Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Qara Qarayev güclü, iradəli, öz prinsiplərinə xəyanət etməyən, olduqca vicdanlı insan idi- MÜSAHİBƏ VİDEO

Qara Qarayev güclü, iradəli, öz prinsiplərinə xəyanət etməyən, olduqca vicdanlı insan idi-  MÜSAHİBƏ VİDEO

Bakı, 4 fevral, Abdulla Suvar, AZƏRTAC

Bakı şəhərinin mərkəzində, Nizami 49 ünvanında bir muzey fəaliyyət göstərir. Beş yaşlı muzey 105 yaşlı Qara Qarayevin irsini yaşatmaq və gələcək nəsillərə çatdırmaq üçün yaradılıb. Görkəmli bəstəkar, tanınmış alim-pedaqoq və ictimai xadim, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, akademik Qara Qarayev ailəsi ilə 30 ilə yaxın bu mənzildə yaşayıb və ilk əsərlərini də burada yazıb. İndi böyük bəstəkarın adını daşıyan həmin muzeyə onun qızı Züleyxa Qarayeva rəhbərlik edir. Qara Qarayevin ad günü ərəfəsində onunla ev-muzeyində görüşüb söhbət etdik.

-Züleyxa xanım, beş il bundan əvvəl görkəmli bəstəkarın 100 illiyi Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq ölkəmizdə geniş qeyd olundu, silsilə tədbirlər keçirildi. Eyni zamanda, Qara Qarayevin ev-muzeyi açıldı. Tanınmış bəstəkar gənclik, tələbəlik illərini bu evdə yaşayıb, ilk əsərlərini, o cümlədən “Yeddi gözəl” baletini burada yazıb. Qara Qarayevli günlərə qayıdanda ilk olaraq yadınıza nələr və hansı hadisələr düşür, nələri xatırlayırsınız?

-Mən əvvəlcə bəstəkar Qara Qarayevin 2018-ci ildə 100 illiyinin keçirilməsi haqqında Sərəncama, eləcə də ev-muzeyinin yaradılmasına görə möhtərəm Prezident İlham Əliyevə təşəkkür etmək istəyirəm.

İlk növbədə onu qeyd etmək lazımdır ki, paytaxtdakı Nizami 49 ünvanında yerləşən bu ev əsl ailə ocağı idi. 100 il bundan əvvəl babam Əbülfəz Qarayev gənc həyat yoldaşı Sona xanım Axundovanı bu evə gətirib. Burada onların övladları - atam Qara və əmim Mürsəl, sonradan onların nəvələri, nəticələri dünyaya gəliblər. Məhz bu səbəbdən ev-muzeyinin burada yaradılması tamamilə təbiidir.

-Unudulmaz bəstəkar Azərbaycan bəstəkarlıq məktəbində novator sənətkarlardandır. Bir-birindən uğurlu musiqi əsərləri, təqdimatlar, premyeralar, yaxın-uzaq ölkələrdə konsertlər, ictimai fəaliyyət - bütün bunlar, sözsüz ki, ailəyə ayrılan zamanı məhdudlaşdırırdı. Bütün bunların fonunda onun ailəsinə, övladlarına münasibəti və atanızla ünsiyyətinizi, münasibətlərinizi bilmək maraqlı olardı...

-Dolğun bəstəkarlıq həyatına, sovet ittifaqının ayrı-ayrı şəhərlərinə və xarici ölkələrə daimi ezamiyyətlərə baxmayaraq, o, bizim tərbiyəmizə və təhsilimizə çox diqqətlə yanaşırdı. Atam bizim ilk məsləhətçimiz və dostumuz idi və bu, sonradan gələcək peşəni seçməyimizdə özünü çox güclü şəkildə büruzə verdi. O, bu evdə 1918-1946-cı illərdə yaşayıb. Həmin dövrdə Bakı və Moskva konservatoriyalarında təhsil alıb, özünün Birinci və İkinci simfoniyalarını, 1946-cı ildə Dövlət mükafatına layiq görülən “Vətən” operasını (Cövdət Hacıyevlə birgə), eləcə də xeyli instrumental və vokal əsərlərini bəstələyib.

-Qara Qarayev mənsub olduğu nəsildə özünü musiqi sənətinə həsr etmiş ilk adamdır. Sizcə, onun uğurlarının əsasında nə dayanırdı?

-Gələcək bəstəkarın ilk musiqi müəllimi anası Sona xanım olub. Nənəm pianoda çox gözəl ifa edirdi və oğlunun qeyri-adi istedadını hiss edərək onun inkişafına hər cür yardım göstərib. Atamın musiqidə ilk uğurlu addımlarını atmasında da onun böyük rolu olub. Qara Qarayevin musiqi bacarığı çox erkən yaşda özünü göstərib. O, iki yaşında mahnılar ifa edirdi. Oğlunun bu istedadını görən Sona xanım təhsil almaq üçün onu musiqi məktəbinə qoyub.

- Dövrün ideologiyasına xidmət edənlər bəstəkarı Qərb burjuaziya musiqisinə meyilləndiyinə görə tənqid edirdilər. Əlbəttə ki, bunlar onun yaradıcılığına və səhhətinə təsirsiz ötüşmürdi...

-Qara Qarayev musiqidə novator idi. Məlumdur ki, novatorluq bir qayda olaraq mühafizəkarların və yeniliyi başa düşməyənlərin müqaviməti ilə üzləşir. Əlavə etmək istəyirəm ki, bu və digər əsərin yazılma texnikasını onun ideoloji məzmunu ilə eyniləşdirmək olmaz. Məsələn, “dodekafoniya - spesifik və məhdud musiqi-nəzəri termindir” (qeyd - Qara Qarayev), ideoloji və estetik baxışların əksi deyil. Yeni əsərlərin yazılması üçün müxtəlif texnikalardan istifadə etməklə yanaşı, milli hisslərə malik olmaq vacibdir.

-Q.Qarayev dahi bəstəkar Üzeyir bəydən dərs alandan sonra Azərbaycan musiqisinin sütununa çevrilən onlarla tələbə yetişdirdi. Onun dövrün yaradıcı adamları ilə münasibətləri necə idi?

-Üzeyir bəy Qara Qarayevin həyatında xüsusi yer tutub. O, həmişə deyirdi: “Üzeyir Hacıbəyli - bizim olan hər şeydir”. Məhz Üzeyir Hacıbəyli sayəsində musiqimiz dünyada tanınıb, sevilib. Onun sayəsində orkestrlər, musiqi teatrları, filarmoniya yaradılıb. Milli kadrların yetişdirilməsi üçün konservatoriyaya Moskva və Leninqraddan ən yaxşı musiqiçilər dəvət olunub. Bütün bu faktlar çox mühümdür, çünki özünü yaradıcılıqda nümayiş etdirmək üçün həqiqi və parlaq istedada məhz yaxşı təhsil kömək edir. Üzeyir Hacıbəylidən estafeti qəbul edən Qara Qarayev həyatının son günlərinədək konservatoriyada işlədi. İş həddən çox idi. O, həm Bəstəkarlar İttifaqında, həm konservatoriyada, həm ictimai həyatda çox mühüm vəzifələr yerinə yetirirdi. Yeni əsərlərin yazılmasına da böyük vaxt sərf edirdi. Buna görə də, ailədə işgüzar ab-hava hökm sürürdü və dostlarla əyləncəyə, söhbətlərə vaxt qalmırdı.

-Dünyaşöhrətli bəstəkar Qara Qarayevin əsərləri SSRİ-nin əksər şəhərlərində, ABŞ, Polşa, Misir, İspaniya, İtaliya, Paris, Yaponiya və Almaniyada keçirilən möhtəşəm musiqi tədbirlərində uğurla ifa olunub, səhnə həyatı tapıb. Ona nə vaxtsa xaricdə qalıb fəaliyyətini davam etdirmək təklifi edilmişdirmi?

-Əlbəttə ki, Qara Qarayev xarici ölkələrdə də çox işləyib və əcnəbi mütəxəssislərlə müştərək bir sıra əsərlər yaradıb. Bolqarıstanda “Tarix dərsi”, Almaniyada “Qoyya və ya idrakın çətin yolu” filmləri üzərində işlərini misal çəkə bilərəm. O, İspaniyada “Don Kixot” filminə musiqi yazıb və s.

Atam dünyanın əksər ölkələrində olsa da, həmişə Azərbaycana, çox sevdiyi doğma Bakıya qayıtmağa can atıb. Bu şəhərdə doğmaları və dostları ilə görüş onun üçün böyük hadisə və xoş ünsiyyət idi.

-Xalq rəssamı Tahir Salahovun çəkdiyi portretə baxanda atanızın xarakterli adam təsiri bağışlayır. Doğrudanmı belə idi, yoxsa?..

-Tamamilə doğrudur. Qara Qarayev güclü, iradəli, öz prinsiplərinə heç vaxt xəyanət etməyən, olduqca vicdanlı insan idi.

-Qara müəllim daha çox kimlərin məsləhətinə ehtiyac duyurdu?

-Qara Qarayev üçün yaradıcı məsələlərdə əsas məsləhətçi, müəllim və dost Dmitri Şostakoviç idi.

-Ömrünün son on ilini Moskvada yaşamaq atanız üçün çətin olmadı ki?

- Qara Qarayev Moskvada SSRİ Bəstəkarlar İttifaqının katibi, Bakıda isə Azərbaycan Bəstəkarlar İttifaqının sədri vəzifəsini icra edirdi. O, eyni zamanda, konservatoriyanın professoru idi, kompozisiya sinfini idarə edir, öz tələbələri ilə məşğul olurdu. Həm Moskvada, həm Bakıda o, eyni dərəcədə böyük nüfuz və hörmətə sahib idi.

- Siz və qardaşınızdan başqa dahi bəstəkarın yolunu nəsildə başqa kimlər davam etdirir?

-Qardaşım Fərəclə atamızın yolunu davam etdiririk. Fərəc Moskva Konservatoriyasının professorudur. Mən 20 ildən çox İstanbul Texniki Universiteti yanında Dövlət Konservatoriyasının nəzdində yerləşən məktəbdə işləmişəm, fortepiano şöbəsinə rəhbərlik etmişəm. 2018-ci ildə Qara Qarayevin ev-muzeyi açılanda müəllimlik fəaliyyətimi dayandırdım.

Əmim oğlu Cahangir Qarayev də musiqi yaradıcılığı ilə məşğul idi. O, çox gözəl pianoçu və bəstəkar idi. Təəssüflər olsun ki, o, həyatdan tez köçdü.

Üçüncü nəsildə öz musiqi istedadını Qara Qarayevin nəvələrindən biri - mənim oğlum Zülfüqar Bağırov davam etdirdi. O, Bostonda Berkli Musiqi Kollecinin, Nyu-York Universitetində kompozisiya və caz ifaçılığı sinfinin məzunudur. Zülfüqar universitetdə dərs deyir və müxtəlif konsertlərdə çıxış edir.

- Muzeydə ötən illər ərzində görkəmli bəstəkarın irsinin yaşadılması üçün hansı işlər görülüb?

-Hər şeydən əvvəl qeyd etmək xoşdur ki, muzeyin çoxsaylı ziyarətçiləri Qara Qarayevin həyat və yaradıcılığına böyük maraq göstərirlər. Muzeydə tanınmış musiqiçilərin, eləcə də yaradıcılıq yolunun başlanğıcında olan gənc ifaçıların iştirakı ilə tez-tez müxtəlif tədbirlər keçiririk.

Qara Qarayev güclü, iradəli, öz prinsiplərinə xəyanət etməyən, olduqca vicdanlı insan idi-  MÜSAHİBƏ VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı marafonu 2024” başa çatıb 

Sabunçuda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib