ELM VƏ TƏHSİL
Professor Nadir Məmmədlinin kitabı İstanbulda çap olunub
Bakı, 1 fevral, AZƏRTAC
AMEA Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru filologiya üzrə elmlər doktoru, professor Nadir Məmmədlinin İstanbulda "Azerbaycan folkloru ve konuşma kültürü" kitabı çap olunub.
Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Kitabı Azərbaycan dilindən Türkiyə türkcəsinə Dilçilik İnstitutunun Sosiolinqvistika və psixolinqvistika şöbəsinin elmi işçisi və əyani doktorantı Elnurə Hüseynova tərcümə edib.
Professor Ahmed Buranın redaktoru olduğu kitabda Azərbaycan folkloru və nitq mədəniyyəti məsələləri əhatəli şəkildə işıqlandırılıb. Nəşrdə, həmçinin şifahi xalq ədəbiyyatımızın bir çox növləri haqqında maraqlı məlumatlar yer alıb. Əsərdə Azərbaycan şifahi xalq ədəbiyyatının növləri müfəssəl məlumatlar və nümunələrə oxucuların diqqətinə çatdırılıb.
Kitabdan folklor tədqiqatçıları, bu sahə ilə maraqlanan hər kəs yararlana bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [18:16]
“Böyük Qayıdışın başlanğıcı” - Hərbi bilik yarışı
- 07.05.2024 [15:37]
Bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır
- 07.05.2024 [15:26]
Universitet tələbələri “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar
- 07.05.2024 [15:19]