Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qalib Sərkərdə qətiyyəti - ŞƏRH

Qalib Sərkərdə qətiyyəti -  ŞƏRH

Bakı, 22 sentyabr, AZƏRTAC

İki əsr əvvəl iki yerə bölünərək şimal hissəsi işğal olunan, keçən əsrin əvvəllərində isə dövlətçiliyini bərpa edən və yenidən itirən Azərbaycan 70 ildən sonra taleyin hökmü ilə müstəqilliyinə qovuşdu. Elə bəla da onda idi ki, xalqımızın yaxınlaşan istiqlalını boğmaq istəyən qüvvələr “Dağlıq Qarabağ” adlı uzunsürən oyuna başladılar. Tarixi Azərbaycan torpaqlarında yaradılmış oyuncaq Ermənistan əzəli vilayətimiz olan, etnik ermənilərin köçürülüb məskunlaşdırıldığı Qarabağa sahiblənmək üçün illərdən bəri davam edən iddialarını hərbi təcavüz səviyyəsinə qaldırdılar. Beləliklə, müstəqilliyin ilk addımında lazımi ordusu, milli birliyi, kənar dəstəyi olmayan Azərbaycan ozamankı bacarıqsız və xəyanətkar rəhbərlərin naşı siyasəti nəticəsində düşmən qüvvələrin səlib yürüşü qarşısında tənha qalaraq Qarabağı erməni millətçilərinə təslim etməli oldu.

Dünya, onu idarə edən xristian dairələri bu ədalətsizliyə - tarixi ərazilərimizin 20 faizinin işğal edilməsinə, 1 milyon dinc insanın Qərbi Azərbaycandan və Qarabağdan vəhşicəsinə qovulmasına açıq-aşkar göz yumdu. Türk-müsəlman xalqlarını son nəfərinədək qırmağa hazır olan erməni toplumunun dövlət siyasətinə çevrilmiş bu misilsiz basqısı 30 il müxtəlif üsullarla himayə edildi və yaşadıldı.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, professor Rəşad Mahmudovun “Qalib Sərkərdə qətiyyəti” sərlövhəli məqaləsində yer alıb.

Yazıda bildirilib ki, dünyaşöhrətli siyasi xadim və dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin varlığı və xalqı bu bəladan xilas etmək üçün böyük siyasətə qayıdışı düşmən qüvvələrin planlarını pozdu. Xalqın tələbi və fəlakət qarşısında dirənişi ilə hakimiyyətə gətirilən Ulu Öndər, ilk növbədə, Azərbaycanın itirilməkdə olan müstəqilliyini qorudu, ərazilərimizin geri qaytarılması yolunda zəruri əsaslar yaradılması üçün bütün qüvvələri və imkanları müqəddəs mübarizəyə səfərbər etdi.

Prezident Heydər Əliyev çox böyük ustalıqla ordu quruculuğu prosesinə başlamaqla ölkəmizin gələcək hədəflərini müəyyənləşdirdi. İqtisadi müstəqilliyin təmin edilməsi müdafiə qüdrətinin də möhkəmlənməsinə imkan yaratdı. Müstəqil dövlət quran, güclü ordu yaradan və özündən sonra xalqı uğurlara doğru aparacaq davamçısını yetişdirən Ulu Öndər əbədiyyətə qovuşsa da, onun mübarizəsi daha qətiyyətlə və iri planda davam etdirildi. Bu mübarizənin komandanı Prezident İlham Əliyev oldu. Ümummilli Lider yaxşı bilirdi ki, xalqın taleyini yalnız İlham Əliyev dəyişə, tamamlaya bilmədiyi mütərəqqi işləri o, həyata keçirə bilər. Böyük Heydər Əliyevin bu inamı və uzaqgörənliyi sonrakı 20 ildə özünü tam şəkildə doğrultdu.

Vurğulanıb ki, Qarabağ problemini Ulu Öndərin istədiyi kimi sülh yolu ilə həll etmək niyyətini səmimi şəkildə ortaya qoymaqla, əslində, Prezident İlham Əliyev də Ermənistana tarixi şans vermiş oldu. Qarabağ məsələsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını danışıqlar masasında qətiyyətlə bildirən Prezident İlham Əliyev qəti surətdə bəyan etdi: “Bir qarış torpaq güzəşti belə müzakirə mövzusu ola bilməz!”.

Beləliklə, bir neçə gündən sonra üçüncü ili tamam olacaq, şərəf və qəhrəmanlıq tariximizə çevrilmiş, qəlbimizə, yaddaşımıza 44 günlük Zəfər yürüşünün başlanğıcı kimi yazılmış 27 sentyabrda müqəddəs Qarabağ savaşına start verildi. İşğal altındakı torpaqlarımızın Ali Baş Komandanın rəhbərliyi ilə azad edilməsi üçün başlayan Vətən müharibəsi Ermənistanın rüsvayçı kapitulyasiyası və rəzil məğlubiyyəti ilə nəticələndi. Dünya Müzəffər Komandan, müdrik siyasi Lider İlham Əliyevin zəkasına və qətiyyətinə, hərbi sərkərdəliyinə heyran qaldı.

Vətəni İlham Əliyev kimi sevmək, qorumaq kimi unikal dəyərlər çağdaş dünyada yeni bir örnəyə çevrildi. Ölkənin milli maraqlarını mükəmməl Lider kimi təmin edən Müzəffər Ali Baş Komandan Azərbaycan üçün Zəfər tarixi, həmçinin qəhrəmanlıq epopeyasını yazdı, tarixdə itirilmiş torpaqları geri qaytaran ilk rəhbər şərəfi qazandı.

Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın milli həmrəylik, birlik rəmzi olan “Dəmir yumruğ”un zərbəsi altında pərən-pərən olan düşmənə Azərbaycan növbəti şans verdi. Lakin xislətinə uyğun olaraq erməni millətçiləri verilən şansa tarixi torpaqlarımızda separatçı rejimin seçki tamaşası, ərazilərimizin minalanması və qanunsuz hərbi birləşmələri ilə mövqelərimizi davamlı olaraq atəşə tutması ilə cavab verdi. Belə olan təqdirdə mövcud vəziyyət onu diktə etdi ki, Azərbaycan özünün suveren hüquqlarının müdafiəsinə qalxsın.

Qütblərə bölünmüş dünyanın xristian qanadını təmsil edən, erməni sevgisini açıq şəkildə ifadə edən qüvvələrin beynəlxalq hüquqa sayğısızlıq göstərərək Ermənistanı müdafiə etdiyi bir vaxtda, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Qarabağ bölgəsində lokal antiterror əməliyyatına başladı. Ölkəmizin düşmənlərinin “boz” görmək istədiyi “zona”dakı separatçı qanunsuz birləşmə təxminən, 24 saata darmadağın edilərək ağ bayraq qaldırmağa məcbur oldu. Beləliklə, Prezident İlham Əliyevin qətiyyəti və əzmi ilə başlanan lokal antiterror tədbiri Azərbaycanın ərazi bütövlüyünün tam bərpası ilə nəticələndi.

Uzunsürən, Şərin Xeyir üzərinə qaldırıldığı nağıl ədalət təntənəsi ilə sona çatdı. Torpaqlarımızda bizimlə hədə dilində danışan qanunsuz birləşmə diz çökdürüldü. Separatçı oyuncaq Xankəndi rejimi təslim olduğunu etiraf etmək üçün iki gün əvvəl imtina etdiyi görüşün ünvanına - Yevlaxa ağ bayraqla gətirildi. Prezident İlham Əliyevin qətiyyəti, dürüst siyasəti qarşısında bu bədnam rejimin beynəlxalq himayədarları susmaqla kifayətləndilər.

Qalib sərkərdə xalqa müraciət etdi, onu bu tarixi Qələbə ilə bağlı müjdələdi. Gələcək hədəflərlə bağlı öz xalqını məlumatlandıran Lider onu Qarabağdakı 35 illik hərbi-siyasi girovluqdan xilas edilən dinc erməni əhalisinin yaşadığı ölkəyə yenidən bağlanmasına kömək etməyə çağırdı.

Liderin öz xalqına yaşatdığı xoşbəxtlik bax, budur. Bu, həm də Ümummilli Lider Heydər Əliyevin bizə ən böyük əmanəti olan müstəqil Azərbaycanın Qarabağda pozulmuş suverenliyinin bərpası oldu.

Türk milli qurtuluş hərəkatının lideri böyük Atatürkün dövlətin ərazi bütövlüyünün təmini üçün göstərdiyi hərbi və siyasi qətiyyət Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən 100 il sonra bir daha türk gücü olaraq ortaya qoyuldu.

Qarabağ Azərbaycanın idi, Azərbaycanın da oldu.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BDU əməkdaşlarının üç layihəsi Azərbaycan Elm Fondunun əsas qrant müsabiqəsinin qalibi olub

Rumıniyada hökumət böhranı: Növbəti siyasi addımlar müzakirə olunur

Xəzər rayonunda 36 kiloqram narkotik vasitə aşkarlanıb

Seymur Fətəliyev: Azərbaycan irsi haqqında nəşrlərin ispan dilində hazırlanması böyük əhəmiyyət daşıyır

Türkiyədə 216 muzey və qoruq rəqəmsallaşdırılır

Vaqif Sadıqov: Ayxan Abbasov tək bu günü düşünmür, həm də gələcəyin komandasını qurur

Baş katib: TDT-yə üzv dövlətlərin müdafiə sənayesi sahəsində əməkdaşlıq etməsi xüsusi əhəmiyyət daşıyır

Analitiklər: Razılaşma olmasa, neftin qiyməti yüksək həddə qalacaq

Elman Abdullayev: “Azərbaycan irsi UNESCO siyahılarında” kitabı bələdçi rolunu oynayır.

Tbilisidə Orta Dəhlizlə bağlı müzakirələr aparılır

“Reuters”: Efiopiyanın paytaxtında partlayış səsləri eşidilib

Azərbaycanın müharibədən sonra geosiyasət quruculuğu - TƏHLİL

Nazir: Məqsədimiz regional ticarət dövriyyəsini 20 milyard dollara çatdırmaqdır

Gəncənin əsrlərə şahidlik edən Xan bağı VİDEO

Gəncənin əsrlərə şahidlik edən Xan bağı VİDEO

Ahıllar və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər arasında futbol matçı keçirilib

Dövlət Komitəsinin sədri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyəcək

Yunanıstan mediası: Azərbaycanla enerji əməkdaşlığının genişləndirilməsi diqqət mərkəzindədir

Agentlik: Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində hazırda 210 nəfər yaşayır

Naxçıvanda 142 ümumtəhsil məktəbində 179 məktəbəhazırlıq qrupu fəaliyyətə başlayıb - FOTOLAR

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 5 medal qazanıblar

Səfəvilərdən bu günə: Ağbil türbələri VİDEO

Səfəvilərdən bu günə: Ağbil türbələri VİDEO

“TEXNOFEST” festivalında məsafədən minatəmizləmə üzrə yerli sistemlər və robotlar təqdim edilib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 1 oktyabr

Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu keçirilir YENİLƏNİB 2

İdman tarixində bu gün: Pele futbolçu karyerasını başa vurub

Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi bu gündən fəaliyyətə başlayıb

Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək

Sabiq nazir: Cənubi Qafqazın üç ölkəsi rəqabətqabiliyyətli sahələri müəyyənləşdirməlidir

ADEX Azərbaycanın müdafiə sənayesinin imkanlarını nümayiş etdirən strateji platformadır ŞƏRH

“Azərbaycan irsi UNESCO siyahılarında” – yeni nəşr

® Azərbaycan ilə Mərkəzi Baltik regionu arasında iqtisadi əməkdaşlığın yeni istiqamətləri “AZEXIM FORUM”da müzakirə olunub

Misirdə Roma dövrünə aid piramida formalı sərdabə tapılıb

Mərkəzi Elmi Kitabxanada Mustafa Şabanovun kitabları təqdim edilib

Baş Prokurorluq Kürdəmirdə baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırmanın aparıldığını açıqlayıb – YENİLƏNİB 3 VİDEO

Baş Prokurorluq Kürdəmirdə baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırmanın aparıldığını açıqlayıb – YENİLƏNİB 3 VİDEO

Fərid Şəfiyev: Orta Dəhlizlə yanaşı, digər yeni bağlantıların formalaşması regionun tranzit əhəmiyyətini artırır

Fransada mer mübahisəli nikah qərarına görə 7500 avro cərimələnə bilər

Hattap Soysal: Müasir avadanlıq tələbələrimizin praktiki biliklərini artırır VİDEO

Hattap Soysal: Müasir avadanlıq tələbələrimizin praktiki biliklərini artırır VİDEO

İsveçrədə quraqlıq nəticəsində Qədim Roma dövrünə aid xarabalıqlar üzə çıxıb

İcbari Sığorta Bürosu: VÖEN məlumatlarının əldə edilməsi üzrə bəzi xidmətlər müvəqqəti əlçatmaz ola bilər

Mehmet Tülek: Gələcəkdə baytarlıq cərrahiyyəsi sahəsində ixtisaslaşmaq istəyirəm VİDEO

Mehmet Tülek: Gələcəkdə baytarlıq cərrahiyyəsi sahəsində ixtisaslaşmaq istəyirəm VİDEO

Sədaqət Qəhrəmanova: Qadınların rəqəmsal mühitdə imkanlarının genişləndirilməsi vacibdir

Azərbaycan klubu amerikalı basketbolçunu heyətinə qatıb

Ötən gün 56 cinayətin açılması təmin olunub

Şərurun bəzi kəndlərində elektrik enerjisinin verilişi dayandırılacaq

Neft Fondu “Brookfield” ilə investisiya imkanlarının araşdırılması üzrə strateji tərəfdaşlığa başlayır

Prezident: Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk

Xəzər Universitetinin tələbəsi: Heyvanlara marağım baytarlıq ixtisasını seçməyim üçün əsas amil oldu VİDEO

Xəzər Universitetinin tələbəsi: Heyvanlara marağım baytarlıq ixtisasını seçməyim üçün əsas amil oldu VİDEO

Fərhad Məmmədov: Geosiyasi güc mərkəzləri artıq bir-biri ilə toqquşur

Türk mütəxəssis: Azərbaycan bizim vətənimizdir, təcrübəmi buradakı voleybolçulara ötürmək istəyirəm - MÜSAHİBƏ

Gəncədə antisanitar şəraitdə dönər əti hazırlayan emal sexi aşkarlanıb

Mehmet Daniş: Etimad mühitinin yaradılmasında medianın məsuliyyəti ön plandadır

Səudiyyə Ərəbistanının vəliəhdi: Krallıq bütün təhdidlərə qətiyyətlə cavab verəcək

Dekan: Baytarlıq sahəsində əsas problem kadr çatışmazlığıdır VİDEO

Dekan: Baytarlıq sahəsində əsas problem kadr çatışmazlığıdır VİDEO

Sodyq Safoev: Mərkəzi Asiya regionu dünyada baş verən əsas proseslərin təsiri altındadır

Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə

Beynəlxalq axtarışda olan şəxs Polşada tutularaq Azərbaycana ekstradisiya edilib

Azərbaycan “SpaceXAI” ilə süni intellekt sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

“Turan Tovuz” – “Fənərbağça” oyununa 20 mindən çox bilet satılıb

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

“ADEX 2026” sərgisində AzTU-nun innovativ layihələri nümayiş olunur

Türk nümayəndə: Azərbaycanın qazandığı Zəfərin ölkəmizin müdafiə sənayesində yeni texnologiyaların inkişafına böyük töhfəsi olub

Xələf Xələfov: Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır

Kayrat Sarıbay: Media Forumu AQEM-in təşəbbüslərini daha geniş auditoriyaya çatdırmaq üçün əla imkandır

Rəqəmsal platformada insan resurslarının kompleks idarə olunması üçün intellektual sistem təqdim olunub

Türkiyə şirkətinin baş direktoru: “Havelsan” 400-dən çox simulyator növü istehsal edir

“Spotify” və “TikTok” Azərbaycanda vergi uçotuna alınıb

Haluk Görgün: Azərbaycanın müdafiə sənayesinin inkişaf səviyyəsi sərgidə çox yaxşı nümayiş etdirilir

Ekspert: Orta Dəhliz dövlətlə yanaşı, özəl sektora da gəlir gətirir

Türkiyənin Ali Təhsil Şurasının sədri Türkiyə–Azərbaycan Universitetində olub

Mikayıl Cabbarov: Biz üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetiririk VİDEO

Mikayıl Cabbarov: Biz üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetiririk VİDEO

Baş katib: Azərbaycan-AQEM əməkdaşlığı media sahəsində dialoqun inkişafına töhfə verir

® “Bank of Baku”da hüquqi şəxslərə özəl depozit – 11 faizədək gəlir!

Mikayıl Cabbarov: Biz öhdəlikləri real istehsala çevirməyə çalışırıq VİDEO

Mikayıl Cabbarov: Biz öhdəlikləri real istehsala çevirməyə çalışırıq VİDEO

Prezident: Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir

Azərbaycan Prezidenti: Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir

Fövqəladə Hallar Nazirliyi elektrikdoldurma qurğularının təhlükəsiz istismarı ilə bağlı əhaliyə müraciət edib

Prezident İlham Əliyev: AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir

Prezident: AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

AQEM Media Forumunun iştirakçılarına

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Bakıda üzgüçülük üzrə Dünya Kuboku start götürüb

Nazir: Rəqəmsallaşma və süni intellektin tətbiqi nəticəsində iqtisadi imkanların artdığını müşahidə edirik

Ümumi istifadədə olan avtomobil yollarında daha 3 elektron tərəzi quraşdırılıb

Azərbaycan nefti 119,26 dollara satılır VİDEO

Azərbaycan nefti 119,26 dollara satılır VİDEO

“AzerGold”un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteyni qəbul edir

Oktyabrın 1-i Beynəlxalq Ahıllar Günüdür

Frederik Star: Trans-Xəzər marşrutu regional əməkdaşlığın inkişafına töhfə verir

“Rumsfeld Fondu”nun icraçı direktoru: CAMCA regionu beynəlxalq birliyin mühüm hissəsidir VİDEO

“Rumsfeld Fondu”nun icraçı direktoru: CAMCA regionu beynəlxalq birliyin mühüm hissəsidir VİDEO

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi davam edir

“Birliyin Gücü-2026”: 3 500-dən çox hərbçi və 130 PUA təlimdə

Hərbi qulluqçularımız Gürcüstanda keçirilən dağçılıq təlimində iştirak ediblər

Emi Karlon: Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu VİDEO

Emi Karlon: Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu VİDEO

Masallıda ağır yol qəzası olub, iki nəfər ölüb VİDEO

Masallıda ağır yol qəzası olub, iki nəfər ölüb VİDEO

Bakıda CAMCA Regional Forumu işə başlayıb VİDEO

Bakıda CAMCA Regional Forumu işə başlayıb VİDEO

Azərbaycan qəhrəmanlarından bəhs edən kitab Belarus muzeyinə təqdim olunub