Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezidentə yazırlar: İnanırıq ki, işğaldan azad etdiyiniz tarixi yurd yerlərimiz Sizin sayənizdə inkişaf edəcək, çiçəklənəcək

Prezidentə yazırlar: İnanırıq ki, işğaldan azad etdiyiniz tarixi yurd yerlərimiz Sizin sayənizdə inkişaf edəcək, çiçəklənəcək

Bakı, 28 noyabr, AZƏRTAC

Azərbaycan vətəndaşlarından, xaricdə yaşayan soydaşlarımızdan, eləcə də qardaş Türkiyənin vətəndaşlarından Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq məktubları gəlməkdə davam edir. Onlar Qarabağ müharibəsində qazandığımız tarixi Qələbəni böyük sevinc və qürur hissləri ilə qarşıladıqlarını bildirirlər.

AZƏRTAC Prezidentin saytına istinadla həmin məktubların bəzilərini təqdim edir.

Türkiyənin İstanbul şəhərindən Çakmak Harun yazır: “Hörmətli cənab Prezident, Sizi və Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm. Mən bir neçə il bundan əvvəl Azərbaycanda inşaat işlərində çalışmışam. Azərbaycanda olduğum müddətdə özümü öz torpağımda hiss edirdim. Bunun bir səbəbi insanların qonaqpərvərliyi, digər səbəbi isə mənim kökümün, əslimin qafqazlı olmasıdır. Mənim ata-babam vaxtilə İrəvandan sürgün edilmişlər. Biz bunu hər zaman böyüklərimizdən eşidirdik. Amma bunun nə demək olduğunu Qarabağdan məcburi köçkün salınmış insanları gördükdə daha yaxşı başa düşdüm. Biz bəlkə də ata yurdumuza heç zaman dönməyəcəyik. Amma Sizin sayənizdə Kəlbəcər, Laçın, Füzuli və digər torpaqlar əsl sahiblərinə qovuşur. Biz də burada məcbur köçkünlər qədər sevinirik. Mən fürsət düşən kimi, azad etdiyiniz torpaqları ziyarət edəcəyəm və həmin yerlərin yenidən inşa edilməsində qarşılıqsız çalışacağam ki, Azərbaycanda gördüyüm hörmətin əvəzini verə bilim. Bir daha Sizi, müzəffər Ordunuzu və bütün Azərbaycan xalqını təbrik edirəm”.

İstanbuldan Kurt İsa Ebik dövlətimizin başçısına yazır: “Hörmətli cənab Prezident, bu məktubu Sizə yazarkən ürəyim azərbaycanlı qardaşlarımın və hərbçilərin qəlbləri ilə birlikdə döyünür. Ermənilər Qarabağ torpaqlarını 1988-ci ilin əvvəlindən 30 ilə yaxın müddətdə işğal altında saxlasalar da, Azərbaycan xalqı və türk milləti Qarabağın, Şuşanın işğalı ilə heç vaxt barışmadı. Ürəyimizdə, musiqimizdə, şeirlərdə yaşatdıq bu həsrəti. Ermənilər havadarlarının köməyi ilə nə vaxtsa silahsız olan Azərbaycandan alınan torpaqların elə onlarda qalacağına əmin idilər. Ancaq ürəkləri atəş və həsrətlə dolu olan Azərbaycan xalqı bu günləri gözləyirdi və heç vaxt Qarabağın işğalı ilə barışmırdı. “Şuşa, can Şuşa, gələcəyik və yenidən səninlə görüşəcəyik” sözləri heç zaman nəğmələrdən əskik olmurdu. 1988-ci ildə ABŞ-da tələbə olarkən bir qəzet səhifələrindən Qarabağdakı erməni vəhşiliyini əks etdirən materialları topladım. Mətbuat və güc onlarda idi. Fotoşəkillərdən Azərbaycan xalqının bu müharibəyə hazırlıqsız olduğu başa düşülürdü. Həmin qəzet materiallarını hələ də saxlayıram. Lakin zaman dəyişdi. Sizin rəhbərliyiniz altında Azərbaycan qüdrətli dövlətə çevrildi. Şuşanın və bütün Qarabağın azad edilməsi Azərbaycanın gələcək inkişafı üçün çox vacib məsələdir. Hər Azərbaycan şəhərinin, kəndinin azadlığı barədə xəbərləri izləmək mənə qürur verirdi. Zəfər Azərbaycanın və Sizindir. Ruhumuz, ürəyimiz can Azərbaycanladır! Qarabağ Azərbaycandır!”.

Bakı şəhər sakini Məmmədağa Əjdərov: “Müzəffər Ali Baş Komandan, sentyabrın 27-dən başlayaraq müqəddəs Azərbaycanımızın yeni şərəfli tarixi yazılmağa başlanılıb. Otuz ilə yaxın mənfur düşmən tapdağında olan torpaqlarımız Sizin komandanlığınız altında rəşadətli Ordumuz tərəfindən işğaldan azad olunmuşdur. Qarabağımızın tacı olan Şuşamıza və işğaldan azad olunan digər şəhərlərimizə müqəddəs üçrəngli bayrağımız sancılmışdır. Azərbaycan xalqının qəlbi hədsiz sevinc və qürurla dolmuşdur. Ulu öndərimiz Heydər Əliyevin və Sizin dediyiniz kimi, dövlətimizin qüdrəti və təhlükəsizliyi güclü iqtisadiyyatımız və güclü Ordumuzla şərtləndirilir. Sizin söylədiyiniz kimi, biz işğaldan azad olunmuş yaşayış məntəqələrimizi bərpa edəcəyik, yeni-yeni yollar çəkəcəyik, yeni qəsəbələr, şəhərlər salacağıq. Məcburi köçkünlərimiz sevinclə öz doğma ata-baba yurdlarına qayıdacaq. Qarabağımızın çiçəklənməsi mənfur düşmənlərimizə göz dağı olacaqdır. Bu tədbirləri həyata keçirmək üçün dövlətimizin kifayət qədər maliyyə vəsaiti vardır. Buna baxmayaraq, biz sadə vətəndaşlar da bu müqəddəs işdə öz kiçik töhfəmizi vermək istəyirik. Mən təklif edirəm ki, könüllülük əsasında “Qarabağ Azərbaycandır!” adlı bir fond yaradılsın. Belə bir fond yaradılarsa, şəxsən mən əmək fəaliyyətimin sonuna kimi, əməkhaqqımın 5 faizini həmin fonda köçürməyi könüllü olaraq öhdəmə götürürəm. Yaşasın Ali Baş Komandan və rəşadətli Ordumuz! Yaşasın Qarabağımız! Qarabağ Azərbaycandır!”.

Daşkəsən rayonundan Elşən Abdullayev yazır: “Hörmətli cənab Prezident, torpaqlarımızın düşməndən geri alınması münasibətilə Sizi və Azərbaycan xalqını təbrik edirəm. Sizə uzun ömür, cansağlığı arzulayıram. Cənab Prezident, çox sağ olun ki, Siz ata vəsiyyətini layiqincə yerinə yetirdiniz. Allah Ulu Öndərimizə və bütün şəhidlərimizə rəhmət eləsin. Mən fəxr edirəm ki, təməli Ulu Öndərimiz tərəfindən qoyulan və Sizin rəhbərliyinizlə xalqa xidmət edən Yeni Azərbaycan Partiyasının üzvüyəm. Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan! Yaşasın müzəffər Azərbaycan Ordusu!”.

Füzuli sakini Ağacan Teymurov: “Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan, Siz Prezident seçilən ilk gündən Sizin fikriniz Azərbaycan xalqının xoşbəxtliyi, onun xoş gələcəyi və ən əsası da torpaqlarımızın erməni tapdağından azad olunması olmuşdur. Çox şükürlər olsun ki, Siz dediklərinizin hamısına nail oldunuz. Bütün bunlara görə Sizə öz dərin təşəkkür və minnətdarlığımızı bildiririk. Cənab Prezident, Vətən müharibəsi başlayandan əvvəl mənim iki övladım Vətənimizin müdafiəsi üçün hərbi xidmətə getdilər və qəhrəmancasına döyüşdülər. Döyüş gedən müddətdə erməni qəsbkarlarının atdığı mərmi nəticəsində evimiz darmadağın edildi. Ancaq bizdə heç bir ruh düşkünlüyü olmadı. Bizə Sizin, Ordumuzun sağlamlığı və Vətənimizin bütövlüyü lazımdır. Xalqımız çətin günlərdə bizləri tək qoymadı. Xeyriyyəçilərimiz bizə dəstək oldular. Uca Tanrı Sizə və Ordumuza yar olsun!”.

Xocalı sakini Allahverən Kərimovun məktubunda deyilir: “Hörmətli cənab Prezident, əvvəla Sizi və müzəffər Ordumuzu böyük qələbə, yəni işğal altında olan torpaqlarımızın azad olunması münasibətilə təbrik edirəm. Mən bu təbrik məktubunu sevinc hissi ilə Sizə ünvanlayıram. Sizin uzaqgörən siyasətinizi hər zaman dəstəkləmişik və indi Sizə inamımız daha da yüksəkdir. Əziz Prezidentimiz, Siz bizi 30 ilə yaxın işğal altında olan dədə-baba torpaqlarımıza geri qaytarırsınız, uşaqlığımızı bizə qaytardınız. Həqiqətən nə deyə bilərəm, sevincimin həddi-hüdudu yoxdur. Var olun, cənab Prezident. Hər zaman Sizin yanınızdayıq. Biz inanırıq ki, tezliklə öz doğma torpaqlarımıza qayıdacağıq. Sağ olun, var olun əziz Prezidentimiz. Torpaqlarımız uğrunda şəhid olan qardaşlarımızın ruhu qarşısında baş əyirik, qazilərimizə Allahdan şəfa diləyirik. Allah Sizi qorusun!”.

Ağdam sakini Cabir Məmmədov: “Hörmətli Prezident, ölkəmizin ən ağır, ən müşkül problemləri Sizin liderliyinizlə bir-bir həll olunur və bütün bunlar bir Azərbaycan vətəndaşı olaraq, hər birimizi sevindirir. İllərlə hər birimizin ürək yarasına çevrilmiş Qarabağ, şükürlər olsun ki, artıq böyük ölçüdə azadlığına qovuşub və tamamilə azad olacaq. Bütün bunlar Sizin komandanlığınız altında Ordumuzun və xalqımızın, Sizin ifadə ilə desək, bir yumruq kimi birliyinin nəticəsidir. Biz ölkəmizə kənar siyasi və digər təzyiqlərin olduğunu da bilirik. İnşallah, tezliklə o çətinliklərin öhdəsindən gələcəyinizə inanırıq. Azərbaycanımız daha güclü, daha firavan, daha möhtəşəm bir ölkəyə çevriləcək. Hörmətli cənab Prezident, Vətənimizin hər qarışı hər birimiz üçün əzizdir, doğmadır. Hər birimiz bu Vətənin əsgərləriyik. “Ölsək şəhid, qalsaq qazı” amalı ilə yaşayırıq. Hər birimizin doğulduğu bölgə ona bir az daha yaxındır, daha doğmadır. Mən də Ağdamda doğulmuşam. İllərlə "məcburi köçkün" adından narahat olmuşam. Şükürlər olsun ki, artıq bu ad üzərimizdən götürüldü. Sizin ən qısa zamanda Ağdama səfəriniz bizi daha da sevindirdi. Allah yar və yardımçınız olsun! Amin! Cənab Prezident, izninizlə belə bir təklifim var ki, Şuşa şəhəri 2021-ci il türk dünyasının mədəniyyət paytaxtı elan edilsin. İl ərzində böyük mədəni tədbirlər keçirilsin. Məncə, bu, Qarabağın, bir mədəniyyət mərkəzi olaraq, bütövlükdə dünyada təbliği üçün bir addım olar. Təşəkkür edirəm”.

Qazaxdan Zakir Yunisov: “Müzəffər Ali Baş Komandan İlham Əliyev, bütün dünyaya özünü, millətini tanıdan, düşmənlərin öhdəsindən layiqincə gələn qəhrəman Prezidentimiz, Sizi ailə üzvlərim və bütün Qazax əhalisi adından səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür və cansağlığı, qələbənin daim Sizinlə bir olmasını arzu edirəm. Cənab Prezident, Azərbaycan xalqı Sizinlə fəxr edir. Sizi ömürlük Prezident kimi görmək arzusundadır. Sizi istəməyən azərbaycanlı ola bilməz. Qarabağ bizim dərd yerimiz idi. O problemi də Siz həll etdiniz. Vaxtilə düşmənin beş il ərzində zəbt etdiyi torpaqları Siz 44 gündə geri aldınız. Artıq heç bir çətinliyimiz, problemimiz qalmadı. Eşq olsun Sizə! Eşq olsun Azərbaycan Ordusuna! Eşq olsun qardaş Türkiyənin Prezidenti Ərdoğana! Bizə dayaq olan hər kəsə təşəkkür edir, onlarla qürur duyuruq. Yer üzərində Sizin kimi Prezident olmayıb, olmayacaq da. Siz ömürlük tarixə düşdünüz. Ulu Öndərin ruhu şad oldu. Cənab Prezident, hər kəsin qeydinə qaldığınız üçün ölkənin başında hər zaman Siz duracaqsınız. Qələbə hər zaman Sizinlə olsun! Cənab İlham Əliyev, Sizin bütün çıxışlarınızı böyük həvəslə izləyirik. Bütün danışıqlarınız ömürlük yaddaşlara həkk olunub. Millətimiz bir olduğu zaman Vətənimiz basılmaz. Millətimiz daim dəmir yumruq kimi bir olmalıdır. Müzəffər Ali Baş Komandan, mən Sizin yolunuzda ölümə belə getməyə hazıram. Eşq olsun Prezidentimizə!”.

Sabirabaddan Nailə Zeynalova: “Cənab Prezident, 30 ildir həsrətində olduğumuz torpaqlarımızı işğaldan azad etdiyiniz üçün özüm və ailəm adından Sizə təşəkkür edirəm. Sizin rəhbərliyiniz və şanlı Ordumuzun qəhrəmanlığı nəticəsində bütün yurd yerlərimiz qısa bir müddət ərzində azadlığa qovuşdu. Təşəkkürlər, cənab Prezident. Qarabağ Azərbaycandır!”.

Mingəçevir şəhərindən Çinarə Qarayeva: “Möhtərəm Prezident, Sizi Qarabağda qazandığımız Qələbə münasibətilə səmimi qəlbdən təbrik edirəm. Sizin uzaqgörən siyasətiniz nəticəsində rəşadətli Ordumuz erməni işğalçılarını torpaqlarımızdan qovdular. Sizi və xilaskar Şanlı Ordumuzu 30 ildir ki, işğal altında olan ərazilərimizin azad olunması münasibətilə alqışlayıram. Allah Sizə uzun ömür, cansağlığı versin, yaralı əsgərlərimizə tez şəfa versin. Allah şəhidlərimizə rəhmət eləsin. Eşq olsun Sizə və Şanlı Ordumuza!”.

Füzuli sakini Nurlan Əlizadə: “Cənab Prezident, Sizin Ağdam şəhərində olan çıxışınızı izlədim və çox qürurlandım. Sizinlə fəxr edirəm. Sizin sayənizdə biz dünyanın ən güclü ölkələrindən biri olacağıq. Sizə olan rəğbətimiz və inamımız sonsuzdur. Yaşasın Azərbaycan!”.

Laçın sakini Əmirxan Zeynalov: “Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan, Siz fəaliyyətə başladığınız ilk gündən bir amalınız olub - müstəqilliyimizi qorumaq, güclü Azərbaycan dövləti yaratmaq, hər bir Azərbaycan vətəndaşının maddi, mənəvi rifahının yaxşılaşdırılması, ən şərəfli vəzifə olan əzəli və əbədi düşmənimiz - faşist ermənilərin işğal etdikləri torpaqlarımızı azad etmək. Cənab Prezident, Siz bu amalların hamısını bizlərə bəxş etdiniz. Buna görə Sizə minnətdaram. Bir laçınlı olaraq həmişə Sizə inanmışam. Arzu edirəm, Laçın rayonunun ən uca zirvəsi olan Qırxqız zirvəsində üç rəngli bayrağımızı dalğalandırasınız. Siz həmin zirvədən Dərələyəzi, Göyçə mahalını və bütün Qarabağı seyr edəsiniz”.

Xocalı sakini Səxavət Hüseynov: “Müzəffər Ali Baş Komandan, İlham Əliyev, qayıtması bizlər üçün xəyal olan və bu gün həmin arzularımızı gerçəkləşdirərək 30 il düşmən tapdağında qalan torpaqlarımızın 44 gün ərzində azad edilməsində göstərdiyiniz dəmir iradəyə görə Sizə və yaratdığınız qüdrətli Azərbaycan Ordusuna dərin minnətdarlığımı bildirirəm. Bir Azərbaycan gənci kimi inanıram ki, işğaldan azad etdiyiniz tarixi yurd yerlərimiz Sizin quruculuğunuz sayəsində gündən-günə inkişaf edəcək, çiçəklənəcəkdir”.

Daşkəsəndən Elnur Paşayev: “Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan, Qələbəmiz mübarək olsun! Torpaqlarımızı şəhidlərimizin qanı-canı hesabına aldıq. Allah onlara rəhmət eləsin, məkanları cənnət olsun. Hamımız bir ömür boyu şəhidlərimizə borcluyuq. Cənab Prezident, biz hər zaman Sizin yanınızdayıq, siyasətinizi dəstəkləyirik. Çox sağ olun, Müzəffər Ali Baş Komandanımız. Bu Qələbə sevincini bizə yaşatdığınıza görə təşəkkür edirik. Hamımız Sizin əsgərinizik”.

Mingəçevir şəhər sakini Leyla Əmiraslanova: “Hörmətli cənab Prezident, Sizin əməyiniz, qətiyyətiniz və Ordumuzun qəhrəmanlığı nəticəsində Azərbaycan haqlı mübarizəsində qalib gəldi. Sizin müdrik siyasətiniz, Ordumuzun peşəkar hazırlığı, müasir silah və sursatlarla təchizatı bizi böyük Zəfərə çatdırdı, 30 ildir hər birimizin narahatlığına səbəb olan münaqişə sülh və qələbə ilə nəticələndi. Tariximizə qızıl hərflərlə yazılan 44 gün bizə çox şey öyrətdi. Hər zaman eşitdiyimiz o müqəddəs torpaqları görmək bizə də nəsib olacağı üçün sonsuz sevinc hissi keçirirəm. Hər birimizin dillər əzbəri olan “Qarabağ Azərbaycandır!” şüarı qəlbimizə həkk olunub və Qarabağ indi bizə, doğma sakinlərinə, biz isə əzəli və əbədi torpaqlarımıza qovuşduq. Sizin və Müzəffər Ordumuzun yazdığı yeni tarixi gələcək nəsillər qürurla oxuyacaq. İşğaldan azad edilən ərazilərimizdə Azərbaycan bayrağının dalğalanması bizi sevindirir. Bunun üçün Sizə minnətdarıq. Möhtərəm Prezidentimiz, Allah Sizə uzun və sağlam ömür nəsib etsin. Biz hər zaman Sizin yanınızda olacağımıza, Sizinlə birlikdə addımlayacağımıza söz veririk”.

Zərdabdan Cavanşir Xəlilov: “Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, uzun illər Azərbaycana rəhbərlik etmiş ulu öndər Heydər Əliyev respublikamızı 1990-cı illərin ağır, acı, dağıdıcı böhrandan çıxararaq onu dünya səviyyəsinə qaldırdı. Haqlı olaraq xalqımız Ümummilli Lideri Yeni Azərbaycan dövlətinin yaradıcısı hesab edirlər. Həqiqətən də Azərbaycanımız Heydər Əliyevin şah əsəridir. Tarixin gedişi Azərbaycanın Qarabağ dərdinin Ulu Öndərin dövründə həllinə imkan verməsə də, O, bu problemin həllinə ürəkdən inanır və bunu öz çıxışlarında dəfələrlə qeyd edirdi. Bu gün Ulu Öndərin özü qədər inandığı şəxsiyyət - bu tarixi missiyanı ləyaqətlə yerinə yetirdiniz. Siz 30 ilə yaxın düşmən tapdağı altında olan Qarabağı Azərbaycanımıza qaytardınız. Əgər Ulu Öndər Azərbaycanın yaradıcısıdırsa, Siz bütöv Azərbaycanın qurucususunuz. Bəşəriyyət durduqca Azərbaycanımızın bütövlüyünü təsdiq edən sənəddə Sizin imzanız yaşayacaq və gələcək tarixlərdə yaşayanlar da Sizin adınızı həmişə əziz tutacaqlar. Böyük filosof şair Nəsimi demişkən, dünyada insanlar kamil və cahil insanlara bölünürlər. Azərbaycanın ərazi bütövlüyünü bərpa edən, Sizin və bütün türk dünyasının kamilliyi və bu kamillikdə formalaşan Azərbaycan Ordusunun Vətənə, xalqa məhəbbətlə yoğurulmuş qəhrəmanlığı oldu. Qazanılmış böyük Qələbə münasibətilə Sizi təbrik edir, Azərbaycanımızın firavanlığı və bütövlüyü yolunda Sizə bir daha cansağlığı, uzun ömür və mətin iradə arzulayıram. Qarabağ Azərbaycandır!”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Krit adasında ağcaqanad sürfələrini məhv edə bilən mikroblar aşkarlanıb

Türkiyəli ekspert: Ermənistan Azərbaycanın ədalətli və əsaslı tələblərinə qulaq asmalıdır

NYT: ABŞ-da yeni partiya yaratmaq Marsa adam göndərməkdən daha çətindir

Araşdırma: Gecə işığına məruz qalma ürək-damar xəstəliyi riskini artırır

Məşhur usta Stradivarinin İkinci Dünya müharibəsi zamanı oğurlanmış skripkası Tokioda tapılıb

“Qarabağ” yoxlama oyununda Ukrayna klubuna məğlub olub

Yəməndə husilərin gəmiyə hücumu nəticəsində iki nəfər itkin düşüb

Babək rayonunun bəzi yaşayış məntəqələrinə qazın verilişində fasilə yaranacaq

“Azərbaycanın xarici siyasəti suverenliyin bərpasından sonra: prioritetlər və çağırışlar” mövzusunda IX müşavirənin açılışı olub  YENİLƏNİB VİDEO

“Azərbaycanın xarici siyasəti suverenliyin bərpasından sonra: prioritetlər və çağırışlar” mövzusunda IX müşavirənin açılışı olub  YENİLƏNİB VİDEO

Viktoriya Kobzeva-Qattal: Om-Çantinq Atma Kriya Yoqanın gizli olmayan yeganə texnikasıdır MÜSAHİBƏ

Rusiya İstintaq Komitəsi sabiq nəqliyyat naziri Roman Starovoytun ölümünü təsdiqləyib

Ukrayna Rusiyanın hərbi təmayüllü zavoduna hava zərbələri endirib

Azərbaycanla Pakistan arasında futbol sahəsində qarşılıqlı əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb

“Şamaxı” klubu isveçrəli futbolçunu transfer edib

Abşeronda çoxmərtəbəli yaşayış binasında partlayış baş verib, xəsarət alanlar var

“Həmrəyliyin təşviqi: humanitar və mədəniyyət diplomatiyası, beynəlxalq inkişafa yardım” mövzusunda müzakirələr aparılıb

“Azərbaycanın xarici siyasəti suverenliyin bərpasından sonra: prioritetlər və çağırışlar” mövzusu müzakirə edilib

“Xarici siyasətin kommunikasiyası və parlament diplomatiyası” mövzusunda panel müzakirəsi olub

“Qalatasaray” Viktor Osimhen ilə razılıq əldə edib

Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini işğal etməsi nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə veriblər

Ermənistan parlamenti Seyran Ohanyanın deputat toxunulmazlığını ləğv edib

Şərurda ərzaq mağazasında yanğın olub

ABŞ-ın nəhəng kimya məhsulları konserni Almaniyadakı bəzi istehsal sahələrini bağlayır

“Məhkəmə prosesləri üzrə strategiyalar” mövzusunda panel müzakirə təşkil olunub

Özbək analitik: ECO-nun gücləndirilməsi, effektivliyinin artırılması deqloballaşma və regionallaşmaya tam uyğun gəlir - MÜSAHİBƏ

Paytaxtın daha 4 məntəqəsində minib-düşmə yerləri yaradılıb

Parlamentin Mədəniyyət komitəsində ictimai dinləmə keçirilib

Heydər Əliyev Beynəlxalq Aeroportuna enerji idarəetməsi üzrə beynəlxalq sertifikat verilib

İrandan Azərbaycana müxtəlif növ narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb

Dövlət əmlakı olan 74 nəqliyyat vasitəsi hərraclara çıxarılıb

Azərbaycan “Qlobal Dayanıqlı Nəqliyyat Forumu” tədbirində təmsil olunub

Metronun “20 Yanvar” stansiyasının yaxınlığında baş verən yanğın söndürülüb - YENİLƏNİB

Azərbaycan və Çin arasında Lyanyunqan–Bakı marşrutu üzrə müntəzəm dəmiryol xidmətinin təşkili prioritetdir

Siyəzəndə qadın paraşütlə atlanarkən qayaya çırpılaraq ölüb

“Banklarda likvidlik risklərinin idarə edilməsi Qaydası”na dəyişikliklər təsdiq edilib

Birinci yarımildə dövlət büdcəsindən 152 milyon manatdan çox vəsait geri qaytarılıb

“Zirə” klubu gürcüstanlı futbolçu ilə müqaviləni yeniləyib

Türkiyənin Çorum və Amasya vilayətlərində yayılan xəstəliklə əlaqədar bəzi heyvanların Azərbaycana idxalına müvəqqəti məhdudiyyət qoyulub

Gənclərin festivalı “YayFest 2025”ə start verildi - 2000-dən çox gənc bir arada VİDEO

Gənclərin festivalı “YayFest 2025”ə start verildi - 2000-dən çox gənc bir arada VİDEO

Bahar Muradova: Uşaq məsələlərinə dair fəaliyyət planının hazırlanmasında beynəlxalq təcrübə mühüm əhəmiyyət daşıyır

Konstitusiya Məhkəməsində yeni hakimlərin kollektivə təqdim edilməsi ilə bağlı tədbir keçirilib

Bakıda “Biznes hüququ” mövzusunda 9-cu Beynəlxalq Yay Hüquq Məktəbinin açılışı olub

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 621 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşsizlikdən sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatın təqdim olunması Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Dövlət Komitəsinin sədri Bahar Muradova Balakən rayonunda vətəndaşlarla görüşəcək

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 16 noyabr tarixli 464 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka krediti, o cümlədən güzəştli ipoteka krediti üzrə borcalanın (borcalanların) aylıq məcmu gəlirinin hesablanması Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycanı kişi voleybolçular arasında avrokuboklarda təmsil edəcək komandalar bəlli olub

İkinci əl Çin avtomobilləri alarkən nələrə diqqət etməliyik? VİDEO

İkinci əl Çin avtomobilləri alarkən nələrə diqqət etməliyik? VİDEO

BDU-nun 12 məzunu HTP çərçivəsində Macarıstanda və Çində təhsil alacaq

Nizami rayonunda oğurluq etməkdə şübhəli bilinən iki nəfər saxlanılıb

Sarı, narıncı və ya qırmızı təhlükə səviyyəsi: bildiriş rəngləri nə deməkdir?

Buzovnadakı çimərlik ərazidə özbaşına tikinti işləri aparan şəxs barəsində tədbir görülüb

Xüsusi elçi: ABŞ Livanda sülh və rifahın yaranmasına sadiqdir

Ankarada keçirilən tədbirdə Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi barədə geniş məlumat verilib

Mərakeşli jurnalistlər Xankəndi və Şuşada olublar

Sədərək rayonunda həyat yoldaşını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Azərbaycan ilə Pakistan arasında parlamentlərarası əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

“Danas” qasırğası Tayvanda insan tələfatına səbəb olub

Leysan olacaq, dolu düşəcək, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Özbəkistanda Ukraynaya qarşı müharibədə iştirak edən Buxara sakini 5 il müddətinə azadlıqdan məhrum edilib

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti kibertəhlükəsizlik sahəsində fərqlənən tələbələri mükafatlandırıb

Azərbaycan klubu Türkiyədə “Trabzonspor”la qarşılaşacaq

Əməyin təhlükəsizliyi və gigiyenasının yaxşılaşdırılması mövzusunda seminar keçirilir

Keniyada yeni etirazlar gözlənilir

ABŞ-ın tələbi ilə casusluqda ittiham olunan Çin vətəndaşı İtaliyada saxlanılıb

İndoneziyanın rəmzinə çevrilən İstiqlal məscidi - FOTOSESSİYA VİDEO

İndoneziyanın rəmzinə çevrilən İstiqlal məscidi - FOTOSESSİYA VİDEO

Həsrət Cəfərov: MDB Oyunlarının Azərbaycanda keçirilməsi çox böyük hadisədir

“mygov” platformasına yeni tibbi məlumatlar inteqrasiya olunub

Dizayn və dekorativ sənət komissiyaları üzrə rəsm fənnindən imtahanın nəticələri ilə bağlı apellyasiya təşkil ediləcək

DHA: Azərbaycanın sənaye zonaları investorları gözləyir

“Heyvanlar aləmi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında” və “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr tarixli 73-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Şahmat üzrə “Lankaran Open” festivalının açılış mərasimi olub

“Filmlərin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Dünya Bankı Suriya ÜDM-i ilə bağlı proqnozunu açıqlayıb

Kənd təsərrüfatı heyvanlarının sığortası üzrə 190 min manat sığorta ödənişi edilib

® Barselonada “Əlifba. A Cultural Alphabet” kitabının təqdimatı keçirilib

Azərbaycan Premyer Liqasında yeni mövsümün püşkatma mərasiminin vaxtı bəlli olub

Mastrixt Universitetinin tələbələri ARDNF-də səfərdə olub

“Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 7 noyabr tarixli 68-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Dayanıqlı inkişaf perspektivləri: iqtisadi və iqlim diplomatiyası, enerji təhlükəsizliyi və bağlantılar” mövzusunda panel müzakirəsi olub

BDU-nun Quba Təlim-Tədris və İstirahət Mərkəzində yay tələbə düşərgəsi təşkil olunub

Azərbaycanın qaz ixracında 16 illik rekord nailiyyəti - TƏHLİL

"Milan"ın baş məşqçisi Luka Modriçin keçidini təsdiqləyib

Ersin Tatar Azərbaycan və Şimali Kiprin biznes icmalarını daha fəal əməkdaşlığa çağırıb

Yanğın təhlükəsizliyi ilə bağlı silsilə maarifləndirmə tədbirləri keçirilib

Məşhur “La Skala” teatrı geyim şərtlərini açıqlayıb

Almaniyada narkotikdən ölüm halları yüksək səviyyədə qalmaqdadır

Avropa Liqası: “Sabah”–“Selye” oyununa satılan bilet sayı açıqlanıb

Bu il İKZF-nin zəmanəti ilə sahibkarlara güzəştli şərtlərlə verilən kreditin həcmi açıqlanıb

Azərbaycan və Türkiyə Ali məhkəmələri arasında əlaqələrin daha da genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanlı UEFA nümayəndəsi Çempionlar Liqasının oyununa təyinat alıb

Fransanın “Rafale” qırıcılarının növbəti uğursuzluğu: Belçika və Peru ondan imtina etdi

Siyasi partiya yaradan İlon Maskın “Tesla” şirkətinin səhmləri ucuzlaşır

Cüdo Federasiyası tərəfindən ölkə üzrə paylanmış tatami sayı 10000-i keçib

AZAL “Qiymətin sabitlənməsi” xidmətini istifadəyə verib

II və III ixtisas qrupları üzrə qəbul imtahanında istifadə olunan test tapşırıqlarının izahı və düzgün cavabları açıqlanıb

® “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 96 kiloqram işlənmiş batareya toplanaraq təhvil verilib

BMU Çin universitetləri ilə əməkdaşlıq dairəsini genişləndirir

Şimali Makedoniyanın Poloq regionunda yayılan xəstəliklə əlaqədar bəzi heyvanların Azərbaycana idxalına müvəqqəti məhdudiyyət qoyulub

Türkiyənin Hakkari şəhərində İraqda həlak olmuş əsgərlərlə vida mərasimi keçirilib

“Növbəli əkin sistemində dinamik torpaq prosesləri” kitabı nəşr edilib