azərbaycan vətəndaşları, xaricdə yaşayan soydaşlarımız Qarabağ müharibəsində əldə etdiyimiz tarixi Qələbə münasibətilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə məktublar ünvanlamaqda davam edirlər. Sevinc və qürur hissləri ifadə olunan məktublarda dövlətimizin başçısına minnətdarlıq bildirilir, zəfər təbrikləri çatdırılır.

AZƏRTAC Prezidentin saytına istinadla həmin məktubların bir neçəsini təqdim edir.

Almaniyanın Bonn şəhərində yaşayan Ramil Teymurov yazır: “Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan, biz, ölkə hüdudlarından kənarda yaşayan azərbaycanlılar ölkəmizdə baş verən son siyasi və hərbi prosesləri, Sizin rəhbərliyiniz altında Silahlı Qüvvələrimizin işğal altında olan torpaqlarımızı qanı və canı bahasına necə işğaldan azad etməsini qürur hissi ilə yaxından izlədik. Bu haqq işində bütün qəlbimizlə Sizin, xalqımızın və Ordumuzun yanındayıq. Sizin müdrik və uzaqgörən siyasətinizin nəticəsində Ordumuz qısa müddətdə işğal altında olan ərazilərimizi mənfur erməni işğalçılarından azad etdi, müstəqil Azərbaycanımızın ərazi bütövlüyü bərpa olunur. Bu mübarizədə biz, hər bir Azərbaycan vətəndaşı öz üzərinə düşən vətəndaşlıq borcunu yerinə yetirməli, bununla fəxr etməlidir. Düşmənin hərbi əməliyyatlardan kənarda yerləşən Gəncə şəhərinə və onun dinc əhalisinə edilən raket zərbələrini şiddətlə qınayırıq. Heç bir insani çərçivəyə sığmayan bu hərəkətlər düşmənin zəifliyinin əlamətidir. Gəncə əhalisinə və xalqımıza səbir diləyirik. Möhtərəm Prezident, Sizin siyasi və hərbi iradəniz, xalqımızın birliyi və Ordumuzun əzmkarlığı sayəsində müstəqil Azərbaycanımızın üçrəngli bayrağı tezliklə Qarabağımızın mərkəzi Xankəndi şəhərində dalğalanacaq, regionda sülh və əmin-amanlıq bərpa olunacaq və Azərbaycan xalqı Sizin adınızı tarixə qızıl hərflərlə yazacaqdır. Siz xalqımızın fəxrisiniz. Tanrı Sizi və xalqımızı qorusun! Allah ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərimizə rəhmət eləsin! Qarabağ Azərbaycandır!”.

Almaniyanın Kassel şəhərindən Şarani Utsiyevin məktubunda deyilir: “Hörmətli cənab Prezident, Sizin və Ordunuzun möhtəşəm Qələbəsi münasibətilə təbriklərimi çatdırır, həmçinin minnətdarlığımı bildirirəm. Bu, ümumi qələbəmizdir. Əlil olmasaydım azərbaycanlı qardaşlarımızla birlikdə döyüşüb şəhid olmaqdan şərəf duyardım. Qələbənizlə məni xoşbəxt bir insan etdiniz. Allah Sizi xeyirlə mükafatlandırsın! Əmin olun ki, çeçen xalqı həmişə Sizin yanınızda olacaq”.

Beyləqan sakini Sahilə Fərmanova: “Müzəffər Ali Baş Komandan, Azərbaycanımızın şərəfli tarixində misli görünməmiş uğurlu addımlarınıza görə Sizə sonsuz təşəkkürümü bildirirəm. Siz uzaqgörən siyasətinizlə, fenomen şəxsiyyətlərə xas idarəetmə bacarığınızla nəinki Azərbaycan tarixinə, dünya tarixinə silinməz İlham Heydər oğlu Əliyev imzası atdınız, müqəddəs torpaqlarımızın xilaskarı oldunuz. Siz xalqın ürəyində qurulan sevgi taxtını zirvələrə ucaltdınız. Qürurumuz, fəxrimiz, inam yerimiz oldunuz. Çıxışlarınızla vüqarlı, cəsur xalq olduğumuzu hər dəfə isbat etdiniz. Tanrı Sizi, cəsur, yenilməz Ordumuzu qorusun. Tanrı Sizi, ailənizi bəd nəzərdən, xətadan, bəladan hifz etsin. Var ol, yaşa Prezidentim! Nə qədər ki, Siz varsınız, biz də varıq. Bütöv Azərbaycan var. Dünyaya isbatladığınız haqqınız mübarək! Qarabağ Azərbaycandır!”.

Bakı şəhər sakini Həbib Əhmədli: “Müzəffər Ali Baş Komandan, mən 258 nömrəli məktəbin 3b sinif şagirdiyəm. Sizi şanlı Qələbəmiz münasibətilə təbrik edirəm. Sizinlə və müzəffər Ordumuzla fəxr edirəm. Böyüyəndə mən də hərbçi olmaq, Vətənimin keşiyində dayanmaq istəyirəm. Cənab Prezident, istərdim ki, Şuşanın ən yüksək bir yerində torpaqlarımızı işğaldan azad etmiş qəhrəmanlarımıza abidə ucaldılsın. Mən Sizi çox sevirəm və çox xoşbəxtəm ki, bizim ölkəmizə Sizin kimi müdrik şəxsiyyət rəhbərlik edir. Qarabağ Azərbaycandır!”.

Ağdam sakini Eliza İsayeva: “Cənab Prezident, mən bu məktubu Sizə sevinc göz yaşları ilə yazıram. Üzümü Allaha tutub deyirəm: “Nə yaxşı ki, mənim xalqıma Sizin kimi sadə, alicənab, Vətəninə bağlı, xalqını sevən belə bir rəhbər bəxş edib”. Tanrı Sizi qorusun cənab Ali Baş Komandan! Siz və Sizin başçılıq etdiyiniz Milli Ordumuzun sayəsində xalqımızın 27 illik torpaq həsrətinə son qoyuldu. Mənə də uşaqlıq və gənclik illərimin xatirəsi olan doğma Ağdam torpağına qovuşmaq nəsib oldu. Cənab Prezident, Sizin və Birinci vitse-prezidentimiz Mehriban xanımın işğaldan azad olunmuş torpaqlarımıza gəlişiniz xalqımızı çox sevindirir. Siz Ağdamda Cümə məscidinə Məkkədən gətirdiyiniz “Qurani-Kərim”i bağışladınız və çıxışınızda qeyd etdiniz ki, Məkkədə ziyarətdə olarkən işğal altında olan torpaqların azad edilməsi üçün dua etmisiniz. Şükürlər olsun ki, bu arzunuz həyata keçdi. Azərbaycan xalqı xoşbəxt xalqdır ki, onun Sizin kimi ölkə başçısı var. Azərbaycan xalqı Sizə inanır. İnanırıq ki, xarabalığa çevrilmiş torpaqlarımız gülüstana çevriləcək. Bütün bunları həyata keçirmək üçün Tanrıdan Sizə və Sizin ətrafınızda sıx birləşən xalqımıza güc-qüvvət diləyirəm. Yaşasın Ali Baş Komandan! Yaşasın Azərbaycan xalqı! Qarabağ Azərbaycandır!”.

Bakı şəhər sakini Sevil Mansurova: “Əziz Prezidentim, mənim 9 yaşım var, 183 saylı məktəbin 4-cü sinif şagirdiyəm. Siz Qarabağ müharibəsini dayandırdınız. Sizə eşq olsun! Sizinlə fəxr edirəm. Siz dünyada ən güclü, ən ağıllı siyasətçi, dəmir iradəsi olan gözəl Prezidentsiniz! Noyabrın 10-u ikiqat sevindim, qürurlandım. Çünki həmin günü mənim də ad günümdür. Sizə çox minnətdaram, Sizi çox sevirəm. Çox istərdim ki, Sizinlə görüşüm”.

Salyan sakini Zərnişan Abbasova: “Hörmətli cənab Prezidentimiz və Ali Baş Komandanımız, torpaqlarımızın işğaldan azad olunması münasibətilə Sizi, ailənizi, Ordumuzu və xalqımızı təbrik edirəm. Sizə dərin minnətdarlığımı bildirirəm. Sizin göstərdiyiniz şücaət, düzgün siyasətiniz sayəsində Ordumuz Qələbə qazandı və 30 illik həsrətə son qoyuldu. Allah Sizə möhkəm cansağlığı versin. Allahdan bütün şəhidlərimizə rəhmət, yaralılarımıza şəfa diləyirəm”.

Mingəçevir şəhər sakini Mayis Abdullayev: “Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan, Sizi, bütün ailə üzvlərinizi və Azərbaycan xalqını torpaqlarımızın azad olunması və böyük Qələbə münasibətilə təbrik edirəm. Cənab Prezident, bu Qələbəyə görə biz Sizə, şanlı Ordumuzun bütün zabit və əsgərlərinə borcluyuq. Allah Vətən uğrunda canından keçmiş bütün qəhrəman şəhidlərimizə rəhmət eləsin! Mən şəhidlərimizin müqəddəs ruhları, onların valideynləri qarşısında baş əyirəm. Cənab Prezident, 30 ildir bizlər özümüzü çox günahkar hesab edirdik, sınmışdıq, başıaşağı gəzirdik. Üzdə deyib-gülsək də, qəlbən ağlayırdıq, əzab çəkirdik. Xalqımızda bir ruh düşkünlüyü var idi. Çox sağ olun ki, Siz bu xalqın inamını özünə qaytardınız, onu bir yumruq kimi birləşdirdiniz. Cənab Prezident, Siz erməni vandallarına sübut etdiniz ki, millətimiz qorxmaz, döyüşkən, mübariz və lazım gələrsə, istənilən düşmənin başını yumruqla əzməyə qadir olan millətdir. 68 yaşıma və 2-ci qrup əlil olmağıma baxmayaraq, mən də səfərbərliyə alınmaq üçün müraciət etmişdim. Uca Allah Sizə uzun ömür, cansağlığı versin. Allah Sizi bu millətə çox görməsin. Arzu edirəm ki, Siz ömürlük Prezident seçiləsiniz”.

Ucar rayonundan Zəka Binyətov: “Müzəffər Ali Baş Komandan, əvəzolunmaz Sərkərdə, Sizi Qələbə münasibətilə ürəkdən təbrik edirəm. İllərdir gözü yolda qalan torpaqlarımız Sizin və müzəffər Ordumuz sayəsində işğaldan azad olundu. Halal olsun Sizə, Ali Baş Komandanımız! Siz bütün xalqın iftixarısınız. Azərbaycan Fatehi, Allah Sizə uzun ömür, cansağlığı versin. Yaşasın ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı Prezidentimiz İlham Əliyev! Ulu Öndərimiz Azərbaycan xalqını xilas etdi. Siz də ərazi bütövlüyümüzü bərpa etdiniz. Var olun, cənab Prezident! Eşq olsun Ali Baş Komandanımıza!”.

Ağdam sakini Amil İsmayılov: “Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan, Sizin Komandanlığınızla müzəffər Ordumuzun şücaəti sayəsində 30 il düşmən əsarətində qalan torpaqlarımız 44 gün ərzində işğaldan azad edildi. Siz bizim üçün başımızı uca, çiyinlərimizi dik tutmağa zəmin yaratdınız. Təkrarolunmaz siyasi və hərbi taktikanızla mənfur düşmənə və onun havadarlarına iki kəlmə ilə dediniz: Şah! Mat! Siz bütün dünyaya sübut etdiniz ki, Qarabağ Azərbaycandır! Uca Yaradan Sizi, Ordumuzu, dövlətimizi, xalqımızı qorusun!”.

Qusardan Samirə Qasımova: “Cənab Prezident, Müzəffər Ali Baş Komandan, bir Azərbaycan vətəndaşı kimi Sizə bu məktubu yazmağı özümə borc bilirəm. Siz illərdir hər bir azərbaycanlının köksündə yara bağlamış Vətən həsrətinə, Qarabağ ayrılığına son qoydunuz. Düşmən tapdağı olan Vətən torpağı əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Sizin layiqincə davam etdirdiyiniz uğurlu siyasət, güclü və yenilməz Azərbaycan Ordusunun rəşadəti sayəsində azad olundu. Biz bütün Azərbaycan xalqı olaraq böyük bir tarixə şahidlik edirik. Sizin zəngin dünyagörüşünüz, uzaqgörən siyasətiniz, dərin tarixi və diplomatik bilikləriniz ölkəmizin dünya arenasında layiqli təmsil olunmasında əsas rol oynadı. Cənab Prezident, Sizin rəhbərliyinizlə yaradılan güclü Ordumuz düşmənin 30 ildə qurduğu barrikadaları, mövqeləri 44 günün içində yerlə-yeksan etdi. Bu qürurlu tarixə şahid olduğumuz üçün Sizə sonsuz minnətdarıq. Var olsun müdrik Prezidentimiz! Var olsun Azərbaycan xalqı! Var olsun Azərbaycan Ordusu!”.

Cəbrayıl sakini İlqar Quliyev: “Cənab Prezident, keçmiş məcburi köçkün olaraq Vətən müharibəsində apardığınız hərbi və diplomatik uğurlarınıza görə Sizi təbrik edirəm və Qələbə münasibətilə sonsuz təşəkkür edirəm. Müzəffər Ali Baş Komandan, Sizin hər bir çıxışınız 10 milyonluq xalqın ürəyindən xəbər verir. Həmişə dəmir yumruğunuz var olsun! Əminik ki, İnşallah, tez bir zamanda Qarabağı cənnət diyara döndərəcəksiniz. Uca Tanrıdan Sizə möhkəm cansağlığı, uzun ömür diləyirəm. Yaşasın Azərbaycan! Yaşasın Müzəffər Ali Baş Komandan! Yaşasın güclü Ordumuz!”.

Bərdədən Qurban Qurbanov: “Müzəffər Ali Baş Komandan, Sizi Qələbə münasibətilə təbrik edirəm. Mən uzun illərdir Şuşa həsrəti ilə yaşayıram. Şuşanı görməsəm də, atam onun haqqında bizə çox danışıb, oranı yalnız şəkillərdə göstərib. Şuşanın düşməndən azad edildiyini eşidəndə çox sevindim, çünki doğma şəhərimizi artıq şəkillərdə yox, real olaraq görəcəyik. Sizə çox-çox təşəkkür edirəm. Allahdan Sizə, ailənizə və yaxınlarınıza uzun ömür, cansağlığı arzulayıram”.

Lerik sakini İslam Şabanov: “Çox hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan, Lerik rayonunun sakinləri adından erməni işğalçıları üzərində qazandığımız möhtəşəm Qələbə münasibətilə Sizi səmimi qəlbdən təbrik edirik. Bu Qələbə Sizin, qalib Ordumuzun və Azərbaycan xalqının həmrəyliyi və qətiyyəti sayəsində əldə olundu. Eşq olsun Sizə! Eşq olsun Azərbaycan xalqına!”.

Ağsu rayonundan Leyla Salehli: “Hörmətli cənab Prezident, Sizi qazandığımız böyük Qələbə münasibətilə təbrik edirəm. Ərazi bütövlüyümüzün bərpa edilməsində yorulmaz fəaliyyətinizə görə Sizə minnətdarlığımı bildirirəm. Sizin rəhbərliyiniz altında şanlı Ordumuz əzəli torpaqlarımızı bizə qaytarmaqla üzərimizdən “köçkün” adı götürüldü. Mən fəxr edirəm ki, Sizin kimi müdrik, uzaqgörən və Vətənini, xalqını sevən ölkə başçımız var”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

"Çelsi" klublararası dünya çempionatının qalibi olub

London yaxınlığında təyyarə qəzası baş verib

Volodimir Zelenski: Rusiya ordusu yaydakı hücum planlarını həyata keçirə bilmir

Azərbaycan basketbol millisi Dünya Seriyasının qalibi olub

Misirli alim: Qahirədə azərbaycanlı mütəfəkkirin adına iki tarixi abidə var

Almaniya Prezidenti məcburi hərbi xidmətin bərpası təklifini dəstəkləyib

Mostar şəhəri ətrafında meşə yanğını başlayıb

Ukrayna hökumətin genişmiqyaslı transformasiyasına hazırlaşır - Zelenski

İtaliya Baş nazirinin müavini: ABŞ-la toqquşma istəmirik, başımızı dik tutaraq danışıqlar aparmalıyıq

“Azadlıq təhlükədədir, Avropa güclənməlidir” – Emmanuel Makronun xəbərdarlığı

AZƏRTAC Gürcüstanda “İlin ən yaxşı xarici informasiya agentliyi” seçilib

Aran rayonlarında bu gün 40 dərəcə isti qeydə alınıb - FAKTİKİ HAVA

Xaçmaz sakininə məxsus həyətdə tövlə və minə yaxın ot bağlaması yanıb

Ukrayna öz yeraltı qaz anbarında Avropa üçün Azərbaycanın təbii qazının saxlanmasını təklif edir

Şərurda qohumunu öldürməkdə şübhəli bilinən şəxs tutulub

Antalya turist sayına görə daha bir rekorda imza atıb

Azərbaycan-Suriya əlaqələri ölkəmizin Yaxın Şərq siyasətində mühüm istiqamətdir ŞƏRH

“Osaka 2025” sərgisini 10 milyon nəfər ziyarət edib

Salyanda minik avtomobili kanala aşıb, ölənlər var VİDEO

Salyanda minik avtomobili kanala aşıb, ölənlər var VİDEO

Avropa İttifaqı ABŞ məhsullarına qarşı planlaşdırılan əks-gömrük rüsumlarını avqustun əvvəlinədək təxirə salır

Tbilisidə gənc azərbaycanlı rəssamların sərgisi açılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO  

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO  

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı 91 namizəd imtahan verib

Avstraliyada 2 Fransa vətəndaşı 32 kiloqram metamfetamin ilə yaxalanıb

Suriya ilə münasibətlər Azərbaycanın daha geniş diplomatik strategiyasının tərkib hissəsidir - Deputat

Monteneqroda Dövlətçilik Günü qeyd edilir

Qəbələdə evdə köməksiz vəziyyətdə qalan azyaşlı xilas edilib

“Shahdag Running Fest” qaçış yarışında 600-ə yaxın həvəskar atlet mübarizə aparıb

Almaniya dünyanın ən çox turist qəbul edən doqquzuncu ölkəsi olub

“Gürcü Arzusu”: “Dərin dövlət”in idarəçiliyi altında olan Avropa bürokratiyasında heç bir mənəvi sərhəd yoxdur

I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib

Şəki və Zaqatalada 2 ixtisas qrupu üzrə qəbul imtahanı 8 mərkəzdə aparılıb

Aeroport şosesində yol-nəqliyyat hadisəsi baş verib

Qazaxda əkin sahəsində kişi meyiti tapılıb

Bakıda 40 dərəcə isti olacaq, dağlıq ərazilərdə yağış yağacaq

Xarici işlər nazirinin müavini Xorvatiyada beynəlxalq forumda iştirak edib

Saray qəsəbəsində sexdə baş verən yanğın söndürülüb

Yeni Kaledoniya: Müstəqillik tərəfdarları və əleyhdarları arasında tarixi razılaşma əldə olunub

Monteneqronun Prezidenti Zati-aliləri cənab Yakov Milatoviçə

DİM: Magistraturaya qəbulla bağlı ixtisaslaşma seçiminin vaxtı uzadılıb

“Real Madrid” üç futbolçusunu transferə çıxarmağa hazırlaşır

Qətər Suriyada meşə yanğınlarının söndürülməsi əməliyyatlarına qoşulub

Klublararası dünya çempionatında final: PSJ “Çelsi”yə qarşı

Ziyafət Əsgərov: Azərbaycan ilə Çin arasında əlaqələrin miqyası çox genişlənib

Bu gün Xalq rəssamı Vidadi Nərimanbəyovun anadan olmasından 99 il ötür

Keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın səfəri Azərbaycan-Suriya əməkdaşlığının güclənməsinə xidmət edəcək - ŞƏRH

Bu gün görkəmli kinooperator Rasim İsmayılovun doğum günüdür

Tramp sui-qəsd cəhdinin təhqiqatından məmnun olduğunu bildirib

Maka Boçorişvili: Azərbaycan, Türkiyə və Gürcüstan regionun inkişafında mühüm rol oynayırlar

Körfəz Əməkdaşlıq Şurası ölkələrində əhali sürətlə artıb

Bu gün 34 mindən çox abituriyent imtahan verəcək

“Tiencou-9” 6,5 ton yükü Çinin kosmik stansiyasına çatdıracaq VİDEO

“Tiencou-9” 6,5 ton yükü Çinin kosmik stansiyasına çatdıracaq VİDEO

Gəncə Dövlət Milli Dram Teatrı “Beşinci Nodar Dumbadze Beynəlxalq Teatr Festivalı”nda iştirak edib

Deputat: Əbu-Dabi görüşü birbaşa təmasların sülhə aparan ən real yol olduğunu göstərdi

Karnak və Morbihan sahillərinin meqalitləri UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilib

Cənubi Koreyada tibb tələbələrinin 17 aylıq boykotu başa çatır

İtaliya hökuməti: Qütbləşmədən tariflərlə bağlı danışıqları davam etdirmək vacibdir

Gürcü politoloq: Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabi görüşü sülhün nə qədər yaxın olduğunu göstərir

CBS: Tramp Ukraynaya silah ötürmək üçün pul ayırmağı düşünür

Ağstafada yol qəzası olub, xəsarət alanlar var

“Fənərbağça” ingiltərəli futbolçunu transfer edib

Avropa İttifaqı ABŞ Prezidentinin yeni gömrük rüsumlarının tətbiqi ilə bağlı qərarına sərt reaksiya verib

Xaçmazda avtomobil Qudyalçaya düşüb, yaralananlar var VİDEO

Xaçmazda avtomobil Qudyalçaya düşüb, yaralananlar var VİDEO

Şəkidə biçilmiş taxıl sahəsində baş verən yanğın söndürülüb

İtalyan mafiya başçısı Kolumbiyada beynəlxalq əməliyyat çərçivəsində yaxalanıb

Türkiyəli politoloq: Cənubi Qafqazda kommunikasiyaların bərpası Türkiyə iqtisadiyyatı üçün stimul olacaq

Türkiyənin iki tarixi abidəsi UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib

Şəhid polkovnik-leytenant Raquf Orucovun xatirəsinə cüdo turniri keçirilib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

“Trabzonspor” qapıçısı ilə vidalaşıb

Zaqatalada 2 yaşlı uşaq çaya düşərək boğulub VİDEO

Zaqatalada 2 yaşlı uşaq çaya düşərək boğulub VİDEO

MEDİA: Bir sıra sosial şəbəkələrdə Azərbaycanın müdafiə və xarici işlər nazirlərinin adlarından yayılan xəbərlər feykdir

Premyer Liqaya yüksələn klub braziliyalı futbolçusunu saxlayıb

UNESCO Bavariya Kralı II Ludviqin məşhur Noyşvanştayn və daha üç sarayını Dünya Mədəni İrs Siyahısına daxil edib

Deputat: Dövlətimiz regionun tezliklə sülh və əməkdaşlıq məkanına çevrilməsinin tərəfdarıdır

Azərbaycanın Suriya ilə enerji əməkdaşlığı qurması regional sabitliyə və iqtisadi inkişafa xidmət edəcək ŞƏRH

Mirvohid Azimov: İttifaqın yaradılması türk dövlətləri arasında turizm sahəsində əməkdaşlığın gücləndirilməsi baxımından mühüm hadisədir VİDEO

Mirvohid Azimov: İttifaqın yaradılması türk dövlətləri arasında turizm sahəsində əməkdaşlığın gücləndirilməsi baxımından mühüm hadisədir VİDEO

İrlandiyalı səyyah: Minatəmizləmə prosesini müşahidə etdik, Azərbaycanın bu sahədə səyləri valehedicidir VİDEO

İrlandiyalı səyyah: Minatəmizləmə prosesini müşahidə etdik, Azərbaycanın bu sahədə səyləri valehedicidir VİDEO

Hindistanda polis mağarada rus qadını və onun 2 qızını tapıb

Filippinli səyyah: Azərbaycan hökumətinin həyata keçirdiyi irimiqyaslı işlərin şahidi oldum VİDEO

Filippinli səyyah: Azərbaycan hökumətinin həyata keçirdiyi irimiqyaslı işlərin şahidi oldum VİDEO

Bu gün Bakının 549 küçəsi yuyulub

Suriyanın keçid dövrü Prezidentinin Azərbaycana səfəri başa çatıb

Beynəlxalq Oxatma Federasiyasının prezidenti ilə görüş keçirilib

Azərbaycanla Suriya arasındakı münasibətlərin bərpası hər iki tərəf üçün mühüm əhəmiyyət kəsb edir - ŞƏRH

ABŞ yenidən müharibənin tərəfinə çevrilir

Suriyanın keçid dövrü Prezidenti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Baş nazir Əli Əsədov Ukraynanın energetika naziri ilə görüşüb

Tramp Aİ-yə və Meksikaya 30 faiz tarif tətbiq olunacağını açıqlayıb

Azərbaycan Əbu-Dabidən dünyaya sülh mesajı verdi

Tovuz döyüşlərinin beşinci ildönümündə sərhəd kəndindən REPORTAJ VİDEO

Tovuz döyüşlərinin beşinci ildönümündə sərhəd kəndindən REPORTAJ VİDEO

“Tufandağ” Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqına üzv olub VİDEO

“Tufandağ” Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqına üzv olub VİDEO

Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Azərbaycana səfəri tarixi əhəmiyyət daşıyır - ekspert

Rəsmi Bakının siyasi iradəsi ilə Əbu-Dabidə keçirilən görüş sülhə doğru atılmış mühüm addımdır – ŞƏRH

Əbu-Dabidə mühüm görüş: Azərbaycan-Ermənistan sülh prosesi yeni mərhələyə keçir

Azərbaycanlı doktorant Çində yay məktəbində yeganə əcnəbi kimi iştirak edib

Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının ilk sammiti Şahdağ Turizm Mərkəzində təşkil olunub YENİLƏNİB  VİDEO

Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının ilk sammiti Şahdağ Turizm Mərkəzində təşkil olunub YENİLƏNİB VİDEO

"Kəpəz" müdafiəçisi ilə müqavilənin müddətini uzadıb

“E-sosial” mobil tətbiqi vasitəsilə e-qaydada artıq 49 min əmək müqaviləsi imzalanıb

Avstraliyada 12 gündür itkin düşən alman turist sağ tapılıb

Əbu-Dabi görüşünün ikitərəfli formatda keçirilməsi Azərbaycanın prinsipial mövqeyinin təzahürüdür – RƏY