PUL KÜTLƏSİ 2,6 FAİZ ARTMIŞDIR
Milli Bankın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, dövriyyədə olan pul kütləsinin həcmi (M2 aqreqatı) 2005-ci il sentyabrın 1-nə olan məlumata görə, 4139,8 milyard manat təşkil etmişdir. Bu, avqustun 1-nə olan göstərici ilə müqayisədə 2,6 faiz, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 41 faiz çoxdur.
Pul kütləsinin 2863,6 milyard manatı nağd pul (M0 aqreqatı) vəsaitlərinin payına düşmüşdür. Ötən ilin eyni dövrü ilə müqayisədə nağd pul kütləsi 40,7 faiz, qeyri-nağd pul kütləsi isə 41,8 faiz artmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.11.2026 [17:33]
Bu il 310 mindən çox mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb
- 17.11.2026 [17:21]
"Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 300-ü ötüb
- 17.11.2026 [16:31]