İQTİSADİYYAT
“Qara Dəniz hövzəsi 2007-2013-cü illərdə: əldə olunmuş təcrübələr və perspektivlər” mövzusunda konfrans keçirilmişdir
Bakı, 12 dekabr (AZƏRTAC). İstanbulda Qara Dəniz hövzəsində Əməkdaşlıq Proqramı çərçivəsində “Qara Dəniz hövzəsi 2007-2013-cü illərdə: əldə olunmuş təcrübələr və perspektivlər” mövzusunda konfrans keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun əməkdaşı Aynurə İsmayılova da iştirak etmişdir.
Konfransda “Qara Dəniz hövzəsi 2007-2013-cü illər” Əməkdaşlıq Proqramı çərçivəsində 2007-2013-cü illərdə həyata keçirilmiş tədqiqat işlərinin nəticələri barədə məlumat verilmiş və Proqramın 2014-2020-ci illəri əhatə edəcək növbəti dövrü üzrə əməkdaşlıq imkanları, tədqiqat istiqamətləri və digər mövzular müzakirə edilmişdir.