Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:

“Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 12, maddə 688; 2000, № 7, maddə 494; 2002, № 8, maddə 464; 2004, № 1, maddə 10, № 2, maddə 57, № 3, maddə 133, № 4, maddə 202; 2005, № 10, maddələr 874, 876, 902; 2006, № 11, maddə 927; 2007, № 1, maddə 1, № 2, maddə 82; 2009, № 6, maddə 399, № 11, maddələr 877, 878; 2010, № 11, maddə 944; 2011, № 4, maddə 269) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci maddədə:

1.1. dördüncü abzasda “prokurorluğun müstəntiqləri,” sözlərindən sonra “prokurorluğun əməliyyatçıları,” sözləri əlavə edilsin;

1.2. dördüncü və beşinci abzaslar müvafiq olaraq beşinci və altıncı abzaslar hesab edilsin və aşağıdakı məzmunda dördüncü abzas əlavə edilsin:

“əməliyyatçı - korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanının mühüm işlər üzrə böyük əməliyyatçıları və mühüm işlər üzrə əməliyyatçıları;”.

2. 4-cü maddənin birinci hissəsinin ikinci abzasında “istintaq aparır” sözlərindən sonra “, habelə korrupsiya ilə bağlı cinayətlər üzrə cinayət işinin başlanmasını və ya istintaqın aparılmasını təmin etmək məqsədilə əməliyyat-axtarış fəaliyyətini həyata keçirir” sözləri əlavə edilsin.

3. 9-cu maddənin ikinci hissəsinin ikinci cümləsində “prokurorlar və müstəntiqlər” sözləri “prokurorlar, müstəntiqlər və əməliyyatçılar” sözləri ilə əvəz edilsin.

4. 29-cu maddədə:

4.1. maddənin adında “və prokurorluğun müstəntiqi” sözləri “, prokurorluğun müstəntiqi və əməliyyatçısı” sözləri ilə əvəz edilsin;

4.2. birinci hissədə “prokurorluğun müstəntiqi” sözlərindən sonra “və əməliyyatçısı” sözləri əlavə edilsin, “və ya müstəntiq” sözləri “, müstəntiq və ya əməliyyatçı” sözləri ilə əvəz edilsin;

4.3. ikinci hissənin beşinci abzasında “və ya prokurorluğun müstəntiqi” sözləri “, prokurorluğun müstəntiqi və ya əməliyyatçısı” sözləri ilə əvəz edilsin;

4.4. ikinci hissənin səkkizinci abzasında “və müstəntiq” sözləri “, prokurorluğun müstəntiqi və ya əməliyyatçısı” sözləri ilə əvəz edilsin.

5. 30-cu maddənin adında və mətnində, 34-cü maddənin birinci hissəsinin doqquzuncu və onuncu abzaslarında “və ya müstəntiq” sözləri “, prokurorluğun müstəntiqi və ya əməliyyatçısı” sözləri ilə əvəz edilsin.

6. 35-ci maddədə:

6.1. birinci hissədə “və prokurorluğun müstəntiqlərinə” sözləri “, prokurorluğun müstəntiqlərinə və əməliyyatçılarına” sözləri ilə əvəz edilsin;

6.2. səkkizinci hissədə “və prokurorluğun müstəntiqlərinin” sözləri “, prokurorluğun müstəntiqlərinin və əməliyyatçılarının” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 oktyabr 2011-ci il.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin