İDMAN
Qadın velosipedçimiz “Giro d'Italia” yarışında mübarizəyə başlayıb
Bakı, 3 iyul, AZƏRTAC
Azərbaycanın şose velosipedi üzrə qadınlardan ibarət yığma komandasının üzvü, “Bakı-2015” ilk Avropa Oyunlarının fərdi ötüşmə yarışında altıncı yeri tutan Yelena Pavluxina iyulun 3-də daha bir önəmli turnirdə mübarizəyə başlayıb.
AZƏRTAC xəbər verir ki, Sloveniyanın “Lyublyana” klubunun da şərəfini qoruyan Azərbaycan çempionu öz komandasının heyətində nüfuzlu “Giro d'Italia” yarışında iştirak edir.
Yarışın proqramına əsasən, qadınlardan ibarət 19 komanda 10 gün ərzində 887 kilometr məsafə qət edəcək. Nüfuzlu yarışın 2 kilometrdən ibarət başlanğıc hissəsi Sloveniyanın paytaxtı Lyublyanada keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [16:00]
Elnur Məmmədli: Avropa çempionatındakı tarixi uğur hələ başlanğıcdır
- 08.05.2024 [15:44]
Tanınmış hakim Çempionlar Liqasının oyunundan sonra ağlayıb
- 08.05.2024 [14:22]
Olimpiya çempionu: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi böyük uğurdur
- 08.05.2024 [14:02]
“Araz-Naxçıvan”ın futzalçısı: 15 ildən sonra qazanılan kubok çox dəyərlidir
- 08.05.2024 [11:59]