PUSAN ŞƏHƏRİNİN MERİ İLƏ GÖRÜŞ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev aprelin 24-də Pusan şəhərinin meri Hu Nam Çak ilə görüşmüşdür.
Ali qonağı bir daha salamlayaraq, onun bu şəhərə gəlişini yüksək qiymətləndirən mer Hu Nam Çak Azərbaycan Prezidentinin Koreya Respublikasına dövlət səfərinin xalqlarımızın, ölkələrimizin əməkdaşlığının, eləcə də iqtisadi əlaqələrin inkişafına xidmət etdiyini vurğuladı.
Göstərilən qonaqpərvərliyə görə təşəkkür edən Prezident İlham Əliyev dövlət səfəri çərçivəsində bu şəhərlə tanış olmağın zəruriliyini bildirdi, dövlətimizin başçısı iqtisadi cəhətdən inkişaf edən Pusanı Koreya Respublikasının tərəqqisinin bir nümunəsi kimi qiymətləndirdi. Azərbaycan Prezidenti dedi ki, qarşılıqlı əməkdaşlıq həm şəhərlərarası, həm də iqtisadi əlaqələrin genişlənməsi üçün faydalıdır.