QANUNSUZ TİKİLİLƏR SÖKÜLÜR
Nərimanov rayonunda genişmiqyaslı abadlıq, yenidənqurma işləri davam etdirilir, buradakı dövlət əhəmiyyətli strateji obyektlərin mühafizə zolağindakı müxtəlif təyinatlı tikililər və müvəqqəti qurğular sökülür.
AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyəti başçısının müvafiq sərəncamı ilə Heydər Əliyev prospektindəki dövlət əhəmiyyətli körpunun mühafizə zolağında yerləşən qarajların sökülməsinə başlanmışdır.
Hazırda həmin ərazidə təmizlik və abadlıq işləri aparılır.