Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Qafqaz Albaniyası Azərbaycanın tarixi-mədəni irsidir

Qəbələ, 13 noyabr, Mustafa Dadaşov, AZƏRTAC

Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin və sivilizasiyaların qovuşduğu mərkəz olub. Tarix boyu bu qədim torpaqda müxtəlif dinlərin, mədəniyyətlərin, etnik qrupların nümayəndələri sülh, qardaşlıq və qarşılıqlı hörmət şəraitində yaşayıblar. Minilliklərlə formalaşan bu ab-hava Azərbaycan cəmiyyətində indi də qorunub saxlanılır. Azərbaycan bu gün çoxmillətli, çoxkonfessiyalı ölkədir, tolerantlıq və dözümlülük ideyaları cəmiyyətdə çox güclüdür.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Alban-Udi Xristian Dini İcmasının birgə təşkilatçılığı ilə noyabrın 13-də Qəbələ rayonunda keçirilən “Qafqaz Albaniyası Azərbaycanın mədəni-tarixi irsi kimi” mövzusunda “dəyirmi masa”da səsləndirilib.

Nic qəsəbəsindəki Azərbaycan Udi Ocağında keçirilən tədbirdə təşkilatçı qurumların əməkdaşları, tarixçi alimlər, ziyalılar iştirak ediblər.

İştirakçılar əvvəlcə Udi Ocağında yaradılan şəraitlə tanış olub, udi yaşayış evindəki etnoqrafik muzeyə baxıblar.

Tədbirdə çıxış edən Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova Azərbaycanın dünyada multikulturalizmin məskəni kimi tanındığını bildirib. Qeyd olunub ki, multikulturalizmin Azərbaycan modeli bu gün bütün dünyada geniş təbliğ olunur. Tarix boyu Azərbaycanda müxtəlif dinlərin, mədəniyyətlərin, etnik qrupların nümayəndələri sülh, qardaşlıq və qarşılıqlı hörmət şəraitində yaşayıblar. Minilliklərlə formalaşan bu ənənə indi də qorunub saxlanılır.

BBMM-nin icraçı direktor əvəzi Rəvan Həsənov çıxış edərək bildirib ki, Azərbaycanın hər bir vətəndaşı Qafqaz Albaniyasının tarixinə sahib çıxmalıdır. Çünki Qafqaz Albaniyası Azərbaycanın tarixi-mədəni irsidir və onun ayrılmaz tərkib hissəsidir. Mərkəzin rəsmisi deyib: “Biz Qafqaz Albaniyasına, onun tarixinə laqeyd yanaşsaq, o zaman bədnam qonşularımız və digərləri tariximizə sahib çıxmağa can atacaq. Bunu yaxın tariximizdə də yaşamışıq. Torpaqlarımıza, tariximizə, mədəniyyətimizə iddialar heç vaxt bitməyib”.

Qafqaz Albaniyası ilə bağlı işlərin intensivləşdirilməsinin vacibliyinə toxunan Rəvan Həsənov qeyd edib ki, BBMM bu işdə aparıcı mövqeyini ortaya qoymağa həmişə hazırdır. Mərkəz yalnız ölkə daxilində deyil, ölkə xaricində də tarixçi alimlərin iştirakı ilə Qafqaz Albaniyasını, xüsusilə onların varisləri olan udilərin tarixini, dini inanclarını təbliğ etmək üçün mühüm tədbirlər həyata keçirir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin aparıcı məsləhətçisi Anar Əlizadə tədbirin olduqca aktual, əhəmiyyətli və ağrılı bir mövzuya həsr olunduğunu bildirib. Qeyd olunub ki, Azərbaycana qarşı etnik təmizləmə, təcavüz siyasəti həyata keçirən Ermənistan öz işğalçı siyasətinə tarixi don geyindirməyə çalışır, erməni şovinistləri tarixi saxtakarlığa əl atırlar. Belə ki, işğal olunmuş ərazilərimizdə qədim alban məbədlərinin üzərindəki əski kitabələr məhv edilir və başqa yazılarla əvəz olunur. Bu məbədlərin özünəməxsus memarlıq quruluşu dəyişdirilir. Təbii ki, bütün bunların bir məqsədi var - həmin məbədləri erməniləşdirmək və qriqoryanlaşdırmaq.

Anar Əlizadə deyib: “Qafqaz Albaniyasının irsinə sahib çıxmaq bizim borcumuzdur. Rus qafqazşünas alimlərinin də qeyd etdikləri kimi, Qafqaz Albaniyasının tarixi və taleyi ilə azərbaycanlılar hamıdan çox maraqlanmalı, məşğul olmalıdırlar. Onlar bu sahədə dünya elmi qarşısında məsuliyyət daşıyırlar, borcludurlar. Sevindirici haldır ki, alimlərimiz son zamanlar ermənilərin yalanlarını ifşa edən xeyli fundamental əsərlər yazıblar. Hər il Qafqaz Albaniyası irsinin Azərbaycan xalqına məxsusluğunu sübuta yetirən, onu dünya ictimaiyyətinə təqdim və təbliğ edən xeyli tədbir keçirilir. Bununla yanaşı, Qafqaz Albaniyası irsinin qorunması ilə bağlı, həm də praktiki addımlar atılmalıdır. Azərbaycan dövləti buna çox böyük əhəmiyyət verir. Dövlətimizin başçısı da bu məsələyə çox həssas yanaşır. Bu istiqamətdə artıq həm hüquqi, həm də dini müstəvidə xeyli iş görülüb. Alban kilsələri bərpa olunub, 2 alban-udi icması dövlət qeydiyyatına alınıb. Bu icmalara hər il əhəmiyyətli dərəcədə maliyyə yardımı ayrılır. Bütün bunların məqsədi tarixi ədalətsizliyi ortadan qaldırmaq və alban kilsələrini öz həqiqi varislərinə qaytarmaqdır”.

DQİDK-nin dinşünaslıq ekspertiza şöbəsinin müdiri Nahid Məmmədov tədbirin bir neçə gündən sonra qeyd olunacaq Beynəlxalq Tolerantlıq Günü ərəfəsində keçirilməsinin xoş bir təsadüf olduğunu vurğulayıb. Bildirilib ki, Nic qəsəbəsi istər ölkə daxilində, istərsə də beynəlxalq tədbirlərdə hər zaman Azərbaycan tolerantlığının, multikulturalizminin beşiyi, canlı nümunəsi kimi təqdim olunur.

Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili tədbirin əhəmiyyətini yüksək qiymətləndirərək, təşkilatçılara icma üzvləri adından minnətdarlığını bildirib.

“Dəyirmi masa”da, həmçinin AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru Fəridə Məmmədovanın “Azərbaycanın mədəni-tarixi irsi olaraq Qafqaz Albaniyası: regional, siyasi (konfessional) və mədəni aspektlər”, tarix elmləri üzrə fəlsəfə doktoru Ülviyyə Hacıyevanın alban tarixinə dair, memarlıq üzrə fəlsəfə doktoru Rizvan Qarabağlının “Qafqaz Albaniyasında Arran memarlıq məktəbinin rolu”, tarix elmləri doktoru Məhəbbət Paşayevanın “Azərbaycanda alban tayfalarının etnik ənənələri”, tarix elmləri doktoru Anar İsgəndərlinin “Qafqaz Albaniyası Azərbaycan tarixşünaslığında”, tarix üzrə fəlsəfə doktoru Natiq Alışovun “Tülü kilsəsində aparılan arxeoloji tədqiqatların nəticələri” mövzularında məruzələri dinlənilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırır

Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” başa çatıb 

Sabunçuda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub