Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:

“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 452, № 12, maddə 731; 2002, № 12, maddə 706; 2005, № 10, maddə 902; 2006, № 11, maddə 927; 2007, № 1, maddələr 1, 4, № 2, maddə 82, № 6, maddə 570, № 8, maddə 756, № 11, maddələr 1078, 1081; 2008, № 3, maddə 155, № 4, maddə 250, № 8, maddə 696; 2009, № 6, maddə 399, № 11, maddələr 877, 878; 2010, № 3, maddə 171, № 11, maddə 944; 2011, № 2, maddə 71) aşağıdakı dəyişikliklər edilsin:

1. 10.0.5-ci maddədə “Baş Prokurorluğun mühüm işlər üzrə müstəntiqləri,” sözlərindən sonra “korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanının mühüm işlər üzrə böyük əməliyyatçıları və mühüm işlər üzrə əməliyyatçıları,” sözləri əlavə edilsin.

2. 17.1-ci maddədə “və prokurorluğun müstəntiqləri” sözləri “, prokurorluğun müstəntiqləri və əməliyyatçıları” sözləri ilə əvəz edilsin.

3. 17.4-cü və 17.5-ci maddələrdə “və prokurorluğun müstəntiqlərinə” sözləri “, prokurorluğun müstəntiqlərinə və əməliyyatçılarına” sözləri ilə əvəz edilsin.

4. 29.2.8 və 29.2.9-cu maddələrdə “və ya müstəntiq” sözləri “, prokurorluğun müstəntiqi və ya əməliyyatçısı” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 oktyabr 2011-ci il.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin