QAÇQINLAR VƏ MƏCBURİ KÖÇKÜNLƏR İLHAM ƏLİYEVİ DƏSTƏKLƏYİRLƏR
Türkiyənin “Qızıl ay”, Beynəlxalq İslam Nicat Təşkilatının “Ərəb-1”, “Ərəb-3” çadır şəhərciklərində məskunlaşmış qaçqınlar və məcburi köçkünlər AZƏRTAC-ın müxbiri ilə söhbətdə bildirmişlər ki, İlham Əliyev görkəmıli siyasətçi, ölkə Prezidenti Heydər Əliyev xəttinin layiqli davamçısıdır. O, son on il ərzində beynəlxalq aləmdə təcrübəli siyasətci kimi tanınmışdır. AŞPA sədrinin müavini və Büro üzvü seçilməsi onun səmərəli diplomatik fəaliyyətindən xəbər verir. Avropa Şurasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli üçün var qüvvəsi ilə çalışır. Onun şəxsi təşəbbüsü ilə respublikamızın bir çox şəhər və rayonlarında olimpiya idman kompleksləri tikilib istifadəyə verilmişdir. Biz cavan siyasətci İlham Əliyevlə fəxr edir, Milli Məclisin onun Baş nazir təyin olunması barədə qərarını alqışlayırıq.