Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“PROKURORLUQ İŞÇİLƏRİNİN XİDMƏTİ VƏSİQƏSİ HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ 2001-Cİ İL 29 İYUN TARİXLİ 166-IIQ NÖMRƏLİ QANUNUNDA DƏYİŞİKLİKLƏR EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

“Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında” Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 166-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 7, maddə 451) ilə təsdiq edilmiş “Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında Əsasnamə”nin 1-ci maddəsindən və 3.5-ci maddəsinin üçüncü abzasından “xüsusi” sözü çıxarılsın.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 aprel 2010-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin