“Qarabağ” macarıstanlı futbolçunu transfer edib
Bakı, 3 iyul, AZƏRTAC
2026/2027-ci illər mövsümünün transfer çalışmalarını davam etdirən “Qarabağ” növbəti futbolçu keçidini gerçəkləşdirib.
Klubdan AZƏRTAC-a bildirilib ki, Macarıstanın “ZTE” klubu ilə danışıqlar uğurla yekunlaşıb və Bense Varkonyi Ağdam təmsilçisinə transfer olunub.
Macarıstanlı mərkəz müdafiəçisi ilə 3 illik müqavilə imzalanıb. 24 yaşlı futbolçu 2029-cu ilin yayına qədər “köhlən atlar”ın formasını geyinəcək.
“MTK”nın yetirməsi olan Bense karyerası ərzində bu klubun əsas komandası, həmçinin “Kozarmisleni”də də çıxış edib. O, Macarıstanın U-21 komandasında forma geyinib.
Qeyd edək ki, Bense Varkonyi yay transfer pəncərəsində “Qarabağ”ın yeddinci transferidir. Daha əvvəl Jali Muaddib, Zakaria Savo, Samuel Lobato, Bruno Lanqa, Martin Zlomisliç və Renaldo Sefas “Qarabağ”a qoşulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.11.2026 [19:06]
Azərbaycan Peşəkar Boks Federasiyasının yeni baş katibi müəyyənləşib
- 16.11.2026 [18:34]
Nüfuzlu turnirdə avtomobil qazanan tennisçinin sürücülük vəsiqəsi yoxdur
- 16.11.2026 [16:30]
Argentinada başına top dəyən futbolçu vəfat edib
- 16.11.2026 [16:26]
Milli Paralimpiya Komitəsi beynəlxalq idman seminarında təmsil olunub
- 16.11.2026 [15:29]
Güləş İrsi və İcması Komitəsinin növbəti iclası olub
- 16.11.2026 [14:09]