QAN YADDAŞI
Professor Akkan Suver: Azərbaycan xalqı 1990-cı il yanvarın 20-də milli iradəsini və birliyini ortaya qoyub
İstanbul, 20 yanvar, АZƏRTAC
Türkiyə mətbuatı Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suverin “Qərənfillərin ağladığı gecə” adlı məqaləsini yayıb. Məqalə çoxtirajlı “Gözləm” qəzetində türk, “Hüriyet Daily News” qəzetində ingilis dilində dərc edilib.
Məqalədə 20 Yanvar faciəsinin səbəbləri və acı nəticələri barədə oxuculara ətraflı məlumat verilir. Müəllif yazır ki, öz suverenliyi uğrunda mübarizə aparan Azərbaycan xalqı 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet tanklarının qarşısına çıxaraq milli iradəsini və birliyini ortaya qoyub. Bu faciənin Dağlıq Qarabağ problemi ilə bağlılığını əsaslandıran professor Akkan Suver erməni vandallarının törətdiyi Xocalı soyqırımı barədə həqiqətlərdən bəhs edib.
Məqalədə, həmçinin keçmiş sovetlər birliyi ordusunun mövcud olduğu dövrdə digər ölkələrdə törətdiyi cinayətlərə də toxunulur.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul