DÜNYA
Qahirə Universitetinin yaxınlığında üçüncü partlayış olmuşdur
Qahirə, 2 aprel (AZƏRTAC). Bu gün Misir paytaxtında, Qahirə Universitetinin mühəndislik fakültəsinin binası yaxınlığında üçüncü partlayış olmuşdur.
Misir DİN-in məlumatına görə, üçüncü partlayış qurğusu universiteti mühafizə edən polis nümayəndələrinin dayandığı yerdə ağacın təpəsinə qoyulmuşdur. Bildirilir ki, üçüncü partlayış nəticəsində həlak olan yoxdur.
Bundan saat yarım əvvəl elə həmin yerdə, Qahirə Universitetinin mühəndislik fakültəsinin bilavasitə - Ən-Nəhda meydanının yaxınlığında iki terror aktı törədilmişdir. Nəticədə Qərbi Cizə polisinin araşdırmalar şöbəsinin rəisi Tarik əl-Mərcavi həlak olmuş, dörd polis əməkdaşı yaralanmışdır.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [14:56]
2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub
- 07.05.2024 [14:50]
Paşinyan AİB sammitində iştirak etmək üçün Moskvaya gedəcək
- 07.05.2024 [14:48]
Qırx milyon filippinlinin içməli suya çıxışı yoxdur
- 07.05.2024 [14:14]
Türkiyənin ikinci astronavtı gələn ay kosmosa yola salınacaq
- 07.05.2024 [14:02]
Vladimir Putin and içib və Rusiya Prezidenti vəzifəsinin icrasına başlayıb
- 07.05.2024 [13:57]
Paşinyan Azərbaycanla sərhədin delimitasiyasını dayandırmayacağını bildirib
- 07.05.2024 [13:40]
Türkiyə bu gündən genişmiqyaslı hərbi dəniz təlimlərinə başlayır
- 07.05.2024 [13:03]