Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Qara Dəniz Ticarət və İnkişaf Bankının təsis edilməsi haqqında” Sazişə düzəlişlərin təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq q ə r a r a a l ı r:

“Qara Dəniz Ticarət və İnkişaf Bankının təsis edilməsi haqqında” Sazişə Qara Dəniz Ticarət və İnkişaf Bankının Müdirlər Şurasının 2011-ci il 19 iyun tarixli 131 nömrəli Qətnaməsi ilə qəbul edilmiş düzəlişlər təsdiq edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 14 may 2013-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin