Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Professor Robert Hoyland: “Nizami Gəncəvi adına qızıl medal” akademik Nərgiz Paşayeva ilə mənim gərgin əməyimizə verilən yüksək qiymətdir

Bakı, 4 may, AZƏRTAC

“Nizami Gəncəvi adına qızıl medal” akademik Nərgiz Paşayeva ilə mənim gərgin əməyimizə verilən yüksək qiymətdir.

Bu sözləri Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin Böyük Britaniya tərəfdən rəhbəri, Oksford və Nyu-York universitetlərinin professoru Robert Hoyland AZƏRTAC-a müsahibəsində deyib.

- Bir neçə gün əvvəl AMEA tərəfindən “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” ilə təltif olunmusunuz. Sizi bu münasibətlə təbrik edirik. Yəqin ki, bu təltif sizin Azərbaycan mədəniyyətini daha dərindən öyrənib tədqiq etməyinizə əlavə stimul verəcək.

- Akademik Nərgiz Paşayeva ilə birlikdə belə bir medala layiq görülməyimiz bizim gərgin əməyimizə verilən qiymətdir. Bu, xüsusilə professor Nərgiz Paşayevaya aiddir. Çünki o, Azərbaycan tərəfindən gördüyümüz işlərin təşkil olunmasına və həyata keçirilməsinə böyük səylər göstərib. Bundan əlavə, artıq 4 ildir ki, mən Azərbaycana səfərə gəlirəm və məni həmişə burada gülərüzlə, xoş məramla qarşılayırlar. Azərbaycan artıq mənim ikinci evimə çevrilməyə başlayıb. Bu baxımdan belə bir mükafata layiq görülməyimiz mənim üçün xüsusilə çox xoşdur. Bu, bizim əməyimizə verilən qiymətdir. Təbii ki, bundan sonra da biz daha səylə çalışıb həqiqətən belə bir təltifə layiq olduğumuzu sübut edəcəyik. Ümidvaram ki, biz gələcəkdə öz işimizdə daha da maraqlı nəticələr əldə edəcəyik.

- Britaniya tərəfdən rəhbəri olduğunuz Oksord Universitetinin Nizami Gəncəvi Elmi Mərkəzi necə yarandı və bu təşəbbüs necə ərsəyə gəldi?

- 2013-cü ildə Azərbaycana səfər edərək burada arxeoloji qazıntıların aparılması imkanlarını nəzərdən keçirirdim. Səfər zamanı məni professor Nərgiz Paşayeva ilə tanış etdilər və biz onunla geniş müzakirələr apararaq imkanları araşdırdıq. Biz, həmçinin müzakirə olunan məsələlərə daha geniş baxış bucağından yanaşmalı olduq. Mən istəyirdim ki, Bərdədə arxeoloji tədqiqatlar aparım.

Çünki Bərdə şəhəri qədim Roma dövründən İslam dövrünə qədər mövcud olmuş çox əhəmiyyətli bir mədəniyyət və dövlətin paytaxt şəhəri olub. Qərb alimləri bu dövləti Qafqaz Albaniyası adı ilə tanıyırlar. Biz, həmçinin qərara gəldik ki, bu bölgədə mövcud olmuş mədəniyyət və tarixin öyrənilməsi üçün doktorantlar və digər tələbələr üçün tədqiqat təqaüdləri təsis edək. Eyni zamanda, biz Azərbaycan və rus dillərində yazılmış elmi əsərləri ingilis dilinə çevirərək dünyada daha geniş surətdə tanıtdırmaq qərarına gəldik ki, bu əsərlər Qərbdə daha asan əldə olunsun.

- Bərdədə aparılan arxeoloji qazıntıların nəticələri haqqında nə deyərdiniz? İndiyə qədər orada çalışan arxeoloji heyət haqqında mümkünsə bir qədər məlumat verərdiniz.

- İndiyə qədər əldə etdiyimiz iki maraqlı nəticə barədə danışmaq istərdim. Bunlardan biri Nizami Gəncəvinin yaşadığı dövrə - XIII əsrə aiddir. Buna qədər insanlar elə düşünürdü ki, bu dövr Bərdədə o qədər də inkişaf etmiş dövr deyil. Lakin biz müəyyən etdik ki, həmin dövrə aid arxeoloji lay çox qalındır. Bu laydan tapılan çoxlu sayda sənətkarlıq nümunələri onu göstərir ki, ticarət bu dövrdə intensiv xarakter daşıyıb. Bunu müəyyən etmək bizim üçün çox maraqlı idi. İkinci maraqlı məsələ isə qazıntıların aparıldığı daha dərin arxeoloji laylarda ağac və şalban qalıqlarının aşkar edilməsi olmuşdur. Laboratoriya analizi nəticəsində məlum olmuşdur ki, həmin qalıqlar miladdan sonra VI əsrə aiddir. Beləliklə, biz Bərdənin Qafqaz Albaniyasının paytaxt şəhəri olduğu dövrə yaxınlaşmışıq və tədqiqatlarımızı bu istiqamətdə davam etdiririk. Hazırda əlimizdə Bərdənin paytaxt şəhəri olmasına dair sübutun olması çox sevindirici haldır. Şəhərdə qazıntıların aparılmasına əngəl törədən məsələlərdən biri də həmin ərazidə yeni tikililərin olması, nəqliyyat vasitələrinin həmin ərazilərdən istifadə etməsi ilə bağlıdır. Ona görə də qazıntıların aparılması üçün ancaq müəyyən ərazilər seçilə bilər. Bunun üçün işlər əvvəlcədən qazıntı yerlərinin nişanlanması və səthi qazıntı nümunələrinin nəzərdən keçirilməsi ilə qədimdə orada nələrin olmasını müəyyən etməklə başlayır. Sonradan orada geniş işlərin aparılması lazım gəlir. Bu baxımdan proses çox ləng getsə də, həmişə həyəcanlı xarakter daşıyır. Bundan əlavə deyərdim ki, arxeoloji tədqiqatlara bir tərəfdən Oksford Universitetindən olan alim və tədqiqatçılar - Birləşmiş Krallığı təmsil edən heyət buraya gəlib, Azərbaycan tərəfdən isə bu işlərə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutundan olan gənc tədqiqatçılar cəlb olunublar. Beləliklə, hər iki tərəfdən olan heyət bir yerdə çalışır. Bundan əlavə, biz bəzən qazıntılar zamanı yerli sakinlərin əməyindən də istifadə edirik. Məhz belə birgə iş apardığımız tədqiqatı daha da maraqlı edir.

- Bizə məlumdur ki, görkəmli şərqşünas alim, akademik E.Bertelsin Nizami Gəncəvi haqqında elmi əsəri Oksford Universitetinin Nizami Gəncəvi Elmi Mərkəzi tərəfindən bu yaxınlarda Böyük Britaniyada ingilis dilində nəşr olunub. Bu təşəbbüs haradan və necə meydana gəlib və nə zaman onun təqdimatını keçirməyi planlaşdırırsınız?

- E.Bertelsin Nizami Gəncəvi haqqında kitabının tərcüməsi bizim rus və Azərbaycan dillərində olan mühüm elmi əsərlərin tərcüməsi sahəsində gördüyümüz işlərdən ən birincisidir. Məqsədimiz bu əsərləri ingilis dilinə çevirib geniş surətdə dünyaya çatdırmaqdan ibarətdir. Bu təşəbbüs professor Nərgiz Paşayevaya məxsus idi və bu əsərdən başlamağımız da çox yerinə düşdü. Çünki şərqşünas alim olan E.Bertels həyatının böyük bir hissəsini Nizami Gəncəvinin əsərlərinin tədqiqatına həsr edib. Eyni zamanda, bu əsər Nizami Gəncəvinin dünya ədəbiyyatında xüsusi yer tutduğunu göstərir. Nizami Gəncəvi dünya şöhrətli şairdir. Ona görə çox şadam ki, biz bu əsəri ingilis dilində ərsəyə gətirmişik. Bu isə bizim tərcümə olunacaq ədəbiyyat siyahısındakı əsərlərdən yalnız biridir. Bizim siyahımızda olan digər əsərlər də qədim Azərbaycan mədəniyyətini dünyaya tədricən daha geniş surətdə tanıdacaq. Biz çox ümid edirik ki, yaxın gələcəkdə bu kitabın Oksford Universitetində təqdimatını keçirə biləcəyik. Həmçinin nəzərdə tuturuq ki, biz bu təqdimata farsdilli ədəbiyyat üzrə beynəlxalq alim və tədqiqatçıları dəvət edək.

- Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin fəaliyyət istiqamətləri nədən ibarətdir və indiyədək hansı işlər görülüb?

- Mərkəzin 4 əsas fəaliyyət istiqaməti var və hazırda bu istiqamətlərdə müvafiq layihələr həyata keçirilir. Onlardan birincisi, 2 il əvvəl başlanan və Bərdə şəhərində aparılan arxeoloji qazıntılardır. Bu qazıntılar artıq elmi cəhətdən çox maraqlı nəticələr ortaya çıxarıb. İkincisi, hər il dünyanın müxtəlif guşələrindən olan və Azərbaycanın tarixinə, mədəniyyətinə və ədəbiyyatına, habelə onun qonşu ölkələrlə münasibətlərinin tədqiq edilməsinə, öyrənilməsinə maraq göstərən 6 tələbəyə təhsil təqaüdünün verilməsidir. Üçüncüsü, aidiyyəti elmi mövzular üzrə Azərbaycan və rus dillərində olan mühüm elmi əsərlərin, məqalələrin ingilis dilinə çevrilməsindən ibarətdir. Dördüncüsü isə xüsusilə Azərbaycan və Böyük Britaniya, eləcə də daha geniş miqyasda mədəniyyətlərarası elmi-akademik mübadilələrə imkan və şərait yaradılmasından ibarətdir. Hazırda biz bu mənada əsasən beynəlxalq seminarların keçirilməsini təmin edirik. Misal üçün, biz Şimal-Şərqi Qafqaz bölgəsinin son antik və erkən İslam dövründə vəziyyəti ilə bağlı bir mövzu seçərək elmi müzakirələr aparmışıq. Bundan əlavə, Qafqaz bölgəsində aparılan arxeoloji tədqiqatların nəticələrini müzakirə etmək üçün Azərbaycan, Rusiya, ABŞ və Avropa ölkələrindən olan alimlərin iştirakı ilə tədbir təşkil etmişik. Belə tədbirlər çox uğurlu və məhsuldar olub. Biz, həmçinin ümid edirik ki, Birləşmiş Krallıqla Azərbaycan arasında elmi-akademik mübadilələrin həyata keçirilməsinə başlaya biləcəyik.

- Hazırda Nizami Gəncəvi Elmi Mərkəzinin hansı layihəsi üzərində işləyirsiniz və növbədə hansı layihələriniz var?

- Azərbaycanda indiyədək aparılmış arxeoloji qazıntıların nəticələrinin müzakirə olunması xüsusi əhəmiyyət kəsb etdiyindən bunu qeyd etmək istərdim. Hazırda Azərbaycanda, eyni zamanda, müxtəlif bölgələrdə, məsələn, Qəbələ və Şəmkir şəhərlərində arxeoloji tədqiqatlar aparılmaqdadır. Həmin qazıntılar zamanı çoxlu sayda maraqlı maddi-mədəniyyət nümunələri aşkar edilib. Lakin bu tədqiqatların nəticəsi Azərbaycandan kənarda heç kimə məlum deyil. Təbii ki, rus alimlərinin bu tədqiqatlarda iştirak etdiyinə görə bu nəticələr ola bilsin Rusiyada məlum olsun. Amma təəssüf ki, alimlərin gəldiyi nəticələr kifayət qədər məlum deyil. Bu baxımdan çox istərdik ki, bu arxeoloji tədqiqatların nəticələri, eləcə də qədim Azərbaycana məxsus mədəniyyət, o cümlədən incəsənət nümunələri Amerikada, Avropada daha geniş tanınsın və onlar haqda daha geniş elmi biliklər olsun.

- Ümumiyyətlə, Oksford Universitetinin Nizami Gəncəvi Elmi Mərkəzinin gələcək fəaliyyəti haqqında fikir və düşüncələrinizi bilmək maraqlı olardı. Bu barədə nə deyə bilərsiniz?

- Biz bu Mərkəzin yaradılmasını Oksford Universitetində reallaşdırılan beşillik bir proqram vasitəsilə həyata keçirməyə başlamışıq. Biz bu işi daimi əsaslar üzərində gələcəkdə də davam etdirmək niyyətindəyik. Mərkəzin fəaliyyətini daimi əsaslar üzərində təmin etmək məqsədilə biz Birləşmiş Krallıqda Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondu adlı bir təşkilat yaratmışıq. Beləliklə, məqsədimiz bu Fond vasitəsilə elmi tədqiqatların aparılmasına dəstək vermək üçün vəsait toplamaq və bu xüsusda Mərkəz tərəfindən həyata keçirilən proqramların daimi fəaliyyətini təmin etməkdir. Başqa sözlə, Mərkəzin özünün binasının və əlavə işçi heyətinin olmasını təmin etməyə qərar vermişik. Beləliklə, burada ümumi məqsəd mövcud olan proqramın fəaliyyət dairəsini daha da genişləndirməyə yönəlib. Bütövlükdə bu istiqamətdə aparılan işlər, o cümlədən elmi tədqiqatlar üçün adıçəkilən Fonda vəsaitlərin cəlb olunması və digər fəaliyyətlər əsasən professor Nərgiz Paşayevanın təşəbbüsü və səyləri nəticəsində həyata keçirilir.

- Bizə məlumdur ki, Oksford Universitetinin Nizami Gəncəvi Elmi Mərkəzi artıq indiyə qədər müəyyən təqdirəlayiq işlər görüb. Bəs Britaniya elmi ictimaiyyətinin Mərkəzin fəaliyyətinə münasibəti barədə nə deyə bilərsiniz? Təmsil etdiyiniz ölkənin elm adamlarının Mərkəzin fəaliyyəti barədə məlumatları varmı və buna maraq göstərilirmi?

- Biz, - mən britaniyalı alimləri nəzərdə tuturam, - həmişə burada yüksək səviyyədə, istər AMEA-nın, istərsə də onun Arxeologiya İnstitutunun alim və tədqiqatçıları tərəfindən böyük coşqunluq hissi, hörmət və ehtiramla qarşılanmışıq. Deyə bilərəm ki, Nizami Gəncəvi Mərkəzinin fəaliyyət göstərdiyi Oksord Universitetinin Şərqşünaslıq İnstitutu həmişə bizim tədbirlərimizə yüksək səviyyədə ev sahibliyi edib və universitetin çoxlu sayda alim və tədqiqatçıları, tələbələri bu tədbirlərdə iştirak edirlər. Bundan əlavə, Birləşmiş Krallığın digər təhsil ocaqlarından, xüsusilə özünün arxeoloji tədqiqatları ilə məşhur olan Edinburq Universitetindən alimlər bizim tədbirlərdə iştirak edirlər. Ümumiyyətlə, deyə bilirəm ki, Birləşmiş Krallığın müxtəlif təhsil ocaqları Mərkəzimizə və onun fəaliyyətinə böyük maraq göstərir.

- Məlumdur ki, Bərdə şəhəri və onun füsunkarlığı Nizami Gəncəvinin əsərlərində, xüsusilə “İskəndərnamə” əsərində xüsusi qeyd edilir. Eyni zamanda, dediyiniz kimi, bu şəhər qədim Azərbaycanın paytaxt şəhərlərindən biri olub. Bərdədə arxeoloji qazıntıların aparılması onun dahi Nizaminin əsərlərində xatırlanması, yoxsa sadəcə olaraq onun qədim paytaxt şəhərlərindən olması ilə bağlıdır?

- Mən əslində antik dövrdən erkən İslam dövrünə keçid mərhələsini öyrənən mütəxəssisəm. Arxeoloji baxımdan həmin dövrdə mədəni həyatda baş verən dəyişikliklərin öyrənilməsi və tədqiq edilməsi mənə çox maraqlıdır. Ona görə mən bu dövrə aid ərazilərin öyrənilməsinə maraq göstərirəm. Azərbaycanda mövcud olan Bərdə şəhəri bu baxımdan maraqlı tədqiqat mövzusudur. Yazılı mənbələrdən bizə məlumdur ki, V əsrdə Bərdə şəhəri daha öncə qeyd etdiyim Qafqaz Albaniyası çarlığının paytaxt şəhəri olub. Bu ərazi qədim Roma və İran sivilizasiyaları arasında birləşdirici körpü rolunu oynadığına görə vacib əhəmiyyət kəsb edirdi. Bu iki qüdrətli dövlətin hüdudlarına yaxın olmasına baxmayaraq, bu dövlət özünün müstəqilliyini saxlamağa nail ola bilib. Qafqaz Albaniyası, həmçinin erkən İslam dövrünə qədər mövcudluğunu qoruyub saxlaya bilib və hətta Bərdə şəhəri bu dövrdə İslam xilafətinin Cənubi Qafqazda ilk və böyük istehkamı rolunu oynayıb. Bundan sonra isə nə baş verdiyini əslində biz bilmirdik. Ona görə də arxeoloji tədqiqatları bu suala cavab tapılması üçün aparırıq. Qazıntılar nəticəsində belə məlum olur ki, Bərdə şəhəri sonrakı dövrlərdə, hətta IX-XV əsrlərə qədər özünün çiçəklənmə dövrünü yaşayıb. Nizami Gəncəvinin də yaşayıb yaratdığı illər də məhz elə bu dövrlərə aiddir. Bu isə belə deməyə əsas verir ki, təkcə Gəncə şəhəri deyil, Bərdənin özü və bəlkə də Qafqaz Albaniyasında, ümumiyyətlə, inkişaf və həyat səviyyəsi Nizaminin yaşadığı illər ərzində belə bizim düşündüyümüzdən daha yüksək nöqtədə olub.

- Bizə məlumdur ki, İslamdan əvvəl də Azərbaycanın böyük və zəngin mədəniyyəti olub. İslamdan sonra isə bu mədəniyyət dəyişikliyə uğrayıb və daha da zənginləşib. Aparılan arxeoloji tədqiqatlar İslamaqədərki mədəniyyət haqqında nə deyir?

- Bərdə şəhəri paytaxt olan dövrdə Qafqaz Albaniyası bir xristian çarlığı idi. Bu, tamamilə fərqli mənzərə ortaya çıxarır. Bu ərazi həmin dövrün iki qüdrətli dövləti tərəfindən ikili təsirə məruz qalıb. Bir tərəfdən Roma dövləti, digər tərəfdən isə İran dövləti. Hər ikisi Qafqaza nəzarət etməyə can atır və öz təsirlərini göstərməyə çalışırdı. Məsələn, VI əsr Bərdəsinə baxsaq, o dövrdə mərkəzi Konstantinopol olan xristian Bizans (Roma) imperiyasının elementlərini görmək olar. Bununla belə, bura, həmçinin İranın güclü təsiri altında olub. Məsələn, bu mənada şahənşahları, böyük qəhrəmanları mədh edən dastanlar və digər ədəbiyyat nümunələrini qeyd etmək olar. Beləliklə, bu ərazi İranla eyni ədəbi tarixi paylaşır. Baxmayaraq ki, bu ərazinin özünün qəhrəmanları vardır. Ərazidə olmuş incəsənət və mədəniyyətə baxsaq, eyni şeyləri buna da şamil etmək olar. Beləliklə, burada hər iki qüdrətli dövlətin mədəniyyətinə xas olan elementləri görmək mümkündür. Məhz bu xüsusiyyətlər İslamaqədərki Bərdəyə məxsus özəllikləri özündə ehtiva edir. Təbii ki, sonrakı dövrdə Bərdə xeyli dərəcədə islamlaşmağa doğru gedir. Belə ki, İran imperiyası süquta uğrayır. Digər tərəfdən Roma (Bizans) imperiyası ərazi baxımından xeyli kiçilir. Bu dövr Qafqaz Albaniyası üçün öz müstəqilliyini qoruyub saxlamaq baxımından olduqca vacib mərhələdir. Eyni zamanda da, o dövrün iki əsas mədəniyyətinin təsirinə məruz qalması nöqteyi-nəzərindən də bu dövrün əhəmiyyətini qeyd etmək olar.

- Siz qeyd etdiniz ki, bir müddət əvvəl Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondu təsis edilib. Bu, kimin təşəbbüsüdür və Fondun fəaliyyəti ilə bağlı nə deyə bilərsiniz?

- Elmi tədqiqatlar üçün vəsaitlərin cəlb olunması məqsədilə həmişə arxa planda məqsədyönlü işlər görülür. Biz Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin fəaliyyətinə başlayarkən bizim işimiz donor vasitəsilə dəstəklənib və bu baxımdan bəxtimiz gətirib. Bununla belə, daha öncə qeyd etdiyim kimi, bu Mərkəzin daimi əsaslarla fəaliyyətinin təmin edilməsi üçün onun əlavə donor yardımına ehtiyacı vardır. Bu baxımdan professor Nərgiz Paşayevanın təşəbbüsü ilə həmin Fond təsis edilib. Bu Fondun təsis edilməsində mənimlə yanaşı, üç britaniyalı alim də yaxından iştirak edib. Məqsədimiz ondan ibarətdir ki, bu Fond vasitəsilə Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzini daimi əsaslarla fəaliyyət göstərən bir quruma çevirək.

- Azərbaycanda dəfələrlə olmusunuz. Artıq bir neçə gündür ki, Bakıdasınız və çıxışlarınızın birində qeyd etmisiniz ki, Azərbaycan artıq sizin ikinci vətəninizə çevrilib. Əlavə nə deyərdiniz?

- Azərbaycanın müxtəlif guşələrinə səyahət etmək mənə çox böyük zövq verir. Ərazi baxımından Azərbaycan çox rəngarəngdir. Xəzər dənizinin sahili, uca dağlar, Muğan düzənliyi bir-birini əvəzləyir və bu mənzərələrə baxmaq göz oxşayır. Odur ki, ötən 4 ildə mənə verilən belə bir imkana görə də Azərbaycana minnətdarlığımı bildirirəm.

- Müxtəlif mədəniyyətlərin kəsişməsi baxımından Azərbaycanda həm xristian, həm də İslam mədəniyyətinə məxsus abidələr və digər mədəniyyət nümunələri mövcuddur. Hər iki mədəniyyətin yanaşı surətdə mövcudluğu heç vaxt onların toqquşmasına səbəb olmayıb. Bunu bu və ya digər mənada bugünkü multikulturalizm ənənələri ilə bağlamaq olarmı?

- Ümumiyyətlə, Qafqaz bölgəsinə xas olan və böyük maraq kəsb edən məqam odur ki, bu ərazidə çoxlu sayda mikromədəniyyətlər mövcud olub. Çünki burada rəngarəng ekosistemlər mövcuddur - dağlıq ərazilər, düzənliklər, sahilboyu ərazilər. Nəticə etibarilə, bu müxtəlif ekosistemlər bir-birindən fərqli mədəniyyətlərin çiçəklənməsinə gətirib çıxarıb. Ərəb işğalı tədricən bu əraziyə gəlib çatmışdır. Bu o deməkdir ki, İslamdan əvvəlki mədəniyyət birdən-birə yox olmayıb və islamlaşma prosesi tədricən baş verib. Ona görə də yerli mədəniyyətlər hələ bir müddət inkişaf edib. Deyə bilərəm ki, burada farsdilli icmalar müəyyən müddət mövcudluğunu qoruyub saxlaya bilib. Bundan əlavə, xristian icmaları XV əsrə qədər özəlliklərini qoruyub saxlaya bilib. Xristianlığın süqutu əslində Şimali Qafqazdan üzü aşağıya doğru başlayıb. Təbii ki, müəyyən mühitlərdə müvafiq mədəniyyətlər özünü qoruyub saxlaya bilib. Müsəlman səyyahlar dünya səyahətinə çıxarkən həmişə Qafqaza valeh olduqlarını qeyd ediblər. Onlar burada olan müxtəlif dillər haqqında məlumatlar verərək qeyd ediblər ki, bu ərazidə ən azı 360 müxtəlif dil vardır. Ona görə deyə bilərik ki, İslam bu əraziyə tədricən gəlib və yerli mədəniyyətləri heç də əzib keçməyib.

- Moskva Dövlət Universitetinin Bakı filialı barədə təəssüratlarınız?

- Mən bir neçə dəfə MDU-nun Bakı filialında olmuşam. İki dəfə universitet tələbələrinin özlərinin iştirak etdiyi musiqili proqramı izləmişəm. Bu tələbələrin yüksək musiqi qabiliyyəti və bacarığı məndə çox xoş təəssüratlar yaradıb. Eyni zamanda, tələbələrin ingilis dili səviyyəsinin və ümumilikdə, biliyə həvəs səviyyəsinin yüksək olması da hiss edilir. Əlbəttə, bu, təqdirəlayiqdir.

Bildiyiniz kimi, professor Nərgiz Paşayeva da Oksford Universitetinə səfər edib. O, universitetin şərqşünaslıq fakültəsində keçirilən elmi seminarda çıxış edib. Biz ikimiz də ümid edirik ki, gələcəkdə Oksford Universiteti və MDU-nun Bakı filialı arasında, xüsusilə filologiya və müxtəlif dillərin öyrənilməsi sahəsində tələbə mübadiləsini həyata keçirə biləcəyik.

P.S. Qeyd edək ki, Nizami Gəncəvi Elmi Mərkəzi Oksford Universitetinin rəsmən qəbul edilmiş və tanınmış struktur bölməsidir və həmin Universitetin təkcə şərqşünaslıq fakültəsi ilə bağlı məsələləri deyil, ümumiyyətlə, Oksford Universitetində digər sahələrdə elm və təhsillə bağlı olan bütün məsələlərdə Azərbaycan üzrə koordinator səlahiyyətlərinə malikdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub VİDEO

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər VİDEO

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir

Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO

Növbəti rəqəmsal SAT imtahanı keçirilib

Kamila Vaden: Ərazilərin minalardan təmizlənməsinə şahidlik etmək bizi çox sevindirir VİDEO

 Bəzi yerlərdə intensiv yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanında 189 nəfər müvəffəqiyyət qazanıb

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Dialoq Forumunun gündəliyindəki məsələlər Azərbaycanın yeni çağırışların qarşısının alınmasına hərtərəfli töhfəsindən xəbər verir - ŞƏRH

Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub

Ekspert: Elektrik və qazpaylayıcı şəbəkələrdə yeni tənzimləmələr xərclərin optimallaşdırılmasına təsirini göstərəcək

DİN: Keyfiyyətsiz yuyucu vasitələr hazırlayan gizli sex aşkarlanıb VİDEO

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun ilk qalibləri mükafatlandırılıblar

Avropa Komissiyası fermerlərə yardımı davam etdirəcək

Mingəçevirdə Ümummilli Liderə həsr olunan respublika elmi konfransı keçirilib

Tramp seçkiqabağı sorğularda Baydendən 10 faiz önə çıxıb

Təhsil proqramının məzmunu dəyişdirilmədən ixtisasın adı dəyişdirilə bilərmi?

Gənc bioloqlardan “Biz irəlidəyik” adlı ekoloji aksiya təşəbbüsü

HƏMAS nümayəndələri atəşkəs danışıqları üçün Qahirəyə gedib

BMT-nin Baş katibi: Ekoloji böhran jurnalistlərin ən prioritet sahəsi olmalıdır

Yeni ixtisasların açılmasına dair ümumi tələblər müəyyən edilib

Rusiyalı ekspert: Azərbaycanın böyük yaşıl enerji potensialı var – MÜSAHİBƏ

“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

FIFA futbolda inqilabi dəyişikliyə hazırlaşır

“Yeni təhsil proqramlarının açılması Qaydaları” təsdiq edilib

ABŞ-da aprel ayında işsizlik səviyyəsi 3,9 faizə yüksəlib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Ekspertlər: Stresə qalib gəlməyin pulsuz və sadə üsulu tapılıb

Azərbaycanın qrup hərəkətləri komandası Avropa Kubokunda bürünc medal qazanıb

Ötən müddətdə “Könüllü DOST” proqramına 4,8 min nəfərdən çox şəxs cəlb edilib

Xarici səyyahlar Cəbrayılda minatəmizləmə əməliyyatları barədə məlumatlandırılıb VİDEO

Nigeriyada kəndlərə hücum edən silahlılar 25 nəfəri öldürüb

Norveçli səyyah: Qarabağ və Şərqi Zəngəzur gözəl təbiətə malikdir

Bakıdakı Rus evində “Rus dilinin elçiləri” maarifləndirici tədbirlər keçiriləcək

Faktiki hava: Bəzi yerlərə arabir yağış, Şahdağa isə qar yağıb