İDMAN
“Qarabağ” komandası daha iki futbolçu ilə müqaviləni yeniləmişdir
Bakı, 14 may (AZƏRTAC). Ağdamın “Qarabağ” komandası müqaviləsi başa çatan futbolçularla sazişləri yeniləməkdə davam edir.
Klubdan AZƏRTAC-a bildirmişlər ki, daha əvvəl Vüqar Nadirov və Maksim Medvedevlə ikiillik yeni müqavilə imzalanmışdır. Artıq daha iki futbolçu ilə müqavilə yenilənmişdir. Fərhad Vəliyev və Namiq Yusifov da daha 2 il “Qarabağ”ın formasını geyinəcəklər.
Qeyd edək ki, F.Vəliyev 2007-ci ilin yayından “Qarabağ”ın uğurları üçün tər tökür. 33 yaşlı qolkiper yeni müqaviləyə əsasən 2015-ci ilədək “Qarabağ”da forma geyinəcəkdir. 27 yaşlı N.Yusifov isə 2008-ci ildən “Qarabağ”ın heyətində çıxış edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [17:50]
“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib
- 07.05.2024 [16:50]
Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq
- 07.05.2024 [16:48]
İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib
- 07.05.2024 [16:22]
“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub
- 07.05.2024 [16:14]
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
- 07.05.2024 [15:23]
Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
- 07.05.2024 [13:38]