ELM VƏ TƏHSİL
Qafqazşünaslıq İnstitutunda Elmi şuranın növbəti iclası keçirilib
Bakı, 23 iyun, AZƏRTAC
AMEA-nın Qafqazşünaslıq İnstitutunda Elmi şuranın videoformatda növbəti iclası keçirilib.
Bu barədə AZƏRTAC-a Qafqazşünaslıq İnstitutundan məlumat verilib. Bildirilib ki, iclasda elmi müəssisənin direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı gündəlikdəki məsələlər haqqında danışıb. İnstitutun 2021-ci ilin I yarısı üçün elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat dinlənilib. Ötən illə müqayisədə əməkdaşların xarici ölkələrdə, o cümlədən impakt faktorlu jurnallarda çap edilən məqalələrinin sayının artdığı qeyd olunub.
Azərbaycanla yanaşı Rusiya, Ukrayna, Gürcüstan və İran alimlərinin məqalələrinin də yer aldığı “Qafqazşünaslıq” elmi-nəzəri jurnalının növbəti sayı çapa tövsiyə edilib.
İclasda həmçinin cari məsələlərə baxılıb, müzakirələr aparılıb.