SİYASƏT
PREZİDENTİN NÖVBƏTİ ƏFV FƏRMANININ İCRASI BAŞA ÇATDIRILMIŞDIR
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, onlardan ölüm hökmü azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş şəxslər 21 nəfər, əlilliyə və qocalığa görə azad edilmiş şəxslər 142 nəfər (139 kişi və 3 qadın), yeniyetmələr 36 nəfər, qadınlar 61 nəfər, hərbi çağırışdan və səfərbərlikdən boyun qaçırmış şəxslər 241 nəfər, hərbi qulluqçular 1223 nəfər (1204 nəfər azad edilmiş, 19 nəfərin qalan cəzası yarıya qədər azaldılmışdır), müxtəlif cinayətlərə görə məhkum olunmuş şəxslər 1033 nəfər (1051 kişi və 1 qadın azad edilmiş, 183 kişi və 3 qadının qalan cəzası yarıya qədər azaldılmışdır), ehtiyatsızlıq üzündən cinayət törətmiş şəxslər 46 nəfər (45 kişi və1 qadın) təşkil edir.
Sayca sonuncu - 32-ci əfv Fərmanını Azərbaycan Prezidenti Heydər Əliyev 2003-cü il avqustun 26-da imzalamışdır. Fərmana əsasən 70 şəxs əfv olunaraq azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, 16 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılmışdır. Əfv olunmuşların 44 nəfəri Azərbaycan Respublikasının müstəqilliyinə, dövlətçiliyinə və ərazi bütövlüyünə qarşı törədilmiş cinayətlərdə iştiraka görə məhkum edilmiş şəxslərdir.
Onlardan 18 nəfəri 1994-cü ilin oktyabr ayında qanunvericilikdə nəzərdə tutulmayan silahlı dəstələrin tərkibində Gəncə və Mingəçevir şəhərlərində baş vermiş dövlət çevrilişi cəhdində, 26 nəfəri isə Daxili İşlər Nazirliyinin1995-ci ilin mart ayında hakimiyyəti zorakılıqla ələ keçirmək məqsədi ilə Bakı şəhərində, Qazax və Ağstafa rayonlarında Azərbaycan xalqına və konstitusiyalı dövlət orqanlarına qarşı sui-qəsddə iştirak etmiş sabiq Xüsusi Təyinatlı Polis Dəstəsinin əməkdaşları və bu cinayətə qoşulmuş digər şəxslərdir. Fərmanın vaxtında və qüsursuz icrasını təmin etmək məqsədi ilə ədliyyə nazirinin müavini, general-mayor A.Qasımovun rəhbərliyi ilə müşavirə keçirilmiş və müvafiq göstərişlər verilmişdir. 2003-cü il avqustun 29-da günün 1-ci yarısında Fərmanın icrası başa çatdırılmışdır.