Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Qarabağ xanlarına və xanzadələrinə məxsus yaşayış binaları

Qarabağ xanlarına və xanzadələrinə məxsus yaşayış binaları

Bakı, 7 sentyabr, AZƏRTAC

Qarabağ hakimi Pənahəli xan Cavanşir 1750-ci ilin yayında Şuşa qalasının bünövrəsini qoyandan dərhal sonra həm qala divarlarının tikintisinə, həm də “Çuxur məhəllə” adıyla tanınan ərazidə özü, qardaşları və övladları üçün imarətlər tikdirməyə başladı. Az müddət içərisində memarlıq cəhətdən bir-birindən müxtəlif cizgiləri, detalları, estetik gözəlliyi ilə fərqlənən bir neçə möhtəşəm, gözəgəlimli inzibati və yaşayış binaları ucaldıldı...

Qarabağ tarixinin tanınmış tədqiqatçısı Vasif Quliyev bu barədə AZƏRTAC-ın müxbirinə məlumat verərək deyib: “Pənahəli xan Cavanşirin ikimərtəbəli saray kompleksi şəhərin aşağı hissəsində - Çuxur məhəllədə xüsusi tikinti üslubunda inşa edilmişdi. Üzü cənuba Bağırqan dağına və Topxanaya baxan, qala divarlarına və bürclərinə bitişik bu zəngin və cah-cəlallı, əzəmətli və möhtəşəm bina qədim Şərq şəhərləri üçün xarakterik olan əlavə hündür divarlarla əhatə olunmuşdu. İri bişmiş kərpicdən naxışlarla bəzədilmiş tağlı darvazası, çoxlu otaqları, geniş eyvanı qarşısında fəvvarəli bağça vardı. Sol tərəfdə isə anbarlar, tövlələr, mərəklər tikilmişdi. Kompleksə daxil olan tikililərin əksəriyyəti xan nəslinin ayrı-ayrı üzvlərinin yaşayış evləri idi. Buradakı istinadgahda xanın ailəsi və nökərləri üçün müxtəlif təyinatlı çoxlu tikintilər də vardı. Saray kompleksində bu cür binaların tikilməsi bir çox xanlıq mərkəzləri üçün səciyyəvi idi.

Sarayın hər iki mərtəbəsinin planı eyni olmuşdur və hər mərtəbə simmetrik quruluşlu üç otaqdan ibarət idi: zal və iki yan otaq. Hər iki mərtəbədəki zallar sarayın baş otaqları adlanırdı, həmin zallarla iki otağı dəhliz birləşdirirdi. Mərtəbələr arasında daxili yol olmadığından ikinci mərtəbəyə yan fasadlara girişi olan yan otaqların arxasında yerləşən pilləkənlərdən qalxırdılar.

Birinci mərtəbədə dəhlizlərə giriş qapısı açılırdı. Aşağı mərtəbənin ortasında fontanın mərmər hovuzu olan zalı divanxana adlanırdı və rəsmi qəbul otağı funksiyasını yerinə yetirirdi. Xan çox vaxt burada otururdu və həmin yer “Xannişin” adlanırdı. O, bu zalda həm də elçiləri qəbul edir, qonaqları qarşılayırdı. İkinci mərtəbədəki böyük zal və hər iki yan otaq, əsasən yay mövsümü üçün nəzərdə tutulmuşdu.

Sarayda xalq təsviri sənətinin bir çox növləri XVIII əsrə aid maraqlı divan rəssamlığı nümunələri vardı. Üst mərtəbənin də alt mərtəbədəki kimi interyeri çoxçeşidli və çoxrəngli bəzəklərlə çox zəngin tərtib edilmişdi. Kəc suvaq üzərində işlənmiş həndəsi və nəbati naxışlar, döyüş və ov səhnələri, insan və quş rəsmləri, dekorativ tərtibatlı buxarılar yüksək bədii-estetik mühit yaratmışdı.

Sonralar Pənahəli xan Cavanşir öz sarayının yanında oğlanları üçün də eyni üslubda, eyni forma və biçimdə imarətlər tikdirmişdi. Qarabağ xan sarayı kompleksinin divarlarının uçuqları yaxın illərə qədər qalırdı.

Mehrəli bəy Cavanşirin imarəti Böyük Qurdlar məhəlləsində yaraşıqlı bina idi. Pənahəli xan Cavanşirin ortancıl oğlu Mehralı bəyə məxsus olan bu imarətin hər iki tərəfində uca bürclər vardı və bina hündür hasarlarla əhatələnmişdi. Həyət darvazasının üstündəki daş üzərində imarətin tikilmə tarixi və sahibinin adı yazılmışdı. Otaqların səqfi isə həndəsi şəkildə və üçkünc idi. İran şahzadəsi Abbas Mirzə Qacar 1826-cı ildə Şuşanı mühasirəyə alarkən şəhəri atəşə tutduğu zaman həmin binanın hasarına bir neçə top mərmisi dəymiş və divar çatlamışdı. Mehrəli bəy Cavanşirin imarəti uzun müddət öz formasını itirməmişdi. Lakin sonralar uçulmuş, bir otağı və bir də dalanının darvazası qalmışdı.

İbrahimxəlil xan Cavanşirin ikinci oğlu Məhəmmədhəsən ağa Cavanşirə məxsus imarət yaraşıqlı iri bina idi. Qala divarları və bürcləri evin yanından keçib, Xəzinə qayasına tərəf uzanırdı. Ağa Məhəmməd şah Qacar 1797-cı ildə Şuşada bir həftəlik “qonaq” olarkən bu imarəti çox bəyənmiş və yaşayış üçün oranı seçmişdi. İran şahının həbs etdirdiyi adamların bir çoxu, o cümlədən Molla Pənah Vaqif də dustaq kimi bu binada saxlanılırdı. Ağa Məhəmməd şahın başı da bu imarətdə kəsilmişdi.

Məhəmmədhəsən ağa vəfat edəndən sonra onun imarətində oğlu, şair və hərbçi, general mayor Cəfərqulu xan Cavanşir (Nəva) yaşamışdı. Zaman keçdikcə bina uçulub-dağılmış, yalnız alt mərtəbəsinin qalıqları qalmışdı.

Xan qızı Natəvanın imarəti “Bazar başı meydanı”nın yaxınlığında hasara alınmış ikimərtəbəli əzəmətli binada yerləşirdi. Beş iri otaqdan ibarət olan bu imarətə sonralar ikimərtəbəli, altı otaqlı əlavə bina da əlavə edilmişdi. Evin qarşısında bağça, arxa tərəfində böyük bir vağ, həyətində isə su anbarı vardı. Bundan əlavə Xurşidbəyimin yaşadığı binanın cənub tərəfində, həyətdə yerin dərinliyində xüsusi buzxana yerləşirdi. Burada ilin bütün fəsillərində, xüsusilə də isti havalarda buz saxlanılırdı. Həmin buzxanadan bütün şəhər əhli, ilk növbədə xəstələr istifadə edirdi. Buz lazım olduqda həkim məsləhətindən sonra xəstələrə, eyni zamanda müraciət edənlərin hamısına anbardan pulsuz olaraq buz verilirdi.

Xan qızı Natəvan rəhbərlik etdiyi “Məclisi-üns” ədəbi dərnəyinin məşğələlərini yay vaxtı bu bağda, qışda isə xüsusi olaraq tikilmiş birmərtəbəli evdə keçirirdi. Binanın sağ tərəfində isə onun qızı Xanbikənin evi yerləşirdi. 1920-ci ilə qədər bu binada “Nikolayevskı” rus-tatar məktəbi, sovet dövründə “Nərimaniyyə” məktəbi, sonralar isə təxminən əlli il Natəvan adına respublika Uşaq-Vərəm sanatoriyası yerləşirdi”.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İspaniyada tapılan qılıncın mədəni mənsubiyyəti sübut edilib

İsveçdə payızdan etibarən dördgünlük iş həftəsi tətbiq ediləcək

Parisdə dəmir yolu işçiləri tətilə hazırlaşırlar

Sudanda Qızıl Xaç Komitəsinin əməkdaşları öldürülüb

Karla Bruni şübhəli şəxs qismində dindirilib

Konfrans Liqası: İngiltərədə sensasiya, "Fiorentina"dan çətin qələbə

Avropa Liqası: "Bayer"dən səfər qələbəsi, “Marsel”dən heç-heçə

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəlirində ciddi artım müşahidə edilir

İsveçli rejissor Naxçıvanda film çəkəcək

ABŞ-də aksiyalarda həbs olunanların sayı 2 min nəfəri keçib

Macarıstanda şərab sammiti keçirilib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" "Neftçi"ni məğlub edərək yarımfinala yüksəlib

“Xalqa bağışlanmış ömürdən anlar” kitabı Bişkekdə qırğız dilində işıq üzü görüb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar VİDEO

XTNS-də Azərbaycanın faşizm üzərində qələbəyə verdiyi töhfəyə həsr olunmuş tədbirlər keçiriləcək

SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb

Karmen Romero: Azərbaycanda COP29-un keçirilməsini səbirsizliklə gözləyirəm

Heydər Əliyev Sarayında "Əbədi məşəl" adlı konsert təşkil olunub

Ceyhun Bayramov BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri ilə görüşüb

Dünya mətbuatı VI Mədəniyyətlərarası Dialoq Forumunu diqqət mərkəzində saxlamaqda davam edir

Azərbaycan və Tacikistan xarici işlər nazirlikləri arasında məsləhətləşmələr aparılıb

Türkiyə mediası Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki açıqlamalarına geniş yer verib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ukraynanın nümayəndə heyəti ilə görüş keçirilib

® “Bakcell” çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi

“Əlyazmaların mühafizəsi, invertarlaşdırılması və pasportlaşdırılması” - mühazirə

Film Fondunda Cəfər Cabbarlının 125 illik yubileyi qeyd edilib

Martinq Kruminq: Dialoq Forumu müxtəlif mədəniyyətlərə malik insanları bir araya gətirməyə şərait yaradır

Azərbaycan Asiya İnkişaf Bankının illik toplantısında təmsil olunur

Norveçli səyahətçi: Dağıdılmış mənzərələrə şahidlik etmək həddən artıq dəhşətlidir

Azərbaycan və Türkiyə ombudsmanları arasında görüş keçirilib

Monitorinqlər davam etdirilir: 145 müəssisədə nöqsanlar aşkarlanıb

Azərbaycan-İspaniya əməkdaşlığının dərinləşdirilməsi barədə fikir mübadiləsi aparılıb

Rusiya Federal Məclisinin Federasiya Şurasının nümayəndə heyəti Milli Məclisdə olub

Növbəti "Təhsildə yeni çağırışlar” konfransı Xaçmazda keçiriləcək

ANAMA sədrinin birinci müavini: Mülki təyinatlı ərazilərin qəsdən minalanması insanlıq əleyhinə cinayətdir

ADNSU-nun tələbələri Fizika İnstitutunda aparılan tədqiqatlar barədə məlumatlandırılıb

Natali Minaçi: Müstəmləkəçi ölkələr yerli xalqların mədəniyyətlərini məhv etməyə çalışır

Tayeb Mansuri: Mədəniyyətlərarası dialoq ziddiyyətlərin aradan qaldırılması üçün çox gözəl vasitədir

Milli Məclislə Beynəlxalq Parlamentarilər Konqresi arasında əməkdaşlığa dair müzakirələr aparılıb

"Prezident Kuboku-2024": Azərbaycan avarçəkənləri günü 1 dəst medalla başa vurublar

Zeki Aktürk: Azərbaycanın antiterror tədbirləri nəticəsində sabitliyin bərqərar olması ilə Birgə Monitorinq Mərkəzinin fəaliyyəti başa çatıb

Milli Məclis ilə AIPA arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Slovakiya nümayəndə heyəti Forumda gündəmə gətirilən məsələlərin aktuallığını qeyd edib

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 7 mart tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar təyin edilir

“Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Yaz semestrində 5 mindən çox tələbə təhsil krediti alıb

Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramin Ələmşah oğlu Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Hövsan, Mərdəkan və Şüvəlandan ekspres avtobus marşrutları fəaliyyətə başlayacaq

Norveçli səyyahlar Ağdam şəhərinə səfər ediblər VİDEO

Klublar Komitəsinin son iclasında müzakirə olunan məsələlər açıqlanıb

Mərakeş Krallığı 2024-2025-ci tədris ili üçün təqaüd proqramı elan edir

Lük Fransis Karol: Assimilyasiya siyasəti mədəniyyətlər arasında dinc qarşıdurma deyil, tam müharibədir

Gürcüstan ABŞ-la strateji tərəfdaşlıq danışıqlarından imtina edib

Milli Məclisin sədri İtaliya Parlamenti Deputatlar Palatasının vitse-prezidenti ilə görüşüb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində uqandalı nazirlə görüş keçirilib

Azərbaycan Texniki Universitetində MBA proqramı çərçivəsində müəllimlər işə qəbul edilir

Həsən Əliyev küçəsindən metronun “Koroğlu” stansiyasına qədər yeni yolun tikintisinə başlanılıb

QS-nin regional direktoru ADNSU-da olub

® Naxçıvan Baş Gömrük İdarəsində işlə bağlı stress və onun qarşısının alınmasına həsr olunan təlim keçirilib

Yeni domen adlarında Azərbaycan əlifbasında olan hərflərdən istifadə nəzərdə tutulur

Mərakeş parlamentarisi Bakı Forumunun beynəlxalq əməkdaşlığa töhfələrini yüksək dəyərləndirib

Küveytin UNESCO-dakı nümayəndəsi: Bakı Forumu çox maraqlı mövzuları əhatə etdi

“Metodist hazırlığı” müsabiqəsinə qoşulmaq istəyənlərin nəzərinə

Nur Jazlan Bin Məhəmməd: Azərbaycanın bütün dünyaya nümunə olmaq istiqamətində gördüyü işləri dəstəkləyirəm

Azərbaycan məktəbliləri 41-ci Balkan Riyaziyyat Olimpiadasında uğur qazanıblar

İkinci Dünya müharibəsi iştirakçılarına xüsusi qayğının növbəti təzahürü

Monitorinqlər zamanı 71 ticarət və 74 ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlanıb

Tələbə Elmi Cəmiyyətinin VI elmi-praktik konfransı keçirilib

Karbonsuz istehsal, dayanıqlı inkişaf, innovativ texnologiyalar - konfrans

Azərbaycan və Belarus qida təhlükəsizliyi sahəsində əməkdaşlığı genişləndirəcək

Akkan Suver: Qalib Prezident İlham Əliyevin dialoqun önəmini vurğulaması dünyada sülhün dialoqla qurula biləcəyini bir daha göstərdi

Respublika fənn olimpiadalarının final turunun biologiya və coğrafiya üzrə ilkin nəticələri elan edilib

AIPA-nın baş katibi COP29-a hazırlıq işləri barədə məlumatlandırılıb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi olub

Adil Kərimli: Əsas məqsəd mədəniyyətin iqlim dəyişikliyi məsələlərinin həll olunmasında önəmli yer tutmasıdır

Azərbaycan və Rusiya arasında cari regional vəziyyət müzakirə olunub

“Müxtəlifliyin qorunması: multikultural dünyada çağırışlar və qlobal əməkdaşlığın təşviq edilməsi” mövzusunda müzakirələr aparılıb

ICESCO-nun Baş direktoru: Biz tolerantlığı və dinc yaşamağı təşviq etməliyik

Müsəlman din xadimləri Yuxarı Gövhər Ağa məscidində namaz qılıblar

Fransız Polineziyasında və Yeni Kaledoniyada müstəqillik mübarizəsi istiqamətində atılan addımlar genişlənir

Polineziya, Korsika, Melaneziya, Karib dənizi və Antil adalarında kolonializmin fəsadları ilə bağlı ATƏT DTİHB-nin direktoruna məktub ünvanlanıb

Sivilizasiyalar Alyansının direktoru: Forumda müzakirə edilən mövzular aktuallığı ilə yadda qaldı

Bakı Forumu çərçivəsində “Keçmiş və gələcəyin mühafizəsi: iqlim dəyişikliyi fonunda mədəni irs” adlı plenar sessiya keçirilib

Alternativ məktəbəqədər sinfə mediatur təşkil edilib

Səbinə Hacıyeva: Mina səbəbindən arxeoloji baxımdan çox dəyərli məkanlara daxil ola bilmirik

"Prezident Kuboku-2024": Azərbaycanın daha bir avarçəkəni medal qazanıb

Tank bölmələri ilə intensiv döyüş hazırlığı məşğələləri keçirilir VİDEO

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib VİDEO

Afrika Ümumdünya İrs Fondunun icraçı direktoru Azərbaycan Hökumətinə təşəkkür edib

İcraçı direktor: Bakı Təşəbbüs Qrupunun fəaliyyətinə Fransa tərəfindən müəyyən reaksiyalar var VİDEO

Mədəni liderlərin konsultativ görüşü: “Mədəni diplomatiya təcrübədə: mədəniyyətlərarası anlaşmanın inkişafı"

Leysan yağışlar səbəbindən Dubayda 13 aviareys ləğv edilib

Bakı Təşəbbüs Qrupunun rəhbəri: Fransanın dənizaşırı ərazilərinin və Korsikanın müstəqillik mübarizəsinə dəstək göstəririk VİDEO

ICESCO Baş katibinin müşaviri: Qeyri-maddi və maddi mədəni irs abidələri təhlükə altındadır

Baş katibin müavini: Azərbaycanın tətbiq etdiyi “ASAN Viza” sistemi turistlər üçün olduqca əlverişlidir

Heydər Əliyev Fondunun Rusiyadakı layihələri müzakirə olunub

Ərdoğan: Bəzi Avropa ölkələrində ifrat irqçiliyin dəstəkləməsi Qərb demokratiyası üçün fəlakətdir