ELM VƏ TƏHSİL
Qafqazşünasların III Beynəlxalq Forumu keçiriləcək
Bakı, 1 fevral, AZƏRTAC
İyun ayında AMEA-nın Qafqazşünaslıq İnstitutunun təşkilatçılığı ilə Qafqazşünasların III Beynəlxalq Forumu keçiriləcək.
Bu barədə AZƏRTAC-a Qafqazşünaslıq İnstitutundan məlumat verilib.
Forum “Vətən müharibəsi və Qafqazda yeni reallıqlar”, “Qafqaz regionunda ictimai-siyasi proseslər”, “Qafqazda münaqişələr”, “Böyük və qonşu dövlətlərin Qafqaz siyasəti”, “Qafqaz dövlətləri çoxtərəfli əməkdaşlıq sistemində”, “Qafqazda sivilizasiyaların və mədəniyyətlərin qarşılıqlı əlaqəsi” bölmələrini əhatə edəcək.
Məruzələr aprelin 10-dək qəbul olunur. Forumun bölmələrinə aid olmayan və lazımi qaydada tərtib edilməyən məruzələr baxılmadan geri qaytarılacaq.
Forum AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçiriləcək. Forumun dəqiq tarixi haqqında əlavə məlumat veriləcək.