Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qarabağ xalçaları - keçmişdən bu günə

Ağdam, 27 noyabr, AZƏRTAC

Respublikamızın dilbər guşələrindən olan Qarabağ füsunkar təbiəti, heyrətamiz musiqisi, qədim abidələri, nadir cins atları ilə yanaşı, həm də nəfis xalçaları ilə dünyada tanınır. Qədimliyi ilə seçilən bu xalçalar Azərbaycan dekorativ tətbiqi sənətinin nadir incilərindəndir.

Qarabağ xalçaçılığın inkişaf etdiyi ən qədim məkanlardandır. Təsadüfi deyil ki, Altayda Pazırıq kurqanlarından tapılmış və ən qədim xalça nümunəsi hesab edilən (2500 il əvvəl) “Pazırıq” xalçası da Qarabağda - qədim Bərdədə toxunub.

IX-XVI əsrlərdə yaşamış bir çox ərəb tarixçilərinə aid mənbələrdə Qarabağ xalçalarının nəfisliyindən, bu xalçaların Yaxın Şərq ölkələrində böyük şöhrət qazanmasından bəhs edilir.

Xammal ehtiyatının bolluğu bölgədə toxuculuğun geniş yayılmasına təkan verib

Sənət və mədəniyyət mərkəzi kimi məşhurlaşan Qarabağda daşişləmə, dulusçuluq, metalişləmə və sair ilə yanaşı, toxuculuq sənəti də özünəməxsus inkişaf yolu keçib. Bu sənət növünün meydana gəlməsi və inkişafı üçün zəruri şərtlərdən biri olan xammal ehtiyatının bolluğu bölgədə toxuculuğun geniş yayılmasına təkan verib. Ən qədim zamanlardan Qarabağ xalçalarının müxtəlif prosedurlardan keçərək ərsəyə gəlməsi, məişətdə istifadəsi qayğı, diqqət və məhəbbətlə müşayiət olunub. Maraqlı naxış elementləri və təsvirlərlə bəzədilən bu xovlu və xovsuz xalçalar müxtəlif təbəqədən olan insanlara məxsus dəyələrin, çadırların, alaçıqların, yaşayış evlərinin və sarayların divar bəzəklərində, döşənməsində istifadə edilib. Təsadüfi deyil ki, zövq və rahatlıq mənbəyi olan xalçaları Qarabağ bölgəsində var-dövlət göstəricilərindən biri hesab olunub.

Hələ X əsrdən başlayaraq yun və pambıq emalı ilə məşğul olan iri sənətkarlıq mərkəzi kimi tanınan Qarabağın həm dağlıq, həm də aran zonalarında xalçaçılıq sənəti özünəməxsus xüsusiyyətləri ilə fərqlənən inkişaf yolu keçib. Tarixi inkişaf prosesində Qarabağ xalçaçılıq məktəbi öz spesifikliyini qoruyub saxlayıb. Bu xalçaların bədii tərtibatında həndəsiləşdirilmiş nəbati naxışlar, rəmzi xarakterli rəsmlər, dekorativ və təsviri sənətin müxtəlif sahələrindən götürülmüş kompozisiyalar daxildir. Azərbaycanın milli ornamenti sayılan buta, həmçinin göl və xonçalar, müxtəlif heyvan (at, pələng, şir, maral, qartal və sair) təsvirləri, təbiət mənzərələri, ov səhnələri Qarabağ xalçalarında geniş istifadə olunub.

Qarabağ xalçalarının forması uzunsov, rəng-boyaq palitrası olduqca zəngindir. Bu palitra Qarabağ təbiətinin bütün rənglərinin ən zərif çalarlarını özündə əks etdirir. Burada al-qırmızı, palıdı, qızılı, sarı, çəhrayı, qırmızı rənglər daha çoxdur. Yerli qoyun növlərinin yununun xüsusiyyətlərinə görə Qarabağ xalçaları sıx hündür və yumşaq xova malikdir. Bu xalçaların ilmə hündürlüyü 6-10 millimetr, ilmə sıxlığı hər kvadratmetr sahədə 90 mindən 160 minədək olur. “Açma-yumma”, “Aran”, “Bağçadagüllər”, “Balıq”, “Buynuz”, “Bərdə”, “Bəhmənli”, “Qarabağ”, “Muğan, “Xanlıq”, “Çələbi”, “Şabalıdbuta” və sair çeşnili xalça kompozisiyaları Qarabağ xalçaçılıq məktəbinin klassik nümunələrindəndir.

XVIII əsrdən başlayaraq Şuşada klassik çeşnili xalçalarla yanaşı Rusiyadan, eləcə də Avropadan gətirilən məişət əşyalarından götürülmüş təsvirlərdən yeni çeşnilər hazırlanır, “Bağçadagüllər”, “Saxsıdagüllər”, “Bulud” kimi maraqlı kompozisiyalı xalçalar toxunurdu. Məhz bu dövrdən etibarən Şuşa şəhərində Qarabağ xalçaçılıq məktəbinin yeni inkişaf dövrü başlayır. Şuşa şəhərinin Qarabağ xanlığının paytaxtı olması, mədəniyyət və incəsənət mərkəzi kimi inkişaf etməsi, Qarabağın İran, Türkiyə, Ərəbistan, Hindistan və Rusiya ilə karvan ticarət yollarının qovuşuğunda yerləşməsi burada xalçaçılığın daim təkmilləşməsinə, bədii və texnoloji cəhətdən yüksək səviyyəyə çatmasına zəmin yaradıb.

Xalçaçılıq Qarabağın dağlıq hissəsi ilə yanaşı, xammalla daha yaxşı təmin olunan aran bölgəsində - Ağdam, Bərdə, Ağcabədi, Füzulidə də geniş inkişaf etmişdi.

Qarabağ xalçaçılıq ənənələrinin qorunub saxlanılmasında Ağdam xalça fabrikinin böyük rolu olub

Ötən əsrin ortalarına qədər xalça istehsalı fərdi şəkildə evlərdə həyata keçirilirdi. 1939-cu ildə isə bu nəfis sənətin daha çox inkişaf etdiyi Ağdamda xalça fabriki yaradıldı. Qarabağ xalçaçılıq məktəbi ənənələrinin qorunub saxlanmasında və inkişaf etdirilməsində fabrikin yaradılmasının böyük rolu olub.

Bir vaxtlar Ağdam xalça fabrikinin, hazırda isə 2 saylı peşə məktəbinin direktoru olan Aybəniz Cəfərova bildirib ki, Ağdam xalça fabrikinin fəaliyyəti 1980-ci ildən daha da genişlənib və Ağdam Xalçaçılıq İstehsalat Birliyi yaradılıb. Birliyin Bərdə, Xocalı, Şuşa, Baş Güney, Papravənd, Əlimədədli, Mərzilidə filialları, sexləri fəaliyyət göstərirdi. İstehsalat Birliyində ildə 3 min kvadratmetrə yaxın xalça toxunurdu. Xalçaların ən böyüyü 8 kvadratmetr, kiçikləri isə 1 kvadratmetr olurdu. İstehsal olunan xalçalar “Azərxalça” Elmi Yaradıcılıq İstehsalat Birliyinə təhvil verilirdi.

A.Cəfərovanın dediyinə görə, akademik Xudu Məmmədov tez-tez fabrikə gələr, gözəl çeşni eskizləri verərdi. “Uçan göyərçinlər” çeşnisinin eskizi də Xudu Məmmədova məxsusdur.

Qarabağın xalçaçılıq sənətinin qorunub saxlanıldığı və geniş yayıldığı kəndlərdən biri də Baş Güney kəndi idi. Baş Güney kəndindən məcburi köçkün Validə Abdullayevanın dediyinə görə, kənddəki evlərin əksəriyyətində xalça toxunurdu: “Toxuduğumuz xalçaların ipini özümüz hazırlayırdıq. Yun qırxılır, yuyulur, daranırdı. Sonra cəhrədə yunu əyirib ip edərdik. Yunu həm təbii yolla, həm də cövhərlə boyayırdıq. Müxtəlif rənglərin alınmasında təbii boyaq vasitəsi kimi soğan, fındıq və alma qabığı, boyaqotu, qoz ağacı, gəndalaş və sair kimi vasitələrdən istifadə edirdik. Zəy və duz isə aldığımız rənglərin boyama qabiliyyətini artırırdı. Payız, qış aylarında demək olar ki, bütün evlərdə hana qurulardı. Kəndimizdə Ağdam Xalçaçılıq İstehsalat Birliyinin filialı yaradıldıqdan sonra xalçaları dəzgahlarda toxumağa başladıq. Toxuduğumuz xalçaların çeşniləri də çoxaldı. Daha çox “Nəlbəki”, “Açma-yumma”, “Ağçiçək”, “Buta” və sair çeşnilərə üstünlük verirdik”.

Qarabağ xalçalarının toplanması, qorunması və öyrənilməsində 1987-ci ildə Azərbaycan Xalça Muzeyinin Şuşa filialı yaradılmasının əhəmiyyətini də qeyd etmək lazımdır. XVIII əsrin tarixi-memarlıq abidəsi sayılan general Səməd bəy Mehmandarovun mülkündə fəaliyyət göstərən muzeydə 200-dən çox xalça və xalça məmulatı, bədii tikmə, geyim, zərgərlik məmulatı saxlanılırdı. 1992-ci ildə Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğalı ərəfəsində muzey əməkdaşlarının fədakar səyi nəticəsində XIX- XX əsrlərə aid olan xalçalar və digər eksponatlar xilas edilərək Bakıya gətirilib.

Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü xalçaçılığa da ağır zərbə vurub

Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü, Qarabağın dağlıq hissəsinin və ətraf ərazilərin işğal edilməsi bütün sahələr kimi, xalçaçılığa da ağır zərbə vurub. Hazırda Azərbaycanın bu qədim bölgəsində əlvan naxışlı xalçalar toxunmasa da, xalqımız Qarabağ xalçaçılıq məktəbi ənənələrini yaşatmaqdadır.

Azərbaycan Xalça Muzeyinin Şuşa filialı doğma məkanından uzaq düşməsinə baxmayaraq, öz fəaliyyətini bu gün də davam etdirir. Filialın kollektivi Qarabağ bölgəsinə məxsus milli sərvətimizin təbliğini və yaşadılmasını özlərinin əsas vəzifəsi sayır.

“Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq Goranboy rayonunda məskunlaşan Xocalıdan olan məcburi köçkünlərin işlə təminatı, həmçinin Qarabağın unudulmaqda olan toxuculuq texnologiyalarının bərpası və inkişafı məqsədilə 2012-ci ildə Aşağı Ağcakənd qəsəbəsində xalça müəssisəsi yaradılıb. Azərbaycan Xalça Muzeyinin Şuşa filialının əməkdaşları tərəfindən Qarabağ məktəbinə məxsus “Çələbi”, ”Bəhmənli” və “Malıbəyli” çeşnili xalçalarının eskizləri hazırlanaraq xalça sexinə verilib.

Qarabağ xalçaçılıq məktəbi ənənələrini gənc nəslə aşılamaq üçün Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən 2 saylı peşə məktəbində xalçaçılıq qrupları fəaliyyət göstərir. Burada gənc qızlar Azərbaycan xalçaları barədə nəzəri biliklərə yiyələnir, emalatxanada təcrübə keçirlər.

İyirmi ildən çox köçkünlük həyatı yaşayan Ağdam Xalçaçılıq İstehsalat Vahidliyi isə bu müddət ərzində fəaliyyətini Bərdə şəhərində davam etdirib. Vahidliyin direktoru Ceyran Əliyeva bildirib ki, 1993-cü ildə Ağdamın işğalından sonra Ağdam Xalçaçılıq İstehsalat Birliyi və bütün filiallar fəaliyyətini dayandırıb. Rəhbərlik etdiyi kollektiv isə çətinliklərə baxmayaraq, Qarabağ xalçaçılıq məktəbi ənənəsini davam etdirir.

Ağdamın işğal edilməmiş ərazisində xalça istehsalı müəssisəsi yaradılacaq

Azərbaycan dekorativ tətbiqi sənətinin nadir incilərindən olan Qarabağ xalçaçılıq məktəbi ənənələrini davam etdirmək və qorumağın hər birimizin vətəndaşlıq borcu olduğunu deyən Ceyran Əliyeva hazırda Ağdam rayonunun işğal edilməmiş ərazisində xalça istehsalı müəssisəsinin yaradılacağına əminliyini ifadə edib.

Ağdam rayon icra hakimiyyətindən verilən məlumata görə, rayonun Eyvazlı kəndi ərazisində sənaye məhəlləsinin inşa edilməsi məqsədilə torpaq sahəsi ayrılıb. Qarabağ xalçaçılıq məktəbi ənənələrinin davam etdirilməsi üçün sənaye məhəlləsində xalçaçılıq müəssisəsinin yaradılması da nəzərdə tutulub. Köçkünlük kimi ağır bir taleyə qatlaşaraq Qarabağ xalçaçılıq sənətini yaşadanlar da, onların peşə məktəbində nəzəri biliklərə yiyələnərək təcrübə dərsləri ilə kifayətlənən davamçıları da bu layihənin gerçəkləşməsini səbirsizliklə gözləyirlər.

Arzular isə daha böyükdür: işğal altındakı torpaqlarımızın tezliklə azad olunması və doğma yurdlarında toxuyacaqları nəfis Qarabağ xalçaları ilə yenidən dünyanı heyran etmək...

Tahir Ağaməmmədov

AZƏRTAC-ın müxbiri 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Bakı-Qazax yolunda yük avtomobili aşıb, 3 nəfər ölüb

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin Azərbaycandakı səfiri: 2008-ci ildən etibarən Azərbaycandan 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib

Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

Millinin futbolçusu: Xal rekordunu yeniləmək bizim üçün qürurverici və gözəl hissdir

Azərbaycan-Türkiyə təhsil əməkdaşlığının gələcək imkanları nəzərdən keçirilib

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB

Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

İtkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir – ŞƏRH

Azərbaycan dövləti öz gücünü xalqdan alır - ŞƏRH

Səmərqənd 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib

“Səbail” legioner futbolçu transfer edib

Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

İstanbulda TDT ölkələri ədliyyə nazirlərinin 3-cü iclası keçirilib

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır

Bu il qlobal neft tədarükünün sutkada 100 milyon bareldən çox olacağı gözlənilir

İƏT nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir

ABŞ Litva ordusuna “Switchblade 600” hücum dronlarının ilk partiyasını tədarük edib

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb

Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişib

ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə, həyat tərzini dəyişdirməyi tövsiyə edir

Ov mövsümü açıq elan edilir

Nazir: Gələn ildən artezian quyularında Günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır VİDEO

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq –  ŞƏRH  VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir VİDEO

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır VİDEO

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır VİDEO

Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib

QMİ sədri: Qarşıdurma və müharibələrin səngimədiyi dövrdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşür

Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?

YAP-ın VIII Qurultayı qarşıdakı mərhələnin əsas vəzifələrini müəyyənləşdirib - ŞƏRH

Milli təhlükəsizliyin təmin olunması üçün gücün bütün komponentləri səfərbər edilməlidir RƏY

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Kimyaçı-alimlər metal-polimer katalizatorların dizaynında süni intellekt yanaşmalarını araşdırıblar

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

Tərtərdə pambıq yığımına başlanılıb

Komitə sədri: Aqrar sahənin gələcəyi torpaq və suyun daha səmərəli istifadəsindən asılıdır

Türkiyənin azərbaycanlı astronavtı: “Bir millət, iki dövlət” şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib

Azərbaycan dialoq və əməkdaşlıq məkanı yaradan siyasi aktor mövqeyini gücləndirir - ŞƏRH

Azərbaycan nümayəndələri MDB və ŞƏT ölkələrinin antiterror forumunda iştirak edirlər

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil

Türkiyə klubu Karlos Teveslə maraqlanır

® Mərkəzi Gömrük Hospitalının damar cərrahı beynəlxalq tədbirdə iştirak edib

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO