PSİXİ VƏZİYYƏT QİDADAN ASILIDIR
AZƏRTAC xarici informasiya agentliklərinə istinadla xəbər verir ki, türkiyəli psixiatr Nihat Kay özünün çoxillik tədqiqatlarının nəticələrini dərc etdirmişdir. Tədqiqatların gedişində müəyyən edilmişdir ki, insanın hansı qidanı xoşlaması ilə onun psixi vəziyyəti arasında qarşılıqlı asılılıq vardır.
Türkiyəli mütəxəssis qeyd edir ki, şokoladı çox xoşlayan adamlar sevgiyə ehtiyac hiss edirlər. Bu insanlar özlərini tənha və bədbəxt hesab edir, düşünürlər ki, ətrafdakılar onlara rəhm etmir, diqqət yetirmirlər. Əsəbi və aqressiv adamlar ət yeməklərinə, xüsusən mal ətinə üstünlük verirlər. Kayın fikrincə, istiotlu yeməklərə meyl etmək insanın öz həyatına bir qədər istiot əlavə etmək istəyinin, qoz-fındıq və bərk meyvələrə meyl etmək isə qalib gəlmək arzusunun ifadə formalarıdır. Əsasən meyvə və tərəvəzi üstün tutanlar isə sakit və mülayim xasiyyətli olurlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]