Qanunsuz yolla əldə edilmiş meşə materialı aşkarlanıb
Bakı, 20 avqust, AZƏRTAC
Qanunsuz meşə materiallarının axşam saatlarında “Mercedes-Benz” markalı avtomobillə Bakıya daşınması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan məlumat əsasında nəzarət tədbirləri keçirilib.
Xidmət rəsmisi Vaqif Cavadov AZƏRTAC-a bildirib ki, keçirilən nəzarət tədbirləri zamanı “Mercedes-Benz” markalı 99-SH-688 dövlət nömrə nişanlı avtomobildə meşə materialının daşındığına şübhələr yarandığından Yol Patrul Xidmətinin əməkdaşlarına məlumat verilib. Binəqədi rayonu ərazisində avtomobil saxlanılaraq yük yerinə baxış keçirilib. Baxış zamanı qanunsuz yolla əldə edilmiş 16 kubmetr həcmində işlik meşə materialı aşkarlanıb. Hazırda faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [18:26]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 16.06.2026 [14:54]
Sabah Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
- 16.06.2026 [12:54]
Sabah Bakıda 34, bəzi rayonlarda isə 35 dərəcəyədək isti olacaq
- 16.06.2026 [10:14]