SİYASƏT
PRİBALTİKA-UKRAYNA-GÜRCÜSTAN-AZƏRBAYCAN DƏMİR YOLU XƏTTİ ƏLAQƏLƏRİ DAHA DA MÖHKƏMLƏNDİRƏCƏKDİR
ARTIQ BU MÜHÜM NƏQLİYYAT DƏHLİZİNİN PRİBALTİKA-ODESSA HİSSƏSİ HAZIRDIR
Ukrayna prezidenti Leonid Kuçma Kiyevdə səfərdə olmuş, AŞ Monitorinq Komitəsinin üzvləri, Milli Məclisin deputatları Bəxtiyar Əliyevi və Asim Mollazadəni qəbul etmişdir.
Deputat Asim Mollazadə müxbirimizə bildirmişdir ki, görüşdə ölkələrimiz arasında əlaqələrin inkişaf perspektivləri, GUÖAM-ın fəaliyyətinin genişləndirilməsi və digər məsələlər müzakirə olunmuşdur.
Leonid Kuçma Azərbaycanla əlaqələrin səviyyəsindən razı qaldığını və bu əlaqələri daha da gücləndirilmək üçün münbit şəraitin olduğunu xüsusi qeyd etmişdir. Onun sözlərinə görə, əməkdaşlığının başlıca rəhni ilk növbədə xalqlarımızın dostluğudur.
Ukrayna prezidenti Pribaltika, Ukrayna, Gürcüstan və Azərbaycanı birləşdirəcək dəmir yolu xəttinin ölkələrimizin iqtisadi-siyasi inkişafında mühüm rol oynayacağını vurğulamış və xəttin Pribaltika-Odessa hissəsinin tikintisinin artıq başa çatdığını bəyan etmişdir.