QABRİEL MARKES VASİTƏÇİLİK EDİR
Kolumbiyanın sayca və döyüş gücünə görə ikinci olan bu qruplaşmasının və hökumətin nümayəndələri arasında danışıqlar ispaniyalı, isveçrəli və norveçli müşahidəçilərin iştirakı ilə Havanada keçirilir.
Bu, siyasi sazişə gəlmək və son 30 il ərzində Kolumbiyanı müsibətlərə düçar edən silahlı münaqişəni dayandırmaq üçün tərəflərin ikinci cəhdidir. İlin əvvəllərində Kolumbiyada aparılan danışıqların birinci mərhələsi bir nəticə verməmişdir.
Hər iki tərəfdən danışıqların iştirakçıları bildirirlər ki, dialoqun müvəffəqiyyəti ən iri silahlı qruplaşmanın - 20 minədək döyüşçünü birləşdirən “Kolumbiyanın inqilabi silahlı qüvvələri”nin mövqeyindən çox asılıdır. Bu qüvvələr vəziyyətin dincliklə tənzimlənməsi prosesinə qoşulmağın başlıca şərti kimi, hökumətdən partizanların girov götürdükləri 59 siyasətçinin, ordu zabitinin və polisin müqabilində həbsxanalardakı 500 nəfər yoldaşının azadlığa buraxılmasını tələb edirlər. Lakin danışıqlar başlansa da, bu məsələ hələlik açıq qalır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.11.2026 [17:50]
Kreml Əbu-Dabidə Ukrayna ilə bağlı danışıqların nəticələrini açıqlayıb
- 12.11.2026 [17:09]
Almaniyanın metal və elektrotexnika sənayesi işçiləri tətilə hazırlaşırlar
- 12.11.2026 [16:20]
“Gazprom”: Təbii qazın qlobal enerji təhlükəsizliyində rolu artacaq
- 12.11.2026 [16:11]