QAFQAZ UNİVERSİTETİNDƏ GÖRÜŞ
AZƏRTAC xəbər verir ki, Qafqaz Universitetində 2004-2005-ci tədris ilində bu ali məktəbə yüksək ballarla qəbul olmuş, Prezident təqaüdünə layiq görülmüş tələbələrlə görüş keçirilmişdir.
Universitetin rektoru, professor Erol Oral görüşdə cıxış edərək Azərbaycanda təhsilin inkişafında görkəmli dövlət xadimi Heydər Əliyevin müstəsna xidmətlərindən danışmış, ulu öndərin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişdir.
Rektor, eyni zamanda, rəhbərlik etdiyi ali məktəbə yüksək ballarla qəbul olmuş, Prezident təqaüdünə layiq görülmüş tələbələri təbrik etmiş, onlara təhsildə yeni nailiyyətlər arzulamışdır.
Tədbirdə Prezident təqaüdünə layiq görülmüş tələbələrə hədiyyələr verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]