CƏMİYYƏT
Probiotikli süd məhsulları döş xərçəngindən qoruyur
Bakı, 28 iyun, AZƏRTAC
Süd məhsulları döş xərçənginin inkişafının qarşısını alır. Bu, Kanadadakı Lousen Hels Tədqiqat İnstitutunun mütəxəssislərinin rəyidir. Onlar sübut edib ki, bəzi hallarda faydalı bakteriyalar bədəni xərçəngdən xilas edə bilər.
AZƏRTAC “medvesti.com” saytına istinadla xəbər verir ki, tədqiqatda xoşxassəli şişləri olan 13 və döş xərçəngi olan 45 qadın iştirak edib. Müqayisə qrupu kimi 23 sağlam qadının səhhəti haqqında məlumatdan istifadə olunub. Toxumalarda DNT-nin öyrənilməsi bəzi bakteriyaları aşkarlamağa imkan verib.
Kanadalı alimlər müəyyən edib ki, xərçəng zamanı toxumalarda “Escherichia coli” və “Staphylococcus epidermid” bakteriyalarının konsentrasiyası artır. Həmin növ bakteriyalar zəncirin ikiqat qırılması ilə DNT-ni dağıtmağa qadirdir. Bu müdaxilə nəzəriyyədə hüceyrələrin bədxassəli transformasiyasına gətirib çıxara bilər. Laktobakteriyalı məhsulların istifadəsi zamanı “zərərli” floranın böyüməsini və çoxalmasını ləngitmək və dayandırmaq olar.