Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qarabağın monumentalçı rəssamı

Bakı, 18 avqust, AZƏRTAC

Usta Qənbər Qarabaği (1830-1906) XIX əsr Azərbaycan təsviri sənətinin ən parlaq simalarından biridir. O, təsviri sənətin müxtəlif sahələrində əsərlər yaratsa da, onu Azərbaycan monumental sənətinə duyulası töhfələr vermiş sənətkar kimi tanıyırlar. Doğrudan da onun Şuşa və Şəkidə yerləşən binaların interyerlərini bəzəyən divar rəsmləri milli monumental sənətimizin özündə ənənə və müasirliyi birləşdirən gözəl nümunələridir. Yeri gəlmişkən deyək ki, əsasən XIX əsrdə gerçəkləşən bu divar rəsmləri bütünlükdə Azərbaycan təsviri sənətinin çoxəsrlik tarixi üçün ölçüyəgəlməz bədii və tarixi əhəmiyyət kəsb edir. Bu yerdə onu da əlavə edək ki, Şuşada və Şəkidə ərsəyə gətirilən bu monumental sənət nümunələrinin yaradılmasında Usta Qənbər, onun qardaşı Səfər və oğlu Şükür, eləcə də Mir Möhsün Nəvvabla yanaşı, bir neçə şamaxılı rəssam (Əliqulu, Qurbanəli və s.) iştirak etmişdir. Şəkidə məşhur Şəki Xan sarayının XIX əsrin sonu XX əsrin əvvəllərində yenidən işlənmiş birinci və ikinci mərtəbələrinin, Şuşada Səfibəyov, Mir Möhsün Nəvvab, Kərim bəy Mehmandarov, İskəndər Rüstəmov və Hacı Məmmədovun yaşayış evlərinin divar bəzəklərində ifadə olunan yüksək sənətkarlıq, ilk növbədə, Qarabağ rəssamlıq mühitinin necəliyini və bu inkişafın XIX əsr Azərbaycan təsiredici gücünün səviyyəsini əks etdirir. Bu divar rəsmlərinin duyulası yaddaqalanlığını şərtləndirən bədii məziyyət heç şübhəsiz onlarda Azərbaycanda qədim tarixə malik olan monumental divar rəssamlığının klassik ifadə prinsiplərini yaşatması və onların fərdi yaradıcılıq axtarışlarının nəticəsi olan estetik keyfiyyətlərlə zənginləşdirməsidir. İnteryerinə daxil olduğu hər bir binanın daxili tərtibatına duyulası rəngarənglik bəxş edən bu divar rəsmləri göstərir ki, uzun müddət əvəzsiz sayılan ecazkar kaşıları çox uğurla əvəz edə bilmişdir. Şəki Xan sarayının divarlarını bəzəyən və onların qonşuluğundakı əlvan şəbəkələrlə uğurla vəhdət təşkil etməsi də bunun təsdiqidir. Qeyd etmək lazımdır ki, Azərbaycan monumental sənətinin tərkib hissəsi olan divar rəsmlərinin qarabağlı sənətkarlar tərəfindən çəkilmiş nümunələri bilavasitə vahid və milli üsluba malik olmaları ilə diqqəti cəlb edir və yadda qalır. Bu mənada Şəki Xan sarayı bəzəklərinin ayrı-ayrı dövrlərdə müxtəlif rəssamlar tərəfindən işlənilməsinə baxmayaraq, onların ifadə və bədii şərh vasitələrində danılmaz yaxınlıq-bütövlük hiss olunur. Şux boyalarla işlənmiş bu kompozisiyaların özünəməxsusluğu kifayət qədər duyulandır. Onların bədii həllində qədim təsviri sənətimizin fərdi və fərqli xüsusiyyətlərini şərtləndirən “miniatür üslub”un özünəməxsus, bir qədər də müasirləşmiş təqdimatındakı cəlbedicilik və təsirlilik əslində bu məşhur bədii şərh vasitəsinin onun interyerində yer almış ilkin nümunələri ilə anım-assosiasiya yaradır desək, yanılmarıq.

Şəki Xan sarayının divar örtüyünü bəzəyən təsvirlər arasında döyüş səhnələri ilə yanaşı, quşlarla vəhdətdə ifadə olunmuş gül motivi üstünlük təşkil edir. Saraydakı monumental döyüş motivlərinin qonşuluğunda təqdim olunan bu motivlər öz-özlüyündə Şərq ədəbiyyatı və incəsənəti üçün səciyyəvi olan rəmzi mənalı olduqlarından, həmin təsvirlərlə təzadlı ahəngdarlıq yaratmaqla, həm də bura ayaq basanları, sözün əsl mənasında, ovsunlayır. Usta Qənbər tərəfindən Şəki Xan sarayının divarlarına çəkilmiş quş və gül təsvirləri interyerin tağ və taxça formalı səthlərinin kifayət qədər məhdud görünən sahələrinə yerləşdirilsə də, rəssamın onları gül şaxələri və güllərlə, eləcə də budaqlara xüsusi yaraşıq verən quşlarla doldurması təsvirlərə duyulası ritmli dinamika bəxş etmişdir. Rəssamın sarayın tavanını bəzəyən ornamental bəzəkləri də zənginliyi ilə yanaşı, həm də onların icrasındakı yüksək sənətkarlıq nümayişi ilə diqqət çəkir. Burada açıq yerlik üzərində xüsusi axıcı ritmlə səpələnən naxışlar bütünlükdə mürəkkəb xalı çeşnilərini xatırladır. Usta Qənbərin sarayın otaqlarına bənzərsizlik bəxş edən digər işləri də bütün mənalarda yüksək bədii-estetik dəyər daşıyıcısı kimi qəbul olunurlar. Rəssamın görüntüyə gətirdiyi çeşidli nemətlər, fauna və flora motivləri - gül-çiçəklər, heyvan və quş təsvirləri ecazkar görkəminə və rəng ovqatına görə göz oxşayır. Onun təqdim etdiyi qızılgül, lalə, yasəmən, zanbaq, nar, sərv, çinar, gül və ağac, eləcə də maral, həm də rəssamın yurdumuzun zəngin təbii sərvətlərə malik olduğunu sərgiləmək istəyini özündə yaşadır. Rəssamın ümumi kompozisiyanı təşkil edən bu atribut-detalların bir-biri ilə uğurla çulğalaşmasına nail olmasındandır ki, son nəticədə divar rəsmlərinin ümumi tutumu mürəkkəbliyini sərgiləməklə yanaşı, onların özünəməxsusluğu duyulan yeni biçimini də əyaniləşdirilmişdir. Vazalarda qərarlaşmış gül və çiçəklərin səmaya “can atan” ifadəli görkəmini sarayın neçə-neçə yerində onlarla vəhdət təşkil edən quşlarla qovuşaqda təqdim edən şuşalı sənətkar bütünlükdə milli təsviri sənətimizdə “taxçada güllər” adını qazanmış motivin yaradıcısı kimi çıxış etmişdir. Bu cür motivlərin tez-tez yan tərəflərdən simmetrik olaraq sərv ağacları, qarşı-qarşıya dayanmış heyvan və quş təsvirləri ilə əhatələnməsi də fərqli Usta Qənbər təxəyyülünün nəticəsidir...

Şuşalı rəssamın doğma şəhərində gerçəkləşən yaradıcılığının ən parlaq səhifələri isə Kərim bəy Mehmandarovun evinin (şəhərin işğalına kimi orada xəstəxana yerləşirdi) tərtibatı ilə bağlıdır. Tədqiqatçılar burada yer almış divar rəsmlərini rəssamın yaradıcılığının ilk dövrünün məhsulu sayırlar. Evin böyük zalının divarlarını bəzəyən rəsmlər arasında gül-çiçək motivləri üstünlük təşkil edir. Kiçik otağın bədii tərtibatında Şəki Xan sarayının təsvirləri ilə eyniyyət yaradan məqamlar daha çox olsa da, onların arasında fərqli olanları da az deyil. Burada da divarlarla tavanı bəzəyən nəbati naxış örtüyü bütünlükdə böyük xalça təəssüratı yaradır. İnteryeri zənginləşdirən bəzək elementləri sırasında bir-birinin qonşuluğunda görüntüyə gətirilən ağ və göy rəngli gül-çiçəklərdən “hörülmüş” medalyonlar bütünlükdə bəzəkli çərçivəni andırması otağın ümumi görünüşünə özünəməxsusluq bəxş edib. Milli monumental sənətimizi zənginləşdirən Mehmandarovların evindəki rəsmlərin elə ilk baxışda görünən fərqli xüsusiyyəti burada insan təsvirlərinin yoxluğudur desək, yanılmarıq.

Şuşada Mehmandarovun, Rüstəmovun və Məmmədovun evlərində rəssamın çəkdiyi süjetli və ornamentli pannolar özündə onun milli bədii ənənələrə tapındığını əks etdirir. Buradakı gül-çiçək, quş və heyvan təsvirləri də yüksək sənətkarlıqla işlənilmişdir. Sonrakı taleyindən xəbərsiz olduğumuz bu əvəzsiz sənət nümunələrində Usta Qənbərin miniatür ənənələri ilə gerçəkçi-real sənətin bədii xüsusiyyətlərinin vəhdətinə nail olması, onları bütünlükdə yeni və özünəməxsus bədii həllə çevirməsi duyulur. Tədqiqatçılar rəssamın Rüstəmovların evindəki rəsmlərini onun dünyasını dəyişməsindən (1906) bir qədər əvvəl çəkdiyi qənaətindədirlər...

Usta Qənbər Azərbaycan təsviri sənətində geniş yayılmış rəmzi ifadə vasitələrindən özünün ərsəyə gətirdiyi divar rəsmlərində tez-tez istifadə etmişdir. Buna Şəki Xan sarayı ilə yanaşı, onun Şuşada Mehmandarovun evində işlədiyi pannolarda da rast gəlmək mümkündür. Məşhur müqəddəs ağacı görüntüyə gətirən rəssam onu tərəflərdən maral təsviri ilə əhatələməklə təsviri fəlsəfi məna-məzmun daşıyıcısına çevirməyə nail olmuşdur. Onun Rüstəmov və Məmmədovun evindəki sobaları bəzəyən qırqovulla gül təsvirləri də rəssamın düşüncələrini obrazlı ifadə etmək potensialını nümayiş etdirir.

Bu sətirlərin müəllifinin axtarışları və apardığı elmi atribusiyanın sayəsində Usta Qənbər Qarabağinin elmə məlum olmayan 23 yeni əsəri üzə çıxarılıb. Tanınmış sənətkarın bədii irsini duyulası dərəcədə zənginləşdirən bu qrafik əsərlər “Nuşəfərin və Gövhərtac” (XIX əsr) adlı əlyazmasına çəkilmiş rəsmlərdir. Bu çoxsaylı əsərlərdə təzadlarla dolu məhəbbət dastanının ən önəmli anlarına yaddaqalan rəssam münasibətini görmək mümkündür. Demək lazımdır ki, Azərbaycan Milli İncəsənət Muzeyində də rəssamın bir neçə əsəri vardır.

Usta Qənbər Qarabağinin Şuşada yerləşən divar rəsmlərindən söz açanda heç şübhəsiz onun Səfibəyovun evində icra olunmuş əsərlərini də qeyd etməyə ehtiyac duyulur. Təəssüf ki, buradakı rəsmlərin böyük əksəriyyəti zamanın sərt sınağından çıxa və bizim dövrə gəlib çata bilməyib. Sonralar uşaq evinə çevrilən bu tikilidə şəhərin işğalına qədər həmin rəsmlərin az bir qismi qalmaqda idi. Onlar başlıca olaraq mərkəzi zalın tavanında yerləşən rəsmlər idi. On iki müxtəlif rəngli zolağa bölünmüş tavandakı rəsmlər əsasən nəbati elementlərlə quşların, vəhşi heyvanların və müxtəlif güllərin təsvirlərindən yaradılmış motivlərdən ibarətdir. Buradakı motivlərin bədii həllində Şəki Xan sarayındakı və Şuşanın digər evlərində gerçəkləşən rəsmlərlə zahiri oxşarlıq duyulsa da, bütünlükdə icra sənətkarlığı baxımından müəyyən qədər onlardan geri qalır. Tədqiqatçılar Səfibəyovun evindəki bu rəsmlərin Usta Qənbərin qardaşı Səfər tərəfindən işləndiyi qənaətindədirlər...

Ziyadxan Əliyev

Əməkdar İncəsənət Xadimi,

sənətşünaslıq üzrə fəlsəfə doktoru

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

DİN: Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“Avropa Siyasi Birliyi”nin Dublin sammiti Azərbaycanın Avropa ilə siyasi dialoqunda yeni imkanlar açır- ŞƏRH

Azərbaycan nefti 102 dollara satılır

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb

Yəməndə gedən döyüşlər səbəbindən 340 mindən çox insan qaçqın vəziyyətinə düşüb

Hörmüz boğazında gəmiçilik trafiki müharibədən əvvəlki səviyyədən 65 faiz azdır

Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək

Husilər Ər-Riyad hava limanına növbəti zərbə endirdiklərini bildiriblər

ABŞ Ukrayna pilotlarının F-16 qırıcılarını idarə etməsi üzrə təlimləri davam etdirir

“Sky News”: Böyük Britaniyadakı ABŞ aviabazası üzərində naməlum dronlar aşkarlanıb

ABŞ-də dörd saatdan çox davam edən uçuş məhdudiyyəti aradan qaldırılıb

İraq ABŞ-nin himayəsi altında Hörmüz boğazından neft ixracını bərpa edib

Yeni Orlean limanı yaxınlığında gəmi qəzası nəticəsində 32 nəfər xəsarət alıb

“Bloomberg”: FTB ABŞ-də uçuşların dayandırılmasını kiberhücumla əlaqələndirmir

UEFA Millətlər Liqası: Niderland Yunanıstan yığmasını böyük hesabla məğlub edib

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteynə qalib gəlib

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub

ABŞ-də bütün hava limanlarında uçuşların dayandırılması barədə qərar verilib

Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb

Fon der Lyayen: Aİ Ukrayna ilə bağlı danışıqlarda atəşkəs və təhlükəsizlik zəmanətlərini prioritet sayır

Tusk: Polşa Ukrayna üçün silah alınmasını maliyyələşdirməyəcək

Avropa Xəbər Agentlikləri Alyansı TASS-ı üzvlükdən çıxarıb

Balakəndə tədbir: “Uşaq hüquqları – sağlam və təhlükəsiz gələcəyin təminatı”

Polşanın Suriyadakı səfirliyi 15 ildən sonra yenidən açılacaq

Aİ Rusiya ilə danışıqlar aparmaq üçün nümayəndə heyətinin tərkibini təsdiqləyib

Antonio Quterreşin COP31-də vida nitqi: Yanan planetdə sülh qura bilməzsiniz

DİN yeraltı keçiddən istifadə etməyən piyadalara müraciət edib