İDMAN
“Qarabağ” - “Sent-Etyen” oyununu şotlandiyalı hakimlər briqadası idarə edəcək
Bakı, 15 sentyabr (AZƏRTAC). Futbol üzrə UEFA Avropa Liqası yarışlarının qrup mərhələsində sentyabrın 18-də “Qarabağ” komandasının Fransanın “Sent-Etyen” kollektivinə qarşı keçirəcəyi oyunu Şotlandiyadan olan hakimlər idarə edəcək.
AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanın baş hakimi Steven McLean olacaqdır. Ona həmyerliləri Gavin Harris, Francis Connor və Alasdair Ross kömək edəcəklər. Brian Colvin və Andrev Dallas əlavə köməkçi hakim funksiyasını yerinə yetirəcəklər.
Matçın hakim-inspektoru Gylfi Thor Orrason (İslandiya) və UEFA nümayəndəsi isə Sergey İliç (Belarus) olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [16:00]
Elnur Məmmədli: Avropa çempionatındakı tarixi uğur hələ başlanğıcdır
- 08.05.2024 [15:44]
Tanınmış hakim Çempionlar Liqasının oyunundan sonra ağlayıb
- 08.05.2024 [14:22]
Olimpiya çempionu: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi böyük uğurdur
- 08.05.2024 [14:02]
“Araz-Naxçıvan”ın futzalçısı: 15 ildən sonra qazanılan kubok çox dəyərlidir
- 08.05.2024 [11:59]