CƏMİYYƏT
#prokurorluqdanizah: Növbəti videoçarxda “Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin başlıca funksiyaları nədən ibarətdir?” sualı cavablandırılıb VİDEO
Bakı, 7 aprel, AZƏRTAC
Prokurorluq orqanları tərəfindən modern dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşa yönümlü, onu məmnun edən tədbirlər daim diqqət mərkəzində saxlanılır.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, vətəndaş məmnunluğu və aşkarlığın təmin olunması məqsədilə prokurorluğun fəaliyyət istiqamətləri ilə bağlı vətəndaşları maraqlandıran məsələlərin prokurorluq əməkdaşları tərəfindən videoçarxlar vasitəsilə #prokurorluqdanizah həştəqi altında cavablandırılması həyata keçirilir.
Bu həştəq altında təqdim olunan videoçarx vasitəsilə Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin prokuroru Nail Əliyev son zamanlar aktuallığı ilə seçilən “Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin başlıca funksiyaları nədən ibarətdir?” sualını cavablandırıb.
Videoizahı izləməklə həmin sualın cavabını öyrənə bilərsiniz.