Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Qafqaz regionunda bir sıra əhəmiyyətli layihələr həyata keçirmiş “AS Group İnvestment” şirkəti ən qabaqcıl ``texnologiya və mükəmməl təcrübəyə malikdir

Bakı, 15 yanvar (AZƏRTAC ). Bu gün tikinti sektoru respublikamızın sürətlə inkişaf edən sahələrindəndir. Təsadüfi deyildir ki, son illər Azərbaycanda fəaliyyət göstərən inşaat şirkətlərinin həyata keçirdikləri tikinti işlərinin həcmində və keyfiyyətində də artım müşahidə edilmişdir.

Həmin qurumlardan biri də ölkədə və xaricdə mühüm infrastruktur layihələri icra edən “AS Group İnvestment” şirkətidir.

Şirkətin biznesin inkişafı və marketinq departamentinin rəhbəri Elçin Niyazov AZƏRTAC-a müsahibəsində qurumun fəaliyyəti barədə ətraflı məlumat vermişdir.

- Elçin müəllim, “AS Group İnvestment” şirkəti əsasən hansı sahələrdə fəaliyyət göstərir?

- Əsası 2003-cü ildə qoyulan “AS Group İnvestment” şirkəti artıq 10 ildir ki, Azərbaycanın tikinti sənayesi sektorunda çalışır. Fəaliyyətinə beton və beton məhsullarının istehsalı ilə başlayan şirkət qısa müddətdə istehsalat sahəsini genişləndirərək istehsal etdiyi məhsulların cərgəsinə armokarkas və dəmir-beton məhsullarını əlavə etmişdir. Bu qurum güclü texniki-material baza yaratmış, tezliklə tikinti şirkəti kimi fəaliyyətə başlamış və bir sıra dövlət və kommersiya layihələrini uğurla tamamlayaraq ölkənin aparıcı tikinti müəssisələrindən birinə çevrilmişdir.

2013-cü ildə “AS Group İnvestment” “AS İnşaat”, “AS Tikinti”, “AS Georgia” və “AS Stroy” şirkətlərini tərkibində birləşdirib developer şirkətinə çevrilmişdir. Şirkətin hazırkı fəaliyyəti isə tikinti materiallarının istehsalından başlayaraq tikinti obyektinin tam hazır vəziyyətdə təhvil verilməsinə qədər prosesi əhatə edir.

-Bu müddət ərzində respublikada və ya xaricdə həyata keçirdiyiniz layihələrlə bağlı məlumat verməyiniz yaxşı olardı...

-Şirkət bütün Qafqaz regionunda bir sıra əhəmiyyətli layihələr həyata keçirərək tikinti işlərinin aparılmasında ən qabaqcıl texnologiya və mükəmməl təcrübəyə malikdir.

Artıq tamamlanmış layihələrə qaçqın və məcburi köçkünlər üçün nəzərdə tutulmuş bir sıra yaşayış məhəllələrini, Dövlət Gömrük Komitəsinin inzibati binasını, Hövsan qəsəbəsində Olimpiya İdman Kompleksini, Sumqayıt şəhərində alüminium zavodunun elektroliz emalatxanasını, Bakıda Səməd Vurğun küçəsində yeraltı keçidi, Yevlax şəhərində Dəri emalı zavodunu və digər dövlət və kommersiya layihələrinin icrasını misal göstərmək olar.

Hazırda “AS Group İnvestment” “BESIX Group” ilə birgə Azərbaycan Respublikası Dövlət Neft Fondunun binasının tikintisini həyata keçirir. Bununla yanaşı, şirkətimiz Azərbaycan Milli Bankının inşasını reallaşdırmaq üçün elan olunan tenderdə iştirak edir.

-Ölkədə inşaat işləri aparan şirkətlər az deyil. “AS Group İnvestment” onlardan hansı keyfiyyətlərinə görə seçilir?

-Təbii ki, ilk növbədə peşəkar işçi heyəti və görülən işə məsuliyyətli münasibəti ilə. Şirkətimiz ən qabaqcıl texnologiyadan istifadə, həmçinin iddialı məqsədləri ilə sənaye sektorunda böyük etibar qazanmışdır.

- Şirkətin kadr potensialı və mütəxəssis hazırlığı sizi qane edirmi?

-Kollektivimizdə yüksək ixtisaslı mütəxəssislər çalışırlar.

Təsadüfi deyildir ki, tikinti prosesində istifadə olunan inşaat materiallarının istehsalından tutmuş iri layihələrin təhvil verilməsinədək bütün proseslər kadrlarımız tərəfindən uğurla idarə olunur və həyata keçirilir.

- İnşaat işlərində hansı nou-xau və ya qabaqcıl texnologiyalar tətbiq olunur?

- Şirkətimiz tərəfindən həyata keçirilən layihələrin inşasında ən son tikinti texnologiyalarından olan tunel qəlibdən istifadə edilir. Yüksək keyfiyyətli tikinti materialı hesab olunan tunel qəlib 9 bal gücündə zəlzələyə davamlıdır, eyni zamanda, tikintinin sürətlə həyata keçirilməsini təmin edir. Bundan əlavə, binaların tikintisində səs, termo və hidroizolyasiya sistemlərindən istifadə olunur ki, bu da mənzillərdə enerjiyə 30 faizədək qənaət etməyə imkan verir.

- Bir sıra xarici ölkələrdə bina tikintisində alternativ enerji mənbələrindən istifadəyə geniş yer verilir. Şirkətin mühəndis və memarları bu istiqamətdə hansı işləri görürlər?

-Azərbaycanda həyata keçiriləcək “Hövsan” layihəsində ekoloji təmiz nəqliyyat vasitəsinin istifadəsi nəzərdə tutulmuşdur. Aparılan araşdırmalardan məlum olmuşdur ki, Hövsan ərazisində həm günəş, həm də külək enerjisindən istifadə üçün əlverişli şərait vardır.

- “AS Group İnvestment” şirkəti “yaşıl bina” prinsipi ilə tikilən binaların layihəsi ilə məşğul olurmu?

- Şübhəsiz, binaların layihələndirilməsində “Yaşıl bina” prinsipi nəzərə alınır və bu da enerji şirkətlərindən asılılığın müəyyən qədər azaldılması, insanların sağlamlığı, ətraf mühitin qorunması anlamına gəlir. Diqqət yetirilən digər məsələlərdən biri də binaların şimal-cənub istiqamətlərində yerləşdirilməsi, istilik itkisinə yol verilməməsi üçün binaların xaricdən izolyasiya edilməsidir.

- Sizcə, tikintidə xarici, yoxsa yerli materiallardan istifadə etmək məqsədəuyğundur?

- Tikintidə əsasən şirkətimiz tərəfindən istehsal olunan inşaat materiallarından istifadə olunur, mobilizasiya və sənayeləşmə işləri aparılır. Ehtiyac olduğu təqdirdə istər yerli, istərsə də Türkiyə və ya Avropa istehsalı olan tikinti materiallarından istifadə edilir. Hər bir halda tikinti üçün ən yüksək keyfiyyətli materiallara müraciət olunur.

- Bəzən mühüm obyektlərin layihəsi və onun icrası xarici şirkət və mütəxəssislərə həvalə olunur. Halbuki respublikamızda tanınmış, istedadlı memarlar az deyil…

- Bu fikirlə tamamilə razıyam. Yerli mütəxəssislərin istedadı və peşəkarlığı heç də xarici kadrlardan geri qalmır. İstər xaricdə, istərsə də Azərbaycanda həyata keçirdiyimiz layihələrdə memar heyətini əsasən yerli kadrlardan ibarət komanda təşkil edir.

- Sizcə, regionlarda şəhərsalma zamanı əsas diqqət hansı məsələlərə yönəlməlidir?

- Regionlarda şəhərsalma zamanı insanların rahatlığını və təhlükəsizliyini təmin etmək üçün bütün zəruri amillərə diqqət yetirilməlidir. Layihələndirmə zamanı ilk növbədə əhalinin sıxlığı, sakinlərin təminat məsələləri, infrastruktur, nəqliyyat, işıq, qaz, su, kanalizasiya sistemləri, ətraf mühit və s. mütləq qaydada nəzərə alınmalıdır. 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan “yaşıl dəhliz” layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub VİDEO

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər VİDEO

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir

Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO

Növbəti rəqəmsal SAT imtahanı keçirilib

Kamila Vaden: Ərazilərin minalardan təmizlənməsinə şahidlik etmək bizi çox sevindirir VİDEO

 Bəzi yerlərdə intensiv yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanında 189 nəfər müvəffəqiyyət qazanıb

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Dialoq Forumunun gündəliyindəki məsələlər Azərbaycanın yeni çağırışların qarşısının alınmasına hərtərəfli töhfəsindən xəbər verir - ŞƏRH

Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub

Ekspert: Elektrik və qazpaylayıcı şəbəkələrdə yeni tənzimləmələr xərclərin optimallaşdırılmasına təsirini göstərəcək

DİN: Keyfiyyətsiz yuyucu vasitələr hazırlayan gizli sex aşkarlanıb VİDEO

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun ilk qalibləri mükafatlandırılıblar

Avropa Komissiyası fermerlərə yardımı davam etdirəcək

Mingəçevirdə Ümummilli Liderə həsr olunan respublika elmi konfransı keçirilib

Tramp seçkiqabağı sorğularda Baydendən 10 faiz önə çıxıb

Təhsil proqramının məzmunu dəyişdirilmədən ixtisasın adı dəyişdirilə bilərmi?

Gənc bioloqlardan “Biz irəlidəyik” adlı ekoloji aksiya təşəbbüsü

HƏMAS nümayəndələri atəşkəs danışıqları üçün Qahirəyə gedib

BMT-nin Baş katibi: Ekoloji böhran jurnalistlərin ən prioritet sahəsi olmalıdır

Yeni ixtisasların açılmasına dair ümumi tələblər müəyyən edilib

Rusiyalı ekspert: Azərbaycanın böyük yaşıl enerji potensialı var – MÜSAHİBƏ

“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

FIFA futbolda inqilabi dəyişikliyə hazırlaşır

“Yeni təhsil proqramlarının açılması Qaydaları” təsdiq edilib

ABŞ-da aprel ayında işsizlik səviyyəsi 3,9 faizə yüksəlib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Ekspertlər: Stresə qalib gəlməyin pulsuz və sadə üsulu tapılıb

Azərbaycanın qrup hərəkətləri komandası Avropa Kubokunda bürünc medal qazanıb

Ötən müddətdə “Könüllü DOST” proqramına 4,8 min nəfərdən çox şəxs cəlb edilib

Xarici səyyahlar Cəbrayılda minatəmizləmə əməliyyatları barədə məlumatlandırılıb VİDEO

Nigeriyada kəndlərə hücum edən silahlılar 25 nəfəri öldürüb

Norveçli səyyah: Qarabağ və Şərqi Zəngəzur gözəl təbiətə malikdir

Bakıdakı Rus evində “Rus dilinin elçiləri” maarifləndirici tədbirlər keçiriləcək

Faktiki hava: Bəzi yerlərə arabir yağış, Şahdağa isə qar yağıb

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Boeing” kosmosa ilk astronavtlarını göndərir

“Samsung” kompaniyası İsrail bazarını tərk edir

Futzal üzrə Azərbaycan Tələbə Liqasına yekun vurulub, qaliblər mükafatlandırılıb

Səttar Bəhlulzadənin 115 illiyi ilə əlaqədar uşaqlar arasında rəsm sərgisi başa çatıb

Avropa Cüdo Birliyinin rəsmisi: Azərbaycan dünyada böyük yarışlara ev sahibliyi etməklə məşhurdur

“Circus Sea Breeze” arenasında beynəlxalq sirk proqramı təqdim ediləcək

Fernando Lottenberq: Azərbaycanda antisemitizmin baş verməməsi tolerantlığın parlaq nümunələrindəndir

Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində

“ANİMAFİLM festivalı regionlarda” layihəsi davam edir

Rəhman Hacıyev: “Qarabağın rəngləri” layihəsi Qarabağın yalnız mədəni dirçəlişinə deyil, həm də fiziki olaraq bərpasına töhfə verir

DİN: Ötən gün 33,8 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

Blinken: Vaşinqton HƏMAS-dan müsbət cavab gözləyir