MƏDƏNİYYƏT
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin növbəti uğuru
Bakı, 9 iyul, AZƏRTAC
Stokholmda gənc ifaçıların beynəlxalq müsabiqəsi keçirilib. Ölkəmizi bu müsabiqədə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin 3-cü sinif şagirdi Münəvvər Əliyeva təmsil edib.
İdarədən AZƏRTAC-a bildirilib ki, dünyadan 32 musiqiçinin iştirak etdiyi müsabiqədə təmsilçimiz 2-ci yerə layiq görülüb və münsiflər tərəfindən çox yüksək rəylər alıb.
Qeyd edək ki, münsiflər heyətinin sədrləri ABŞ-ın konservatoriya professoru Tamara Poddubnaya və N.A.Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyasının professoru İvan Mixaylov olub.